Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1686/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2077/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanda yerləşən, çıxarış və layihəyə uyğun icarəsində olan torpaq sahəsindən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2077/2023 nömrəli qərardadı ilə (hakim F.Fərhadov) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Narazı qalan iddiaçı tərəfindən qərardaddan şikayət verilərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2077/2023 nömrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, mülki iş şikayət ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2077/2023 nömrəli qərardadı ləğv edilərək mülki iş ötürülmüş prosessual müddətə qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, idddiaçı İddiaçı 02 may 2023-cü il tarixdə qəbzə imza etməklə qərardad təqdim olunmuşdur. İddiaçı isə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2077/2023 nömrəli qərardadından 22 may 2023-cü il tarixdə şikayət vermişdir (daxil olma tarixi 25 may 2023-cü il). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 263.1. İş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 263.2. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 266.1. Məhkəmənin ayrıca akt şəklində çıxardığı müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi mülki prosessual qanunvericiliyin müddəalarına əsasən birinci instansiya məhkəməsinin qərardadından tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinədək şikayət verilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-lə müəyyən olunmuş ümumi qaydaya görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (MPM-nin 128.1 və 130.1-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydaları dəqiq müəyyən edilmişdir və həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunan normaya əsasən qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilməni müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsinin 02 may 2023-cü il tarixli qərardadı iddiaçıya bilavasitə təqdim edilmişdir. Ancaq iddiaçı 20 gün sonra qərardaddan şikayət vermişdir. Buna baxmayaraq ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təqdim etməmiş, eyni zamanda birinci instansiya məhkəməsi şikayətin verilməsinə dair müddətin ötürülməsinə heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətin ötürülməsinə hüquqi qiymət verilmədən şikayətin baxılması üçün göndərilməsi mülki prosessual qanunvericiliyin müddəalarına uyğun deyildir. Odur ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2077/2023 nömrəli qərardadı ləğv edilməli, mülki iş müddətin ötürülməsinə hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2077/2023 nömrəli qərardadı ləğv edilsin və mülki iş müddətin ötürülməsinə qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2(104)-1686/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1686/2023
07.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver