Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1754/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X6 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4784/2*23 saylı, 12.1*.2*23-cü il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 1* aprel 2*14-cü il tarixli, 13/21 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, kirayəyə verən - Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən məcburi köçkün X14 və ailə üzvlərinə Dövlət Proqramı çərçivəsində Gəncə şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 13 saylı binada 4 otaqlı 21 saylı mənzillə təmin edilmişlər.
2. 2* iyun 2*22-ci il tarixli, 13/21 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən - Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən Gəncə şəhəri, Yeni qəsəbədə yerləşən, 13 saylı binanın 4 otaqlı 21 saylı mənzili haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçi X1 və istifadəsinə verməyi öhdəsinə götürmüş və kirayəçinin ailə üzvləri kimi oğlu X11, oğlu X7, gəlini X8, nəvələri X9 və X12 müəyyən edilmişdir.
3. Gəncə Şəhər Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli, 2(125)-1256/2*22 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin X14 və digərlərinə qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” barədə iddiası təmin edilməmişdir.
4. 1 iyul 2*22-ci il tarixdə “Azəriqaz” İB-nin X25 İstismar İdarəsi ilə X5 arısında AKX-*42*572/*7-2*22 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, tərəflər arasında “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkəsinin balans məsuliyyəti sərhədi barədə” 1 iyul 2*22-ci il tarixli Akt tərtib edilmiş və X3 adına abonent kodu verilmişdir.
5. 11 avqust 2*22-ci il tarixdə "xxxx" ASC-nin Kəlbəcər Sukanal sahəsi ilə X5 arasında “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” 46*6*67* saylı müqavilə bağlanmış və sonuncunun adına abonent kodu verilmişdir.
6. 16.*1.2*23-cü il tarixli, 21.*2.2*23-cü il tarixli və 16.*3.2*23-cü il tarixli aktlardan görünür ki, həmin mənzilə baxış keçirən zaman aşkar olunmuşdur ki, X16 vəfat etmiş və onun digər ailə üzvləri həmin mənzildə yaşamırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin müvəqqəti istifadələrinə verilmiş Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbədə yerləşən, 13 saylı binanın 21 saylı mənzilinə dair 1* aprel 2*14-cü il tarixli, “13/21” saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər və onların ailə üzvlərinin həmin mənzildən çıxarılmaqla, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2*17-ci il tarixli, 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə, Nazirlər Kabinetinin 24 fevral 2*17-ci il tarixli, 65 saylı Qərarı ilə təsdiq olunmuş “Qaydalar”-a əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Həmçinin bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı X13 vəfat etdiyi və ailənin digər üzvlərinin – yəni cavabdehlərin 21 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Bu barədə 21 nömrəli mənzilə dair abonentin sayğac göstəriciləri, aktlar və ölüm kağızının surəti əlavə olunmuşdur. Sahə rəisi tərəfindən cavabdehlərə 21 nömrəli mənzildə yaşamadıqları üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. Cavabdehlərin onlara verilmiş 21 saylı mənzildə yaşamadığı müəyyən edildiyindən, “Qayda”nın 3.2-ci və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, “Qayda”nın 3.7-ci bəndinin tələbinə uyğun olaraq, müvafiq tədbirlər görülməlidir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında həyata keçirilir. Cavabdehlərin onlara verilmiş Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbə yerləşən 13 saylı binanın 21 saylı mənzilində yaşamadığı müəyyən edildiyindən və cavabdehlər tərəfindən kirayə müqaviləsinin şərtləri pozulduğundan xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir.
9. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4784/2*23 saylı, 12.1*.2*23-cü il tarixli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia təmin edilməmişdir. 1*. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbi barədə məhkəməyə müvafiq aktlar təqdim edərək müxtəlif vaxtlarda mənzilə baxış keçirdiklərini və hər dəfə cavabdehlərin həmin mənzildə yaşamamalarını aşkar etdiklərini bildirsələr də, bu hal cavabdehlərin mənzili tərk etdikləri anlamına gələ bilməz. Həmçinin, cavabdehlər izahatlarında onların sözügedən evdə yaşamamalarının mərhum X13 müalicəsi, ölümü və ona yas mərasimi ilə əlaqədar müvəqqəti olaraq başqa yerdə yaşamaları ilə bağlı olduğunu bildirmişlər. İddiaçı cavabdehlərin həmin mənzili üçüncü şəxsə kirayə verməsini qeyd etsə də, nə iddiaçı, nə də üçüncü şəxs bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişlər. Cavabdehlərin həmin mənzili üçüncü şəxsə kirayə verməklə müqavilə öhdəliklərini pozmaları sübuta yetirilmədiyindən, iddiaçının cavabdehlərlə arasında bağlanmış 1* aprel 2*14-cü il tarixli, 13/21 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbi, eləcə də, bu tələbdən törəyən digər- cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılıb təhvil verilməsi tələbləri əsassızdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə, habelə Mənzil Məcəlləsinin 91.3, 91.1.5, 94.4, 98.2, 99.1, 1**.3, 1*2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə şərtlərinin pozulması üçün həmin mənzilin üçüncü şəxslərə kirayə verilməsi mütləq şərt deyildir. Belə ki, müqavilə şərtlərində qeyd edilir ki, kirayəçi mənzili digər şəxsin icarəsinə və istifadəsinə verməmək vəzifəsi daşıyır. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, mübahisəli mənzili 1 aylıq müddətə X3 istifadəsinə vermişdir. Sözügedən mənzilə ehtiyacın ortadan qalxması iddiaçının təqdim etdiyi aktlarla yanaşı, üçüncü şəxs X3 izahatı ilə də öz təsdiqini tapır. Belə ki, X5 1 il müddətində mübahisəli mənzildə qalmaqla, evin 5-6 aylıq kirayə pulunu Vaqif adlı şəxsə (Vaqif- X13 qardaşıdır) nəğd şəkildə ödəmiş, yerdə qalan aylarını isə cavabdehlərdən Cavabdeh3 “online” ödəniş etmişdir. İş materiallarında olan abonent kartından görünür ki, X5 mütəmmadi olaraq 7 ay ərzində mübahisəli mənzildə yaşayaraq kommunal xərcləri ödəmişdir. Cavabdehlər iddianı qəbul etməyərək, həmin evin kirayə verilməməsini və orada yaşamağa ehtiyaclarının olmalarını qeyd etsələr də, bunları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişlər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiya məhkəməsində birinci icraat
15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2*24-cü il tarixli, 2(1*4)-356/2*24 saylı qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-4784/2*23 saylı, 12.1*.2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 1* aprel 2*14-cü il tarixli, 13/21 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən iddiaçı, Gəncə şəhəri, Yeni qəsəbədə yerləşən, 1 saylı binanın 21 saylı mənzilini X16 və onun ailə üzvlərinin müvəqqəti istifadələrinə vermişdir.
17. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.4, 98.1, 99.1, 1**.3-ci maddələrinin, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” haqqında Qanunun 2, 4-cü maddələrinin, habelə MPM-in 14.2, 77.1, 1*6.1, 217.3, 217.4-cü maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı (vəkili X21) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiya məhkəməsində icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının *2.*7.2*24-cü il tarixli, 2(1*2)-1875/2*24 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2*24-cü il tarixli, 2(1*4)-356/2*24 saylı qətnaməsi ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. 2*. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” haqqında Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, 1*.*4.2*14-cü il tarixli, 13/21 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə Gəncə şəhəri, Yeni qəsəbə, bina 13-də yerləşən 21 nömrəli, 4 otaqlı mənzil X13 müvəqqəti istifadəsinə verilmişdir. Lakin 16.*1.2*23-cü il tarixli, 21.*2.2*23-cü il tarixli və 16.*3.2*23-cü il tarixli aktlardan görünür ki, həmin mənzilə baxış keçirən zaman aşkar olunmuşdur ki, X16 vəfat etmiş və onun digər ailə üzvləri həmin mənzildə yaşamırlar. Məlum olmuşdur ki, həmin mənzil X2 verilmişdir. 2*.*6.2*22ci il tarixli 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən həmin mənzil X1 və istifadəsinə vermişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4784/2*23 saylı, 12.1*.2*23-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, həmin mənzillə bağlı əvvəlki kirayə müqaviləsi ləğv edilmədən yeni müqavilə əsasında X2 verilmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, göstərmişdir ki, ev şəraiti çətin olduğuna görə kirayə evlərlə maraqlanmış, nəticədə içi boş və şəraitsiz olan mübahisəli mənzillə razılaşmış, həmin evi Vaqif adlı şəxsdən kirayəyə götürmüşdür. Həmin mənzili özü xərc çəkərək təmir etdirmiş, evin 5-6 ay kirayə haqqını Vaqif adlı şəxsə nağd qaydada vermiş, sonradan kart vasitəsilə ödənişlər etmişdir. 2*21-ci ilin aprel ayından X5 həmin mənzildə kirayəçi kimi yaşamışdır. 2*.*6.2*22-ci il tarixdə mübahisəli mənzilə dair X5 ilə kirayə müqaviləsi bağlanmış və həmin günün səhərisi günü cavabdehlər onu döyərək həmin mənzildən çıxarmışlar. O, Komitəyə 5** manat ödəniş edərək xüsusi təyinatlı kirayə müqavilə bağlamışdır.
24. İş üzrə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
25. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında göstərmişdir ki, Gəncə şəhəri, Yeni qəsəbə, bina 13-də yerləşən 21 nömrəli, 4 otaqlı mənzil mərhum əri X13 müvəqqəti istifadəsinə verilmişdir. Sonradan ərinin səhhətində problem yarandığından 2*21-ci ilin qış aylarında Bakı şəhərinə getmişlər. Bakı şəhərində əri açıq ürək əməliyyatı olunduğundan geri qayıda bilməmişlər. 2*22-ci ilin yaz aylarında geri qayıtmışlar. Onlar Bakıda olduğu vaxtlarda qaynı Vaqif həmin mənzili müvəqqəti olaraq bir ay müddətində yaşamaq üçün Srəngizə vermişdir. Qaynı Vaqif ərindən sonra vəfat etmişdir. Sonradan qayıdıb həmin mənzildə yaşamağa davam etmişlər. 16.*1.2*23-cü il tarixli, 21.*2.2*23-cü il tarixli və 16.*3.2*23cü il tarixli aktlardan onun xəbəri yoxdur. Əri vəfat edəndə onun yas mərasimini vəfat etmiş oğlunun Yeni Gəncə qəsəbəsində olan evində vermişlər. Yasın həmin evdə verilməsinə səbəb Gəncə şəhəri, Yeni qəsəbə, bina 13-də yerləşən 21 nömrəli, 4 otaqlı mənzilin darısqal olması olmuşdur.
26. Əvvəlki məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdehlərin evinə gəlin gəlmişdir. İlkin olaraq yataqxanada yaşamışlar. Sonradan hazırkı mübahisəli mənzilə köçmüşlər. Bir müddət qaynatasının xəstəliyi ilə əlaqədar qaynatası, qaynanası və əri Bakı şəhərinə getmiş, o isə evdə tək qalmamaq üçün anasıgildə yaşamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının:
27. 43-cü maddəsinə İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
28. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
29. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 3*. Maddə 1**.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
31. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.
32. Maddə 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir:
33. Maddə 82.4.1. Kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə;
34. Maddə 82.4.2. Kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda;
35. Maddə 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə.
“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” haqqında Azərbaycan Respublikasının Qanunu
36. Maddə 2. Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar.
37. Maddə 4. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: Müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri və s.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 4*. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
44. Maddə 42* Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
45. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4784/2*23 saylı, 12.1*.2*23cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. 5*. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, 1* aprel 2*14-cü il tarixli, 13/21 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, kirayəyə verən - Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən məcburi köçkün X14 və ailə üzvlərinə Dövlət Proqramı çərçivəsində Gəncə şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 13 saylı binada 4 otaqlı 21 saylı mənzillə təmin edilmişlər. 2*21-ci ilin aprel ayından X5 həmin mənzildə kirayəçi kimi yaşamışdır. 2*.*6.2*22-ci il tarixdə mübahisəli mənzilə dair X5 ilə kirayə müqaviləsi bağlanmış və həmin günün səhərisi günü cavabdehlər onu həmin mənzildən çıxarmışlar.
51. İş materiallarında 16.*1.2*23-cü il tarixli, 21.*2.2*23-cü il tarixli və 16.*3.2*23cü il tarixli aktlardan görünür ki, həmin mənzilə baxış keçirən zaman aşkar olunmuşdur ki, X16 vəfat etmiş və onun digər ailə üzvləri həmin mənzildə yaşamırlar. Cavabdehlər mübahisəli mənzildə yaşamaqlarını və tərtib edilmiş aktlardan xəbərsiz olduqlarını bildirsələr, bunun əksini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin cavabdehlər mərhum Həsənov Asifin xəstəliyi ilə uzun müddər Bakı şəhərində qaldıqlarını bildirsələr də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Cavabdeh1 mübahisəli mənzilin qaynı Vaqif tərəfindən bir yalıq istifadə üçün Heydərova Sərəngizə istifadə verdiyini və onların sonradan Sərəngizin həmin evdə yaşamasından xəbərlərinin olmamasını bildirsələr də, Sərəngizin 2*21-cilin aprel ayından 2**2-ci ilin iyun ayınadək həmin mənzildə yaşaması iş materialllrı ilə təsdiqini tapmışdır. Cavabdehlərin bu qədər böyük müddət ərzində Sərəngizin həmin evdə yaşamasından xəbərsiz olmalarını bildirməsi inandırıcı deyildir. İstənilən halda həmin müddət ərzində iddiaçıların onların istifadəsinə verilmiş mənzildə bir ildən artıq mənzildə başqa şəxsin yaşamasından xəbərsiz olmaları, onların həmin mənzildə ən azından həmin müddətdə yaşamamsını təsdiq edir.
52. Cavabdehlərin Gəncə şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 13 saylı binada 4 otaqlı 21 saylı mənzillə hriyaclarının aradan qalxması barədə şikayətinin dəlili ilə razılaşaraq qeyd edir ki, cavabdehlərin uzun müddət onların istifadəsi üçün ayrılmış mənzildə yaşamamaları və həmin mənzili kirayə vermələri iş materialları ilə təsdiqini tapdığından, kollegiya bunu cavabdehlərin başqa yerə köçməsi və mənzili təyinatına uyğun istifadə etməmələri kimi qiymətləndirir.
53. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4784/2*23 saylı, 12.1*.2*23-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müvəqqəti istifadələrinə verilmiş Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbədə yerləşən, 13 saylı binanın 21 saylı mənzilinə dair 1* aprel 2*14-cü il tarixli, “13/21” saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onların ailə üzvləri həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 4*2, maddələrini rəhbər tutaraq,
Qət etdi :
Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4784/2*23 saylı, 12.1*.2*23-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müvəqqəti istifadələrinə verilmiş Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbədə yerləşən, 13 saylı binanın 21 saylı mənzilinə dair 1* aprel 2*14-cü il tarixli, “13/21” saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onların ailə üzvləri həmin mənzildən çıxarılsın və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.