Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1711/2024 16.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və cavabdeh Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin direktoru Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-309/2024 nömrəli qətnaməsindən cavabdeh Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 23 dekabr 2004-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin 15 sentyabr 2007-ci il tarixli 26 nömrəli əmri ilə Əliyeva X2 rayon Təhsil şöbəsinin müdrinin göstərişinə əsasən ixtisası üzrə Daşkəsən rayon Qazaxyolçular kənd orta məktəbinə müəllim təyin edilmişdir.
2. Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəb üzrə xx.xx.2022-ci il tarixli 42 nömrəli əmrdən görünür ki, 2022-2023-cü tədris ilində Qazaxyolçular kənd tam orta məktəbində müəllimlərin dərs yükünə əsasən İddiaçı İ-İİİ siniflərdə 1 saat, İİ-İV siniflərdə - 1 saat ingilis dili, İ sinifdə 3 saat indilis dili, cəmi 5 saat ingilis dili tədris etmişdir.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3- 2-537F/2023 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 4.1 və 5.4-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaqraq əmr edirəm, 1. 29 avqust 2023-cü il tarixdə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin siyahısı təsdiq edilsin. 2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Nazirliyin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə tapşırılsın: 2.1 təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 5 sentyabr 2023cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər. 2.2 yaranmış vakant yerlər barədə məlumatları Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminin müvafiq alt sisteminə daxil edilməsini təmin etsinlər. 2.3 təkrar sertifikatlaşmanın nəticəsinə əsasən əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkil məqsədilə komissiyaların yaradılmasını təmin etsinlər. 2.4 1 ay müddətində görülmüş tədbirlər barədə Elm və Təhsil Nazirliyinə məlumat verilməsini təmin etsinlər.
4. Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəb üzrə 04 sentyabr 2023-cü il tarixli 37 nömrəli əmrdən görünür ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında Qazaxyolçular kənd tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. Əsas: olaraq 29 avqust 2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmri göstərilmişdir.
5. 23 dekabr 2004-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin 04 sentyabr 2023-cü il tarixli 37 nömrəli əmri ilə Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaradıcılığının yoxlanılması məqsədi ilə keçirilmiş təkrar sertifikatlaşmada müəyyən olunmuş keçid balı toplamaya bilməyən İddiaçı məktəbin ibtidai sinif müəllimi təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoru Cavabdeh qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoru Cavabdeh tərəfindən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə həmin məktəbin ibtidai sinif müəllimi vəzifəsindən işdən azad edilməsi barədə verdiyi xx.xx.2023-cü il tarixli 091 saylı əmr qanunsuz və əsassız olduğundan ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunmaqla iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoru Cavabdeh tərəfindən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə həmin məktəbdə müəllim vəzifəsindən azad edilməsi barədə verdiyi xx.xx.2023-cü il tarixli 37 nömrəli əmrin ləğv edilməsi, müəllim kimi işə bərpa olunması və iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1981-ci il tarixdə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuşdurşdur. Hal-hazırda Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 36 saylı mənzilində yaşayır. 1999-cu ildə Gəncə Məişət Xidməti Kollecinin “Ümumtəhsil məktəblərində ingili dili müəllimi” fakultəsinə daxil olub, 2002-ci ildə həmin kollecin tam kursunu bitirmiş, 05 iyul 2002-ci il tarixdə AB-İİ 077517 nömrəli diplom almışdır. 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının “İbtidai təhsilin pedoqogiyası və metodikası” fakültəsinin “ibtidai sinif müəllimi” ixtisasına daxil olaraq yenidən hazırlanma təhsilinin tam kursunu 2004-cü ildə bitirib 20 iyul 2004-cü il tarixdə diplom almışdır. 2007-2010-cu illərdə Daşkəsən rayonu Qazaxyolçular kənd tam orta məktəbdə ingilis-dili müəllimi işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatı ilə 2010-cu ilin sentyabr ayında Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifsinə təyin edilmişdir. Bir müddət ibtidai sinif müəllimi işləsə də, sonradan siniflər birləşdiyi üçün ona aralıq dərsləri verilmiş və 2022-ci ilə kimi işləmişdir. 2022-2023-cü tədris ilində isə o, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbində həm ibtidai, həm də ingilis-dili müəllimi işləmişdir. İbtidai sinif müəllim kimi müəllimlərin sertifikatlaşma imtahanından keçə bilməmiş, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoru Cavabdeh 04 sentyabr 2023-cü il tarixli 37 nömrəli əmrlə təkrar sertifikatlaşmadan keçməmiş hesab edilərək ibtidai sinif müəllimliyindən azad edilmişdir. O, ingili-dili müəllimi kimi müəllimlərin sertifikatlaşma imtahanına çağrılmadığı üçün sertifikatlaşmada işitrak etməmişdir. İşə bərpa olunması ilə əlaqədar olaraq dəfələrlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoruna müraciət etsə də, ona heç bir cavab verilməmişdir. Ona görə də, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-309/2024 nömrəli qətnaməsi (hakim Kənan Vəliyev) ilə, iddianın qismən təmin edilməsi, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin 04 sentyabr 2023-cü il tarixli 37 nömrəli əmri İddiaçı ingilis dili müəllimi kimi işdən azad olunmasına aid hissədə ləğv edilməsi, Əliyeva X2 rayon Qazaxyolçular kənd tam orta məktəbinə ingilis-dili müəllimi işinə bərpa olunması, İngilsi dili fənninin tədrisi üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, 60-cı maddəsinin İ bəndinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1, 67-2-ci maddəsinin 4-cü bəndinə, 70-ci maddəsinin “c” bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının 5.1, 5.2, 5.3 və 5.4-cü bəndlərinə və 310-cu maddəsinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227 və 233-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin direktoru Cavabdeh apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-309/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, əmr verərkən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-29/3-2-537F/2023 nömrəli əmrinə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə ibtidai sinif müəllimi kimi təkrar sertifikatlaşmadan keçməyənlərin siyahısında olduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilməsi barədə əmr vermişdir. Hesab edir ki, məhkəmə qətnaməsini sübutlarla əsaslandıra bilməmiş, iddiaçının göstərdiklərinə və öz qənaətinə görə iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarmışdır. İddiaçının iddia tələbi qanunverriciliyin tələblərinə uyğun deyildir. İddiaçı kimi bu gün Respublikada yüzlərlə sertifikasiyadan keçməyən müəllimlər vardır. Onlar başa düşürlər ki, bu gün dövlət qarşısında bu tələbi qoymuşdur ki, təhsil ocaqlarında savadlı, intellekti güclü olan kadrlar lazımdır. Bununla təhsilin səviyyəsini daha da qaldırmaq olar. Onu da bildirir ki, iddiaçını ingilis dili müəllimi kimi işdə saxlaya bilməməyimin səbəbi odur ki, keçən tədris illərində Azərbaycan Respublikasında keçirilən müəllimlərin diaqnostiq qiymətləndirilməsi imtahanında İddiaçı ingilis-dili fənnindən diaqnostik qiymətləndirilmədə iştirak etməyib, ibtidai sinif müəllimi kimi diaqnostik qiymətləndirmədə iştirak edib. Ona görə də iddiaçını ingilis dili müəllimi kimi işdə saxlaya bilməzdi. Ümid edir ki, apellyasiya instansiyasında işə baxılarkən, iddiaçının sertifikasiyadan keçməməsini, eləcə də Elm və Təhsil nazirliyinin məktubunu nəzərə alıb iddianın rədd edilməsinə dair yeni qətnamə çıxaracaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin direktoru Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki,o, 01 aprel 2015-ci il tarixdən halhazıradək Daşkəsən rayonu Qazaxyolçular kənd tam orta məktəbin direktoru vəzifəsində işləyir. İddiaçı ondan əvvəl 2007-ci ildə əsas ixtisası üzrə həmin məktəbdə ibtidai sinif müəllimi kimi işə qəbul edilmişdir. İddiaçı məktəbdə həm ibtidai sinif müəllim kimi işləmiş, eyni zamanda əlavə olaraq 5 saat ingilis dili fənini tədris etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri ilə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin sertifikasiyası keçirlmiş, iddiaçı da xx.xx.2023-cü il tarixdə keçirilmiş sertifikatlaşmada iştirak etmiş, lakin sertifikatlaşmadan keçə bilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmri ilə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 5 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi barədə əmr verilmişdir. Qeyd edilən əmrə əsasən Əliyeva X2 rayon Qazaxyolçular kənd tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli 37 nömrəli əmr ilə təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. İddiaçı məktəbdə ingilis dili müəllimi kimi işə qəbul olunmamışdır. Onunla ingilis dili müəllimi kimi əmək müqaviləsi bağlanmamışdır. İddiaçının işdən çıxarılma əmri düzdür. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, xx xxxxxxxx 1981-ci il tarixdə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuşdur. Hal-hazırda Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 36 saylı mənzilində yaşayır. 1999-cu ildə Gəncə Məişət Xidməti Kollecinin “Ümumtəhsil məktəblərində ingili dili müəllimi” fakultəsinə daxil olub, 2002-ci ildə həmin kollecin tam kursunu bitirmiş, 05 iyul 2002-ci il tarixdə AB-İİ 077517 nömrəli diplom almışdır. 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının “İbtidai təhsilin pedoqogiyası və metodikası” fakültəsinin “ibtidai sinif müəllimi” ixtisasına daxil olaraq yenidən hazırlanma təhsilinin tam kursunu 2004-cü ildə bitirib 20 iyul 2004-cü il tarixdə diplom almışdır. 2007-2010-cu illərdə Daşkəsən rayonu Qazaxyolçular kənd tam orta məktəbində ixtisası üzrə müəllimi işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatı ilə 2010-cu ilin sentyabr ayında Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbində ixtisası üzrə ibtidai sinif müəllimi işinə təyin edilmişdir. Bir müddət ibtidai sinif müəllimi işləsə də, sonradan siniflər birləşdiyi üçün ona aralıq dərsləri verilmiş və 2022-ci ilə kimi işləmişdir. 2022-2023-cü tədris ilində isə o, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbində həm ibtidai, həm də ingilis-dili müəllimi işləmişdir. İbtidai sinif müəllim kimi müəllimlərin sertifikatlaşma imtahanından keçə bilməmiş, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoru Cavabdeh 04 sentyabr 2023-cü il tarixli 37 nömrəli əmrlə təkrar sertifikatlaşmadan keçməmiş hesab edilərək ibtidai sinif müəllimliyindən azad edilmişdir. O, ingili-dili müəllimi kimi müəllimlərin sertifikatlaşma imtahanına çağrılmadığı üçün sertifikatlaşmada işitrak etməmişdir. İngilis dili müəllimi kimi onunla əmək müqaviləsi bağlanmamışdır. İşə bərpa olunması ilə əlaqədar olaraq dəfələrlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoruna müraciət etsə də, ona heç bir cavab verilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
16. Maddə 2 Hissə İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
17. Maddə 2. Hissə 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 36.Maddə 9 (bənd “q”). Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.
18. Maddə 67, 1-ci hissə. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-c maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
19. Maddə 67-2, 1-ci hissə. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
20. Maddə 67-2, 4-cü hissə. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
21. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir
22. Maddə 71, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
23. Maddə 76, 1-ci hissə. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
24. Maddə 83, 1-ci hissə. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
25. Maddə 83, 2-ci hissə. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
26. Maddə 84. Hissə 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
27. Maddə 84. Hissə 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
28. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası
29. Bənd 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36- 2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir;
30. Bənd 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər;
31. Bənd 4.3. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 (beş) il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10- 1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər.
32. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
33. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
34. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. 1 Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
35. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
36. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
37. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
38. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
47. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
49. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
50. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
51. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
52. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
53. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Apellyasiya baxışının hədləri
54. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
57. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, qətnamənin iddianın təmin edilmiş hissəsini mübahisələndirir. İddianın təmin edilməyən hissəsi onun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
59. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
60. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı 1999-cu ildə Gəncə Məişət Xidməti Kollecinin “Ümumtəhsil məktəblərində ingili dili müəllimi” fakultəsinə daxil olub, 2002-ci ildə həmin kollecin tam kursunu bitirmiş, 05 iyul 2002-ci il tarixdə AB-İİ 077517 nömrəli diplom almışdır. 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının “İbtidai təhsilin pedoqogiyası və metodikası” fakültəsinin “ibtidai sinif müəllimi” ixtisasına daxil olaraq yenidən hazırlanma təhsilinin tam kursunu 2004-cü ildə bitirib 20 iyul 2004-cü il tarixdə YB 006667 nömrəli diplom almışdır. 2007-2010-cu illərdə Daşkəsən rayonu Qazaxyolçular kənd tam orta məktəbdə işləmişdir. Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin 15 sentyabr 2007-ci il tarixli 26 nömrəli əmri ilə Əliyeva X2 rayon Təhsil şöbəsinin müdirinin göstərişinə əsasən ixtisası üzrə Daşkəsən rayon Qazaxyolçular kənd orta məktəbinə müəllim təyin edilmişdir. İddiaçı 2007-2010-cu illərdə Daşkəsən rayonu Qazaxyolçular kənd tam orta məktəbdə müəllim, 2010-2013-cü ilədək həm ibtidai sinif müəllim işləmiş, eyni zamanda 5 saat ingilis dili fənnini tədris etmişdir. İddiaçı ingilis dili müəllimi kimi işə götürülməmişdir. Onunla ingilis dili müəllimi kimi əmək müqaviləsi bağlanmamışdır. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş 29 avqust 2023-cü il tarixdə təkrar sertifikatlaşmadan iştirak etmiş, lakin sertifikatlaşmadan keçə bilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmri ilə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 5 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi barədə əmr verilmişdir. Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin 04 sentyabr 2023-cü il tarixli 37 nömrəli əmri ilə Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaradıcılığının yoxlanılması məqsədi ilə keçirilmiş təkrar sertifikatlaşmada müəyyən olunmuş keçid balı toplamaya bilməyən İddiaçı məktəbin ibtidai sinif müəllimi kimi təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Hazırda iddiaçı Əliyeva X2 rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoru Cavabdeh tərəfindən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinni “c” bəndi ilə həmin məktəbdə müəllim vəzifəsindən azad edilməsi barədə verdiyi xx.xx.2023-cü il tarixli 37 nömrəli əmrin ləğv edilməsi, müəllim kimi işə bərpa olunması və iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb etmişdir.
61. Əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
62. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur.
63. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir.
64. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi göstərilmişdir.
65. Həmin norma, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürənə əmək müqaviləsinə xitam verilməsi hüququ verir.
66. Bu normanın məzmunundan göründüyü kimi, həmin norma əsasında əmək müqaviləsinə xitam verilməsi üçün aşağıdakı əsaslardan biri olmalıdır: - a) müəssisə ləğv edildikdə; - b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; - c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; - ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; - d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; - e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
67. İşəgötürən əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin c) bəndinə istinad etmiş və bu qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməməsi səbəbindən və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmrini əsas tutaraq İddiaçı xx.xx.2023-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
68. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi haqqında qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.
69. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 37 nömrəli əmrin nəticə hissəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin məzmunu göstərilmiş, işdən azad edilmə əsası kimi isə - “xx.xx.2023-cü il tarixdə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlər barəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2- 537F/2023 nömrəli əmri” qeyd edilmişdir.
70. İlk öncə qeyd olunmalıdır ki, mübahisənin həlli zamanı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda nəzərdə tutulmayan hallara istinad oluna bilməz, həmin əmrin genişləndirici təfsiri yolverilməzdir.
71. Azərbаycаn Respublikаsının Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır.
72. Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.
73. Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.
74. Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
75. Belə ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına nəzər salınan zaman müəyyən olunur ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinə ibtidai sinif müəllimi kimi işə qəbul edilmişdir.
76. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məktəbə işə qəbul olunan zaman ixtisası üzrə ibtidai sinif müəllimi kimi qəbul edilmiş, yalnız “ingilis dili” fənni isə ona əlavə saat olaraq tədris olunması əmrləşdirilmişdir. Göründüyü kimi, iddiaçının işə qəbul olunmasına əsas olan ixtisası üzrə xx.xx.2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməmiş və buna görə də məktəb tərəfindən imtahının nəticəsinə uyğun olaraq iddiaçının əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Lakin, qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
77. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM, 88, 217.1, 217.4-cü maddələr).
78. Sübutların qiymətləndirlməsi ilə bağlı bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında da əks edilib. (Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli”, “S.Eyvazovun şikayəti üzrə” 10 iyun 2022-ci il tarixli Qərarları)
79. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
82. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
83. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməklə, iddia həmin hissədə təmin edilməməlidir.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-309/2024 nömrəli qətnaməsi qismən mübahisələndirilən - Əliyeva X2 rayon Qazaxyolçular kənd tam orta məktəbinə ingilis-dili müəllimi işinə bərpa olunsun. İngilsi dili fənninin tədrisi üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi - hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddiası - Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbinə ingilis-dili müəllimi işinə bərpa olunması, ingilis dili fənninin tədrisi üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi - hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.