Məhkəmə qərarları › İş №2(104)-1728/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1728/2024

25.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1728/2024 25.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X7 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; evdən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, cavabdeh X4 və nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsindən cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 05 oktyabr 2020-ci il tarixli arayışının surətindən görünür ki, Gəncə şəhər notariat kontorunun 19 aprel 1931-ci il tarixli 3097 nömrəli bəxşeyiş müqaviləsinə əsasən X6 ona məxsus Gəncə şəhəri, Əli Bayramov küçəsi, 35 nömrəli fərdi yaşayış evini X19 və X15 bağışlamışdır. Mülk bölündükdən sonra Əli Bayramov küçəsi, 35 saylı fərdi yaşayış evi X13 adına olmuşdur. X13 adına ona məxsus əmlakın yerləşdiyi 106 kvadratmetr torpaq sahəsinə dair 28 fevral 1935-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhəri notariat kontorunun 25 fevral 1976-cı il tarixli 1-243 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk X1 adından X8 adına keçmişdir. X10 hazırda ünvanı X26 küçəsi, 35A olan fərdi yaşayış evinə (istifadədə olan 0,011 hektar torpaq sahəsində yerləşən tikili «A»-da 59,2 kvadrat metr üçün yaşayış otağı, 21,6 kvadrat metr köməkçi sahə, 58,7 kvadrat metr y/zirzəmi) 17 mart 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 5 saylı notariat kontorunun 29 mart 2015-ci il tarixli 4Ə-44 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak X11 bağışlanmışdır və ona 09 aprel 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(044)- 1071/2019 nömrəli qətnamə və icra vərəqəsinə əsasən borclu X11 məxsus X26 küçəsi, 35A nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir və ikinciyə 30 iyul 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

2. **********71-10301 nömrəli əmlaka dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində nömrəsi **********71-10301 olan Gəncə şəhəri, Nizami rayonu, X26 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evinə və 0,0106 hektar torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 30 iyul 2020-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 12 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X26 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 30 iyul 2020-ci il tarixli **********71-10301 reyestr nömrəli çıxarış verilmişdir.

4. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(044)- 1071/2019 nömrəli qətnaməsinin və həmin qətnamə üzrə icra sənədinin surətindən görünür ki, X5 30.000 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı verilməlidir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2(102)-5342/2022 nömrəli qərarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə X5 30.000 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərardadına əsasən X11 məxsus Gəncə şəhəri, Nizami rayonu, X26 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsinin 02 dekabr 2019-cu il tarixli qərarına əsasən borclu X11 məxsus Gəncə şəhəri, Nizami rayonu, X26 küçəsi, ev 35A saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmiş və həmin yaşayış sahəsi qiymətləndirilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 04 iyun 2020-ci il tarixli məktubuna əsasən Gəncə şəhəri, Nizami rayonu, X26 küçəsi, ev 35A saylı fərdi yaşayış evi həbs qoyularaq qiymətləndirildikdən sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən İddiaçı təklif olunmuşdur. İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinin təklifini tələbkar qəbul etmişdir. Həmçinin Gəncə şəhəri üzrə İcra İdarəsinin 16 iyun 2020-ci il tarixli qərarına əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(044)-1071/2019 nömrəli qətnaməsinin icrasını təmin etmək üçün tələbkar İddiaçı borclu X9 adına qeydə alınmış Gəncə şəhəri, Nizami rayonu, X26 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evini qəbul etməsi barədə müraciəti nəzərə alınaraq həmin yaşayış sahəsinin tələbkar İddiaçı adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Sonradan Gəncə şəhəri, Nizami rayonu, X26 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. X2 Anarə Muraz qızı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı «çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, X26 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evinə dair cavabdeh İddiaçı adına verilmiş 30 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(044)-468/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 1365/2022nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsi ilə X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2022ci il tarixli 2(102)-5342/2022 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Gəncə şəhəri, Nizami rayonu, X26 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X26 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evi ona məxsusdur. O, həmin evi öz adına sənədləşdirərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Hazırda rəsmi olaraq, Gəncə şəhəri, Nizami rayonu, X26 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evi onun mülkiyyətində olsa da, X12 hələ də onun mülkiyyətində olan həmin evdə yaşayır və onun tələbinə baxmayaraq həmin evi tərk etmir. Cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evində yaşaması və həmin ərazini tərk etməməsi onun mülkiyyətçi kimi hüquqlarını pozur. O, özü mənzilinə daxil ola bilmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev), iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X26 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.

9. Məhkəmə mövqeyini Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 152.1, 157.4, 158.1, 158.3, 228.1 və 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.2, 30.1 və 30.2-ci maddələrinə, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına, “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh X12 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, 1985-ci ildə X17 ilə ailə quraraq hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxtdan fasiləsiz olaraq həmin evdə yaşayır. Uşaqları da bu evdə dünyaya gəlmişdir. Həyat yoldaşı 23 yanvar 2011-ci il tarixində vəfat etmişdir. Həyat yoldaşı vəfat edəndən sözügedən mülkdə yaşamağa davam etmiş və bu gün da orada yaşayır. O, artıq 40 ildir ki, bu evdə yaşayır. Bu illər ərzində yaşadığı evdə dəfələrlə əsaslı təmir və tikinti işləri aparmışdır. Yəni sözügedən evin yaşayış sahəsinə onun istifadə hüququ vardır və həmin hüquq 2000ci il sentyabrın 1-dən əvvəl yaranmışdır. Onun yaşadığı mənzilin mülkiyyətçisinin dəyişməsi onun həmin mənzilə istifadə hüququna xitam verilməsi üçün əsas ola bilməz. Məhkəmə iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-259/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... cavabdeh X12 1985-ci ildə X17 ilə ailə quraraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək, həmin vaxtdan fasiləsiz olaraq həmin evdə yaşadığından, onun həmin evdə istifadə hüququ yaranmışdır. Cavabdeh 1985-ci ildə həmin evə köçərkən, evin mülkiyyətçisi qaynanası X18 olmuş, sonuncu isə həmin evi 29 mart 2015-ci il tarixli 4Ə-44 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehin oğlu X11 bağışlamışdır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

16. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh 1985-ci ildə mübahisəli evə gəlin köçərək, orada yaşadığından, onun həmin evdən istifadə hüququ vardır və bu hüquqa yalnız Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərədə tutulan qaydada, yəni müvafiq kompensasiya verilməklə xitam edilə bilər.”

Kassasiya instansiya məhkəməsində icraat

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh Gəncə şəhəri Nizami rayonu X26 küçəsində yerləşən 35 A ünvanda yaşaması və həmin ünvanda qeydiyyatda olması barədə heç bir sübut təqdim etmədən məhkəmə cavabdehin həmin evə gəlin gəlməsi kimi məsələyə toxunub və onun orada yaşamağını təsdiq edib. Halbuki, cavabdeh həmin evdə yaşamır və ümumiyyətlə həmin evdə yaşamayıbdır. Cavabdeh Gəncə şəhəri Nizami rayonu X26 küçəsində yerləşən 35 ünvanda qeydiyyatda olubdur və həmin evdə yaşayıbdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunlu izahat verərək, göstərmişdir ki, həmin evin qiyməti təxminən 150.000 manat civarındadır. Buna baxmayaraq, həmin ev oğlunun iddiaçıya olan 30.000 ABŞ dolları borcu əvəzində icra qaydasında əvəzlənmiş və ev əsassız olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Halbuki, onun və oğlunun başqa yaşayış yeri olmamışdır. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Belə ki, o, 1985-ci ildən mübahisəli evə köçərək orada yaşayır və həmin ev mərhum qaynanası tərəfindən onun oğlu Simrana bağışlanılmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və cavabdhein göstərdiyi xüsusatlara oxşar izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, mübahisəli evlə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Ev onun mülkiyyətindədir. Cavabdeh Seyran evin əvvəlki mülkiyyətçisi Simranın anasıdır. Hesab edir ki, cavabdehin hazırda onun evində yaşaması mülkiyyətçi olaraq onun mülkiyyət hüquqlarını pozur. Hazırda evin qiyməti 70000-80000 manat arasında olar. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

23. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz;

25. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

26. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir;

27. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

28. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol:

29. Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

36. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

37. Maddə 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir.

38. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

39. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

40. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu.

41. Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

42. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

51. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

55. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

58. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

60. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)- 101/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Buna görə də mülkiyyətin müdafiəsi konstitusion prinsipdir.

63. Hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu hüquqların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmiş, mülki qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülür. Mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri hüquqi iddialardır. Bu iddialar əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Mülki Məcəllənin 157-ci maddəsində də mülkiyyət hüququnun müdafiəsinin məhz qeyd olunan 3 üsulu tənzimlənmişdir: 1) mülkiyyət hüququnun tanınması; 2) özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi (vindikasiya iddiası); 3) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi (neqator iddia). Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiasının predmeti əmlakın qanunsuz sahiblikdən qaytarılması tələbidir. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Əgər əmlak natura halında mövcud deyilsə, bu halda mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia qaldırmalıdır. Vindikasiya prosesində tərəflər: iddiaçı - əşyaya faktikı sahibliyini itirmiş mülkiyyətçi, cavabdeh - vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir.

64. Vindikasiya iddiasının əsaslı sayılması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: 1) iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; 2) iddiaçı əmlaka faktiki sahiblikdən məhrum olunmalıdır; 3) iddiaçının sahibliyindən çıxmış əmlak başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olmalıdır; 4) başqa şəxsin əmlaka sahibliyi qanunsuz olmalıdır.

65. İddiaçının 2020-ci il tarixdən mübahisəli evin mülkiyyətçisi olduğu və cavabdehin hazırda da həmin evdə yaşayıb, iddiaçının tələbinə baxmayaraq, evdən çıxmadığı, habelə, cavabdehin iddiaçının ailə üzvü olmadığı və sonuncunun razılığı olmadan evdə qaldığı işin mübahsisəsiz halıdır. Cavabdehin evdə yaşamağa davam etmək üçün iddiaçı ilə hər hansı qaydada razılığa gəldiyi (müqavilə bağladığı) və məhz bu əsasla cavabdehin mübahisəli ev üzərində istifadə hüququnun olduğu istər birinci instansiya məhkəməsi, istərsə də məhkəmə kollegiyası tərəfindən araşdırma aparılarkən bu hal müəyyən edilməmişdir. Yəni tərəflər arasında hər hansı bir müqavilə bağlanmamışdır.

66. Məhkəmə kollegiyası mübahisənin hüquqi həllinin daha ətraflı işıqlandırılması üçün aşağıdakı ümumi hüquqi əsasları da qeyd etməyi zəruri sayır.

67. Mənzil hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 3cü hissəsində neqativ formada ifadə edilərək göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

68. Həmin maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin ikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.

69. Mübahisəli fərdi yaşayış evi üzərində İddiaçı hüquqları daşınmaz əmlakın dövlət reyetsrində xx.xx.2020-ci il tarixdə qeydə alındığından onun iddiası Cavabdeh qarşı Mənzil Məcəlləsinin 30-cu maddəsini tələbləri baxımından əsaslı olmuşdur.

70. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında belə bir hüquqi mövqe bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

71. Həmin qərarda daha sonra Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mübahisəli fərdi ev dövlət qeydiyyatına 2011-ci ildə alındığına görə apellyasiya məhkəməsi tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir.

72. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

73. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

74. Kollegiya xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə” dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

75. Qeyd olunmalıdır ki, Cavabdeh mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından onların mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsaslar yoxdur.

76. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.

77. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır.

78. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının mülkiyyətində olan evin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından onların həmin evdə yaşamaları iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur.

79. Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

80. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir.

81. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir.

82. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

83. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

86. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

87. Göründüyü kimi, Cavabdeh mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından onların mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsaslar yoxdur. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır. Bununlada, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

88. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar