Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1762/2025 02.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı “kommunal xidmətlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-2351/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin fəaliyyət istiqamətinə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ərazisi üzrə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir;
2. "xxxx" LLC tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən inşa edilmiş X1 yaşayış binalarında yerləşən mənzillərin mülkiyyətçilər və mənzillərin çıxarış ilə təmin edilməsi haqqında cari məlumat diqqətə çatdırılır. Qeyd edir ki, 1 və 2 saylı binalarda mülkiyyətçilərin siyahısı xx.xx.2023-cü il tarixi üzrə məlumat özündə əks etdirir. Bu tarixdən sonra mənzil mülkiyyətçiləri haqqında "xxxx" MMC-də hər hansı məlumat mövcud deyil. 3 saylı bina üzrə isə mülkiyyətçi məlumatları arayışın verildiyi tarix üzrə eynidir. Həmin arayışa əsasən, Cavabdeh adına Bülbül 60, M14, m3 ünvanında sahəsi 186 kv.m; Bülbül 60, M14, m4 ünvanında sahəsi 139 kv.m; Bülbül 60, M15, m2 ünvanında sahəsi 332.3 kv.m; Bülbül 60, M16, m2 ünvanında sahəsi 218.9 kv.m; Bülbül 60, M17, m2 ünvanında sahəsi 298.8 kv.m çıxarış alınmamış mənzil barədə məlumat var;
3. "xxxx" MMMC-nin 30 sentyabr 2023-cü il tarixli Ümumi yığıncağının növbədən kənar iclasının 5 saylı protokolundan görünür ki, iki aydan artıq kommunal haqqı ödəməyən sakinlərə yazılı xəbərdarlıq göndərilərək, 15 gün ərzində ödəmədiyi təqdirdə servis xidmətlərdən ayrılması qərara alınmışdır;
4. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMMC Ümumi Yığıncağının qiyabi formada növbədənkənar iclası keçirilmiş və xx.xx.2023-cü il tarixli 2 saylı qərarı ilə rəsmiləşdirilmişdir. İclasın gündəliyinə daxil edilmiş məsələlər sadə səs çoxluğu ilə qəbul edilmiş və icrası bütün mülkiyyətçilər üçün məcburidir. Qərara əsasən, yaşayış kompleksində mülkiyyət sahibi olan və Cəmiyyət ilə çoxmənzilli binanın idarə edilməsinə dair xidmət müqaviləsi imzlamaqdan boyun qaçıran və ya imzalamış, lakin ödəniş etməyən və ya həmin xidmət müqaviləsində nəzərdə tutulmuş lazımi qaydada ödənişi etməyən şəxslərə, həmin şəxslərin və ya şəxsin yaşayış kompleksinin ümumi istifadəsində olan və Cəmiyyət tərəfindən və ya onun vasitəsilə istismarı və istifadəsinə görə xidmət göstərilən sahələrdən, o cümlədən istilik sistemindən. (həmçinin isti su), soyutma sistemindən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcəkdir. Bundan başqa, bir neçə dəfə kommunal xidmətləri üzrə müqavilənin imzalanması təklif edilmişdir. Buna baxmayaraq, həmin müqavilənin bağlanmasını həyata keçirməmişdir. Sözügedən məsələ ilə bağlı “Gülüstan Residence” yaşayış kompleksində mülkiyyətində olan bina 1, mərtəbə 15, 2 saylı mənzilin 908 kvadrat metr sahəyə dair üzərinə düşən 01 yanvar 2023-cü il tarixdən 01 fevral 2025-ci il tarixinədək borc öhdliklərini, yəni ümumilikdə 22700 manat 5 gün ərzində lazımınca icra etmədikdə, yuxarıda sadalanan məhdudiyyətlərin tətbiq olunmasına başlanılacaqdır;
5. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 15 saylı Bina xərclərinin və yığım tariflərinin təhlili haqqında məlumatları əks etdirən sənəddən görünür ki, xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri əhatə edən 17 aylıq dövr ərzində ümumi xərclər 623,329.25 manat olmuşdur. Binanın 72%-inin (təmirli) hər m2 üçün 1.5 manat, binanın 28%-inin (təmirsiz) hər m2 üçün 1 manat ödədiyi qeyd edilmişdir;
6. Əlaqəli xidmətlər üzrə auditə dair hesabatdan görünür ki, Cəmiyyət sakinlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinə görə 17 ay ərzində 681777 manat 50 qəpik vəsait əldə etmiş və həmin vəsaitdən nizamnaməyə uyğun olaraq – 623329.30 manat xərcləmişdir;
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına verilmiş çıxarışlara əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, giriş 60, M17, m2 ünvanında ümumi sahələri xx.xx.2025-ci il tarixdə 356.8, m2 , 257.1 m2 və 196.4 m2 olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır;
8. "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh mənzillərin sahəsi təmirsiz 1175 m2 olmaqla aylıq kommunal xidmət haqqı 1175 manat 25 ay kommunal xidmət haqları üzrə ödənilməməklə yekun borc məbləği 29375 manatdır;
9. "xxxx" MMC Mənzil Mülkiyyətçilərinin Ümumi yığıncağının xx.xx.2023-cü il tarixli, 2 nömrəli protokoluna əsasən, icraçı direktor Qədirov Elçin, İdarə heyətinin üzvləri, 37 nəfər mənzil sahibləri, onların səlahiyyətli nümayəndələri və qiyabi iştirak edənlərin qərara almışdır: 1. “Gülüstan Residence” yaşayış kompleksində idarə etmənin "xxxx" LLCdən "xxxx" MMC-yə keçirilməsi ilə əlaqədar 2023-cü ilin yanvar ayı üzrə əməkdaşların əmək haqlarının "xxxx" LLC tərəfindən ödənilmədiyinə görə əməkdaşlara 2023-cü ilin yanvar ayı üzrə "xxxx" MMC tərəfindən maddi yardım edilsin. Maddi yardım adı çəkilən əmkdaşların gələcək maaş və avans dpvrləri ilə mühasibatlıqda müxabirləşsin; 2. “Gülüstan Residence” yaşayış kompleksində təmirsiz mənzillərin üzrə kommunal haqqı 1 m2 üçün 1 manat təşkil olunsun. Təmir başlandığı gündən etibarən kommunal haqqı 1 m2 üçün 1.5 manat təsdiq olunsun. Təmirli mənzillər üzrə kommunal haqqı əvvəlki qaydada 1 m2 1.5 manat olaraq qüvvədə qalsın; 3. “Gülüstan Residence” yaşayış kompleksinin ərazisində yerləşən təmirsiz qeyri-yaşayış sahələri və ofislər üzrə kommunal haqqı 1 m2 1 manat təsdiq edilsin. Təmir başlandığı gündən etibarən kommunal haqqı 1 m2 1.5 manat təsdiq edilsin. Təmirli qeyri-yaşayış sahələrinin və ofislərin istifadədə olan sahəsi üzrə kommunal haqqı 1 m2 1.5 manat müqabilində təsdiq edilsin; 4. "xxxx" MMMC və mənzil mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlandıqdan sonra kommunal haqları reyestr çıxarışında qeyd olunan sahəyə uyğun hesablansın;
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3552/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti həmin ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə məcburi qaydada təhvil verilməsi vəzifəsinin ”RTZ” MMC-nin üzərinə qoyulmasını tələb etmişdir. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Məmmədəliyev Eldar Əli oğlu "xxxx" MMMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarının liftlərinin cari təmiri və xidməti özündə ehtiva edən 10409.00 manat vəsaitin "xxxx" MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsini, həmin ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyriyaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsini, yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulmasını, "xxxx" MMC tərəfindən həm "xxxx" MMC-nin, həm də Məmmədəliyev Eldar Əli oğlunun sahələri üçün “xidmət haqqı” kimi "xxxx" MMMC-yə ödənilmiş 91810.00 manatın "xxxx" MMC-yə qaytarılmasını və 20450 manat zərər məbləğinin "xxxx" MMMCdən tutularaq Məmmədəliyev Eldar Əli oğluna ödənilməsini tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-276/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə təhvil verilməsi (əmlakların qiyməti (dəyəri) göstərilməmək şərti ilə) vəzifəsinin ”RTZ” MMC-nin üzərinə qoyulması, iddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Məmmədəliyev Eldar Əli oğlunun iddia tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin "xxxx" MMMCnin üzərinə qoyulması, iddia tələblərinin digər hissələrdə rədd edilməsi qət edilmişdir. Qətnamədən ikinci iddia üzrə iddiaçı "xxxx" MMC-nin və Məmmədəliyev Eldar Əli oğlu ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv, birinci iddianın rədd, ikinci iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3008/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İkinci iddia üzrə iddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Məmmədəliyev Eldar Əli oğlu ayrı-ayrılıqda eyni məzmunlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin birinci iddianın təmin olunmuş və ikinci iddianın rədd olunmuş hissələrində ləğv, birinci iddianın rədd, ikinci iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 3552/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehlər (iddiaçılar) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Məmmədəliyev Eldar Əli oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3008/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qərar qəbul edildiyi andan qüvvəyə minmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
11. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60, 62 Bina 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan mənzillərə dair kommunal xidmətlərinə görə 29325 manat borcun və 183 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMMC-nə ödənilməlinə dair qətnamə qəbul edilməsini xahiş etdimişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62) ünvanında yerləşən yaşayış binaları "xxxx" Məhdıd Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122- MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xəttlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət ullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Dövlət qeydiyyatından sonra MMMC-nin idarə heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin ümumi yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin ümumi yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə idarə heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqaviləsi imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən işlərin görülməsinə nail olmaq üçün Cəmiyyətin Ümumi Yığıncağının müvafiq qərarı ilə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsinə uyğun ödəniləcək aylıq xidmət haqlarının hədləri müəyyən edilmişdir. Bildirmək lazımdır ki, "xxxx" MMC-nin xx.xx.2025-ci tarixli mənzil mülkiyyətçilərinə dair Arayışdan göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, mənzil 1 (Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M17, ml) ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan mənzillərin ümumi sahəsi 1175 kvadrat metrdir və cavabdeh 25 aydır ki, kommunal ödənişləri etmir. Qeyd etmək lazımdır ki, “Nəsimi-48" MMMC-nin müvafiq Protokoluna əsasən kompleksdə olan yaşayış mənzillərinin və qeyri-yaşayış obyektlərinin kommunal ödənişləri təmirsiz olduğu halda 1 kv.m. üçün 1 manat, təmirli olduğu halda isə 1 kv.m. üçün 1.5 manat nəzətdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, İddiaçı kommunal ödənişlərə dair cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, qeyd olunan ödənişlər cavabdeh tərəfindən edilməmişdir. Bundan başqa cavabdeh müştərək cəmiyyətin iştirakçısı olmasada, cəmiyyətin yaranmasından və fəaliyyət göstərməsindən xəbərdardır. Belə ki, "xxxx" MMC-nin "xxxx" MMMC-ə ünvanladığı xx.xx.2025-ci il tarixli “Arayış”ının 5-ci abzasında mənzillər "xxxx" MMC-i tərəfindən alıcıların mülkiyyətinə verildikdə, onlar tərəfindən Müştərək cəmiyyətin fəaliyyəti barədə məlumat verildiyi və cəmiyyətin əməkdaşlarına yönəldiyi qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilən sübutlardan göründüyü kimi cavabdeh qərəzli olaraq kommunal xidmətlərə dair ödəniş etməsindən yayınır. Belə ki, cavabdehin oğlu X3 müştərək cəmiyyətin yarandığı andan hazırki dövrədək həmin yaşayış kormpleksində olan mənzilinə görə kommunal ödənişləri etmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən cavabdehin qeydiyyatda olan ünvanına (ünvan 9al 2025-ci il tarixdə rəsmi xəbərdarlıq məktubu göndərilmişdir. Yuxarıda qeyd olunan xəbərdarlıqda cavabdehin mülkiyyətində olan ümumi sahəsi 1233 kvadrat metr olan sahəyə dair 01 yanvar 2023-cü il tarixdən 01 fevral 2025-ci il tarixədək borc öhdəliyini, yəni ümumilikdə 30850 AZN (otuz min səkkiz yüz əlli manat) 5 gün ərzində ödəməsi qeyd edilmişdir. "xxxx" MMMC-nin 30 sentyabr 2023-cü il tarixli Ümumi yığıncağının növbədən kənar iclasının 5 saylı protokolunda yaşayış kompleksinin sakinlərinin kommunal xidmətlərə dair ödənişləri vermədiklərə halda, onlara bu barədə müvafiq xəbərdarlıqların göndərilməsini və bundan sonra ödənişlər olmadığı halda məkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir (Mənzil Məcəlləsini 45.5 m.). Mənzil qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərindən də açıq görünür ki, binanın ümumi əmlakının saxlanılması qanundan irəli gələn birbaşa öhdəlikdir, qanunla nəzərdə tutulan müqaviləni bağlamaqdan hər hansı formada yayınmaq binanın ümumi əmlakının saxlanmasına dair qanundan irəli gələn öhdəliyi sadəcə olaraq dayandırmır. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Qeyd olunanlardan göründüyü kimi çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərarlar "xxxx" MMMCnin iclaslarında hənin binada yaşayan və cəmiyyətin üzvü olan şəxslər tərəfindən səs çoxluğu ilə qəbul edilir. Qeyd olunanlardan göründüyü kimi "xxxx" MMMC-i bütün məsələlərlə və o, cümlədən müvafiq ünvanda yerləşən binaların ümumi əmlakının istifadəyə verilməsi haqqında qərarlar qəbul edirlər. "xxxx" MMMC-nin Nizamnaməsinin 4.1.7-ci maddəsinə görə sahə mülkiyyətçilərinin çoxmənzilli binaların ümumi əmlaklarına sahiblik, ondan istifadə va Qanunvericiliklə müəyyən edilmiş hallarda barəsində sərəncam vermək hüquqlarının keçirilməsini çətinləşdirən və maneçilik törədən 3-cü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək müştərək cəmiyyətin vəzifələrindən biridir. Yuxarıda qeyd olunanlara əsasən cavabeh ümumi olaraq kompleksdə olan əmlakına dair kommunal xidmətlərə görə (mənzillər təmirsiz olduğu üçün) 1 manat X 1175 kv.m. X 25 ay=29 375 manat "xxxx"MMMC-yə ödəməlidir.
13. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2351/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia təmin edilərək, Cavabdeh 29325 (iyirmi doqquz min üç yüz iyirmi beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 177 (yüz yetmiş yeddi) manat 98 (doxsan səkkiz) qəpik tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçı çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün görülmüş işlərin və göstərilmiş xidmətlərin əvəzi qismində ödənilməmiş haqların cavabdehdən tutulmasının xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, çoxmənzilli binanın sahə mülkiyyətçisi olan cavabdeh ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirməmiş, beləliklə cavabdehə məxsus cəmi 1175 m2 sahə üzrə xx.xx.2023-cü il tarixdən hesablanmaqla 25 ay ərzində ümumi yığıncağın protokoluna əsasən, təmirsiz hər kvadrat metr üçün 1 manat olmaqla cəmi 29325 manat ödənilməmiş xidmət haqqı hesablanmışdır. Məhkəmə mülki işin tədqiq edilmiş hallarına qeyd edilən normaları tətbiq edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehin iddiaya etirazına münasibətdə qeyd edir ki, cavabdehin mülkiyyətinə daha az yaşayış sahəsinin verilməsi; təmirsiz hər kvadrat metr üçün daha az məbləğdə hesablama aparılmalı olması; xx.xx.2023-cü il tarixdən və (ya) 25 aylıq müddət üzrə hesablama aparılmasının əsassız olması sübut edilmir. Bundan başqa, çoxmənzilli binanın sahə mülkiyyətçisi olan cavabdehin ona məxsus olan sahənin saxlanması xərclərini çəkmək, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etmək öhdəliyi qanunvericilikdən irəli gəlir, cavabdeh tərəfdən bu öhdəliyin icra olunması sübuta yetirilmir.
15. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43, 44, 45, 46, 47, 122, 135, 136, 137, 138 və 140-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
16. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2351/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2351/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddiasını təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMMC Cavabdeh ona pul borclu olduğunu iddia edir. Qeyd etmişdir ki, borc münasibətlərinin yaranması üçün tərəflər arasında müəyyən hüquqi və iqtisadi münasibətlərin olması tələb olunur. Borc münasibətləri adətən müqavilə əsasında, zərər vurulması nəticəsində və.s digər əsaslardan biri üzrə yaranır. Hazırkı situasiyada Cavabdeh "xxxx" MMM-yə borcunun yaranması üçün onlar arasında hər hansı bir müqavilə münasibətləri olmalıdır. Lakin, Cavabdehla "xxxx" MMMC arasında hər hansı bir müqavilə münasibətləri mövcud olmamışdır. Yəni nə iddiaçı Cavabdeh qarşısında hər hansı bir öhdəlik götürümüşdür, nə də Cavabdeh iddiaçı qarşısında. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinin tələbinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır və bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da, əmələ gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən isə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. "xxxx" MMMC-nin nizamnaməsindən görünür ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyətin üzvləri olmayan çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə çoxmənzilli binaların ümumi əmlakının saxlanılması və təmir haqqında müqavilələr bağlamaq kimi vəzifəsi müəyyən edilmişdir. Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Göründüyü kimi, hüquqlarını müdafiə etdiyim Cavabdeh mülkiyyətində olan mənzilə göstərilən kommunal xidmətlərin yerinə yetirilməsi barədə "xxxx" MMMC və Cavabdeh arasında Azərbaycan Respublikası Mənzil Məcələsində və "xxxx" MMMC-nin nizamnaməsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsi kimi müəyyən edilmiş hər hansı bir müqavilə bağlanmamışdır. İddiaçı belə bir müqaviləni, eyni zamanda müqavilənin bağlanmasının təklif edilməsi, hüquqlarını müdafiə etdiyi şəxsin bu müqaviləni qəbul etməkdən imtina etməsini təsdiq edəcək hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Kommunal xidmətlərə görə xidmət haqlarının ödənilməsinin tələb edilməsinin mənzil qanunvericiliyinə uyğun həyata keçirilməməsi ilə bağlı olduğunu nəzərə alınaraq çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (ixtisaslaşmış istehlak kooperativi) vasitəsilə və ya idarəedici təşkilat tərəfindən həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-cimaddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ciil 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Bu aspektdən yanaşaraq məhkəmə hazırki işin tam, obyektiv, hətərəfli araşdırılması və ədalətli qərarın qəbul edilməsi üçün "xxxx" MMMC tərəfindən 2023-2025-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilib-edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilib-edilməməsinə və bununla da, mənzil qanunvericiliyinin normalarına riayət edilib edilməməsinə hüquqi qiymət verməlidir. MMMC tərəfindən 2023-2025-cı illərərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməsini, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməsini təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, hətta çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı təbii inhisarda olan malların təminatı ilə (qaz,elektrik, su vəs.) bağlı kommunal xidmətlərin satış qiymətini müəyyən etmək səlahiyyətində deyildirlər. Qeyd edilən mallar “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilə bilər. Bu səlahiyyət Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ciil tarixli 341 saylı Fərmanı ilə təsdiq olunan Tarif Şurası haqqında Əsasnamədə özəksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri dövlət tərəfindən təsdiq olunan malların, işlərin, xidmətlərin Siyahısı" təsdiq olunmuşdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cümaddəsinə əsasən, təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti təbii inhisar subyektidir. Həmin Qanunun 11.1.4-cü maddəsində isə Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətləri (tarifləri) dəyişdirən subyektlərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1, 38.2, 140.1-cimaddələri). Bu baxımdan hazırki iş üzrə məhkəmə yaranmış mübahisəni həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməli idi. Eyni zamanda məhkəmə tərəfindən qiymətlərin dövlət tənzimlənməsi haqqında qanunvericilik normalarına, həm də çoxmənzilli binaya aid ümumi istifadədə olan yerlərlə bağlı kommunal ödənişlərin həmin binanın sahə mülkiyyətçiləri arasında bölüşdürülməsi qaydasını müəyyən edən mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi də araşdırılmalı idi. Hazırki iş üzrə məhkəmənin diqqət yetirməli olduğu məqamlardan biri də iddiaçının çoxmənzilli bina mülkiyyətçisi, yəni Cavabdehla müqavilə bağlamadan kommunal xidmətlərə görə haqq tələb etməsi, eləcə də, kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verməməsi barədə dəlilləridir. Məhkəmə hazırki işə baxarkən bu dəlillərə hüquqi qiymət verməli idi. Belə ki, çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərindən biri kommunal xidmətləri həyata keçirən təşkilatların çoxmənzilli binanın sahə mülkiyyətçiləri qarşısında hesabat verməsidir. Mənzil Məcəlləsinin 142.13-cü maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi müqaviləsində başqa hal müəyyən edilməyibsə, idarəedici təşkilat hər il cari ilin birinci rübü ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinə ötən il üzrə binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi haqqında hesabat təqdim etməlidir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təftiş komissiyası (müfəttişi) isə öz fəaliyyəti barədə cəmiyyət iştirakçılarının ümumi yığıncağına hesabat verir (Mənzil Məcəlləsinin 130.3.3-cü maddəsi). Bu hesabatların qanunvericilikdə nəzərdə tutulması çoxmənzilli binanın sahə mülkiyyətçilərinin idarəçilikdə tam səlahiyyətli olmasını bir daha təsdiq edir. Çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərinin mənzil qanunvericiliyi ilə kifayət qədər aydın və hərtərəfli tənzimlənməsinə baxmayaraq, təcrübədə kommunal xidmətlərin göstərilməsi ilə bağlı mübahisələrin yaranması əsasən həmin binaların idarə olunmasında qanunvericiliyin tələblərinə riayət edilməməsindən irəli gəlir. Nəsimi-48” MMMC-nin hazırkı iddia ərizəsinə əlavə edilmiş 26 fevral 2025-ci il tarixli 13 nömrəli xəbərdarlıq məktubunda “Gülüstan Residence” Yaşayış Kompleksində mülkiyyətində olan bina 1, mərtəbə 14, 3 saylı mənzilin 325 kv metr sahəsinə dair üzərimə düşən 01 yanvar 2023-cü il tarixindən 01 fevral 2025-ci il tarixinədək borc öhdəliklərini, yəni ümumlikdə 8125 manat pulu, 26 fevral 2025-ci il tarixli 14 nömrəli xəbərdarlıq məktubunda “Gülüstan Residence” Yaşayış Kompleksində mülkiyyətində olan bina 1, mərtəbə 15, 2 saylı mənzilin 908 kv metr sahəsinə dair üzərimnə düşən 01 yanvar 2023-cü il tarixindən 01 fevral 2025-ci il tarixinədək borc öhdəliklərini, yəni ümumlikdə 22700 manat pulu ödəməyi bildirilmişdir. Xəbərdarlıq məktubu ilə iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən "xxxx" MMMC-yə göndərilmiş arayışı müqayisə etdikdə arayışda hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətində ümumi sahəsi 325 və 908 kv metr olan mənzillərin qeyd edilmədiyini görə bilərik. Sözügedən arayışda "xxxx" MMC tərəfindən inşa edilmiş “Gülüstan Residence” Yaşayış Kompleksin 1 Saylı Binasında hüquqlarını müdafiə etdiyi şəxsin adına ümumi sahələri 186, 139, 332.30, 218.90 və 298.80 kvadrat metr olmaqla 5 mənzilin olduğu qeyd edilmişdir. Maraqlısı isə iddiaçı "xxxx" MMMC-nin hansı sənədlər əsasında xəbərdarlıq məktubunda qeyd edilmiş mənzillərin hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətində olmasını, həmin mənzillərin 325 və 908 kvmetr olması müəyyən etməsidir. İddiaçı "xxxx" MMC-nin xəbərdarlıq məktublarında ödəməyini tələb etdiyi pulun cəmi ilə iddia ərizəsində ondan tutularaq onlara ödənilməsini tələb etdikləri pul məbləği arasında da, fərq vardır. 13 və 14 saylı xəbərdarlıq məktubunda iddiaçının ödəməyi tələb etdiyi pulun cəmi 30825 manat, lakin ilkin iddia ərizəsində hüquqlarını müdafiə etdiyi şəxsdən 30850 manat, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə isə 29325 manat tələb etmişdir. İddiaçı tərəfindən məhkəməyə Cavabdeh adına tərtib edilmiş iki fərqli maliyyə arayışı təqdim edilmişdir. Birinci maliyyə arayışında Cavabdeh adına olan mənzilin ümumi sahəsi 1233 kv metr, yekun borc isə 30825 AZN (19 nömrəli, xx.xx.2025-ci il tarixli Maliyyə arayışı), ikinci maliyyə arayışında isə Cavabdeh adına olan mənzilərin sahəsi 1175 kv.m-təmirsiz, yekun borc məbləği isə 29375.00 manat (komunal xidmətlər haqqında 19 nömrəli, xx.xx.2025-ci il tarixli Maliyyə arayışı) göstərilmişdir. Necə ola bilər ki, qısa bir zaman aralığından tərtib edilmiş iki maliyyə arayışı arasında bu qədər fərq olar, cavabdehin mülkiyyətində olan mənzilin sahəsi azala bilər. Bu halın özü iddiaçının tələbinin qeyri müəyyənliyin olmasını özündə ehtiva edir. Sözügedən binadan hüququalarını müdafiə etdiyi şəxsin adına 3 mənzil vardır ki, həmin mənzillərin ümumi sahəsi 810.3 kv.metrdir. Mənzillərin çıxarışları da, məhkəməyə təqdim edilmişdir. İddiaçı "xxxx" MMMC öz iddia ərizəsində heç bir əsaslandırma etmədən yalnız bir cümlə ilə hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətində olan mənzillərə dair kommunal xidmətlərinə görə ondan müvafiq məbləğdə pul tələb edir. Lakin iddiaçı öz iddia ərizəsində həqiqətəndə komunal xidmət göstərilməsini, göstərilmiş komunal xidmətlərin keyfiyyətli şəkildə həyata keçirilməsini heç bir şəkildə əsaslandırmamış, eyni zamanda lift xidmətinin, təmizlik xidmətinin və.s digər xidmətlərin hansı şirkətlərlə bağlanmış müqavilə əsasında həyata keçilməsindən məlumat verməmiş, nəinki xidmətlərin keyfiyyətli bir şəkildə həyta keçirilməsini təsdiq edən sənədi, heç xidmətlərin həyata keçirilməsini təsdiq edən hər hansı bir təsdiqedici sənədi öz iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa iddiaçı öz iddia ərizəsində komunal xidmətlərə görə borcların hansı qaydada hesablanmasını, hansı tariflər əsasında hesablanmasını iddia ərizəsində göstərməmiş, hesablamaların doğru olub-olmamasını sübuta yetirməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd etditi xüsuatların heç birinə diqqət yetirməmiş, ədalətli məhkəmə araşdırılması aparmamış, işin hərtərəfli, tam, obyektiv araşdırlılmasına lazimi şərait yaratmamışdır. Belə ki, iş üzrə məhkəmətərəfindən müvafiq sorğu verilməsinə (tərəfimizdən verilmiş sorğulara cavab verilmədiyi üçün) dair vəsatət verilsə də, lakin birinci instansiya məhkəməsi heç bir əsaslı səbəb göstərmədən hər iki vəsatətlərini əsassız olaraq rədd etmişdir. Nəticədə bu rədd qərardadları onların ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Hər iki vəsatətləri hallarının tam, hərtərəfli araşdırılması məqsədilə irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Gəncə Şəhər Məhkəməsi hazırki işin hallarını tam, hərtərfli, obyektiv araşdırmamış, 18 iyul 2025-ci il tarixli qətnaməsində Mülki Prosessual Məcəllənin maddələrinin tələblərinə zidd olaraq gəldiyi nəticənin motivlərini, hansı dəlillərə əsasən iddianının təmin edildiyini göstərməmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində gəldiyi nəticəni doğru düzgün əsaslandırmamış, etirazın dəlilərinə münasibət bildirməmiş, tərəflərindən sübut kimi məhkəməyə təqdim edilmiş analoji işlər üzrə qərarları nəzərə almamış, həmin qərarlara da münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tərtib edilmiş 15 səhifəlik qətnaməyə nəzər saldıqda qətnamədə məhkəmənin möqveyinin necə ifadə olunduğunun, məhkəmənin hansı əsasla bu nəticəyə gəlməsinin öz əksini tapmadığını, qətnamənin yalnız iddiaçının iddia tələbindən, cavabdehin etirazından və qalan böyük bir hissəsinin isə qanunvericilk normalarından ibarət olduğunu görə bilərik. Məhkəmə tərəfindən tərtib edilmiş 15 səhifəlik qətnamədə məhkəmənin hansı əsasla, hansı sübutlara istinadən bu nəticəyə gəlməsini axtarıb-tapmaq mümkün deyildir. Çünkü məhkəmə qətnaməsi yalnız qanunverilcik normlarından ibarətdir, qətnamədə məhkəmənin nəyə görə iddianın təmin edilməsinə dair nəticəyə gəlməsi öz əksini tapmamışdır. Yəni qətnamədə məhkəmənin mövqeyi öz əksini tapmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
18. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, borc münasibətlərinin yaranması üçün tərəflər arasında müəyyən hüquqi və iqtisadi münasibətlərin olması tələb olunur. Bu münasibətlər adətən müqavilə əsasında yaranır. Hazır ki, situasiyada Cavabdeh "xxxx" MMMC-nə borcunun yaranması üçün onlar arasında hər hansı bir müqavilə münasibətləri olmamışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62) ünvanında yerləşən yaşayış binaları "RTZ” Məhdid Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan "Bəzi çoxmənzilli binaların. istismara icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il va xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildi. Yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xəttlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması. binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Dövlət qeydiyyatından sonra MMMC-nin idarə heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin ümumi yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin ümumi yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə idarə heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqaviləsi imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Yuxarıda göstərilən işlərin görülməsinə nail olmaq üçün Cəmiyyətin Ümumi Yığıncağının müvafiq qərarı ilə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsinə uyğun ödəniləcək aylıq xidmət haqlarının hədləri müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci tarixli mənzil mülkiyyətçilərinə dair arayışdan göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, mənzil 1 (Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M17, ml) ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan mənzillərin ümumi sahəsi 1175 kvadrat metrdir və cavabdeh 25 aydır ki, kommunal ödənişləri etmir. Qeyd etmək lazımdır ki, "xxxx" MMMC-nin müvafiq Protokoluna əsasən kompleksdə olan yaşayış mənzillərinin və qeyri-yaşayış obyektlərinin kommunal ödənişləri təmirsiz olduğu halda 1 kv.m. üçün 1 manat, təmirli olduğu halda isə 1 kv.m. üçün 1.5 manat nəzətdə tutulmuşdur. İddiaçı kommunal ödənişlərə dair cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, qeyd olunan ödənişlər cavabdeh tərəfindən edilməmişdir. Bundan başqa cavabdeh müştərək cəmiyyətin iştirakçısı olmasa da, cəmiyyətin yaranmasından və fəaliyyət göstərməsindən xəbərdardır. Belə ki, "xxxx" MMC-nin "xxxx" MMMC-5 ünvanladığı xx.xx.2025-ci il tarixli "Arayışının 5-ci abzasında mənzillər "xxxx" MMC-i tərəfindən alıcıların mülkiyyətinə verildikdə, onlar tərəfindən Müştərək cəmiyyətin fəaliyyəti barədə məlumat verildiyi və cəmiyyətin əməkdaşlarına yönəldiyi qeyd edilmişdir. Mənzil Məcəlləsinin 125.2.4-cü maddəsinə görə Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyəti vardır. Qarşı tərəf şikayətində iddiaçının çıxmənzilli bina mülkiyyətçisi Cavabdehla müqavilə başlamadan kommunal xidmətlərə görə haqq tələb etməsi, eləcə də kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verməməsi qeyd etmişdir. Cəmiyyət tərəfindən qəbul edilmiş müvafiq qərarda kommunal xidmətlərin ödənişlərinin məbləği qeyd edilmişdir. Bildiyiniz kimi belə bir qərarın qəbul edilməsi həmin cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. İşdə olan sənədlərdən görünüdüyü kimi, cavabdeh tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Belə olan halda, tərəflər arasında kommunal xidmətlərə dair hər hansı bir maqavilənin bağlanması cavabdeh tərəfindən müvafiq kommunal ödənişlərin edilməsini istisna etmir. Bundan başqa cavabdeh kommunal ödənişlərin məbləğlərini də, mübahisələndirməmişdir. İddiaçı tərəfindən cavabdehin qeydiyyatda olan ünvanına (ünvan 9al 2025-ci il tarixdə rəsmi xəbərdarlıq məktubu göndərilmişdir. Həmçinin "xxxx" MMMC-nin 30 sentyabr 2023-cü il tarixli Ümumi yığıncağının növbədən kənar iclasının 5 saylı protokolunda yaşayış kompleksinin sakinlərinin kommunal xidmətlərə dair ödənişləri vermədiklərə halda, onlara bu barədə müvafiq xəbərdarlıqların göndərilməsini və bundan sonra ödənişlər olmadığı halda məkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir (Mənzil Məcəlləsini 45,5 m.). "xxxx" MMMC-nin 30 sentyabr 2023-cü il tarixli Ümumi yığıncağının növbədən kənar iclasının 5 saylı protokolundan görünür ki, iki aydan artıq kommunal haqqı ödəməyən sakinlərə yazılı xəbərdarlıq göndərilərək, 15 gün ərzində ödəmədiyi təqdirdə servis xidmətlərdən ayrılması qərara alınmışdır. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMMC Ümumi Yığıncağının qiyabi formada növbədənkənar iclası keçirilmiş və xx.xx.2023-cü il tarixli 2 saylı qərarı ilə rəsmiləşdirilmişdir. İclasın gündəliyinə daxil edilmiş məsələlər sadə səs çoxluğu ilə qəbul edilmiş və icrası bütün mülkiyyətçilər üçün məcburidir. Qərara əsasən, yaşayış kompleksində mülkiyyət sahibi olan və Cəmiyyət ilə çoxmənzilli binanın idarə edilməsinə dair xidmət müqaviləsi imzlamaqdan boyun qaçıran və ya imzalamış, lakin ödəniş etməyən və ya həmin xidmət müqaviləsində nəzərdə tutulmuş lazımi qaydada ödənişi etməyən şəxslərə, həmin şəxslərin və ya şəxsin yaşayış kompleksinin ümumi istifadəsində olan və Cəmiyyət tərəfindən və ya onun vasitəsilə istismarı və istifadəsinə görə xidmət göstərilən sahələrdən, o cümlədən istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcəkdir. Bundan başqa, iş üzrə cavabdehə bir neçə dəfə kommunal xidmətləri üzrə müqavilənin imzalanması təklif edilmişdir. Buna baxmayaraq, həmin müqavilənin bağlanmasını həyata keçirməmişdir. Sözügedən məsələ ilə bağlı cavabdehə bildrilmişdir ki, "Gülüstan Residence" yaşayış kompleksində mülkiyyətində olan bina 1, mərtəbə 15, 2 saylı mənzilin 908 kvadrat metr sahəyə dair üzərinə düşən 01 yanvar 2023-cü il tarixdən 01 fevral 2025-ci il tarixinədək borc öhdliklərini, yəni Ümumilikdə 22700 manat 5 gün ərzində lazımınca icra etmədikdə, yuxarıda sadalanan məhdudiyyətlərin tətbiq olunmasına başlanılacaqdır. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 15 saylı Bina xərclərinin və yığım tariflərinin təhlili haqqında məlumatları əks etdirən sənəddən görünür ki, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri əhatə edən 17 aylıq dövr ərzində ümumi xərclər 623, 329.25 manat olmuşdur. Binanın 72%-inin (təmirli) hər kv.m üçün 1.5 manat, binanın 28%-inin (təmirsiz) hər kv.m üçün 1 manat ödədiyi qeyd edilmişdir. "xxxx" MMMC-nin Nizamnaməsinin 4.1.7-ci maddəsinə görə sahə mulkiyyətçilərinin çoxmənzilli binaların ümumi əmlaklarına sahiblik, ondan istifadə va qanunvericiliklə müəyyən edilmiş hallarda barəsində sərəncam vermək hüquqlarının keçirilməsini çətinləşdirən və maneçilik törədən 3-cü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək müştərək cəmiyyətin vəzifələrindən biridir. Cavabdeh şikayətində qeyd etmişdir ki, iddiaçı öz ərizəsində həqiqətəndə kommunal xidmətlərin göstərilməsini, kommunal xidmətlərin kefiyyətli şəkildə həyata keçirilməsini heş bir şəkildə əsaslandırmamış, eyni zamanda lift xidmətinin, təmizlik xidmətinin və.s hansı şəkildə keçirilməsi barədə məlumat verməmiş və bu barədə təqsdiq edici sənədi təsdiq etməmişdir. İş materillarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Əlaqəli Xidmətlər üzrə auditə dair hesabatda hansı işlərin görüldüyü və xərclənən pulların məbləği qeyd eilmişdir. Bundan başqa, cavabdeh yaşayış kompleksində olunan kommunal xidmətlərin göstərilmədiyini bildirsə də, bunun əksini sübut edən halları məhkəməyə təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində, ona məxsus ümumi sahənin cəmiyyət tərəfindən çox göstərildiyi və ona məxsus bir neçə mənzilin həmin yaşayış kompleksində yaşayan oğlu Məmmədov Nailin adına olduğunu qeyd etmişdir. Qeyd etmək zəruridir ki, cavabdehin oğlu X3 həmin yaşayış kompleksində yaşayır və kommunal xidmətlərə dair ödənişləri edir. Lakin bununla əlqədar cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən nərmanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və əlaqədar olan faktlar və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi. cavabdeh tərəf iddia tələbində əks olunan borcun mövcud olmamasını və ya ödməli olmamasını qeyd etsə də, əsası kimi istinad etdikləri hallara dair mötəbər sübutlar təqdim etməmişlər. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı "xxxx" MMMC ila Cavabdeh arasında müqavilə mövcud olmamasına baxmayaraq, cavadehə göndərilən bildirişlərdən və xəbərdarlıq məktublarından görünür ki, cavadehin kommunal xidmətlərlə bağlı borcun mövcud olmasını sübut edir. Belə ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Odur ki, Cavabdeh tərəfindən Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-2351/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qanunsuz və əsassız olduğundan təmin edilməməsi xahiş olunmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
20. Məhkəmə kollegiasının əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətinə uyğun izahat verib, əlavə olaraq bildirmişdirdi ki, birinci instansiya məhkəməsində işə baxılan zaman o, cavabdehin mülkiyyətində 5 deyil 3 mənzilin olduğunu bildirmişdir. Onlar özləri bununla bağlı Əmlak Komitəsinə müraciət edilsə də, cavab verilməmiş və birinci instansiya məhkəməsi isə həmin halı araşdırmamışdır. Həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, həmin iki mənzil cavabdehin istifadəsində və mülkiyyətində deyil, cavabdeh həmin mənzili MTK-ya qaytarmış, MTK-nın isə kimə verməsindən məlumatları yoxdur. Həmin iki mənzili MTK-ya qaytarmaları ilə bağlı sübutları yoxdur, onların istifadəsində 5 mənzilin olmasını sübut etmək yükü iddiaçının üzərinə düşür, iddiaçı isə həmin halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh figər 3 mənzilin onun mülkiyyətində olması ilə bağlı çıxarışları məhkəməyə təqdim etməmişdir. Beş on nəfərin cəmiyyət yaradaraq ödənişləri tələb etməsi hüquqdan sui-istifadədir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh və nümayəndəsi (vəkili) Nümayəndə2 məhkəmə iclasına gəlməmiş, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
22. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır.
23. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər.
24. Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir.
25. Maddə 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər.
26. Maddə 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir.
27. Maddə 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir.
28. Maddə 44.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: 44.5.1. yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; 44.5.2. yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); 44.5.3. yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; 44.5.4. yığıncağın gündəliyi; 44.5.5. yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı.
29. Maddə 44.6. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda: 44.6.1. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər; 44.6.2. bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır.
30. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1- 43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir.
31. Maddə 45.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyinə daxil olmayan məsələlər üzrə qərarlar qəbul etmək, habelə yığıncağın gündəliyində dəyişiklik etmək hüququ yoxdur.
32. Maddə 45.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır.
33. Maddə 45.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokolları və səsə qoyulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin yığıncağın qərarı ilə müəyyən edilmiş yerdə və ya ünvanda saxlanılır.
34. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir.
35. Maddə 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər.
36. 45.7. Əgər çoxmənzilli binada bütün sahələr bir mülkiyyətçiyə məxsusdursa, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər üzrə qərarlar həmin mülkiyyətçi tərəfindən təkbaşına qəbul edilir və yazılı formada rəsmiləşdirilir. Bu halda bu fəslin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına hazırlıq, onun çağırılması və keçirilməsi qayda və müddətlərini müəyyənləşdirən müddəaları tətbiq edilmir.
37. Maddə 46.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı iclas (gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün həmin binanın sahə mülkiyyətçilərinin birgə əyani iştirakı) keçirilmədən qiyabi səsvermə - səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarlarının yazılı formada çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi yolu ilə keçirilə bilər.
38. Maddə 46.2. Qərarları onların təqdim edilməsi tarixinədək təqdim edilmiş çoxmənzilli binanın sahə mülkiyyətçiləri qiyabi səsvermə yolu ilə keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında iştirak etmiş hesab edilirlər.
39. Maddə 46.3. Səsə qoyulmuş məsələlər üzrə mülkiyyətçinin qərarında aşağıdakılar göstərilməlidir: 46.3.1. səsvermədə iştirak edən şəxs haqqında məlumat; 46.3.2. müvafiq çoxmənzilli binada sahəyə səsvermədə iştirak edən şəxsin mülkiyyət hüquqlarını təsdiq edən sənəd haqqında məlumat; 46.3.3. gündəlikdə olan hər bir məsələ üzrə “lehinə”, “əleyhinə” və “bitərəf” sözləri ilə ifadə edilən qərarı.
40. Maddə 47.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsə qoyulmuş məsələlər üzrə səs hüququna həmin binanın sahə mülkiyyətçiləri malikdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında şəxsən və ya nümayəndəsi vasitəsilə səs verir.
41. Maddə 47.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayı onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasibdir.
42. Maddə 47.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyində olan məsələlər üzrə səsvermə mülkiyyətçinin səsverməyə qoyulmuş məsələlər üzrə yazılı formada tərtib edilmiş qərarları vasitəsilə keçirilə bilər.
43. Maddə 47.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə formasında keçirilən ümumi yığıncağının gündəliyində olan məsələlər üzrə səsvermə yalnız mülkiyyətçinin səsverməyə qoyulmuş məsələlər üzrə yazılı formada tərtib edilmiş qərarları vasitəsilə keçirilir.
44. Maddə 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək;
45. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
46. Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
47. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
48. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir:
49. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.
50. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
51. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslilğını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asil olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
59. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
60. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
61. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
62. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
63. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2351/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
65. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı qeyd etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2025-ci tarixli mənzil mülkiyyətçilərinə dair arayışına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, mənzil 1 (Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M17, ml) ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan mənzillərin ümumi sahəsi 1175 kvadrat metrdir və cavabdeh 25 aydır ki, kommunal ödənişləri etmir. “Nəsimi-48" MMMC-nin müvafiq Protokoluna əsasən kompleksdə olan yaşayış mənzillərinin və qeyri-yaşayış obyektlərinin kommunal ödənişləri təmirsiz olduğu halda 1 kv.m. üçün 1 manat, təmirli olduğu halda isə 1 kv.m. üçün 1.5 manat nəzətdə tutulmuşdur. Odur ki, cavabehdən ümumi olaraq kompleksdə olan əmlakına dair kommunal xidmətlərə görə (mənzillər təmirsiz olduğu üçün) 1 manat X 1175 kv.m. X 25 ay = 29 375 manat pulun alınaraq "xxxx" MMMC-yə ödəməlidir.
66. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlilində göstərmişdir ki, borc münasibətlərinin yaranması üçün tərəflər arasında müəyyən hüquqi və iqtisadi münasibətlərin olması tələb olunur, yəni hazırkı situasiyada Cavabdeh "xxxx" MMM-yə borcunun yaranması üçün onlar arasında hər hansı bir müqavilə münasibətləri olmalıdır. "xxxx" MMMC-nin nizamnaməsindən görünür ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə çoxmənzilli binaların ümumi əmlakının saxlanılması və təmir haqqında müqavilələr bağlamaq kimi vəzifəsi müəyyən edilmişdir. İddiaçı belə bir müqaviləni, eyni zamanda müqavilənin bağlanmasının təklif edilməsi, hüquqlarını müdafiə etdiyi şəxsin bu müqaviləni qəbul etməkdən imtina etməsini təsdiq edəcək hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Kollegiya apellyasiya şikayətinin göstərilən dəlili ilə bağlı qeyd edir ki, iş materialları ilə, həmçinin cavabdehin özünün apellyasiya şikayətində iddiaçı tərəfindən cavabdehə ünvanlanmış borcun ödənilməsi barədə xəbərdarlıqlara istinad olunmuş, həmin xəbərdarlıqlarda qeyd edilən məbləğləri mübahisələndirmişlər. Cavabdeh mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin onlarla müqavilə bağlamaması, bununla bağlı onlara müraciət etməməsini qeyd etsə də, işin hallarından görünür ki, cavabdeh mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti ilə müqavilə bağlamaq maraqlı olmamışdır. Bu hal cavabdehin nümayəndəsinin kollegiyanın iclasında “beş on nəfərin cəmiyyət yaradaraq ödənişləri tələb etməsi hüquqdan sui-istifadədir” kimi ifadəsi cavabdeh tərəfin iddiaçının həmin bina ilə bağlı fəaliyyətini qanuni hesab etmədiyi və bu səbəbdən özünün də, müqavilə bağlamaqda maraqlı olmaması nəticəsinə gəlməyə imkan verir. Həmçinin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMMC Ümumi Yığıncağının qiyabi formada növbədənkənar iclası keçirilmiş və xx.xx.2023-cü il tarixli 2 saylı qərarı ilə rəsmiləşdirilmişdir. İclasın gündəliyinə daxil edilmiş məsələlər sadə səs çoxluğu ilə qəbul edilmiş və icrası bütün mülkiyyətçilər üçün məcburidir. Qərara əsasən, yaşayış kompleksində mülkiyyət sahibi olan və Cəmiyyət ilə çoxmənzilli binanın idarə edilməsinə dair xidmət müqaviləsi imzalamaqdan boyun qaçıran və ya imzalamış, lakin ödəniş etməyən və ya həmin xidmət müqaviləsində nəzərdə tutulmuş lazımi qaydada ödənişi etməyən şəxslərə, həmin şəxslərin və ya şəxsin yaşayış kompleksinin ümumi istifadəsində olan və Cəmiyyət tərəfindən və ya onun vasitəsilə istismarı və istifadəsinə görə xidmət göstərilən sahələrdən, o cümlədən istilik sistemindən. (həmçinin isti su), soyutma sistemindən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcəkdir. Bundan başqa, bir neçə dəfə kommunal xidmətləri üzrə müqavilənin imzalanması təklif edilmişdir. Buna baxmayaraq, həmin müqavilənin bağlanmasını həyata keçirilməmişdir. Sözügedən məsələ ilə bağlı “Gülüstan Residence” yaşayış kompleksində mülkiyyətində olan bina 1, mərtəbə 15, 2 saylı mənzilin 908 kvadrat metr sahəyə dair üzərinə düşən 01 yanvar 2023-cü il tarixdən 01 fevral 2025-ci il tarixinədək borc öhdliklərini, yəni ümumilikdə 22700 manat 5 gün ərzində lazımınca icra etmədikdə, yuxarıda sadalanan məhdudiyyətlərin tətbiq olunmasına başlanılacaqdır. Göründüyü kimi, cavabdehə müqavilə bağlanması təklif edilsə də, cavabdeh tərəfindən həmin təklifə adekvat cavab verilməmişdir. Belə halda müqavilənin bağlanmasına istinad etməklə kommunal xərclərin ödənilməməklə bağlı dəlillər əsaslı hesab edilə bilməz.
67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabatı tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etməyin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsi olmasına, çoxmənzilli binanın idarə edilməsi müqaviləsində başqa hal müəyyən edilməyibsə, idarəedici təşkilatın hər il cari ilin birinci rübü ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinə ötən il üzrə binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi haqqında hesabat təqdim etməsinə və məhkəmənin hazırki işin tam, obyektiv, hətərəfli araşdırılması və ədalətli qərarın qəbul edilməsi üçün "xxxx" MMMC tərəfindən 2023-2025-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilib-edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilibedilməməsinə və bununla da, mənzil qanunvericiliyinin normalarına riayət edilib edilməməsinə hüquqi qiymət verməsinə dair dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan "xxxx" tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr üçün pul vəsaitlərinin hərəkətinin düzgünlüyünə dair əlaqəli xidmətlər üzrə aparılmış xx.xx.2024-cü il tarixli auditə dair hesabatdan görünür ki, cəmiyyət sakinlərə məxsus yaşayış və qeyriyaşayış sahələrinə görə 17 ay ərzində 681777 manat 50 qəpik vəsait əldə etmiş və həmin vəsaitdən nizamnaməyə uyğun olaraq – 623329.30 manat xərcləmişdir. Həmçinin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 15 saylı Bina xərclərinin və yığım tariflərinin təhlili haqqında məlumatları əks etdirən sənəddən görünür ki, xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri əhatə edən 17 aylıq dövr ərzində ümumi xərclər 623,329.25 manat olmuşdur. Binanın 72%-inin (təmirli) hər m2 üçün 1.5 manat, binanın 28%-inin (təmirsiz) hər m2 üçün 1 manat ödədiyi qeyd edilmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsi olsa da, cəmiyyət bu sahədə fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun olaraq həyata kerçirmiş və apellyasiya şikayətinin dəlili də, göstərilənlər baxımından əsassızdır.
68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən qiymətlərin dövlət tənzimlənməsi haqqında qanunvericilik normalarına, həm də çoxmənzilli binaya aid ümumi istifadədə olan yerlərlə bağlı kommunal ödənişlərin həmin binanın sahə mülkiyyətçiləri arasında bölüşdürülməsi qaydasını müəyyən edən mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinin araşdırılmalı olması, kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verməməsi barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC Mənzil Mülkiyyətçilərinin Ümumi yığıncağının xx.xx.2023-cü il tarixli, 2 nömrəli protokolundan görünür ki, icraçı direktor Qədirov Elçin, İdarə heyətinin üzvləri, 37 nəfər mənzil sahibləri, onların səlahiyyətli nümayəndələri və qiyabi iştirak edənlərin qərara almışdır: 1. “Gülüstan Residence” yaşayış kompleksində idarə etmənin "xxxx" LLCdən "xxxx" MMC-yə keçirilməsi ilə əlaqədar 2023-cü ilin yanvar ayı üzrə əməkdaşların əmək haqlarının "xxxx" LLC tərəfindən ödənilmədiyinə görə əməkdaşlara 2023-cü ilin yanvar ayı üzrə "xxxx" MMC tərəfindən maddi yardım edilsin. Maddi yardım adı çəkilən əmkdaşların gələcək maaş və avans dövrləri ilə mühasibatlıqda müxabirləşsin; 2. “Gülüstan Residence” yaşayış kompleksində təmirsiz mənzillərin üzrə kommunal haqqı 1 m2 üçün 1 manat təşkil olunsun. Təmir başlandığı gündən etibarən kommunal haqqı 1 m2 üçün 1.5 manat təsdiq olunsun. Təmirli mənzillər üzrə kommunal haqqı əvvəlki qaydada 1 m2 1.5 manat olaraq qüvvədə qalsın; 3. “Gülüstan Residence” yaşayış kompleksinin ərazisində yerləşən təmirsiz qeyri-yaşayış sahələri və ofislər üzrə kommunal haqqı 1 m2 1 manat təsdiq edilsin. Təmir başlandığı gündən etibarən kommunal haqqı 1 m2 1.5 manat təsdiq edilsin. Təmirli qeyri-yaşayış sahələrinin və ofislərin istifadədə olan sahəsi üzrə kommunal haqqı 1 m2 1.5 manat müqabilində təsdiq edilsin; 4. "xxxx" MMMC və mənzil mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlandıqdan sonra kommunal haqları reyestr çıxarışında qeyd olunan sahəyə uyğun hesablansın. Həmçinin, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 15 saylı Bina xərclərinin və yığım tariflərinin təhlili haqqında məlumatları əks etdirən sənəddən görünür ki, xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri əhatə edən 17 aylıq dövr ərzində ümumi xərclər 623,329.25 manat olmuşdur. Binanın 72%-inin (təmirli) hər m2 üçün 1.5 manat, binanın 28%-inin (təmirsiz) hər m2 üçün 1 manat ödədiyi qeyd edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, dövlət qeydiyyatından sonra, MMMC-nin idarə Heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin Ümumi Yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə İdarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Göründüyü kimi, binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarı və həmin qərarın icrası ilə bağlı xəbərdarlıq cavabdehə göndərilmiş, həmin qərar və əlavə edilmiş sənədlər iş materiallarına əlavə edilmişdir.
69. Məhkəmə kollegiyası iddia tələbində “Gülüstan Residence” Yaşayış Kompleksin 1 Saylı Binasında cavabdehin adına ümumi sahələri 186, 139, 332.30, 218.90 və 298.80 kvadrat metr olmaqla 5 mənzilin olduğu qeyd edilməsi, bu halın özünün iddiaçının tələbinin qeyri müəyyənliyin olmasını özündə ehtiva etməsi, sözügedən binadan hüquqlarını müdafiə etdiyi şəxsin adına ümumi sahəsi 810.3 kv.metr olan 3 mənzil olması, mənzillərin çıxarışlarının məhkəməyə təqdim edilməsi, 13 və 14 saylı xəbərdarlıq məktubunda iddiaçının ödəməyi tələb etdiyi pulun cəmi 30825 manat, lakin ilkin iddia ərizəsində hüquqlarını müdafiə etdiyi şəxsdən 30850 manat, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə isə 29325 manat tələb etməsi və iddiaçı tərəfindən məhkəməyə Cavabdeh adına tərtib edilmiş iki fərqli maliyyə arayışı təqdim edilməsi dəlili ilə bağlı qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında mübahisəli binadan hüquqlarını müdafiə etdiyi şəxsin adına ümumi sahəsi 810.3 kv.metr olan 3 mənzil olması barədə sübutları təqdim etməsinə istinad etdərək qalan digər mənzilin onların istifadəsində və mülkiyyətində olmamasını, həmin mənzillərin onların istifadəsində, yaxud mülkiyyətində olması barədə sübutetmə yükünün iddiaçının üzərinə düşdüyünü bildirmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş, "xxxx" LLC tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən inşa edilmiş X1 yaşayış binalarında yerləşən mənzillərin mülkiyyətçilər və mənzillərin çıxarış ilə təmin edilməsi haqqında cari məlumat diqqətə çatdırılmıç, qeyd edilmişdir ki, 1 və 2 saylı binalarda mülkiyyətçilərin siyahısı xx.xx.2023-cü il tarixi üzrə məlumat özündə əks etdirir. Bu tarixdən sonra mənzil mülkiyyətçiləri haqqında "xxxx" MMC-də hər hansı məlumat mövcud deyil. 3 saylı bina üzrə isə mülkiyyətçi məlumatları arayışın verildiyi tarix üzrə eynidir. Həmin arayışa əsasən, Cavabdeh adına Bülbül 60, M14, m3 ünvanında sahəsi 186 kv.m; Bülbül 60, M14, m4 ünvanında sahəsi 139 kv.m; Bülbül 60, M15, m2 ünvanında sahəsi 332.3 kv.m; Bülbül 60, M16, m2 ünvanında sahəsi 218.9 kv.m; Bülbül 60, M17, m2 ünvanında sahəsi 298.8 kv.m çıxarış alınmamış mənzil barədə məlumat vardır. Cavabdeh isə həmin mənzillərdən yalnız 3 ədədinin onların mülkiyyətində olduğunu qəbul etmiş, digər iki mənzilin onların istifadəsində və mülkiyyətində olmamasını bildirmiş, həmin mənzoillərlə bağlı sübutetmə yükününü iddiaçının üzərinə düşdüyünü qeyd etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı mübahisəli iki mənzilin, ümumilikdə beş mənzilin ilkin olaraq Cavabdeh adına qeydə alınması ilə bağlı sübutları məhkəməyə təqdim etmişdir. Belə olan halda həmin mənzillərin cavabdehin adından çıxarılmasını, yaxud özgəninkiləşdirilməsini sübut etmək yükü cavabdehin üzərinə düşür. Düzdür, cavabdeh onların mülkiyyətində 3 mənzilin olması barədə reyestrdən çıxarışı məhkəməyə təqdim etmişdir. Digər iki mənzilin reyestrdə qeydə alınmadan cavabdehin adında olması da, mümkündür. Həmin mənzillərə dair pay haqqının cavabdeh tərəfindən reyestrdə qeyd alınmadan digər şəxslərə satması da, istisna olunmur. Lakin, belə halda cavabdeh həmin mənzillərə dair bağlanmış müqavilələri məhkəməyə təqdim etməklə həmin məsləyə aydınlıq gətirə bilərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya göstərir ki, iddiaçı tərəfindən mübahisəli iki mənzilin ilkin olaraq cavabdehin adına qeydə alınması sübuta yetirildiyinə görə, yuxarıda qeyd olunan olunan halın mövcudluğunu sübut etmə öhdəliyi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Lakin, cavabdeh Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və irəli sürdüyü dəlili sübuta yetirə bilməmişdir.
70. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-2351/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin 2(125)-2351/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2351/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.