Məhkəmə qərarları › İş №2(104)-174/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-174/2024

23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-174/2024 23.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə Qazax Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(023)-876/2023 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi və Azərbaycan Respublikası Qazax rayonu Kəmərli kəndində daimi yaşama faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(023)-876/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) ərizə təmin edilərək, xx.xx.1958-ci il tarixdə Gürcüstan SSRİ, Rustavi şəhərində doğulmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1965-ci ildən indiyədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il tarixdə keçmiş Gürcüstan SSRİ-nin Rustavi şəhərində anadan olmuşdur. 1963-cü ildən ailəsi ilə birlikdə Qazax rayonu Kəmərli kəndində yaşayır. 1965-ci ildə Aslan Kəmərli adına Qazax rayonu Kəmərli kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş və həmin məktəbin X sinfini bitirmişdir. 1975-ci ildə S.Ə.Dadaşov adına Kirovabad (indiki Gəncə şəhəri) Gəncə şəhər İnşaat Texnikumunun “sənaye və mülkü tikililər” ixtisasına qəbul olmuş, bitirmiş və diplom almışdır. 1977-ci ildə Kirovabad şəhərindən həqiqi hərbi xidmətə getmiş və 1979-cu ildə hərbi xidməti başa vurmuşdur. Hərbi xidmətdən sonra təhsili davam etdirərək texnikumu bitirmiş, “inşaatçı mexanik” peşəsinə yiyələnmişdir. 1981-ci ildə X6 ilə ailə həyatı qurmuşdur və nikahlarından 3 övladı doğulmuşdur. 2006-cı ildə SSRİ vətəndaşlıq pasportunu Qazax RPŞ-yə təhvil verərək, Azərbacan Respublikasının vətəndaşı olmağı barədə şəxsiyyət vəsiqəsi almışdır və Qazax rayonu Kəmərli kəndində daimi pasport qeydiyyatına düşmüşdür. 2020-ci ildə şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyi üçün dəyişdirmək üçün Baş Pasport Qeydiyyat İdarəsinə müraciət etmişdir. Onlar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 08/A-813QV nömrəli məktubu əsasında onun Azərbaycan Respublikası Vətəndaşı sayılmadığı üçün şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun fəaliyyətsizləşdiyini və vətəndaşlığının bərpa olunması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli olduğunu bildirmişlər və sənədlərini ondan almışlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə etdiyi müraciətinə cavab olaraq onun 1963-cü ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində, hüdudları daxilində daimi yaşama faktı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra, o həmin orqana müraciət edə bilər. Artıq iki ildir ki, heç bir əsas olmadan vətəndaşlığı əlindən alınıbdır. O, 1963-cü ildən Azərbaycan Respublikası Qazax rayonu Kəmərli kəndində daimi əsaslarla yaşamış və ilkin olaraq, şəxsiyyət vəsiqəsi alarkən ondan tələb olunan bütün sənədləri təqdim etmişdir. O, 1963-cü ildən indiyə kimi yaşadığı kəndin yas və toy mərasimlərində iştirak etmişdir. Hətta, Gürcüstan Respublikasına oğlunun və ailəsinin yanına, yas və toy mərasimlərinə və digər işləri üçün müvəqqəti gedib-gəlmişdir. Ancaq, onun daimi yaşayış yeri ailəsi ilə birlikdə Azərbaycan Respublikası, Qazax rayonu, Kəmərli kəndi olmuşdur. İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Gürcüstan SSRİ Rustavi şəhərində doğulmuşdur, atası X11, anası X3r; BT-1 040379 saylı diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 1975-ci ildə X17 Texnikumuna daxil olmuş, 1980-ci ildə həmin texnikumun “sənaye və mülkü tikintiləri” ixtisası üzrə tam kursu bitirmişdir; HZ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Azərbaycan SSR Kirovabad şəhər Hərbi Komissarlığı tərəfindən 03 may 1977-ci ildə verilmişdir; Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X2 nikahı 12 yanvar 1982-ci il tarixdə Gürcüstan Respublikası Rustavi şəhər Nikah evində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Əhmədova” soyadı verilmişdir; Qazax RİHB-nın Kəmərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 5-58-17-12-21/2-302/2023 saylı arayışdan məlum olur ki, Ərizəçi həqiqətən 1986-cı ildən Qazax rayonu Kəmərli kəndində yaşayır; Qazax rayon Təhsil Şöbəsinin A.Kəmərli adına Kəmərli kənd tam orta məktəbinin verdiyi xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 1958-ci il təvəllüdlü Ərizəçi həqiqətən 1965-ci ildə A.Kəmərli adına Kəmərli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1975-ci ildə X sinfi bitirmişdir; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı arayışdan məlum olur ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı deyildir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan məlum olur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 08/A-813Qv nömrəli məktubu əsasında Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı sayılmadığı üçün onun adına olan şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu fəaliyyətsizləşdirilmişdir.; Gəncə şəhərindəki Gürcüstanın Baş Konsulu Nikoloz İaşvili tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi (Mamed Akhmedov) Gürcüstan vətəndaşı hesab edilmir. Gürcüstan Prezidentinin 2015-ci il 17 aprel tarixli 123 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının vətəndaşı kimi onun Gürcüstan vətəndaşlığına xitam verilib; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 26 dekabr 2023-cü il tarixli 18/2-40280/2023 nömrəli məktubundan görünür ki, xx xxxx 1958-ci il təvəllüdlü Ərizəçi şəxsiyyət vəsiqəsinin verilməsi əsasları müddəti keçdiyi üçün məhv olunduğundan əsaslılığının yoxlanılması mümkün olmamışdır; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş sərhədkeçmə barədə məlumatlardan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Mammad Ahmadov xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr ərzində dəfələrlə Azərbaycan Respublikasının ərazisini tərk edərək Gürcüstan Respublikası ərazisinə keçmişdir; Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, xx.xx.1954-cü ildə Qazax rayonu Kəmərli kəndində doğulmuşdur. Ərizəçi onun qohumudur. Ərizəçi xx.xx.1958-ci il tarixdə Gürcüstan SSRİ Rustavi şəhərində anadan olmuşdur. 1963-cü il tarixdən ailəsi ilə birlikdə Qazax rayonu Kəmərli kəndində yaşayır. Ərizəçi məktəbdə onunla bir məktəbdə oxumuşdur. Sonradan Kirovabad şəhər İnşaat Texnikumunu bitirmiş, Kirovabad şəhərindən də həqiqi hərbi xidmətə getmişdir. Ərizəçi 1963-cü ildən indiyə kimi yaşadığı kəndin yas və toy mərasimlərində iştirak etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, xx.xx.1951-ci ildə Qazax rayonu Kəmərli kəndində doğulmuşdur. Ərizəçi qonşusudur, onu uşaqlıq illərindən tanıyır. Ərizəçi uzun müddətdir ailəsi ilə birlikdə Qazax rayonu, Kəmərli kəndində yaşayır. Ərizəçi indiyə kimi yaşadığı kəndin yas və toy mərasimlərində iştirak etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, xx.xx.1955-ci ildə Qazax rayonu Kəmərli kəndində doğulmuşdur. Ərizəçi onun qohumudur. Ərizəçi Gürcüstan SSRİ, Rustavi şəhərində anadan olmuşdur. Ərizəçi uzun illərdir Qazax rayonu Kəmərli kəndində yaşayır. Burada orta məktəbi bitirmiş, həqiqi hərbi xidmətə də Azərbaycanda getmişdir. Ərizəçi 1963-cü ildən indiyə kimi yaşadığı kəndin yas və toy mərasimlərində iştirak etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx.xx.1958-ci il təvəllüdlü Gürcüstan SSRİ Rustavi şəhərində anadan olmuş Ərizəçi 2006-cı ildə SSRİ vətəndaşlıq pasportunu Qazax RPŞ-yə təhvil verərək, Azərbacan Respublikasının vətəndaşı olmağı barədə şəxsiyyət vəsiqəsi almış və Qazax rayonu Kəmərli kəndində daimi pasport qeydiyyatına düşmüşdür. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Gürcüstanın Gəncə şəhərində yerləşən Baş Konsulluğu tərəfindən xx.xx.2023-cü il tarixli N79/25272 nömrəli arayışa əsasən Ərizəçi (Mamed Akhmedov) Gürcüstan vətəndaşı hesab edilmir. X5 2015-ci il 17 aprel tarixli 123 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının vətəndaşı kimi onun Gürcüstan vətəndaşlığına xitam verilib. Məlum olduğu kimi, şəxs əvvəllər – xx.xx.2015-ci il tarixədək Gürcüstan vətəndaşı olmuş və"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə əldə olunmuş məlumatlara əsasən onun Gürcüstana məxsus 725113 və 05AA62301 nömrəli sərhədkeçmə sənədləri ilə 2003-2007-ci illərdə ölkə sərhədlərindən hərəkəti qeydə alınmışdır. İşin faktiki hallarından görünür ki, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü hissəsinin təsiri altına düşmür. Belə ki, sözügedən qanunvericilik normasında şəxs 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamalı, heç bir dövlətin vətəndaşlığına mənsub olmamalı və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmamalıdır. Halbuki şəxs sözügedən müddətdən əvvəl artıq Gürcüstan vətəndaşı olmaqla Mamed Akhmedov soyadı və adı ilə Gürcüstana məxsus 725113 və 05AA62301 nömrəli sərhədkeçmə sənədlərinə malik olmuş və bu müddətdə ölkə ərazisindən giriş-çıxışı qeydə alınmışdır. Birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə hüququn tətbiqində səhvə yol vermişdir. Belə ki, Əhmədov X8 vətəndaşı kimi Mamed Akhmedov soyadı və adı ilə Gürcüstana məxsus 725113 və 05AA62301 nömrəli sərhədkeçmə sənədlər vasitəsilə 2003-2007-ci illərdə ölkə ərazisindən giriş-çıxış etmişdir. Bu səbəbdən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 14-cü maddəsinin tələbləri ərizəçiyə münasibətdə tətbiq edilə bilməz. Apellyasiya şikayətinə etiraz: Ərizəçi apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, 2020-ci ildə şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyi üçün dəyişdirmək üçün Baş Pasport Qeydiyyat İdarəsinə müraciət etmiş və onlar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 08/A-813QV nömrəli məktubu əsasında onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı üçün şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun fəaliyyətsizləşdiyini və vətəndaşlığının bərpa olunması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli olduğunu bildirərək sənədlərini ondan almışlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə etdiyi müraciətinə cavab olaraq bildirilmişdir ki, onun 1963-cü ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində, hüdudları daxilində daimi yaşama faktı və heç bir dövlətin vətəndaşlığına mənsub olmama faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Qeyd edir ki, 2006-cı ildə Azərbaycan Respublikasında SSRİ vətəndaşlıq pasportunu Qazax RPŞ-yə təhvil verərək, Azərbacan Respublikasının vətəndaşı olmağı barədə şəxsiyyət vəsiqəsi almış və ölkə ərazisində vətəndaş olaraq yaşamışdır. 1963-cü ildən isə faktiki olaraq Azərbaycan dövlətində, cəmiyyətində yaşayır. Bundan başqa birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında maraqlı şəxsin nümayəndələri ərizəyə qarşı heç bir etirazlarının olmamasını bildirmişlər. Hətta, bu məzmunda ərizə ilə məhkəməyə müraciət etməyi də özləri ona məsləhət etmişlər. Həmçinin apellyasiya şikayəti ilə bağlı onu qeyd edir ki, maraqlı şəxs ərizəyə qarşı hər hansı etirazı və etrirazını təsdiq edəcək sübutlarını niyə MPM-nin 76-78-ci maddələrinə görə birinci instansiya məhkəməsində icraat zamanı vermirdi. Ancaq, işdən də göründüyü kimi, maraqlı şəxs bu barədə hər hansı sübutu və etirazı məhkəməyə təqdim etməmiş, hətta ərizənin təmin edilməsinə dair hər hansı narazılığının olmamasını bildirmişdir. Apellyasiya şikayətində təqdim etdikləri məlumatları niyə məhz apellyasiya instansiyası məhkəməsinə təqdim etdiklərini şikayətlərində əsaslandırmamışlar. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 1963-cü ildən uzun illər Qazax rayonunda yaşamışdır. Hərbi xidmətini başa vurduqdan sonra təxminən 1979-1980-ci illərdə Gürcüstan Respublikasına getmiş və həmin ölkənin vətəndaşlığını almışdır, bu barədə ona pasport da verilmişdir. Təxminən 10 il orada yaşadıqdan sonra yenidən Azərbaycan Respublikasına qayıtmışdır və həmin vaxtdan hazıradək burada yaşamışdır. Arabir ölkə hüdudlarını tərk edərək başqa ölkələrə səfər etsə də, lakin daimi yaşayış yeri Azərbaycan Respublikası olmuşdur. Sədrlik edənin sualına cavab olaraq ərizəçi bildirmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığını alanadək Gürcüstan Respublikası vətəndaşı olaraq həmin ölkənin pasportu ilə ölkəyə giriş-çıxış etmişdir. Ərizəçi sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli və ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Gürcüstan SSRİ Rustavi şəhərində doğulmuş və 1963-cü ildə Qazax rayonu Kəmərli kəndinə gəlmişdir. Ərizəçi 1965-1975-ci tədris illərdə Qazax rayonu Kəmərli kəndində orta məktəbdə təhsil almış, həmçinin 1975-1980-ci illərdə X17 Texnikumunda ali təhsil almışdır. Bununla yanaşı müəyyən olunur ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməmişdən əvvəl Gürcüstan Respublikasının vətəndaşlığını qəbul etmişdir. Sonradan ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdiyinə görə Gürcüstan Prezidentinin 2015-ci il 17 aprel tarixli 123 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının vətəndaşı kimi onun Gürcüstan vətəndaşlığına xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırda ərizəçinin xahişi Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən bəhs edən 31-ci fəslində əksini tapmış şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsindən ibarətdir. Ona görə də işin hallarına həmin Fəslin müddəaları əsasında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarında olan hüquqi mövqeyə uyğun qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.-ci və 307.2.2-ci maddələrinə görə, məhkəmə şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə uyğun olaraq, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə müvafiq olaraq, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddəsinin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməmişdən əvvəl Gürcüstan Respublikasının vətəndaşlığını qəbul etmişdir. Sonradan ərizəçi 2006-cı ildə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdiyinə görə Gürcüstan Prezidentinin 2015-ci il 17 aprel tarixli 123 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının vətəndaşı kimi onun Gürcüstan vətəndaşlığına xitam verilmişdir. Bununla yanaşı diqqət yetirilməli haldır ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməmişdən əvvəl Gürcüstan Respublikasının vətəndaş pasportu ilə dəfələrlə Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış etmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən təsdiq olunur. Digər tərəfdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən, Ərizəçi xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006 və xx.xx.2006-ci illər üzrə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatın qeydə alındığı göstərilmiş, bununla da ərizəçinin 2006-cı il ərzində dəfələrlə Azərbaycan Respublikasının sərhəddindən keçidi təsdiq edilmiş olur. Göründüyü kimi, Ərizəçi ərizəsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin tələblərinə cavab vermir. Bu da öz növbəsində onun ərizəsinin təmin edilməməsini şərtləndirir. Məhkəmə kollegiyasının qənaətinə əsasən ərizəçinin irəli sürdüyü faktlar onun ərizəsinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan halları nəzərə almadan işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(023)-876/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar