Məhkəmə qərarları › İş №2(104)-1704/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1704/2023

10.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1704/2023 10.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi ilə, İddiaçı Xançaparoviç oğlunun iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1536/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasmda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Xançaparoviç cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 2700 manat, Cavabdeh1 2000 manat əsas məbləğ, cavabdehlərdən müştərək qaydada həmin məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 5037,5 ( illik 7,75 faizlə) manatdan, bir il 6 ay üçün 376 manat faiz məbləği, mənəvi ziyan hesabına cavabdehlərin hər birindən 1000 manat və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 85 manat dövlət rüsumu olmaqla, cəmi 6560 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1536/2023 saylı qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 2350 manat əsas, 196 manat əldən çıxmış fayda, 100 manat mənəvi ziyan olmaqla, cəmi 2646 (iki min altı yüz qırx altı) manat pulun və 45 manat dövlət rüsumunun əvəzi və Cavabdeh1 1750 manat əsas, 180 manat əldən çıxmış fayda, 100 manat mənəvi ziyan olmaqla, cəmi 2030 (iki min otuz) manat pulun və 40 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Xançaparoviçin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1536/2023 saylı qətnaməsinin ona müanisətdə ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əldən çıxmış fayda və mənəvi zərərin təmin edilməsi hissəsində heç bir sübut olmadan təmin etmişdir. Bununla yanaşı onun 17 Polis Bölməsində verdiyi izahatı təhrif edilmiş və izahat alınarkən ona təzyiq edilmişdir. Belə ki, o, izahatında iddiaçıdan qeyd olunan məbləğdə nağd pul almadığını, aralarında 2000 manat məbləğində mal alışı barədə razılaşma olduğunu və iddiaçının növbəti gün həmin pulu gətirib malları alacağını qeyd etmək istəsə də, izahat onun istədiyi formada deyil, hazırkı vəziyyətdə alınmışdır. Bu fakt ona iddiaçı məhkəməyə müraciət edəndən sonra məlum olmuş və bu barədə Nərimanov Rayon Prokurorluğuna şikayət hazırlanmış və təqdim edilmişdir. Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə onun iştirakı olmadan baxılmasmı mümkün hesab etmişdir. İddiaçı Xançaparoviç oğlu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu Baksol yolunda yerləşən Xəyyam inşaat mağazasından dam örtüklərinin alınması məqsəd ilə cavabdehlərin mağazasına getmişdir. Cavabdeh2 tərəfindən öz imzası və əl yazısı ilə 4700 manat məbləğində qaimə tərtib edilmişdir. O, beh olaraq 300 manat təklif etsə də, qəbul etməmişlər, buna görə də 2700 manat ödəmiş, ancaq ödəniş qəbzi verilməmiş və malların səhərisi günü göndəriləcəyi deyilmişdir. Səhərisi günü digər Cavabdeh1 ilə əlaqə saxladıqda zavod malları vermədiyi üçün qalan 2000 manatın da ödənilməsi deyilmişdir. Qalan 2000 manatı da ödədikdən sonra cavabdehlər tərəfindən 600 manatlıq mal göndərilmişdir. Gavabdehlər malı göndərməyərək gecikdirdikləri üçün cavabdehlərə xəbərdarlıq edərək malları göndərməyəcəkləri təqdirdə başqa yerdən alacağını demiş və belə də etmişdir. Bundan sonra cavabdehlərdən ödədiyi pul məbləğini geri istədikdə, cavabdehlər müxtəlif bəhanələr gətirərək problemləri olduğu üçün pulu geri qaytara bilməyəcəklərini demişdir. Bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə şikayət etmiş, mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1536/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1536/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığmı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarm ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarma riayət etməsini yoxlayır. Cavabdeh2 verdiyi apellyasiya şikayətinin dəlillərində görünür ki, o, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1536/2023 saylı qətnaməsinin özünə münasibətdə ləğv edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli qaimənin surətindən görünür ki, cavabdehlər tərəfindən iddiaçıya 4700 manat dəyərində tikinti materialları satılmsı üçün qimə yazılmışdır. Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Xançaparoviçin şikayəti üzrə tərəflər arasında olan mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması izah olunmuşdur. İddiaçı Xançaparoviçin şikayəti üzrə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsində verdiyi izahatının surətindən görünür ki, Cavabdeh2 izahatında həqiqətən xx.xx.2021-ci il tarixdə Vaqif adlı şəxsin 4700 manat dəyərində dam örtükləri sifarişini qəbul etdiklərini, həmin şəxsdən işlətdikləri Dərnəgül bazarında ofisdə ümumilikdə 4700 manat pul aldıqlarını, bu məbləğin 2700 manatını özü, qalan 2000 manatını isə işçi Vüqar adlı şəxsin aldığını, sifarişin 700 manatı dəyərində aksessuarlar verildiyini, yerdə qalan 4000 manatına hesablanan dam örtüklərini təfil verə bilmədiklərini və həmin şəxs pulunu geri istədikdə bəzi probləmləri olduğu üçün 4000 manat pulu bu günə kimi geri qaytara bilmədiyini göstərmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi öz nəticəsini onunla əsaslandırmışdır ki, cavabdehlər öz üzərilərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmədiyindən, bu fakt isə məhkəmə araşdırması zamanı sübuta yetdiyindən iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 2350 manat əsas, 196 manat əldən çıxmış fayda və 100 manat mənəvi ziyan olmaqla, cəmi 2646 manat və Cavabdeh1 1750 manat əsas, 180 manat əldən çıxmış fayda və 100 manat mənəvi ziyan olmaqla, cəmi 2030 manat alınaraq İddiaçı Xançaparoviçə verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh2 2350 manat əsas, 196 manat əldən çıxmış fayda, 100 manat mənəvi ziyan olmaqla, cəmi 2646 (iki min altı yüz qırx altı) manat pulun və 45 manat dövlət rüsumunun əvəzinin tutulması nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 442-ci maddəsinə görö, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə görə, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı Xançaparoviçin şikayəti üzrə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsində verdiyi izahatı ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə Vaqif adlı şəxsin 4700 manat dəyərində dam örtükləri sifarişini qəbul edərək, həmin şəxsdən Dərnəgül bazarında ofisdə ümumilikdə 4700 manat pul almışlar. Bu məbləğin 2700 manatını özü, qalan 2000 manatını isə işçi Vüqar adlı şəxs almış, sifarişin 700 manatı dəyərində aksessuarlar verildiyini, yerdə qalan 4000 manatına hesablanan dam örtüklərini təfil verə bilmədiklərini və həmin şəxs pulunu geri istədikdə bəzi probləmləri olduğu üçün 4000 manat pulu bu günə kimi geri qaytara bilmədiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı Xançaparoviçin şikayəti üzrə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsində verdiyi izahatın surətindən görünür ki, Cavabdeh2 izahatında həqiqətən xx.xx.2021-ci il tarixdə Vaqif adlı şəxsin 4700 manat dəyərində dam örtükləri sifarişini qəbul etdiklərini, həmin şəxsdən işlətdikləri Dərnəgül bazarında ofisdə ümumilikdə 4700 manat pul aldıqlarını, bu məbləğin 2700 manatını özü, qalan 2000 manatını isə işçi Vüqar adlı şəxsin almış, sifarişçiyə isə 700 manatı dəyərində aksessuarlar verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 2350 manat əsas, 196 manat əldən çıxmış fayda, 100 manat mənəvi ziyan olmaqla, cəmi 2646 (iki min altı yüz qırx altı) manat pulun və 45 manat dövlət rüsumunun əvəzini tutmaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə qanuni olmaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1536/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1536/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar