Məhkəmə qərarları › İş №2(104)-1676/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1676/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1676/2025 23.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı, həmçinin İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı3 iştirakı ilə, İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qаrşı “ipoteka ilə yüklü edilmiş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(021)-1702/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qаrşı “ipoteka ilə yüklü edilmiş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Azərbaycan cz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2010-cu il tarixdə **********19-05101- 093010 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, MA0022796 seriya nömrəsi ilə qeydə alınmış 93.3 kv.m ümumi, 27.2 kv.m yardımçı, 66.1 kv.m yaşayış sahəsi olan İddiaçı1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı yaşayış evinin və xx.xx.2011-ci il tarixdə, **********10-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, MA016791 seriya nömrəsi ilə qeydə alınmış 16.6 kv.m ümumi sahəsi olan İddiaçı1 xüsusi mülkiyyətində olan Bərdə şəhər Nizami küçəsi ünvanında yerləşən qeyri - yaşayış binasının çıxarışlarını, ipoteka yüklülüyündən azad edilərək İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Parabank ASC tərəfindən (indiki Parabokt ASC) 22 dekabr 2012 ci il tarixli, 900/12PB\BŞ-KM saylı, 11 avqust 2014 cü il tarixli, 443-14PB saylı və 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı imzalanmış kredit müqavilələrinə əsasən İddiaçı1, İddiaçı2 qızna və İddiaçı3 qarşı kredit müqavilələri üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldırmışdır. Kredit müqavilələrinin təminatı kimi 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və İddiaçı1 məxsus olan Bərdə şəhəri, Nizami küçəsində yerləşən 2 saylı evin 66.1 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 93.3 kv.m ümumi sahədən ibarət 5 otaqlı 8 saylı mənzil (MA seriyalı, ******* nömrəli **********19-05101- 093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 03 fevral 2010 qeydiyyat tarixli Çıxarışa) əsasən ipoteka ilə yüklü edilmiş, 22 dekabr 2012-ci il tarixli 900/12PB/BŞ-KM saylı və 11 avqust 2014 cü il tarixli, 443-14PB saylı kredit müqavilələrinin təminatı kimi isə 22 dekabr 2012-ci il tarixli, 900/12PB/BŞ-KM saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı1 özünə məxsus olan Bərdə şəhəri, Nizami küçəsində olan bələdiyyəyə məxsus olan 0.0024 ha torpaq sahəsində yerləşən 16.6 kv.m qeyri yaşayış sahəsini (MA seriyalı, ******* nömrəli, **********10-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011 qeydiyyat tarixli Çıxarışa əsasən) ipoteka ilə yüklü edilmişdir. Bərdə Rayon Məhkəməsində iddia ərizəsinə mahiyyəti üzrə baxılaraq Parabokt ASC-nin iddia tələbinin rədd edilməsi barədə 2(021)- 75/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnamə çıxarılmışdır. Lakin Parabokt ASC Bərdə Rayon Məhkəməsinin qətnaməsindən Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 1296/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən Bərdə Rayon Məhkəməinin qərarı qüvvədə qalaraq Parabokt ASC-nin tələbi rədd edilmişdir. Bundan başqa Gəncə Apelyasiya Məhkəməsinin 30 aprel 2024-cii il tarixli məktubuna əsasən “Parabokt ASC” qərarından Kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli 2(102)-4025/2023 nömrəli qərardadı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 1296/2023 nömrəli iş üzrə 14 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən "xxxx" ASCnin Kassasiya şikayəti qeyri mümkün hesab edilmiş və şikayət iddiaçıya geri qaytarılmışdır. Göstərilən qətnamələri DƏDRX-nin Bərdə Ərazi İdarəsinə təqdim etsək də, qeyd olunan qurum daşınmaz əmlakların, (Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ 7 saylı Bərdə Ərazi İdarəsində reyestr nömrəsi **********19-05101-093010, qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi 03.02. 2010, Seriya nömrəsi MA0022796, Bərdə şəhər Nizami küçəsi ev 2 ünvanında 27.2 kv.m yardımçı, 66.1 kv.m yaşayış, 93.3 kv.m ümumi sahədən ibarət İddiaçı1 xüsusi mülkiyyətində olan 5 otaqlı 8 nömrəli mənzil və reyestr nömrəsi M**********-06301, qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2011, Seriya nömrəsi MA0167918, Bərdə şəhər Nizami küçəsində 16,6 kv.m ümumi sahədən ibarət, İddiaçı1 xüsusi mülkiyyətində olan qeyri yaşayış binası) yüklülükdən azad edilməsi üçün ipoteka saxlayana müraciət etməyi və yaxud məhkəmə qərarı tələb olunduğunu bildirirlər. Bu səbəblə qeyd olunan əmlakların (Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ 7 saylı Bərdə Ərazi İdarəsində reyestr nömrəsi **********19-05101-093010, qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2010, Seriya nömrəsi MA0022796, Bərdə şəhər Nizami küçəsi ev 2 ünvanında 27.2 kv-m yardımçı, 66.1 kv-m yaşayış, 93.3 kv-m ümumi sahədən ibarət, İddiaçı1 xüsusi mülkiyyətində olan 5 otaqlı 8 nömrəli mənzil və reyestr nömrəsi **********10-06301, qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2011, Seriya nömrəsi MA0167918, Bərdə şəhər Nizami küçəsində 16.6 kv.m ümumi sahədən ibarət, İddiaçı1 xüsusi mülkiyyətində olan qeyri yaşayış binası) ipotekadan azad edilməsi ilə bağlı xx.xx.2024-cii il tarixdə "xxxx" ASC-nin Bakı şəhərində yerləşən baş ofisinə rəsmi müraciət etsələr də Parabokt ASC “Vətəndaşların müraciətlərinə baxılması” haqqında Azərbaycan Respublikasının Qanununa məhəl qoymayaraq cavab verməmişdir. Bunula bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etsələrdə Gəncə İnzibati məhkəməsi 13.01,2025-ci il tarixli 2-1(114)- 5252/2024 nömrəli qətnamə ilə iddianın mülki iş olması səbəbi ilə birinci instansiya məhkəməsinə müraciət etməyi bildirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar heç bir fayda vermədiyindən iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bərdə Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(021)-1702/2025 nömrəli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddiа təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(021)-1702/2025 nömrəli qətnaməsindən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Mahkəməsinin 2(021)-1702/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddialarının əsaslı olduğu üçün iddialarının tamamilə təmin olunmasına dair yeni məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 (həmçinin İddiaçı1 etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, girov qoyaraq kredit götürmüşlər, onlara qarşı iddia olmuş sonra məhkəmə müddətə görə rədd etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, kreditin biri onun adına olmuşdur. İnzibati Məhkəməyə müraciət etmişlər, lakin cavabdeh qoyulmadığı üçün məhkəmə qeyri-mümkün hesab etmişdir. İnzibati məhkəmə rayon, şəhər məhkəmələrinə müraciət etmələrini demişdir. Onlar borcdan yayınmamışdırlar. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiаçılar İddiaçı2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından həmin iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin İddiaçı3 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3- 46/2-4402/2024 saylı məktubun surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, MA ******* seriya nömrəli, **********10-06301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış Bərdə şəhər Nizami küçəsində yerləşən 16,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, MA ******* seriya nömrəli, **********19-05101- 093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış Bərdə şəhəri, Nizami küçəsində yerləşən 2 saylı evin 66.1 kv.m yaşayış, 27.2 kv.m yardımçı, 93.3 kv.m ümumi sahədən ibarət 5 otaqlı 8 saylı mənzil üzərindən ipoteka yüklülüyünün götürlməsindən imtina edilmişdir. “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 15.4-cü bəndində də göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Həmin Qərarın 3.2-ci bəndində həmçinin qeyd edilmişdir ki, İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin Qərarın 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təqsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5-ci bölməsinə əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilirlər. Həmin təsnifatın 31.1.4-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqan kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş məhkəmə icraatı qaydasında baxılmalı olan iş olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmalı qənaətinə gələrkən iş materiallarında olan İddiaçı1, İddiaçı2 və İddiaçı3 “ipoteka edilmiş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dair iddiası mümkün sayılmaması və iddiaçılara rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməsi barədə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-5252/2024 saylı qərardadına istinad etmişdir. Məhkəmə kollegiyası həmin qərardadla bağlı qeyd edir ki, qəradadın məzmunundan görünür ki, məhkəmə İddiaçı1, İddiaçı2 və İddiaçı3 “ipoteka edilmiş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dair iddiası mümkün sayılmaması nəticəsinə gələrkən ərizədə cavabdeh inzibati orqanın adı və ünvanın göstərilməməsinə və tərəflər arsında yaranmış münasibətlərin ipoteka müqaviləsindən irəli gəlməsi və bu münasibətlərin bankın ümumi(publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə olmaması və belə mübahisələrə (müqavilə tərəfləri arasında həmin müqavilədən irəli gələn mübahisələrə) mülki məhkəmə icraatı qaydasında rayon(şəhər) məhkəmələri tərəfindən baxılmalı olmasına istinad etmişdir. Göründüyü kimi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-5252/2024 saylı qərardadı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı qaldırılmış iddiaya deyil, cavabdeh inzibati orqan göstərilməmiş iddia ərizəsinə münasibətdə qəbul edilmiş, qəradadda cavabdeh kimi bankın qərarları, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə müzakirə edilmişdir. Kollegiya belə hesab edir ki, hazırkı iddia tələbi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin əmlakın yüklülükdən azad edilməsi ilə bağlı hərəkətindən, yəni imtinasından irəli gələn iddiadır. Həmin məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi arasında hər hansı müqavilə münasibətləri yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin tələbini pozaraq iddia ərizəsini icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Buna görə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268, 369, 402, 404, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, Q ə r a ra a l d ı : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(021)-1702/2025 nömrəli qətnaməsi ləğv olunsun. İddia tələbi üzrə icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya bu iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Bu qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar