Məhkəmə qərarları › İş №2(104)-1647/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1647/2024

14.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1647/2024 14.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və evə köçürülmə tələbinə dair ilk iddia ərizəsinə, cavabdehlər Cavabdeh1, Cavabdeh3 İddiaçı1, İddiaçı2, Şəmkir rayon 1 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətamələrin ləğv edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-259/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara məxsus Şəmkir rayon, Keçili kəndi, Rövşən İsmayılov küçəsi 2 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, evin onlara təhvil verilməsi və onların həmin ünvana köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh1, Cavabdeh3 cavabdehlər İddiaçı1, İddiaçı2, Şəmkir rayon 1 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətamələrin ləğv edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-259/2024 nömrəli qətnaməsi (hakim Şəfəq Məmmədov) ilə, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, mərhumlar X1 və X2 qalmış mirasın Cavabdeh1 tərəfindən faktiki olaraq, Cavabdeh3 tərəfindən isə vəsiyyət üzrə qəbul edilməsi faktı müəyyən edilsin. 2V-1242, 2V-1243, 2V-1244 və 2V-1245 reyestr nömrəli 12 iyun 2023-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr ləğv edilsin və həmin şəhadətnamələr əsasında verilmiş ********** reyestr nömrəli, 25 iyul 2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əməlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək göstərmişdir ki, hazırda tərəflər öz aralarında razılıq əldə etmişlər və bu barədə barışıq sazişi bağlamışlar. Ona görə də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-259/2024 nömrəli qətnaməsindən onlar tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edirlər. Odur ki, apellyasiya şikayətindən imtinasının qəbul edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə ilk iddia üzrə iddiaçılar-qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, ilk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, qarşılıqlı iddia üzrə iddiaçıilkin iddia üzrə Cavabdeh1, qarşılıqlı iddia üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh3, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, qarşılıqlı iddia üzrə cavabdehlər Şəmkir rayon 1 saylı notariat ofisinin nümayəndəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, məruzəçi hakimi dinləyərək, iddiaçının nümayəndəsinin imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-259/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş ərizəni şikayətindən imtina etmə kimi qiymətləndirir. Azərbaycan Respublikasının MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Azərbaycan Respublikasının MPM-in 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikasının MPM-in 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (Azərbaycan Respublikasının MPM-in 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayətindən imtina etməsi qəbul olunmalı və apellyasiya icraatına ona münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 402.2 və 402.3) müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 369, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin. İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi (vəkili) Nümayəndə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-259/2024 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar