Məhkəmə qərarları › İş №2(104)-170/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-170/2023

04.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-170/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(045)-21/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Goranboy Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(045)-21/2022 nömrəli qətnaməsi ilə (hakim T.Ələkbərov) iddianın təmin edilməsi, Goranboy rayonunun Qaradağlı kəndində yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan 0.22 ha torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 Aydm oğlu tərəfindən tikilmiş tikililərin sökülməsi, cavabdehlərin həmin torpaq səhəsindən çıxarılması və torpaq sahəsinin İddiaçı qaytarılması, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun, 0,4 manat bank xərcinin və 311 manat xidmət haqqının əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Aydm oğlundan müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabınma köçürülməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(045)-21/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək Goranboy rayonunun Qaradağlı kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan 0.22 ha torpaq sahəsində cavabdehlər tərəfindən tikilmiş tikililərin sökülməsi və cavabdehlərin həmin torpaq səhəsindən çıxarılması, torpaq sahəsinin özünə qaytarılması, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 nənəsi, Cavabdeh2 isə əmisidir. Bu mübahisəyə qədər aralarında heç bir vaxt hər-hansı bir söz-söhbət, mübahisə və ədavət olmamışdır. O, nənəsini də, əmisini də çox istəyir. Lakin istəyir ki, aralarında olan bu mübahisə qanuni və ədalətli olaraq məhkəmədə həll edilsin ki, bir daha aralarında narazılıqlar olmasın. Məhkəməyə təqdim etdiyi AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Goranboy rayonu, Qaradağlı kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə 22 oktyabr 2020-ci il tarixdə tam olaraq xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Məhkəməyə təqdim etdiyi torpaq sahəsinin plan və ölçüsünün təsdiqlənmiş surətindən də görünür ki, cavabdehlər ona qonşudur və bu torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasındakı nöqtələr və məsafələrlə aydın göstərilmişdir. Lakin buna baxmayaraq cavabdehlərdən Cavabdeh2 onun mülkiyyətində olan torpaq sahəsinin böyük bir hissəsini zəbt edərək həmin hissədən onun sərbəst istifadə etməyinə icazə vermir, orada qeyri-qanuni tikililər tikmişdir (tövlə, çardaq və sair). O, dəfələrlə cavabdehlərdən torpağını özünə qaytarmağı xahiş etmişdir. Lakin onlar razılaşmırlar, deyirlər ki, bu torpaq sahəsi onlarındır. Ona deyirlər ki, get hara deyirsən de, nə bilirsən elə də et. Ona görə də, məcbur olub məhkəməyə müraciət etməli olur. Təqdim etdiyi sənədlərdən görünür ki, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Lakin cavahdehlər onun mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə etməyinə imkan vermirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evi 1968-ci ildə tikilmişdir və Cavabdeh1 həmin vaxtdan etibarən bu evdə yaşamışdır. Məhkəmə bu qənaətə gəlmişdir ki, 1998-ci ildə islahat aparılarkən yaşadığı evin yerləşdiyi torpaq sahəsinin 0.20 sotu mərhum oğlu Musayev Kamandar oğlunun mülkiyyətinə verilmişdir. Oğlu vəfat edəndən sonra isə vərəsəlik qaydasında nəvəsi, hazırki İddiaçı adına rəsmiləşdirilmişdir. Bu mülki işin hansı dərəcədə ziddiyyətli olmasına dəlalət edir. Mübahisə predmeti olan əmlakdan 30 ildən artıq müddətdə fasiləsiz və etirazsız istifadə etməyi, əmlakı faktiki idarə etməyi məsələsi nəzərə alınmamışdır. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tərəfə mübahisəli torpağın əvəzinə 2017-ci ildə 4500 ABŞ dollarına aldığı torpaq sahəsini iddiaçının atası mərhum Kamandar Musayevə verilməsi məsələsinə məhkəmə ümumiyyətlə heç bir hüquqi qiymət verməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh1 qız məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün sayır Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(045)-21/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, torpaq sahəsinin bölünməsi ilə bağlı cavabdehlə müəyyən razılığa gəlmişdir. Lakin hazırda sənədləşmə sona çatdırılmamışdır. Sənədləşmə axıra çatdırılandan sonra mübahisə də aradan qalxacaqdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, məhkəmə iclasında iştirak etmiş tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəflndən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışın surətindən görünür ki, Goranboy rayonu Qaradağlı kəndində yerləşən 0.22 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-055A KOD 50911018 saylı şəhadətnamənin surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 25 saylı qərarına əsasən 0,21 hektar torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Aydm oğlunun faktiki istifadəsində olan 0.4965 ha (4965.0 kv.m) həyətyanı torpaq sahəsinin 0.22 ha (2200.0 kv.m) hissəsi Goranboy rayonu Qaradağlı kəndində yerləşən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.22 ha (2200.0 kv.m) həyətyanı torpaq sahəsi ilə tam hissədə üst-üst düşür. Cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 35.0 kv.m hissəsi və köməkçi tikilinin 124.0 kv.m hissəsi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.22 ha (2200.0 kv.m) həyatyanı torpaq sahəsi üzərində yerləşdiyi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/560 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanmda Daşmmaz Əmlakm Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Təqiqat Mərkəzi MMC-nin Gəncə Layihə-Tədqiqat İdarəsinin mühəndisi Elmar Aslanovun mütəxəsis rəyində qeyd edilir ki, cavabdehlər X3 və Cavabdeh2 Aydm oğlunun faktiki istifadəsində olan 0.4965 ha (4965.0 kv.m) həyətyanı torpaq sahəsinin 0.22 ha (2200.0 kv.m) hissəsi Goranboy rayonu Qaradağlı kəndində yerləşən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.22 ha (2200.0 kv.m) həyatyanı torpaq sahəsi lə tam hissədə üst-üstə düşür; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanmda Daşmmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Təqiqat Mərkəzi MMC-nin Gəncə Layihə-Tədqiqat İdarəsinin mühəndisi Elmar Aslanovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdehlər tərəfındən inşa edilmiş fərdi yaşayış evinin 35.0 kv.m hissəsi və köməkçi tikilinin 124.0 kv.m hissəsi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.22 ha (2200.0 kv.m) həyatyanı torpaq sahəsi üzərində yerləşdiyi müəyyən olunmuşdur. Ekspetiza tədqiqatının dəyəri 50 (əlli) manatdır; Məhkəmə kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərardadına əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli 10/5121 nömrəli rəyində aşağıdakılar göstərilir: - İddiacı və cavabdehin iştirakı ilə hər iki tərəfin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinin koordinatları və cavabdehin faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin koordinatları naturada təyin edilmişdir. - Cavabdeh X2 faktiki olaraq iddiaçının mülkiyətində olan həyətyanı torpaq sahəsini öz torpaq sahəsinə qataraq bütünlüklə naturada istifadə etdiyi müəyyən olunmuşdur. - X5 məxsus yaşayış evi və yardımçı tikililərin bir hissəsinin ona məxsus olan 0.21 ha həyətyanı torpaq sahəsinin daxilində, bir hissəsinin isə kənarda yerləşdiyi müəyyən olunmuşdur. - İddiaçı Kamran oğluna məxsus olan torpaq sahəsinin hüdudları daxilində 38 kv.m yaşayış evi, 105 kv.m günlük və 105 kv.m isə köməkçi tikili olduğu meəyyən edilmişdir. - İddiaçı Kamran oğluna məxsus olan torpaq sahəsinin cavabdehlər tərəfindən bütünlüklə istifadə etdiyi müəyyən olunmuşdur. Ekspetiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırda istifadə etdiyi 0.22 ha (2200.0 kv.m) həyətyanı torpaq sahəsi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin, cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 35.0 kv.m hissəsi və köməkçi tikilinin 124.0 kv.m hissəsi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.22 ha (2200.0 kv.m) həyatyanı torpaq sahəsinin üzərində yerləşir. Cavabdehlər hazırda həmin tikililərdə yaşayır və təsərrüfat aparırlar. Bu səbəbdən iddiaçıya məxsus torpaq sahəsində tikilmiş həmin tikililər sökülməli, cavabdehlər həmin torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. Orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarmı və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasma icazə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir, torpaq sahələrinin özbaşına tutulması qadağan olunur. Beləliklə də, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edildiyi və məhkəmə iclasında müəyyən edildiyindən kollegiya hesab edir ki, məhkəmə iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmənin şikayətlə mübahisələndirilən qətnaməsinin ləğv edilməsi və ya da dəyişdirilməsi üçün əsas deyildir. Odur ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(045)-21/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat miqdarında pul cavabdeh X4 tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(045)-21/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 50 (əlli) manat miqdarında pul Cavabdeh2 tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34CTRE**********000 2088501, X1, KOD-210005 VÖEN-**********, AZ41NABZ ********************, SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar