Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1697/2025 08.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-102/2025 nömrəli qərardadından İddiaçı verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və həmin çıxarışın xx.xx.2009-cu il tarixli, AA 004235 plan və ölçü sənədinə əsasən onun mülkiyyətində olan 0,015 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa olunmuş tikililərin onun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və boşaldılması, torpaq sahəsinin Cavabdeh1 zəbtindən azad olunması və ona qaytarılması, vəkil xidmətinə görə ödədiyi 350 manat pulun və 100 manat dövlət rüsumunun Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, reyestr nömrəsi **********94 olan, mülkiyyət hüququnun qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2009 olan çıxarışa, AA 004235 plan və ölçü sənədinə əsasən onun mülkiyyətində olan 0,015 ha torpaq sahəsinin 145,0 kv.m hissəsinə dair cavabdeh X1 adına mülkiyyət hüququnun qeydiyyatının əsaslarının etibarsız hesab edilməsi, 300,0 kv.m torpaq sahəsinə mülkiyyət hüququ haqqında ********** nömrəli, xx.xx.2024-cü il tarixli qeydiyyat, **********72 reyestr nömrəli çıxarış, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, onun torpaq sahəsində cavabdehlər X5 və X3 tərəfindən inşa olunmuş tikililərin onların hesabına sökülərək, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və boşaldılması, torpaq sahəsinin cavabdehlərin zəbtindən azad olunaraq ona qaytarılması, vəkil xidmətinə görə ödədiyi 350 manat pul və 100 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-102/2025 nömrəli qərardadı ilə (hakim Cavid Tağıyev) əsasən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və işin yenidən Gəncə Şəhər Məhkəməsinin icraatına qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi düzgün deyil və mübahisə 0,15 sot torpaq sahəsinin əslində tərəflərin hansına məxsus olması haqdadır. Yəni, mübahisə hüquq haqdadır. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın nəticələrindən məlum olmuşdur ki, 0,15 sot Əhmədova məxsus olan torpaq sahəsi həm də, Mansurova Solmaz adlı şəxsə məxsus olan 300.kv,m torpaq sahəsinə daxildir və ona görə də, torpaq sahələri üst-üstə düşür. Faktiki olaraq, ekspert mövcud faktı təsdiq etmişdir, lakin reyestr xidməti tərəfindən Mansurovaya verilmiş qeydiyyat sənədlərinin göstəricilərinin ilkin torpaq ayırma sənədlərində olan göstəricilərlə eyni olub-olmamasını ekspert müəyyən etməmişdir. Bu haqda onun qarşısında məhkəmə tərəfindən sual da, qoyulmamışdır. İş materiallarında da, tələb olunan sənədlər hələ yox idi. Ekspertiza təyin edilən zaman iş materiallarında torpaq sahəsinin Mansurovaya məxsus olması və hansı əsaslarla məxsus olması, torpağa dair ilkin torpaq ayırma sənədləri, kadastr sənədləri yox idi. Hal-hazırda Mansurova torpaq sahəsini evlə birlikdə satın aldığı X4 Quşçu bələdiyyəsi tərəfindən əslində hansı torpaq sahəsinin ayrıldığını müəyyən etmək mümkün olduğuna baxmayaraq, məhkəmə əlavə ekspertiza təyin edilməsi haqda vəsatətimizi təmin etməmişdir. Məhkəmə iclasında 3-cü tərəfin nümayəndəsi dəfələrlə məhkəməyə müraciət edərək bildirmişdir ki, ilkin torpaq ayırma sənədlərində səhv yoxdur. Quşçu bələdiyyəsinin əməkdaşları torpaq Komitəsinin mütəxəssisləri ilə birlikdə akt tərtib ediblər və təsdiqləyiblər, Quşçu kəndinin yerquruluşu planından çıxarışlarda hər iki şəxsin torpaq sahələri göstərilib, sonra isə tərəflərə kadastr sənədi verilib, torpaq sahələrinin koordinatları dəqiq göstərilib. Reyestr xidmətinin nümayəndəsi bildirmişdir ki, Mansurovaya onların əməkdaşları tərəfindən torpaq sahəsinin planı və ölçüsündə Mansurovanın faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları göstərilib. Faktiki istifadə isə qanuni istifadə demək deyil. Biz xx.xx.2025-ci ii tarixli vəsatətlə məhkəməyə müraciət etmişik ki, ekspertiza təyin edilsin və onda müəyyən edilə bilər ki, mübahisəli 0,15 sot torpaq sahəsi Quşçu bələdiyyəsi tərəfindən eyni vaxtda həm Əhmədova həm də, Temurova Lalaya satılıb, yoxsa Temurovadan satın alınan torpaq sahəsi sonradan reyestr xidməti tərəfindən Mansurovanın adına faktiki istifadəsində olduğu adı ilə rəsmiləşdirilib. Gəncə Şəhər Məhkəməsinin 14 avqust 2024-ci il tarixli, e-2(125)-102/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-102/2025 nömrəli qərardadı qismən ləğv edilməli və iddia ərizəsinə həmin hissədə baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi və ləğv olunmasını tələb etdiyi 0,03 ha torpaq sahəsinə dair X1 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarış Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarı əsasında verilmişdir. Ona görə də iddiaçı inzibati orqanın hərəkətindən aidiyyət qaydalarına uyğun olaraq müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, iddia tələbinin “reyestr nömrəsi **********94 olan, mülkiyyət hüququnun qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2009 olan çıxarışa, AA 004235 plan və ölçü sənədinə əsasən onun mülkiyyətində olan 0,015 ha torpaq sahəsinin 145,0 kv.m hissəsinə dair cavabdeh X1 adına mülkiyyət hüququnun qeydiyyatının əsaslarının etibarsız hesab edilməsi, 300,0 kv.m torpaq sahəsinə mülkiyyət hüququ haqqında ********** nömrəli, xx.xx.2024-cü il tarixli, **********72 reyestr nömrəli çıxarış, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi” hissəsində xitam verməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iş materiallarından da, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən də məlum olmuşdur ki, hər iki tərəfə verilmiş çıxarışın, torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan 0,015 ha torpaq sahəsinin X1 mülkiyyətində olan 300 kvm həyətyanı torpaq sahəsinin 145 kvm hissəsi üst-üstə düşür. Hər iki tərəfə verilmiş torpaq sahələri Dəşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı və xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı əsasında verilmişdir, İddia tələbinin “İddiaçının onun torpaq sahəsində cavabdehlər X5 və X3 tərəfindən inşa olunmuş tikililərin onların hesabına sökülərək, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və boşaldılması, torpaq sahəsinin cavabdehlərin zəbtindən azad olunaraq ona qaytarılması, vəkil xidmətinə görə ödədiyi 350 manat pul və 100 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasına dair” hissəsində isə iş üzrə icraata xitam verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, həmin tələb mülki hüquq münasibətlərindən irəli gəlməklə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin inzibati orqanın aktı əsasında verilmiş Çıxarışın ləvğ edilməsi olaraq, “inşa olunmuş tikililərin onların hesabına sökülərək, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və boşaldılması, torpaq sahəsinin cavabdehlərin zəbtindən azad olunaraq ona qaytarılması” tələbi artıq fiziki şəxslər arasında mülki hüquq münasibətlərinin yaranması anlamına gəlir ki, bununla bağlı mübahisə mülki icraat çərçivəsində həll edilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd olunan hissəsini inzibati mühbahisə olması əsası ilə xitam etməkdə səhvə yol vermişdir. Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 157, 158, 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-102/2025 nömrəli qərardadı qismən, iddia tələbinin “İddiaçının onun torpaq sahəsində cavabdehlər X5 və X3 tərəfindən inşa olunmuş tikililərin onların hesabına sökülərək, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və boşaldılması, torpaq sahəsinin cavabdehlərin zəbtindən azad olunaraq ona qaytarılması, vəkil xidmətinə görə ödədiyi 350 manat pul və 100 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması” hissəsinə xitam verilməsi hissəsində ləğv edilsin. İddia ərizəsinə “İddiaçının onun torpaq sahəsində cavabdehlər X5 və X3 tərəfindən inşa olunmuş tikililərin onların hesabına sökülərək, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və boşaldılması, torpaq sahəsinin cavabdehlərin zəbtindən azad olunaraq ona qaytarılması, vəkil xidmətinə görə ödədiyi 350 manat pul və 100 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması” hissəsində baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1697/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1697/2025
08.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver