Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1737/2024 26.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(066)-152/2011 nömrəli qərardadından iddiaçının vərəsəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı cavabdehlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə və Cavabdeh qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Vidadi küçəsi 75 saylı ünvanda yerləşən torpaq sahəsinə dair verilmiş JN-1213 A saylı şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 10 may 2011-ci il tarixli 2(066)-152/2011 nömrəli qətnaməsi ilə, iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini qət etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-152/2011 nömrəli qərardadı ilə, ərizənin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-152/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsindən iş üzrə işdə iştirak etməyən, qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi, qərardad qanuni qüvvəsini alıdıqdan sonra mülki işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 1369/2024 nömrəli qərardadı ilə, Göygöl Rayon Məhkəməsinin 10 may 2011-ci il tarixli 2(066)-152/2011 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-152/2011 nömrəli qərardadı ilə, Göygöl Rayon Məhkəməsinin 10 may 2011-ci il tarixli 2(066)-152/2011 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bundan sonra iddiaçının vərəsəsi X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-152/2011 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Azərbaycan Respublikasının MPM-in 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 363.1.5. və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Göygöl Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(066)-152/2011 nömrəli qərardadından iddiaçının vərəsəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1737/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1737/2024
26.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver