Məhkəmə qərarları › İş №2(104)-1734/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1734/2025

01.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1734/2025 01.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)-84/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətinin 02 noyabr 2005-ci il tarixli JN-0009 KOD ******* saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən mülkiyyətində olan 0.15 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində mövcud olan qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin cavabdeh tərfindən boşaldılaraq ona təhvil verilməsi, həmin torpaq sahəsindən cavabdeh Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətinin qanunsuz olaraq axırıncı 5 il ərzində istifadə etməsi nəticəsində hər ilə 6000 manat olmaqla ona əldən çıxmış fayda olaraq vurulmuş 30000 manat ziyanın əvəzinin cavabdeh Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətindən alınıb ödənilməsi barədə qətnamə çxıarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (042)-84/2025 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddianın qismən təmin edilməsi, Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətinin İddiaçı məxsus olan, Gədəbəy şəhərində yerləşən 0.15 ha torpaq sahəsindən çıxarılması, İddiaçı məxsus olan torpaq sahəsində yerləşən, Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətinə məxsus tikilinin Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətinin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında rüsumu ödənilir. Məhkəmə Kollegiyasının araşdırılması ilə müəyyən edilmişdir ki, iddia tələbi ümumilikdə mülkiyyətində olan 0.15 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində mövcud olan qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin cavabdeh tərfindən boşaldılaraq ona təhvil verilməsi, həmin torpaq sahəsindən cavabdeh Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətinin qanunsuz olaraq axırıncı 5 il ərzində istifadə etməsi nəticəsində hər ilə 6000 manat olmaqla ona əldən çıxmış fayda olaraq vurulmuş 30000 manat ziyanın əvəzinin alınmasını təşkil edir. İş üzrə iddiaçı tərəfindən iddia qaldırılan zaman 180 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı apellyasiya şikayəti verərkən 90 manat dövlət rüsumu ödəməli idi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, dövlət rusumu nəzərdə tutulduğundan az ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Azərbaycan Respublikasının MPM-in 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş apellyasiya şikayəti üçün tələb olunan dövlət rüsumu az ödənilmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalı, həmin apellyasiya şikayətinin geri qaytarılması məsələsi həll edildikdən sonra İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mülki işlə birlikdə yenidən Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 363.1.5 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (042)-84/2025 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar