Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-169/2024 20.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(125)-3809/2023 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı cavabdehlərin İddiaçı məxsus ünvan 1 ünvanından çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3809/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «mənzildən çıxarılma» barədə iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 ünvanından çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 nümayəndəsi və vəkili X1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddiaçı ilə razılığa gəldikləri üçün verdiyi apelyasiya şikayətini geri götürdüyünü bildirmiş və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Həmçinin tərəfindən verilmiş ərizəni müdafiə etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin ərizəsinə əsasən iş üzrə apellyasiya şikayətinin geri götürülməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369-cu maddəsini rəhbər tutaraq, qəraraaldı: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilsin və Gəncə Şəhər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(125)-3809/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-169/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-169/2024
20.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver