Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1698/2025 23.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «daşınar əmlakın qanunsuz sahibliktən geri alınması» barədə iddiasına dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 2(023)-873/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
2. Elektron cıxarışdan görünür ki, İddiaçı mülkiyyətində VAZ 2106 minik markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobil vardır.
3. Məhkəmə kollegiyasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə verilmiş sorğuya cavab məktubundan görünür ki, “Vaz 2106” markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin və sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir.
4. Məhkəmə kollegiyasının İmişli rayonunda 11 saylı rayonlararası qeydiyyatimtahan və texniki baxış şöbəsinə verilmiş sorğuya cavab məktubundan görünür ki, DİN Baş Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Vaz 2106” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü ildə vətəndaş İddiaçı mülkiyyətinə keçirilmişdir. Əməliyyat üzrə aparılmış sənədlər saxlama müddəti bitdiyi üçün təlimata əsasən yandırma üsulu ilə məhv edildiyindən göndərmək mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan VAZ 2106 minik markalı, **-BD-*** dövlət nömrə nişanlı, 2005-ci il buraxlışlı, qırmızı rəngli, hazırda Qazax şəhəri Azərbaycan küçəsi 38 nömrəli evin həyətində saxlanılan avtomobilin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, **-BD-*** dövlət nöməli nişanlı VAZ" 2106 minik markalı, 2005 il buraxılışlı, qırmzı rəgli avtomobilin dəyərini ödəyərək almışdır. Avtomobilin nəqliyyat vasitəsinin şəhadətnaməsi onun adınadır. 2022-ci ildə ”N” saylı hərbi hissədə Baş gizir vəzifəsində işləyən xx.xx.1982 il təvəllüdlü oğlu X4 avtomobili sürmək üçün 2016-cı ilin dekabırında etibarnamə ilə vermişdir. xx.xx.1982 il təvəllüdlü oğlu X7 xx.xx.2024-cü ildə yaşadığı Qazax şəhəri Azərbaycan küçəsi 38 nömrəli evdə öldürülmüşdür. Oğlu qətl edildikdən sonra, yəni xx.xx.2024 il tarixdə ona avtomobili idarə etmək üçün notarial qaydada verdiyi etibarnaməni ləğv etdirmişdir. Lakin onun keçmiş arvadı X2 avtomobili ələ keçirərək ona qaytarmaqdan imtina edir. Ona gərə də, 3 dəfə Azərbaycan Respublikası DİN-in “102" xidmətinə müraciət etmişdir. Bir neçə dəfə Qazax RPİ-in DYPŞ-nə şifahi müraciətlər etmiş, lakin Polis əməkdaşları mülkiyyətində olan həmin avtomobili məhkəmə qərarı olacağı təqdirdə ona qaytarılacağını bildirlər. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur
7. Qazax Rayon Məhkəməsinin 2(023)-873/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Mansırov) İddiaçı iddiası təmin edilmiş, İddiaçı mülkiyyətində olan VAZ 2106 minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Mülki Prossesual qanununvericiliyin tələbinə əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə bağlı olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi mülki qanunvericilikdə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşsə də, əmlakın cavabdehdə olması cavabdeh tərəfindən etiraf edilmiş, bununla da iddiaçı sübutetmə yükündən azad edilmiş, lakin sonradan cavabdeh əmlakın onun əri tərəfindən alınmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan VAZ 2106 minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilməlidir
9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 78.1 və 218.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Qazax Rayon Məhkəməsinin 2(023)-873/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 2(023)-873/2025 saylı, xx.xx.2025 – ci il tarixli qətnaməsinin ləğv olunmasını və ** BD *** dövlət nömrə nişanlı “VAZ 2106” minik markalı avtomobilin Cavabdeh istifadəsində və mülkiyyətində qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2025 – ci il tarixli, 2(023)-873/2025 sayılı qətnaməsi qanunsuz və əsassızdır. Həmin qərar ədalətsiz və əsassız olduğundan, maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul olunduğundan, apellyasiya instansiyası məhkəməsində ləğv olunmalı, iş üzrə yeni, qanuni və əsaslı qərar qəbul olunmalıdır. Belə ki, mərhum həyat yoldaşı X7 ilə, xx.xx.2013-cü il tarixdə nikah bağlayaraq, ailə qurmuşlar. Bu evlilikdən, 3 (üç) uşaqları - xx.xx.2009-cu il tarixdə X8, xx.xx.2010-cu il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X6 dünyaya gəlmişdir. Mərhum həyat yoldaşı X7 hərbi qulluqçu olmuşdur. Bütün ömrünü vətənin keşiyində keçirmişdir. Torpaqların azadlığı uğrunda ağır döyüşlərdə iştirk etmişdir. Bu döyüşlərdə ağır yaralanmışdır. Aldığı yaraların təsirindən əsəb sinir sistemi pozulmuş və xx.xx.2024-cü il tarixdə uzun sürən müalicədən sonra dünyasını dəyişmişdir. Çox uşaqlı ailə olduqlarından və artıq övladlarıda böyüdüyü üçün mənzil təminatına ehtiyacları oluşdur. Bu səbəbdən də, mərhum həyat yoldaşı ev növbəsində olduğu üçün, ** BD *** dövlət nömrə nişanlı “VAZ 2106” minik markalı, 2005-ci il buraxılışlı, qırmızı rəngli avtomobili öz adına deyil, atası İddiaçı adına almışdır. Avtomobilin pulunu o, həyat yoldaşı ilə birlikdə ödəmişdir. İddiaçı, həmin avtomobili hansı tarixdə, kimdən, hansı qiymətə və haradan alındığını belə bilmir. Həmin avtomobilin əvvəlki sahibini şahid qismində məhkəməyə dəvət olunmasını xahiş etmişdir. Həmin avtomobil heç vaxt iddiaçının istifadəsində olmamışdır. Mərhum həyat yoldaşı X7 həmin avtomobili aldıqdan sonra, o və ailə üzvlərinin davamlı olaraq istifadəsində olmuşdur. Bu barədə kifayət qədər sübutları da mövcuddur. Belə ki, həyat yoldaşı dünyasını dəyişdikdən sonra, uşaqlar tək onun öhdəsində qalmışdır. O, onları tək böyüdür və İİ qrup əlildir. Əlilliyinə dair arayışın surətini də, ərizəsinə əlavə etmişdir. Səhhətindəki problemlə əlaqədar olaraq heç bir yerdə işləyə bilmir. Övladları idmançıdırlar. Müxtəlif Beynəlxalq yarışlarda ölkəni təmsil edirlər. Qızı gənclər arasında Avropa Çempionatında bayrağımızı yüksəltmişdir. Belə hesab edir ki, ** BD *** dövlət nömrə nişanlı “VAZ 2106” minik markalı, 2005-ci il buraxılışlı, qırmızı rəngli avtomobili mərhum həyat yoldaşı ilə o, ailə büdcəsi hesabına aldıqlarına görə, həmin avtomobil onların ailəsinin istifadəsində qalmalı və onların mülkiyyətinə verilməlidir. Belə ki, həmin məhkəmə iş materillarını tam, obyektiv və hər tərəfli araşdırmayaraq, yalnız cavabdehin izahatlarına əsasən, qərar qəbul etmişdir. O, belə hesab edir ki, onun sübutları və dəlilləri Qazax Rayon Məhkəməsinin 2(023)-873/2025 sayılı, xx.xx.2025 – ci il tarixli Qətnaməsinin ləğv olunması barədə qərar verməyə imkan verməkdədir. Həmin avtomobil heç vaxt iddiaçının istifadəsində olmamışdır. Mərhum həyat yoldaşı X7 həmin avtomobili aldıqdan sonra, o və ailə üzvlərinin davamlı olaraq istifadəsində olmuşdur. Bu barədə kifayət qədər sübutları da mövcuddur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Qazax Rayon Məhkəməsinin 2(023)-873/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə İddiaçı tərəfindən məhkəməyə etiraz ünvalayaraq, Cavabdeh apellyasiya şikayətinin rədd edilməsini və Qazax Rayon Məhkəməsinin 2(023)-873/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qəbul edilməsini xahiş etmişdir. Etirazının onunla əsaslandırmişdır ki, Qazax Rayon Məhkəməsinə həmin cavabdehə qarşı «daşınar əmlakın qanunsuz sahibliktən geri alınması» barədə iddia ərizəsi vermiş, Qazax Rayon Məhkəməsi (hakim E.Mansırov) xx.xx.2025-ci il tarixində işə baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh qətnamə qəbul edildikdən 3 ay sonra apellyasiya şikayəti vermişdir. Ona görə də, apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin rədd edilməsi və Qazax Rayon Məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. **- BD-*** dövlət nöməli nişanlı VAZ" 2106 minik markalı, 2005 il buraxılışlı, qırmızı rəgli avtomobilin dəyərini ödəyərək almışdır. Avtomobilin nəqliyyat vasitəsinin şəhadətnaməsi onun adınadır. Avtomobil onun şəxsi mülkiyyətindədir. 2022-ci ildə ”N” saylı hərbi hissədə Baş gizir vəzifəsində işləyən xx.xx.1982 il təvəllüdlü oğlu X4 avtomobili sürmək üçün 2016-cı ilin dekabırında etibarnamə ilə vermişdir. xx.xx.1982 il təvəllüdlü oğlu X7 xx.xx.2024-cü ildə yaşadığı Qazax şəhəri Azərbaycan küçəsi 38 nömrəli evdə ona məlum şəxslər tərəfindən öldürülmüşdür. Oğlu qətl edildikdən sonra, yəni xx.xx.2024 il tarixdə ona avtomobili idarə etmək üçün notarial qaydada verdiyi etibarnaməni ləğv etdirmişdir. Lakin onun keçmiş arvadı X2 avtomobili ələ keçirərək ona qaytarmaqdan imtina edir. Ona gərə də 3 dəfə Azərbaycan Respublikası DİN-in “102" xidmətinə müraciət etmişdir. Bir neçə dəfə Qazax RPİ-in DYPŞ-nə şifahi müraciətlər etmiş,lakin Polis əməkdaşları mülkiyyətində olan həmin avtomobili məhkəmə qərarı olacağı təqdirdə ona qaytarılacağını bildirlər. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh onun mülkiyyət hüquqlarını kobudcasına pozmuş, keçən müddət ərzində əmlakdan istifadə etməyə imkan verməmiş, hüquqlarını məhdudlaşdırmış və qanunsuz istifadə etmişdir. Hazırda qarşı tərəfin heç bir hüququ olmadığı halda onun əmlakını ələ keçirməyə çalışır. Apellyasiya şikayətinin qanunla və işin halları ilə heç bir əlaqəsi yoxdur. Oğlunun mənzil növbəsində olması, mənzilə görə həmin avtomobili onun adına alması barədə cavabdehin yazdıqları ağ yalandır. Digər tərəfdən, oğlu ağır xəstəlilklərdən deyil, öldürülən məqamadək tam sağlam olmuş, heç bir xəstəlikdən əziyyət çəkməmişdir, çünki xəstə şəxs çox ağır təbii şəraiti olan ərzində hərbi xidmət keçə bilməzdi. Oğlu bilavasitə yaşadığı həmin fərdi evdən qəsdən öldürülmüşdür. Onun qəsdən öldürülməsinin motivi məlum şəxlərin ona külli miqdarda borclu olması olmuşdur. İstintaq hələki vicdansızcasına qəsdən ölüm faktını intihar kimi sənədləşdirmişdir. Göründüyü kimi, Qazax Rayon Məhkəməsinin 2(023)-873/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsinin ləğvi üçün heç bir əsas yoxdur. Subyektiv mühazirələrə görə qanuni qətnamə ləğv edilə bilməz.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında bildirmişdir ki, mərhum həyat yoldaşı hərbiçi olduğu üçün avtomobili öz adına deyil, atasının adına rəsmiləşdirmişdir. Daha sonra həyat yoldaşı öldükdən sonra qayınatası həmin avtomobili tələb etdi. Halbuki, avtomobil ailə büdcəsi vasitəsilə alınmışdır. Həmin maşının çox qiyməti də, yoxdur. Ona görə də, istəyir ki, həmin avtomobil onun övladlarına qalsın. Avtomobil mərhum həyat yoldaşı almışdır. Lakin atasının adına rəsmiləşdirmişdir. Avtomobili mərhum həyat yoldaşı sürmüşdür. Qayınatası maşını sürməmişdir. Qayınatası İddiaçı maşın sürməyi bilmir, onun sürücülük vəsiqəsi yoxdur. Keçən ilin may ayında yoldaşı rəhmətə getmişdir. Həmin maşını kimdən aldığı ilə bağlı sübutları vardır. 3800 məbləğində maşın almışdır. Qayınatasının maşından xəbəri olmamışdır, maşın alındıqdan sonra onu görmüşdür. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında isə bildirmişdir ki, o vaxt hərbçi olanlar ev növbəsindən ev almaq üçün adlarına heç nə olmamalı idi. Ona görə də, mərhum həyat yoldaşı avtomobili atasının adına almışdır. Mərhum həyat yoldaşı avtomobili almaq üçün 5000 manat kredit götürmüşdür. Avtomobili cavabdehin qardaşı və mərhum həyat yoldaşı birlikdə almışdırlar. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında bildirmişdir ki, onun iki oğlu var idi. Biri iddiaçının həyat yoldaşıdır. 16 il evli olmuşlar, lakin aralarında gediş-gəliş olmamışdır. Daha sonra onların 3 uşağı oldu. İlk uşaqları 2009-cu ildə dünyaya gəlmişdir. 2013-cü ildə isə oğlugilin nikahı rəsmiləşdirilmişdir. Onlar kirayədə qalırdılar. Maşın alınmasına qərar verilmişdir. İki oğlu maşın almaq üçün Bakı şəhərinə getmişdirlər. İlk öncə Sumqayıt bazarına getmişdirlər. Qiyməti sərfəli olmayıb deyə oradan alınmamışdır. Daha sonra bir avtomobili tapıb almışdır. Həmin maşında başqasının adına olduğu üçün oğluna bir illik etibarnamə vermişdir. 2013-cü ilin oktyabr-noyabr aylarında maşın alınmışdır. Daha sonra etibarnamənin müddəti bitmiş, maşının sahibi isə ölkəni tərk etmişdir. Bundan sonra maşının alqı-satqı edilməsi üçün getmişdirlər. Onun sürücülük vəsiqəsi yoxdur, özü də xəstədir və ona maşın sürmək olmaz. Əvvəl adına maşın olubdur, daha sonra oğlu üçün sürməyə vermişdir. Həmçinin həmin vaxt oğlunun da, sürücülük vəsiqəsi olmamışdır. Oğlu sürücülük vəsiqəsini 2015-ci ildə almışdır. 2015-ci ildə oğluna maşını sürməsi üçün etibarnamə vermişdir. Daha sonra oğlu ilə aralarında küskünlük oldu deyə etibarnaməni ləğv etdirmişdir. Daha sonra ona 2016-cı ildə yenidən sürücülük vəqisəsinin müddətinə qədər etibarnamə vermişdir. 2024-cü ildə isə həmin etibarnaməni ləğv etdirmişdir. Oğlu həqiqətən hərbiçi olmuş və 20 ildən artıq işləmişdir. Lakin cavabdeh şikayətində bildirdiyi kimi oğlu heç bir travma almamışdır. Onun oğlu öldürülmüşdür. Lakin o, şikayətçi olmamışdır. Oğlunun qəbrini də, özü düzəltmişdir. Gəlini heç bir kömək etməmişdir. Odur ki, şikayətin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, maşın hazırda cavabdehə məxsus həyətdədir. Maşının alması üçün oğlanlarına pulu o, vermişdir. Maşının onun həyətinə gəlməsini istəyir. Həmin maşın satılmayacaq oğlunun balaca övladına qalacaqdır. 4200 manat həmin maşın üçün pul vermişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında isə bildirmişdir ki, maşını almaq üçün 3 nəfər- iki oğlu və cavabdehin qardaşı getmişdir. Oğluna Beyləqanda işlədiyi üçün maşın lazım idi. Maşın almaq üçün pul verdiyini onun ailəsi şahiddir. Pulu hədiyyə kimi vermişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 152.1. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinun qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarınun əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 385.1.1. maddi hüquq normalarınun və ya prosessual hüquq normalarınun pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktınun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışınun hədləri
25. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı apellyasiya şikayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən birinci instansiya məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdr.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, məhkəmə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
31. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, “Vaz 2106” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü ildə İddiaçı mülkiyyətinə keçmiş və hazırda onun mülkiyyətindədir. İddiaçıya mülkiyyət hüququ ilə məxsus “Vaz 2106” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda cavabdehin qanunsuz sahibliyindədir və iddiaçı cavabdehə qarşı vindikasiya iddiası ilə sonuncunun qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan Vaz 2106” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh X1 mərhum həyat yoldaşı X4 etibarnamə əsasında idarə etmək üçün vermişdir. Lakin, cavabdehin həyat yoldaşı Vüsal Əbilov vəfat edəndən sonra iddiaçı onun adına verilmiş etibarnaməni ləğv etdirmişdir. Bundan iddiaçı sonra avtomaşının qaytarılmasını tələb etmiş, cavabdeh isə bundan yayınmışdır.
32. Kollegiya qeyd edir ki, mülkiyyətçinin mülkiyyət hüququ əşya-hüquqi müdafiə üsulu ilə hər hansı üçüncü şəxsin (konkret şəxsin yox) törətdiyi pozuntudan müdafiə edilir. Bu müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Əşya-hüquqi üsulun əsas istiqaməti və yönümü mütləq subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
33. Bu baxımdan iddiaçıya məxsus əşyaların qaytarılmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən əşyaların qaytarılması tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi, özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
35. Göründüyü kimi, iddiaçıya məxsus “Vaz 2106” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda cavabdehin qanunsuz sahibliyindədir və iddiaçı cavabdehə qarşı vindikasiya iddiası ilə sonuncunun qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. Cavabdeh isə iddiaçıya məxsus avtomaşını qanunsuz olaraq özündə saxlamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur.
36. Cavabdeh apellyasiya şikayətinin dəlilində mərhum həyat yoldaşının ev növbəsində olduğu üçün, ** BD *** dövlət nömrə nişanlı “VAZ 2106” minik markalı, 2005-ci il buraxılışlı, avtomobilin mərhum həyat yoldaşı X4 məxsus olmasını, lakin avtomobili öz adına deyil, atası İddiaçı adına almasını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübut tədqim edə bilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
37. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin 2(023)-873/2025 saylı, 30 may 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Qazax Rayon Məhkəməsinin 2(023)-873/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-873/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.