Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1642/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və iddiaçının vəkili Vəkil3 Möhubbət oğlunun, Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız edilməsi” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-24/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 7 saylı Bərdə Ərazi İdarəsi hazırda Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyət olmaqla adlarına sənədləşdirilən Tərtər şəhəri Nizami küçəsi 49 saylı fərdi yaşayış evinə verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyəti olmaqla adlarına sənədləşdirilən Tərtər Şəhəri, Nizami küçəsi, 49 saylı fərdi yaşayış evinə verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarış qanunsuzdur və ləğv edilməlidir. Belə ki, xx.xx.2006-cı ildə Tərtər rayon Bələdiyyəsinin 04 nömrəli qərarı ilə Tərtər rayonu, Nizami küçəsində 34,78 kv.metr torpaq sahəsi ona satılmış, həmin torpaq sahəsinin dəyəri tərəfindən tam olaraq ödənilmişdir. Həmin sahədə 2006-cı ildən “İkinci Qarabağ” müharibəsinə qədər “Əziz Market” adlı mağazanı işlətmişdir. Lakin işlərinin yolunda getməməsi, müharibə vaxtı obyektindən oğurluq edilməsi və böyük marketlərin açılması səbəbindən imkanı zəifləmiş və obyekti satmaq qərarına gəlmişdir. Buna görə də, əmlak idarəsinə yaxınlaşıb 2006-cı ildə ona verilən bütün sənədləri təqdim etmiş və obyektini satmaq istədiyini bildirmişdir. Lakin həmin vaxt ona məlum olmuşdur ki, torpaq sənədləri kompüter sisteminə daxil edilən zaman həmin daxiletməni həyata keçirən şəxs yanlışlığa yol vermiş və onun adına olan sahəsini səhvən qohumları və hazırda cavabdeh statusunda olan Cavabdeh1 və Cavabdeh2 adına yazılmışdır. Bununla bağlı dərhal onların yanına getmiş və məsələni izah etmişdir. Onlar da, artıq çıxarış sənədi aldıqlarını, sonra ona həmin 34,78 kv.metr torpaq sahəsi üzrə etibarnamə verəcəklərini və onun həmin hissəsini sata biləcəyini bildirmişlər. Onların bu sözlərinə inanmışdır. Lakin cavabdehlər xx.xx.2022-ci ildə özlərinə çıxarış alsalar da, sözlərinə əməl etməmiş, heç bir torpaq verməyəcəklərini bildirmişlər. Cavabdehlər xx.xx.2022-ci il tarixdə çıxarış alsalar da, sözlərinə əməl etməmiş və heç bir torpaq verməyəcəklərini bildirmişlər. Hətta ona sənədlərini ləğv etdirəcəkləri təqdirdə 4000-5000 manat pul verəcəklərinə söz vermişlər. Bu mübahisə ilə bağlı sənədlərini onlara göstərərək qohumları olduğundan məhkəmə prosesinə getmək istəməsə də, hazırda qanunsuz olaraq öz mülkiyyəti üzərində heç bir hüququ həyata keçirə bilməmişdir. 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış isə tam qanunsuzdur. Belə ki, həmin torpaq sahəsi ona satılmış və 30 ildən çox müddətdir ki, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına və bütün sənədləri yerində olmasına baxmayaraq onun üzərində başqa şəxslərin adlarına həmin sahə sənədləşdirilmişdir. Bütün sənədlər bir daha sübut etmişdir ki, cavabdehlərin adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsinin 34,78 kv.metr hissəsi əlavə edilmişdir. Yuxarıda göstərilnlərə əsasən hazırda Cavabdeh1 və X2 ümumi birgə mülkiyyət olmaqla adlarına sənədləşdirilən Tərtər şəhəri, Nizami küçəsi 49 saylı fərdi yaşayış evinə verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-24/2024 saylı qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyət olmaqla adlarına sənədləşdirilən Tərtər şəhəri Nizami küçəsi 49 saylı fərdi yaşayış evinə verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-24/2024 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, Tərtər rayon məhkəməsinin 2(061)-24/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini və İddiaçı iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 105,5 m2 ümumi sahəli fərdi yaşayış evi onun üzərində tikildiyi 0,06 ha torpaq sahəsi ilə birlikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən onun və bacısının X3 birgə xüsusi mülkiyyətidir. Həmin daşınmaz əmlakın reyestr nömrəsi **********52-10301-dir və hər birilərinin payı ½ hissə, yəni bərabərdir. Sözügedən fərdi yaşayış evi və onun 0,06 ha ölçülü torpaq sahəsi onlara mərhum valideyinlərindən miras olaraq keçmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Texniki Pasporta əsasən həmin evin 0,06 ha torpaq sahəsində 35,25 m ölçülü icazəsiz və qanunsuz tikili mağaza vardır. Mərhum valideyinlərinin mağazası olmadığını, ümumiyyətlə isə onların heç bir ticarət obyektinin olmadığını bildiklərinə görə bu icazəsiz və qanunsuz tikilinin kimə məxsus olması və nə vaxt tikilməsi ilə maraqlandıqda onlara məlum olmuşdur ki, bu mağazanı mərhum valideyinlərinin şifahi razılığı ilə qohumları olan İddiaçı heç bir icazəsi olmadan 2006-cı ildə tikmiş və orada 1 il ərzində ərzaq mallarının qanunsuz satışını həyata keçirmiş, lakin sonradan fəaliyyətini ümumiyyətlə dayandırmış, tikili istifadəsiz qalmışdır. O, İddiaçı tapıb ona bildirmişik ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun 0,06 ha torpaq sahəsi tam qanuni mülkiyyət sənədləri ilə onlara məxsusdur və ondan dəfələrlə xahiş etmişlər ki, sözügedən 0,06 ha torpaq sahəsində qanunsuz tikdiyi 35,25 m ölçülü mağaza binasını söksün, bununla da həmin qanunsuz tikilinin altında olan torpaq sahəsini boşaldıb, torpağı özlərinə qaytarsın. Lakin İddiaçı onların qanuni tələblərini yerinə yetirmək əvəzinə iddia edir ki, güya həmin mağazanın tikildiyi torpaq sahəsi Tərtər bələdiyyəsinin qərarı ilə ona hələ 2006-cı ildə satılmışdır, odur ki, torpaq sahəsi və onun üzərində tikilmiş mağaza onun xüsusi mülkiyyətidir. İddiaçı bu əsasları bəhanə və özbaşınalıqdır. Hansısa yolla əldə etdiyi saxta sənədlərə istinad etməklə qanunsuz tikilini sökmək istəmir və bildirir ki, Tərtər rayon bələdiyyəsinin 14 aprel 2006-cı il tarixli 04 nömrəli qərarı ilə ona Tərtər rayonu Nizami küçəsində 34,78 kv.metr torpaq sahəsi satılmış, odur ki, həmin torpaq sahəsində hazırkı mübahisənin predmetini təşkil edən mağaza binasını tikmişdir. İddiaçı istinad etdiyi Tərtər rayon bələdiyyəsinin 14 aprel 2006cı il tarixli 04 nömərli qərarındakı 34,78 kv.metr torpaq sahəsinin Tərtər şəhəri Nizami küçəsində konkret olaraq hansı ünvanda yerləşməsi nə həmin qərarda, nə də bu qərarın əsasındakı digər sənədlərdə (rəy, akt və s.) göstərilməyib. Əksinə həmin qərarda Nizami küçəsində yerləşən, ünvan bəlli olmayan hansısa istifadəyə yararsız boş torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Halbuki 2006-cı ildə və hazırda Tərtər şəhərinin Nizami küçəsi mərkəzi küçə hesab olunmaqla orada boş və istifadəyə yararsız torpaq olmamışdır. Qətnamədən narazıdır və bu qətnaməni qəbul etmir. Hesab edir ki, sözügedən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş əsassız və qanunsuz qətnamədir. Odur ki, bu qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən tam ləğv edilməklə İddiaçı iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil3 Möhubbət oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq,Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-24/2024 saylı qətnaməsi ləğv edilməli və işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbinə mülki məhkəmə icraatı baxmaqda haqlı olmamışdır. Belə ki, işin hallarından görünür ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 7 saylı Bərdə Ərazi İdarəsi hazırda Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyət olmaqla adlarına sənədləşdirilən Tərtər şəhəri Nizami küçəsi 49 saylı fərdi yaşayış evinə verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsini xahiş etsə də, əslində tələbin mahiyyəti reyestr xidməti tərəfindən verilmiş qanunsuz çıxarışın ləğv edilməsidir. Bu fəaliyyət isə inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilməklə, iddiaçıların da, iddiası məhz inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olması ilə bağlı olmuşdur. Buna görə də, birinci instansiya məhkəməsi qeyd olunan tələbə mülki məhkəmə icraatı qaydasında baxmaqla, prosessual qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 384, 402, 404-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-24/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1642/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1642/2024
01.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver