Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1719/2024 20.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(023)-430/2024 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 20 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikah haqqında arayışdan görünür ki, İddiaçı və Cavabdeh1 05 dekabr 2007-ci ildə 23 saylı rəsmi nikah qeydiyyatından keçmişlər.
2. Doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı uşaqlar doğulmuşdur.
3. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-909/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı ilə bağlanmış 05 dekabr 2007-ci ildə Qazax RİHB-nin Orta Salahlı kəndi üzrə nümayəndəliyinin 23 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydinin pozulması, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 Mahnur Natiq qızının himayəsində saxlanılması, Cavabdeh1 xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 iyul 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
4. Qazax RİHB-nın Orta Salahlı kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 həyətyanı sahəsində 2 fərdi yaşayış evi mövcuddur. Əvvəlki tikilmiş ev 1985-ci ildə, ikinci ev isə 2009-cu ildə tikilmişdir. 1985-ci ildə tikilmiş evdə Cavabdeh2, X3, X10, Cavabdeh1, X11 birgə yaşamışdır. Cavabdeh1 2006-cı ildə, X11 isə 2008-ci ildə ailə qurduqdan sonra ailəsi ilə birlikdə həmin evdə yaşamışlar. Sonradan Cavabdeh2 həyətyanı sahəsində 2009-cu ildə ikinci ev tikilmişdir və Cavabdeh1 ailəsi ilə birlikdə köçərək 2023-cü ilədək həmin evdə yaşamışlar. Hazırda 1985-ci ildə tikilmiş evdə Cavabdeh2, X3 və X11 ailəsi ilə birlikdə yaşayır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ləğv olunmuş DT və XK-i tərəfindən verilmiş elektron baza məlumatlarında Cavabdeh2 Ziyaddin oğlunun ümumi birgə adına Qazax rayonu Qazaxbəyli kəndində JN : 259 nömrəli dövlət aktı ilə 1.67 ha kənd təsərrüfatı təyinatlı və JN : 52F nömrəli şəhadətnamə ilə 0.12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Adına keçmiş DTİ və MHQİ-si tərəfindən verilmiş 58 nömrəli qeydiyyat vəsiqəsi əsasında Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir, lakin hüquqları dövlət reyestrində qeydiyyata alınmadığı üçün həmin fərdi evinin hansı torpaq sahəsi üzərində yerləşməsi barədə məlumat verilməsi mümkün deyildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə və sərəncamında olan Qzax rayonu Qazaxbəyli kəndində yerləşən yaşayış evinə köçürülmə və evin yaşayış sahəsindən (uşaqları ilə birlikdə) istifadə hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2007-ci il tarixdə ailə quraraq, xx.xx.2007-ci il tarixdə Qazax RİHB-nın Orta Salahlı kənd İN-də 23 nömrə ilə nikahı rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Ülfan, xx.xx.2010-cu il təvəllüdlü Turxan və xx.xx.2019-cu il təvəllüdlü Ayxan adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra Cavabdeh2 məxsus yaşayış evinə gəlin köçmüşdür. Lakin sonradan qaynatası 2008-ci ilin sonunda özünə məxsus torpaq sahəsindən onlara ev tikdirmək üçün torpaq sahəsi ayırmışdır. Cavabdeh1 ilə ev tikdirmişlər və 2010-cu il tarixdə övladları ilə birlikdə həmin evə köçmüşlər. Cavabdehlə xasiyyətləri uyğunlaşmadığından ayrılmışlar. O hazırda övladları ilə birlikdə atasına məxsus yaşayış evində yaşayır. Hazırda atası evində yaşamasına baxmayaraq cavabdehlərin sərəncamında olan yaşayış evində qeydiyyatdadır. Cavabdeh1 valideyin kimi uşaqlarına heç bir əlavə yardım etmir ki, övladlarını kirayədə saxlaya bilsin. Belə ki, atası evinidə yaşayış sözün həqiqi mənasında acınacaqlı vəziyyətdədir. Qeyd olunanlara əsasən cavabdehlərin istifadə və sərəncamında olan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən yaşayış evinə köçürülmə və evin yaşayış sahəsindən (uşaqları ilə birlikdə) istifadə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsinə iddia tələbinə etiraz verərək, göstərmişdir ki, tərəflər xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. Sonradan Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. İstər nikahdan əvvəl, istərsə də nikah dövründə ümumiyyətlə Cavabdeh1 mülkiyyətində hər hansı yaşayış evi va ya torpaq sahəsi olmamışdır. Hazırda Cavabdeh1 atasının mülkiyyətində olan torpaq sahəsində 2 fərdi yaşayış evi mövcuddur. Onlardan biri kənd icra nümayəndəliyinin arayışında qeyd edildiyi kimi 1985-ci ildə, digəri isə 2009-cu ildə tikilmişdir. Cavabdeh1 iddiaçı ilə ailə qurduqdan sonra atası tərəfindən 1985-ci ildə tikilmiş evdə yaşamış, sonradan isə atası tərəfindən 2009-cu ildə tikilmiş digər evdə yaşamışdır. Həmin vaxt atası evi yalnız müvəqqəti istifadə üçün onlara vermişdir. Əslində Cavabdeh1 atası həmin evi kiçik oğlu Valeh Seyidov üçün tikmişdir. Cavabdeh1 isə kənddə başqa bir yerdə torpaq alıb ev tikdirmək fikrində olmuşdur. Sadəcə hamin vaxt Cavabdeh1 evə ehtiyacı olduğu üçün atası özünə ev tikdirənə kimi yeni tikdiyi evdə müvəqqəti yaşamasına icazə vermişdir. Cavabdeh1 ayrı təsərrüfat olsa da, hazırda kəndin ərazisindən ona torpaq verilmədiyi üçün Cavabdeh1 adına har hansı torpaq sahəsi, eləcə də fərdi yaşayış evi olmamışdır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məhkəməyə ünvanladığı məktubda da fərdi yaşayış evlərinin Cavabdeh2 həyətyanı sahəsində yerləşdiyi qeyd edilmişdir. Eyni zamanda sözügedən fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi barədə Qazax rayon Aqrar İslahat Komissiyasının qərarında hətta Cavabdeh1 adı mülkiyyətçi kimi göstərilmədiyindən həmin fərdi yaşayış evlərinə onun heç bir gözlənilən mülkiyyət hüququ da olmamışdır. Bununla belə iddiaçı yaşayış sahəsindən iddia etdiyi istifadə huquququna malik olmasını təsdiq edən, yəni nikah dövründə yaşadığı evin keçmiş həyat yoldaşı Cavabdeh1 mülkiyyətində olmasını və ya yaşadığı evin mülkiyyətçisi olan qaynatası Cavabdeh2 ilə istifadə hüququna dair notariat qaydasında təsdiqlənmiş razılaşmasının mövcudluğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh1 adının abonent kimi qeyd olunduğu "Azəriqaz" İstehsalat Birliyinə məxsus “Bildiriş-Xəbərdarlıq” vərəqəsini iddiaçı sübut kimi məhkəməyə təqdim etmişdir. Cavabdehin atasına məxsus fərdi yaşayış evi qazlaşdırılan zaman evdə yalnız Cavabdeh1 olduğu üçün qaz təchizatı ilə bağlı sənədləşmələr onun adına aparılmış və abonent kimi onun adı qeyd edilmişdir. Şəxsin mülkiyyət hüququ isə hər hansı kommunal xidmətlərə görə təqdim edilmiş “Bildiriş- Xəbərdarlıq” vərəqəsinə görə deyil, yalnız daşınmaz əmlakın dövlət reyestri xidmətinin məlumatlarına əsasən müəyyən edilə bilər. Nəzərə alınmalıdır ki, qaz təchizatı haqqında qanunvericiliyə görə istehlakçının qazla təchiz edilməsi haqqında müqavilə tək təbii qazla təchiz olunan (kirayə, icarə və s.) malik olan şəxslərlə də bağlanıla bilər. Hazırda qaz və elektrik enerjisinin alqı-satqısı barədə müqavilələr X5, yəni cavabdehin kiçik qardaşının adına rəsmiləşdirilmişdir. Beləliklə, şərh olunanlara əsasən Cavabdeh2 məxsus yaşayış evindən iddiaçı və onun uşaqlarının hər hansı istifadə hüquqları mövcud olmadığından yaşayış sahəsindən istifadə hüquqlarının verilməsinə dair iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-430/2024 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev), iddianın qismən təmin edilməsi, İddiaçı (uşaqları ilə birlikdə) Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan, Qazax rayonunun Qazaxbəyli kəndində yerləşən (2009-cu il tikilmiş) fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.4, 53 və 54-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-430/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə bir tərəfdən iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarının mövcud olmaması barədə nəticəyə gəlsə də, digər tərəfdən onun həmin evə köçürülməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, hər hanşı şəxsin məhkəmə qaydasında evə köçürlməsi həmin şəxsin həmin evdə yaşamasını, başqa sözlə həmin evdən yaşayış məqsədləri üçün istifadə etməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Deməli, yaşayış sahəsindən təyinatı üzrə əsas istifadə əlaməti insanın yaşayış sahəsində yaşamasıdır. Belə olduğu halda, məhkəmənin özünü də təsdiq etdiyi halda mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları olmayan şəxsin yaşamaq üçün həmin evə köçürülməsi ziddiyyətli və əsassız yanaşmadan başqa bir şey deyildir. Məhkəmənin qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilənlərdən göründüyü kimi, məhkəmə, mübahisəli fərdi yaşayış evinin Cavabdeh2, yəni iddiaçının keçmiş qaynatasına məxsus olmasını və onun fərdi yaşayış evi üzərində gözlənilən mülkiyyət hüququnun olmasını işin mübahisələndirilməyən halı kimi qəbul etmişdir. Bununla yanaşı məhkəmə, Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə əsaslanmaqla iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsini qət etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, əvvala, məhkəmənin istinad etdiyi qaydalarda söhbət sadəcə köçürülmədən deyil, müəyyən hüquqi şərtlərin mövcudluğu halında müəyyən müddətə istifadə hüquqlarının saxlanmasından gedir. Digər tərəfdən 30.4-cü maddədə təsbit edilən hüquqi şərt ondan ibarətdir ki, istifadə hüququ saxlanıla biləcək şəxs yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvü olması, onun yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsaslarının olmaması, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər halların onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsidir. Nəzərə almaq lazımdır ki, göstərilən hüquqi şərtlər məcmu halda mövcud olduğu halda mülkiyyətçinin keçmiş ailə üzvünün müəyyən müddətə istifadə hüquqlarının saxlanmasından söhbət gedə bilər. 30.1ci maddədə isə mülkiyyətçinin ailə üzvləri hesab edilən şəxslərin dairəsi göstərilmişdir. Həmin maddəyə görə mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri ilə yanaşı mülkiyyətçi tərəfindən yaşayş sahəsinə köçürülmüş digər qohumlarının, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayan şəxslərin də mülkiyyətçinin ailə üzvləri hesab edilə biləcəyinin mümkünlüyü qeyd edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin irəli sürdüyü dəlillərdən görünür ki, məhkəmə bu qənaətə gələrkən iddiaçını, yəni mülkiyyətçi olan cavabdehin – Cavabdeh2 gəlinini əsassız olaraq onun yaşayış sahəsinə köçürdüyü digər qohumu kimi qəbul edərək səhv nəticəyə gəmişdir. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin 83-92-ci maddələrində özünün saxlanmısını tələb etmək hüququ olan qohumlar kimi qardaş-bacı, baba və nəvə, yetirmələr və faktiki tərbiyəçilər, ögey oğul-qız və ögey ata-ana göstərilmişdir. İddiaçının fərdi yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh2 keçmiş gəlini olduğunu nəzərə alsaq, o, Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən mülkiyyətçidən özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslərin dairəsinə daxil olmadığından Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin nəzərdə tutduğu mənada mülkiyyətçinin ailə üzvü hesab edilə bilməz. Beləliklə də məhkəmə, mülki qanunvericiliyə əsasən fərdi yaşayış evindən istifadə hüququ yaranmamış və mənzil qanunvericiliyinə əsasən istifadə hüququnun saxlanmasını tələb etmək hüququna malik olmayan iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə əsassız və qanunsuz nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən təkrar olaraq məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
15. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
16. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
18. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
19. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
20. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onupozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
21. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktiki sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
24. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
25. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
26. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
27. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
28. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
38. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
40. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
41. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
42. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
45. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
47. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
48. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, tərəflər arasında mübahisəli fərdi yaşayış evindən istifadə hüququ ilə münasibətlər 2007-ci ildə yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hazırki münasibətlər 2009-cu ilin sonlarından yarandığından mübahisəyə Mənzil Məcəlləsinin 30-cu müddəalarının normaları tətbiq olunmamalı idi. Belə ki, nə qədər ki, mübahisə predmeti olan daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir, Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməli deyildir.
50. Məhkəmə kollegiyası ona görə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır ki, tərəflərin 2007-ci ildən nikahın rəsmən qeydə alındığı işin mübahisəsiz hallarıdır.
51. Göründüyü kimi, faktiki ailə münasibətlərində yaşayan şəxslərin birgə təsərrüfat aparmaları və bu təsərrüfat daxilində əmlak (hüquqları) əldə etmələri mümkündür. Mübahisə halında bunu iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir.
52. Rəsmən nikahda olan ər-arvadın ailə birliyi isə ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah dövründə qazanılmış mübahisəli əmlakın belə təsərrüfatla əldə edilmədiyini iddia edən tərəf öz iddiasını sübut etməlidir.
53. Baxılan işdə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha girmişlər, birgə ailə kimi yaşadıqları dövrdə Qazax rayonu, Qazaxbəyli kəndində JN-052F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında cavabdehin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsində ayrıca fərdi yaşayış evi inşa edilmiş və tərəflər köçərək orada yaşamışlar. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
54. Bununla belə, Cavabdeh2 də mülkiyyətçisi olduğu torpaq sahəsində yerləşən mübahisəli evin tərəflərin rəsmi nikahı dövründə (2009-2010) tikilməsi müəyyən olunmuşdur.
55. Məlum olduğu kimi, ər-arvad statusunda olmayan şəxslər arasında yaranmış əmlak münasibətləri mülki qanunvericiliyin ümumi əmlakın əldə edilməsi və istifadəsinə dair qaydaları ilə, ər-arvad arasındakı əmlak münasibətləri isə əsasən ailə qanunvericiliyi ilə tənzimlənir.
56. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Qərarına əsasən, ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir.
57. Qərarda o da qeyd edilmişdir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Beləliklə, istər faktiki, istər rəsmi ailə münasibətləri çərçivəsində ümumi təsərrüfatla ərsəyə gəldiyi sübuta yetirilən tikili daşınmaz əmlakın dövlət reyestrindən keçməsə də, ondan mənzil ehtiyacını qarşılayan iqtisadi dəyər kimi istifadə olunması mümkündür.
58. Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarında vurğulanmışdır ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.
59. Göründüyü kimi, Ali Məhkəmənin Plenumu fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər kimi özbaşına tikintinin faydalı xassələrindən hər iki tərəfin istifadə etməsini mümkün saymışdır.
60. İşin digər mübahisə edilməyən halları ilə iddiaçının həmin evdən 2009-cu il tarixdən yaşaması, cavabdehlə birgə təsərrüfat aparması, mübahisəli evdə müəyyən təmir işləri aparılarkən iddiaçının həmin evdə yaşaması, iddiaçının uşaqları ilə 2023-cü ilədək həmin evdə yaşaması, iddiaçıya məxsus cehiz əşyalarının hazırda da həmin evdə olması müəyyən edilmişdir.
61. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı birgə nikah dövründə inşa etdikləri mübahisəli evdən 2009-cu ildən 2023-cü ilədək fasiləsiz istifadə etmiş, uşaqları ilə birlikdə orada yaşamış, ümumi təsərrüfat aparmışdır. İddiaçıya məxsus bütün əmlaklar da hazırda həmin evdədir. Bununla da, iddiaçının həmin evə köçərək yaşamaq hüququ yaranmışdır.
62. Yuxarıda göstərilənlər İddiaçı himayəsində olan uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməsinə əsas verir.
63. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
64. Həmçinin məhkəmə kollegiyası göstərir ki, cavabdeh mübahisəli əmlakın onun atası tərəfindən tikilməsini və bütün xərclərin atası tərəfindən çəkilməsi barədə göstərdikləri əsassızdır. Çünki, cavabdeh tərəfində qeyd etdikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
66. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
67. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
68. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin mübahisəli əmlaka istifadə hüququn tanınması hissəsində təmin edilməməlidir.
69. Belə ki, baxılan işin mübahisələndirilməyən halı ilə müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda həmin evə dair yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı iddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada razılaşmanın bağlanması, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün deyildir.
70. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri).
71. Azərbaycan Respublikasının MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
72. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
73. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
74. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.
75. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
77. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
78. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
79. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
80. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
81. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
82. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
85. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
86. Azərbaycan Respublikasının MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
87. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.
88. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə görə, Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rusumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-430/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. İddiaçı (uşaqları ilə birlikdə) Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan, Qazax rayonunun Qazaxbəyli kəndində yeləşən (2009-cu ildə tikilmiş) fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100(yüz) manat dövlət rusumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.