Məhkəmə qərarları › İş №2(104)-1727/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1727/2024

24.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1727/2024 24.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı daşınmaz əmlak barəsində Çıxarışların ləğv edilməsi və həmin əmlak barəsində bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələblərinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. JN-567 nömrəli KOD 50415038 olan “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 nömrəli qərarı ilə Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisindən 0.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

2. Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli və **********07 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.1456 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

3. Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.1454 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir.

4. Cavabdeh3 ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.1454 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini Cavabdeh2 satmışdır. Satıcı həmin torpaq sahəsini 5000 (beş min) manata satmışdır.

5. Seriya RX ******* saylı, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.1454 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir.

6. Cavabdeh2 ilə Cavabdeh4 arasında xx.xx.2018-ci il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.1454 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini Cavabdeh4 satmışdır. Satıcı həmin torpaq sahəsini 1400 (bir min dörd yüz) manata satmışdır.

7. RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.1454 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh4 mülkiyyətindədir.

8. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh3 JN-567 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yerləşən 0.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1456.87 kv.m hissəsindən çıxarılması və həmin torpaq sahəsində cavabdeh tərəfindən qurulmuş istilikxananın cavabdehin öz vəsaiti hesabına sökülməsi qət edilmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.1454 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

10. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh3 mülkiyyətində olan, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.1454 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini alqı-satqı müqavilə əsasında Cavabdeh2 satmış və sonuncu adına çıxarış almışdır. Cavabdeh2 isə qeyd edilən torpaq sahəsini Cavabdeh4 satmış və sonuncu adına çıxarış almışdır. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının icrası mümkün olmamışdır.

11. Məhkəmə kollegiyasına iddiaçı tərəfindən təqdim edilmiş Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2015-ci il tarixli, SQ/311 saylı məktubundan görünür ki, İcra Hakimiyyətində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı pay torpağı sahəsi həmkəndlisi tərəfindən zəbt edilərək orada tikinti aparılmışdır. Həmin tikintinin sökülməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

12. Məhkəmə kollegiyasına iddiaçı tərəfindən təqdim edilmiş DƏDKR publik hüquqi şəxsinin 11 saylı ərazi idarəsinin xx.xx.20019-cu il tarixli, **********71 saylı görünür ki, İddiaçı Əbülqari oğlunun adına tərtib olunmuş RX seriyalı ******* saylı çıxarış əsasında dövlət qeydiyyatına alınmış Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən 0.1456 ha torpaq sahəsinin qonşu torpaq sahələri JN-566 saylı dövlət aktı əsasında X1 və JN-568 saylı dövlət aktı əsasında X2 və onun digər ailə üzvləridirlər.

13. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş “torpaq sahəsinə dair məlumat verilməsi haqqında” DƏDKR publik hüquqi şəxsinin 11 saylı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-7452/2024 saylı məktubda qeyd olunan **********17 reyestr nömrəli “Çıxarış” Gəncə Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(104)-1752/2022 saylı qətnaməsi əsasında ləğv edilmişdir. Odur ki, sözügüdən **********17 reyestr nömrəli “Çıxarış” ləğv edildiyindən torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün olmamışdır.

14. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş “əmlaka dair məlumatın verilməsi haqqında” DƏDKR publik hüquqi şəxsinin 11 saylı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-5304/2024 saylı məktubdan görünür ki, xx.xx.2016-cı il tarixli **********07 reyestr nömrəli və xx.xx.2016-cı il tarixli **********17 reyestr nömrəli çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri kollegiyaya təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan sənədləri tədqiq edib iş materiallarına əlavə etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehlər DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı Çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və Cavabdeh4 adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2018–ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı daha sonra məhkəməyə “iddia tələbinin həcminin artırılması barədə” əlavə ərizə təqdim edərək, çıxarışların ləğv edilməsi və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Şəmkir rayonu, Əliyaqublu kəndində 0.1456 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi onun mülkiyyətindədir. Lakin eyni torpaq sahəsinə dair Cavabdeh3 adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş, Cavabdeh3 da, həmin torpaq sahəsini qanunsuz olaraq Cavabdeh2 satmış, bundan sonra sonuncu öz adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Daha sonra isə Cavabdeh2 qeyd olunan torpaq sahəsini Cavabdeh4 satmış, sonuncu isə öz adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Halbuki, həmin torpaq sahəsi Şəmkir Rayon AİK-nın xx.xx.1998-ci il tarixli 56 nömrəli qərarı ilə ona verilmişdir. Buna baxmayaraq, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən digər cavabdehlərin adına qanunsuz çıxarışlar verilmişdir. Həmçinin, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh3 adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2016–cı il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Lakin, digər cavabdehlərin adına verilmiş çıxarışlar hazırda qüvvədədir. Bu səbəbdən o, mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə istifadə edə bilmir. Ona görə də, hazıki iddia ilə məhkəməyə müraciət etmişdir.

18. Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı mülki iş üzrə 16 mart 2022ci il tarixli qətnaməsi ilə (hakim T.Musayev) iddia təmin edilməmişdir.

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir. İddiaçının çıxarışların ləğvini, müqavilələrin etibarsızlığını, dolayısı ilə torpaq sahəsini geri tələb edə bilməsi üçün hələ də torpağın mülkiyyətçisi olmalıdır. Cavabdeh tərəf isə vicdanlı alıcı olduğu üçün torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Daşınmaz əşya ilə bağlı ehtiyatsızlıqdan bilməmə faktı vicdanlı olması istisna etmək üçün kifayət etmir. Ona görə də, Cavabdeh4 mübahisə olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu vicdanlı əldə etmişdir. Belə olan halda isə iddiaçı artıq torpaq sahəsinin mülkiyyətçisi deyil və qaytarmanı tələb edə bilməz. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi xx.xx.2016-cı il tarixdə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. Həmin müqavilə Cavabdeh2 mübahisəli torpaq sahəsi üzərində hüquqların əmələ gəlməsinin və onun mülkiyyətinə keçməsinin dövlət qeydiyyatı üçün əsas olmuşdur. Həmçinin, eyni qaydada mübahisəli torpaq sahəsi xx.xx.2018-ci il tarixdə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 satılmışdır. Həmin müqavilə Cavabdeh4 mübahisəli torpaq sahəsi üzərində hüquqların əmələ gəlməsinin və onun mülkiyyətinə keçməsinin dövlət qeydiyyatı üçün əsas olmuşdur. İddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 mübahisəli torpaq sahəsinə qeydə alınmış mülkiyyət hüququ əsassız olmalı və həmin qeydə alınmanın əsassız olduğunu cavabdehlər bilməlidirlər. O halda iddiaçı çıxarışların ləğv edilməsi haqqında iddia qaldıra bilər. Halbuki, Cavabdeh2 məhkəmə iclası zamanı mübahisəli torpaq sahəsini alarkən Cavabdeh3 adına verilmiş çıxarışın əsassız olduğunu bilmədiyi göstərmiş, həmçinin ehtimal olunur ki, digər Cavabdeh4 də həmin haldan məlumatsız olmuşdur. İşin müəyyən edilmiş hallarından da görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 mübahisəli torpaq sahəsinə qeydə alınmış mülkiyyət hüququnun və bağlanmış müqavilələrin əsassız olmasına dəlalət edən hallar müəyyən olunmamış, nə də iddiaçı tərəfindən tələbini təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu isə onun deməyə əsas verir ki, iddiaçının tələbinin təmin edilməsi üçün kifayət qədər əsaslar yoxdur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh3 adına verilmiş xx.xx.2016–cı il tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulsa da, Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsini Cavabdeh2 satmış və sonuncu adına çıxarış almış, Cavabdeh2 isə qeyd edilən torpaq sahəsini Cavabdeh4 satmış və sonuncu adına çıxarış almışdır. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının icrası mümkün olmamışdır. Bu hal isə bir daha ona dəlalət edir ki, iddiaçının mübahisələndirdiyi çıxarışların ləğvinə və müqavilələrin etibarsız hesab edilməsinə əsaslı sübutlar mövcud deyildir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 178.1, 140, 141 və 149-cu maddələrinə istinadla əsaslandırmışdır .

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı mülki iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında torpaq islahatı aparılan zaman ona yaşadığı kəndin ərazisində 0.1456 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almışdır. İş üzrə cavabdehlər onun həmkəndliləridir. Mülkiyyətində olan torpaq sahəsi ilə bağlı uzun müddətdir ki, məhkəmə çəkişmələri davam edir. Belə ki, ona mülkiyyət hüququ ilə məxsus olan mübahisəli torpaq sahəsi cavabeh Cavabdeh3 tərəfindən zəbt edilmiş və həmin torpaq sahəsində cavabdeh tərəfindən istixana inşa olunmuşdur. Buna görə də o, mülkiyyətində olan torpaq sahəsinin cavabdehin zəbtindən azad olunması və onun tərəfindən həmin torpaq sahəsində inşa olunmuş istilikxananın cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Həmin qətnamə ilə onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması təsdiq olunur. Buna baxmayaraq məhkəmə onun hazırki iddiasını təmin etməmiş, qətnaməni isə onunla əsaslandırmışdır ki, Cavabdeh2 vicdanlı alıcıdır. Halbuki, onlar hamısı eyni kəndin sakinləridir və o, həmin torpaq sahəsinin mübahisəli olduğunu və aralarında məhkəmə mübahisəsinin olduğunu bilirdi. Bu səbəbdən də o, vicanlı hesab edilə bilməz. Hesab edir ki, cavabdehlər məqsədli şəkildə müqavilə bağlamışlar. Əslində bu müqavilə real deyil və uydurmadır. Aldadıcı görünüş üçün bağlanmışdır. Belə olmasaydı cavabdehlər mübahisə predmeti olan müqaviləni bağlamazdılar. Ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. Bu səbəbdən həmin qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiya məhkəməsində birinci icraat

24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1752/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 11 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və Cavabdeh4 adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilmişdir.

25. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının öz mülkiyyətində olan və heç kəsə satmadığı mübahisəli torpaq sahəsi barəsində Cavabdeh3 əldə etmiş olduğu sənəd qanuni qüvvədə olan məhkəmə qərarına əsasən qanunsuz sayılmış, digər cavabdehlər isə Cavabdeh3 həmkəndliləri və onunla sıx işbirliyində olan şəxslər olmaqla onların həmin torpaq sahəsi barəsində bağlamış olduqları əqdlər uydurma əqdlərdir. Bu səbəbdən iddiaçının pozulmuş hüquqları bərpa edilməli, həmin müqavilələr əhəmiyyətsiz hesab edilməli və həmin əqdlər əsasında əldə edilmiş rəsmi sənədlər ləğv edilməlidir. Etibarsız əqdləri bağlamış şəxslərin (cavabdehlərin) özləri arasında hər hansı bir mübahisə olmadığından isə belə vəziyyətdə əqdin etibarsızlığının nəticələri ilə bağlı Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqinə zərurət yoxdur.

26. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 14.3, 139.1, 139.2, 140, 144.1, 157.4, 178.1, 337.1-337.5, 340.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

27. Üçüncü Cavabdeh4 (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini və qətnamənin icrasında dönüş edilməsini xahiş etmişdir.

Kassasiya instansiya məhkəməsində icraat

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-841/2024 saylı qərarı ilə Cavabdeh4 kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(104)-1752/2022 saylı qətnaməsi ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

29. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəyə qərarda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ qüvvədə olduğu halda, əsassız ikinci qeydiyyat əsasında cavabdehlərlə bağlanmış əqdlərin etibarsızlığı əsasları düzgün müəyyən edilməli, mübahisə Mülki Məcəllənin 141-ci və digər aidiyyəti maddələrində nəzərdə tutulan qaydada həll edilməlidir.

30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə istinadla əsaslandırmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və Cavabdeh4 adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2018–ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

32. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Şəmkir rayonu, Əliyaqublu kəndində ona məxsus torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsi qonşu ərazilərdə yerləşmişdir. Belə ki, o, 2010-cu ildə iddiaçının qardaşı Yusif Sultanovdan həmin torpaq sahəsini satın almış və təyinatına uyğun istifadə etmişdir. Bundan sonra Seriya RX ******* saylı, xx.xx.2016–cı il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan və Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.1454 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini xx.xx.2016-cı il tarixdə notarial qaydada bağlanmış müqavilə əsasında Cavabdeh2 satmışdır. Həmin alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilmiş, bundan sonra Cavabdeh2 adına müvafiq çıxarış verilmişdir. Eləcə də, Cavabdeh2 həmin torpaq sahəsini notarial qaydada bağlanmış müqavilə əsasında üçüncü şəxsə-Cavabdeh4 satmışdır. Həmçinin, qeyd edir ki, onun adına verilmiş çıxarış Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Hazırda ona qarşı qaldırılmış iddianı qəbul etmir. Belə ki, o, mübahisəli torpaq sahəsini tam qanuni əsaslarla özgəninkiləşdirmişdir. Belə olan halda iddiaçının ona qarşı iddia qaldırmasının hər hansı əsası yoxdur. Eləcə də, digər cavabdehlər arasında qanuni müqavilə bağlanmış və çıxarış alınmışdır. Hazırda mübahisəli torpaq sahəsi onun mülkiyyətində deyil və torpaq sahəsinin ona hər hansı aidiyyatı yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

33. Cavabdeh2 da məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, xx.xx.2016-cı il tarixdə notarial qaydada bağlanmış müqavilə əsasında Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.1454 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini Cavabdeh3 satın almış, bundan sonra DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən adına Seriya RX ******* saylı, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin, xx.xx.2018ci il tarixli müqavilə əsasında mülkiyyətidə olan həmin torpaq sahəsini Cavabdeh4 satmış, bundan sonra sonuncu öz adına Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Hazırda ona qarşı qaldırılmış iddianı qəbul etmir. Belə ki, o, mübahisəli torpaq sahəsini tam qanuni əsaslarla satın almış, daha sonra notariat qaydasında digər şəxsə satmışdır. Belə olan halda iddiaçının ona qarşı iddia qaldırmasının hər hansı əsası yoxdur. Bundan əlavə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini Cavabdeh3 alarkən sonuncu ilə iddiaçı arasında torpaq barəsində mübahisə olmasından məlumatı olmamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

34. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi və Cavabdeh4 məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakını təmin etmək üçün işin məhkəmə baxışını təkrarən təxirə salmış, məhkəmənin 01 noyabr 2022-ci il tarixə təyin edilmiş iclasının vaxtı və yeri barədə bildirişlərinin cavabdehlərə çatdırılması üçün həmin bildirişləri Əliyaqublu kənd İcra Nümayəndəliyinə göndərmiş, həmin poçt göndərişi Əliyaqublu kənd İcra Nümayəndəliyi tərəfindən 12 oktyabr 2022-ci il tarixdə qəbul edilmiş, bundan sonra məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, hazırki vəziyyətdə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

35. Əvvəlki məhkəmə iclasında Cavabdeh4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh2 mülkiyyətində olan Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.1454 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini xx.xx.2018-ci il tarixli müqavilə əsasında alqı-satqı ilə almışdır. Həmin vaxt aldığı torpaq sahəsinin mülkiyyət sənədi olmuşdur. Bundan sonra öz adına Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Həmin torpaq sahəsində istilikxana inşa edilmişdir. İddiaçıya dəfələrlə mübahisənin məhkəmədən kənat həlli üçün həmin ərazidən eyni ölçülü torpaq sahəsinin alınıb verilməsi təklif olunsa da, razılaşmamışdır. Odur ki, apelyyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 14.3 Dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır.

39. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

40. Maddə 139.2 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

41. Maddə 140 Reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

42. Maddə 144.1 Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

43. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

44. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

45. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

47. Maddə337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

48. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

49. Maddə 340.1 Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun

50. Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

51. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

57. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

58. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

59. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

60. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

61. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

62. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

63. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir.

65. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işin məhkəmədə müəyyən edilən halları ondan ibarətdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 nömrəli qərarı ilə Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisindən 0.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, bu barədə onun adına JN-567 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmiş, eləcə də, Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli və **********07 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.1456 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh3 Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan və Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.1454 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini xx.xx.2016-cı il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmış, bundan sonra Cavabdeh2 həmin torpaq sahəsinə dair öz adına Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Eləcə də, Cavabdeh2 qeyd edilən torpaq sahəsini xx.xx.2018-ci il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 satmış, sonuncu isə öz adına Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.1454 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Digər cavabdehlərin adına verilmiş çıxarışlar hazırda qüvvədə olduğundan iddiaçı mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə istifadə edə bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə iddianı təmin etməmişdir.

66. Kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********07 olmaqla xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır. Bundan sonra, həmin torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixdə Cavabdeh3 adına fərqli daşınmaz əmlakın reyestr nömrəsi ilə, yəni **********17 nömrəli əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və adına çıxarış verilmişdir. Cavabdeh bu qeydə istinad edərək, torpaq sahəsini ikinci cavabdehə satmış, reyestrdə onun adına qeydiyyat aparılmış, daha sonra isə sonuncu tərəfindən torpaq sahəsi üçüncü cavabdehə satılaraq onun adına qeydə alınmışdır. İddiaçı mübahisəli torpaq sahəsinə dair Cavabdeh3 adına aparılmış qeydi inzibati qaydada mübahisələndirmiş, Gəncə İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli qərarı ilə torpaq sahəsinə dair cavabdehin adına **********17 nömrəli reyestrdə aparılmış ********** nömrəli qeydin ləğv edilməsi öhdəliyi DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərarla müəyyən edilmişdir ki, qeydiyyat orqanı torpaq sahəsinin koordinatlarını müəyyənləşdirmədən, həmin sahə üzrə plan və ölçü sənədi tərtib etmədən, torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən qaiməsi (sertifikatı), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahələri üzrə rəqəmli (elektron ) kadastr xəritəsindən çıxarış, şərti işarələr, torpaq sahəsinin qonşu sərhədləri və s. müəyyən edilmədən, JN-534 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının itməsi barədə polis arayışı və mətbuatda elanı əsas götürməklə qeydiyyat aparmış və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Həmçinin qanuni qüvvəyə minmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-985/2017 saylı qətnaməsi ilə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, ondan 3-cü şəxs Cavabdeh3 qanunsuz istifadə etməsi və iddiaçının JN-567 saylı Dövlət Aktı ilə 3-cü şəxsin JN-534 nömrəli X10 edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi elektron baza xəritəsinə əsasən üst-üstə işlənməsi müəyyən edilmiş və Cavabdeh3 torpaq sahəsindən çıxarılmışdır. Lakin torpaq sahəsi müvafiq olaraq ikinci və üçüncü cavabdehə satılmaqla, onların adına dövlət reyestrində qeydiyyat aparıldığından, inzibati məhkəmənin həmin qərarının icrası mümkün olmamışdır. Hazırda iddiaçı həmin torpaq sahəsinə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini və həmin müqavilələr əsasında ikinci və üçüncü cavabdehin adına verilmiş reyestrdən çıxarışların ləğv edilməsini tələb edir.

67. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı çıxarışların ləğvini, müqavilələrin etibarsızlığını, dolayısı ilə torpaq sahəsini geri tələb edə bilməsi üçün hələ də, torpağın mülkiyyətçisi olmalıdır. Cavabdeh tərəf isə vicdanlı alıcı olduğu üçün torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Daşınmaz əşya ilə bağlı ehtiyatsızlıqdan bilməmə faktı vicdanlı olması istisna etmək üçün kifayət etmir. Ona görə də, Cavabdeh4 mübahisə olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu vicdanlı əldə etmişdir. Belə olan halda isə iddiaçı artıq torpaq sahəsinin mülkiyyətçisi deyil və qaytarmanı tələb edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd edir ki, iddiaçı çıxarışların ləğvini, müqavilələrin etibarsızlığını, dolayısı ilə torpaq sahəsini geri tələb edə bilməsi üçün hələ də, torpağın mülkiyyətçisi olmalıdır. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı hələ də, mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir. Yəni onun mülkiyyət hüququ ləğv edilməmiş, reyestrdə ikili qeydiyyat aparılmış və cavbdehlərin arasında olan alqı-satqı ikinci, artıq məhkəmə qərarı ilə ləğv edilmiş qeydiyyat əsasında aparılmışdır.

68. Məhkəmə kpollegiya iş üzrə kassasiya instansiyasın qərarında şərh edilən göstərişləri nəzərə alaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçının və cavabdehlərin eyni torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdə ikili qeydiyyat aparılmışdır. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur. İddiaçı mübahisəli torpaq sahəsinə dair Cavabdeh3 adına aparılmış qeydi inzibati qaydada mübahisələndirmiş, Gəncə İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli qərarı ilə torpaq sahəsinə dair cavabdehin adına **********17 nömrəli reyestrdə aparılmış ********** nömrəli qeydin ləğv edilməsi öhdəliyi DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərarla müəyyən edilmişdir ki, qeydiyyat orqanı torpaq sahəsinin koordinatlarını müəyyənləşdirmədən, həmin sahə üzrə plan və ölçü sənədi tərtib etmədən, torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən qaiməsi (sertifikatı), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahələri üzrə rəqəmli (elektron ) kadastr xəritəsindən çıxarış, şərti işarələr, torpaq sahəsinin qonşu sərhədləri və s. müəyyən edilmədən, JN-534 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının itməsi barədə polis arayışı və mətbuatda elanı əsas götürməklə qeydiyyat aparmış və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçının mülkiyyət hüququna dair reyestrdə qeydi olduğu halda cavabdehlər tərəfindən reyestrdəki ikili qeyd əsasında torpaq sahəsnin əldə edilməsi və bununla da, onların vicdanlı olmasına istinad edilməsi düzgün hesab edilə bilməz. Daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqları müstəsna hallar xaricində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparıldığı andan əmələ gəlir (Mülki Məcəllənin 14.3, 139.1 və 146-cı maddələri). Daşınmaz əşya üzərində mülkiyyət hüququnun mövcudluğu və kimə məxsus olması barədə məsələlər buna səlahiyyətli olan dövlət orqanı (DƏDRX) tərəfindən aparılan reyestr sayəsində tənzimlənir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qüvvədə olan mülkiyyət hüququna dair qeydi mövcud olduğundan, həmin əmlaka dair qanunsuz olan ikinci qeydiyyat əsasında bağlanmış sərəncam əqd(lər)i üzrə alıcıların adına aparılmış mülkiyyət hüququ barədə qeydlərin həqiqiliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci və 149.2-ci maddələrində müəyyən edilmiş vicdanlılıq qaydaları çərçivəsində qoruna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, qanunverici əqd əsasında əldə edənin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla qeydin həqiqiliyi prinsipinə istinad edir. Halbu ki, hazırkı iş üzrə cavabdehlər qeydin həqiqiliyi prinsipinə istinad edə bilməzlər. Belə ki, cavabdehlərin xeyrinə aparılmış ikinci qeyd məhkəmə qərarı ilə ləğv edilmiş və iddiaçının adına olan qeyd isə reyestrdə mövcud olmuşdur.

69. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməlidir. Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 11 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və Cavabdeh4 adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı mülki iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı mülki iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 11 may 2018-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və Cavabdeh4 adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar