Məhkəmə qərarları › İş №2(104)-1764/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1764/2024

22.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1764/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X8 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbinin direktoru X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *6 iyun 2*24-cü il tarixli, 2(125)-2757/2*24 saylı qətnaməsindən cavabdehin nümayəndəsi X14 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə edilmiş Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəb tərəfindən qəbul olunmuş İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında *8.*1.2*24-cü il tarixli, 4 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı – məktəbin riyaziyyat müəlliminin əmək müqaviləsinə *7.*1.2*24-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç“ bəndinə əsasən xitam verilmiş və son haqq-hesabı ödənilmişdir. Əsas Məktəbin Həmkarlar İttifaqı Təşkilatının *8.*1.2*24-cü il tarixdə keçirilən 2 nömrəli protokoludur.

2. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus **63365 nömrəli, 15.*9.2*17-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 15.*9.2*17-ci il tarixdən Ali pedaqoji təhsilli riyaziyyat müəllimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi mərkəzləşdirilmiş müsabiqədə uğur qazandığı üçün Gəncə şəhər 3* nömrəli tam orta riyaziyyat müəllimi vəzifəsinə 38/2 nömrəli, 15.*9.2*17-il tarixli əmrlə təyin edilmişdir; İddiaçı *8.*1.2*24-cü il tarixdən Gəncə şəhər V.Veysəlov adına 3* nömrəli tam orta məktəbin riyaziyyat müəllimi öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç“ bəndinin vəzifəsini pozduğuna görə *8.*1.2*24-cü il tarixdən 4 nömrəli əmrlə xitam verilmişdir.

3. İş materiallarına əlavə edilmiş Goranboy RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Zülfüqar Arifin arayışdan görünür ki, İddiaçı 23 dekabr 2*23-cü il tarixdə saat 16:45-də Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, törətmiş olduğu cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan 25 dekabr 2*23-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş və həmin tarixdə barəsində Goranboy Rayon Məhkəməsinin hakimi Tural Ələkbərovun qərarı ilə istintaq müddətinin sonunadək, yəni 21 aprel 2*24-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, 22 fevral 2*24-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 144.2.3-cü maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və həmin tarixdə İddiaçı həbsdən azad edilmişdir.

4. İş materiallarına əlavə edilmiş Goranboy Rayon poliklinikası tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqindən görünür ki, İddiaçı ürək arakəsmələrinin anadangəlmə inkişaf qüsurları diaqnozu ilə xəstə olduğu üçün 13.12.2*23-cü il tarixdən 18.12.2*23-cü il tarixədək müvəqqəti olaraq əmək qabiliyyətini itirmişdir. 19.12.2*23-cü il tarixdən işə başlamalıdır.

5. İş materiallarına əlavə edilmiş, 3* nömrəli tam orta məktəbin heyyəti tərəfindən tərtib edilmiş 22.12.2*23-cü il tarixli aktdan görünür ki, məktəbin riyaziyyat müəllimi İddiaçı özünün şifahi məlumatına əsasın 13.12.2*23-cü il tarixdən 19.12.2*23- cü il tarixədək xəstəlik vərəqəsində olmuşdur. Lakin 2*.12.2*23-cü il tarixdə işə ba.lamalı olduğu halda nə işə çıxmış, nə də xəstəlik vərəqəsinin uzadılıb-uzadılmaması barədə bir məlumat verməmişdir. Bu gün, yəni 22.12.2*23-cü il tarixdə işə gəlmədiyi üçün tədris etdiyi dərs saatları məktəbin riyaziyyat fənn müəllimləri tərəfindən əvəz edilmişdir. Həmrəylik bayramı və Yeni il günü ilə əlaqədar məktəbin maaş cədvəli tez verildiyi üçün bu günlərdə (2*, 21, 22 dekabr 2*23) tədris edilən dərs saatlarının əvəzetmə haqq-hesabı dekabr ayı üçün deyil, yanvar ayında veriləcək. Rəmzi Əhmədov, Tiyan Allahverdiyeva, Elnarə Şükürova, Xatirə Abdullayeva, Aynurə Həsənova və Nailə Qasımova aktı öz imzaları ilə təsdiq etmişdir.

6. İş materiallarına əlavə edilmiş 3* nömrəli tam orta məktəbin heyyəti tərəfindən tərtib edilmiş 2*.12.2*23-cü il tarixli aktdan görünür ki, məktəbin riyaziyyat müəllimi İddiaçı 13.12.2*23-cü il tarixdən 19.12.2*23-cü il tarixə kimi özünün şifahi məlumatına görə xəstəlik vərəqəsində olmuşdur. Lakin 2*.12.2*23-cü il tarixdə işə çıxmalı olduğu halda işə gəlməmiş, məlumat verməmiş və dərslərdə iştirak etməmişdir. Bu müddətdə məktəbdə həmin gün tədris etdiyi dərslər məcburi riyaziyyat müəllimləri tərəfindən əvəz edilmişdir. Rəmzi Əhmədov, Tiyan Allahverdiyeva, Elnarə Şükürova, Xatirə Abdullayeva, Aynurə Həsənova, Xatirə Abdullayeva və Nailə Qasımova aktı öz imzaları ilə təsdiq etmişdir.

7. İş materiallarına əlavə edilmiş 3* nömrəli tam orta məktəbin heyyəti tərəfindən tərtib edilmiş 27.*2.2*24-cü il tarixli aktdan görünür ki, X15, X7, X2 aktı ona görə tərtib etmişdir ki, məktəbdə əvvəl riyaziyyat fənnini tədris edən X11 adam oğurluğu ilə cinayə işi açılmış, 29.*2.23-cü il tarixdə həbs edilmişdir. Həbsxanadan çıxmış İddiaçı 27.*2.2*24-cü il tarixdə məktəbə gələrək siniflərə daxil olmuş dərslərə müdaxilə etmişdir. Sonra məktəbin direktoru X5 işdən azad olunnması əmrini götürmüşdür. 5-ci dərs saatında əvvəllər dərs dediyi 8b sinfinə daxil olaraq, riyaziyyat fənnini tədris edən Xatirə Abdullayevanı aldadaraq Vüsal müəllim bilir jurnalın şəklini çəkməliyəm deyib, dövlət sənədi olan jurnalın səhifələrinin şəklini çəkmişdir. Bununla bağlı çağırıb Rahib müəllimə bildirəndə ki, siz niyə jurnalın şəkillərin çəkirsiz, ondan aldığımız cavab bu kəlimələr olmuşdur. Məktəbin rəhbəri bilir, mənim də vəkilim deyib get jurnalların şəkillərin çək. MKəktəbin direktoru İddiaçı bu etdiyi hərəkətdən xəbərsiz olduğunu bildirmişdir.

8. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, İddiaçı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində əmək müqaviləsi ilə 12.1*.2*22-ci il tarixdə işə qəbul edilmiş, *8.*1.2*24-cü il tarixdə 4 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilir.

9. İş materiallarına əlavə edilmiş Gəncə şəhər V.Veysəlov adına 3* nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən X2* tərəfindən məktəbin Həmkarlar İttifaqı Komitəsi sədri vəzifəsini müvəqqəti icra edən X1 ünvanlanmış təqdimatda qeyd edilmişdir ki, məktəbin riyaziyyat müəllimi İddiaçı 13.12.2*23-cü il tarixdə dərslərini tədris etdikdən sonra günorta radələrində TTİÜDM Tufan Allahverdiyevaya zəng edərək 14.12.2*23-cü il tarixdən özünün səhhəti ilə bağlı xəstəlik vərəqəsində olacağını bildirmiş, bundan sonra TTİÜDM ona məktəb rəhbərliyinə şifahi məlumat vermişdir. Rahib müəllimin şifahi məlumatından sonra onun tədris etdiyi 2* (iyirmi ) saat dərs yükü qanuna uyğun olaraq məktəbin riyaziyyat müəllimləri arasında bölünərək əvəzetməyə verilmişdir. Lakin 22.12.2*23-cü il tarixdə Goranboy rayon Polis idarəsinin əməkdaşları başda Şahin müəllim olmaqla saat 16:15 radələrində məktəbə gələrək Rahib müəllimin qız qaçırtmağını və adam oğurluğu maddəsilə təqsirli olduğunu göstərərək axtarışa verilməsini bildirmiş və onun gizlənə biləcəyi yer barədə onlardan məlumat istəmişdir.Bundan sonra onun xəstəlik vərəqəsində olub-olmaması barədə araşdırılmış və məlum olmuşdur ki, onun adına heç bir xəstəlik vərəqəsi açılmamışdır. Rahib müəllim şüurlu şəkildə məktəb rəhbərliyini aldatmış və əməlində cinayət tərkibi vardır. Buradan belə nəticəyə gəlmək olar ki, Rahib müəllim əsas göstərilmədən ( xəstəlik vərəqəsi ) dərslərdə iştirak etməmişdir və üzrsüz səbəbdən işdən qalmışdır. Bu səbəbdən Rahib müəllimin işdə qalıb-qalmamasına münasibət bildirməsini xahiş etmişdir. 1*. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin *8.*1.2*24-cü il tarixdə keçirilən 2 nömrəli Protokolunun çıxarışından görünür ki, məktəbin riyaziyyat müəllimi İddiaçı 14.12.2*23-cü il tarixdən xəstəlik vərəqəsi adı ilə məktəb rəhbərliyini aldadaraq heç bir səbəb olmadan uzunmüddətli dərslərdə iştirak etməməsi barədə məsələyə baxılmışdır. Məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədr əvəzi İsmayılova Ülviyyə öz çıxışında qeyd etmişdir ki, məktəbin riyaziyyat müəllimi İddiaçı 13 dekabr 2*23-cü ildə dərsdə iştirak etmişdir. Həmin gün günorta saatlarında müəllim TTİÜDM vəzifəsində çalışan Tufan Allahverdiyevaya şifahi olaraq 14.12.2*23-cü il tarixdən 19.12.2*23-cü il tarixədək özünün səhhəti ilə bağlı xəstəlik vərəqəsində (bülleten) olacağını bildirmişdir. TTİÜDM Tufan Allahverdiyeva da öz növbəsində məktəb rəhbərliyinə bu barədə şifahi məlumat vermişdir. Ona görə qanunuvericiliyə uyğun olaraq onun tədris etdiyi 2* saat dərs yükü məktəbin riyaziyyat müəllimləri arasında bölünərək əvəzetməyə verilmişdir. Lakin 2*.12.2*23-cü il tarixdə müəllim işə başlamalı olduğu halda o, işə gəlməmişdir. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmamışdır. 22.12.2*23-cü il tarixdə Goranboy Rayon Polis İdarəsinin əməkdaşları başda Şahin müəllim olmaqla saat 16:14 radələrində məktəbə gələrək Rahib müəllim adam oğurluğu maddəsi ilə təqsirli olduğunu bildirərək axtarışda olduğunu və onun gizlənə biləcəyi yer barədə məktəb rəhbərliyindən məlumat istəmişdir. Bundan sonra rəhbərlik onun xəstəlik vərəqəsində olub-olmamağı barədə X32 xəstəxanasına rəsmi sorğu yollamışdır. Oradan müəllimin portalda adına heç bir xəstəlik vərəqəsinin açılmaması barədə məlumat verilmişdir və müəllim heç bir qanuni əsası olmadan uzunmüddətli dərs buraxmışdır. Araşdırmanın nəticəsindən sonra onun məktəb rəhbərliyini aldatması və əməlində cinayət tərkibinin olması (Cinayət məcəlləsinin 144.2.3 maddəsi) ortaya çıxmışdır. Xahiş etmişdir ki, bu məsələ ilə bağlı öz münasibətini bildirsin. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X16 öz çıxışında qeyd etmişdir ki, 14.12.2*23-cü il tarixdən müəllim dərsə gəlmir və onun dərsləri əvəzetməyə verilmişdir. Lakin axtarışda olduğuna, məktəb rəhbərliyini aldatdığına və həmçinin müəllim adına xələl gətirdiyinə görə onun bir pedaqoq kimi fəaliyyətini pisləyir və onun işdən azad olmasını təklif etmişdir. Məktəbin müəllimlərindən X12, X13, X17, X3 və bir çox başqaları yuxarıda göstərilən səbəblərin tutarlı əsas kimi hesab etdiklərinə, rəhbərliyi aldatdığı və törətdiyi xoşagəlməz əməlinə görə onun müəllim kimi müqaviləsinə xitam verilməsi təklifini etdilər. Məktəbin riyaziyyat müəllimi İddiaçı törətdiyi əmələ görə 14.12.2*23-cü il tarixdən *7.*1.2*24-cü il tarixədək heç bir əsaslı səbəb olmadan işə gəlmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*- ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini Həmkarlar İttifaqı Komitəsinin sədr əvəzi Ülviyyə İsmayılova qərara almışdır.

11. Məhkəmə kollegiyasına təqdim edilmiş Goranboy Rayon Məhkəməsinin 4(*45)- 73/2*23-cü il saylı, 25.12.2*23-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində istintaq müddətinin sonunadək, yəni 21 aprel 2*24-cü il tarixədək həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəli 23 dekabr 2*23-cü il tarixdən hesablanması və qərarın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır.

12. Məhkəmə kollegiyasına təqdim edilmiş Goranboy Rayon Məhkəməsinin 1(*45)- 26/2*24-cü il saylı, 28.*3.2*24-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə İddiaçı həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Rəmzi Əhmədovun *8.*1.2*24-cü il tarixli, *4 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə yəni, Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbinə müəllim vəzifəsinə bərpa olunmağı və 23 fevral 2*24-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün ştat cədvəlinə uyğun əmək haqqının və digər gəlirlərinin hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Gəncə Şəhər Məhkəməsinin *6 iyun 2*24-cü il tarixli, 2(125)-2757/2*24 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia təmin edilmişdir.

15. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, əmrdə İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsiylə əsaslandırılsa da, bu hal(lar)ı təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məktəbin müəllimləri İddiaçı müəllim adına xələl gətirdiyinə görə onun bir pedaqoq kimi fəaliyyətini pisləmiş, qeyd edilən səbəbləri tutarlı əsas hesab edərək, rəhbərliyi aldatdığı və törətdiyi xoşagəlməz əməlinə görə onun müəllim kimi müqaviləsinə xitam verilməsi təklifini etmişlər. Halbuki, əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir, şəxsi mülahizələr əmək münasibətlərinin yaranması, dəyişməsi və xitam verilməsi əsası kimi çıxış edə bilməz. Şəxsi mülahizələrə istinad edən, qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun əsaslandırılmamış qərar əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsası ola bilməz.

16. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1 və 186.2 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

Apellyasiya şikayətinin dəlilləri

17. Gəncə Şəhər Məhkəməsinin *6 iyun 2*24-cü il tarixli, 2(125)-2757/2*24 saylı qətnaməsindən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin *6 iyun 2*24-cü il tarixli, 2(125)-2757/2*24 saylı qətnaməsinin ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbin riyaziyyat müəllimi vəzifəsində işləyən İddiaçı məktəbə dekabr ayının 13-ü zəng edib demişdir ki, o, xəstə olduğu üçün büllütendədir. Həmin ayın 14-19 dekabr tarixləri xəstəlik vərəqəsini nəzərə alıb onun dərslərini qaydalara uyğun əvəzetməyə vermişlər və həmin tarixlərə müəllimə ödənişlər edilmişdir. Dekabr ayının 22- si onlara məlum olmuşdur ki, müəllim həbs olunmuşdur. Həbsdən qabaq Goranboy rayon polis şöbəsinin əməkdaşları məktəbə gəlmiş, müəllimi məktəbdə axtarmışlar. Onlar polis əməkdaşlarına məlumat vermişlər ki, həmin müəllim bülletendədir. Daha sonra onlar polislərin gəlməyindən narahat olub, Abbas Səhhət adına xəstəxanaya sorğu vermişlər ki, həmin müəllimin adına xəstəlik kağızı açılıb-açılmadığını müəyyən etsinlər. Xəstəxanadan onlara məlumat verilmişdir ki, portalda həmin adda şəxsin adına xəstəlik kağızı açılmamışdır. Daha sonra Rahib müəllimin yaxın qohumları məktəbə gəlmiş və o, sonunculara Rahib müəllimin adına olan xəstəlik kağızını gətirmələrini tələb etmişdir. Həmin qohumlar gedib gəlməmişlər. Dekabr ayının 29-dan 31-nədək gözləmişlər və 31- dən yanvar ayının 7-nədək məktəbdə tətil olmuş, yanvarın 7-dən Rahib müəllimin işinə əsaslı olaraq icazəsiz işdən qaldığı üçün xitam vermişlər. O, işlədiyi müddətdə indiyə kimi üzürsüz səbəbdən işdən qalma halları olmamış, onun barəsində intizam tədbiri görülməmişdir. Gəncə şəhər Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin *8.*1.2*24-cü il tarixdə keçirilən 2 nömrəli Protokolunun çıxarışından görünür ki, məktəbin riyaziyyat müəllimi İddiaçı 14.12.2*23-cü il tarixdən xəstəlik vərəqəsi adı ilə məktəb rəhbərliyini aldadaraq heç bir səbəb olmadan uzunmüddətli dərslərdə iştirak etməməsi barədə məsələyə baxılmışdır. Məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədr əvəzi Ülviyyə İsmayılova öz çıxışında qeyd etmişdir ki, məktəbin riyaziyyat müəllimi İddiaçı 13 dekabr 2*23-cü ildə dərsdə iştirak etmişdir. Həmin gün günorta saatlarında müəllim TTİÜDM vəzifəsində çalışan Tufan Allahverdiyevaya şifahi olaraq 14.12.2*23-cü il tarixdən 19.12.2*23-cü il tarixədək özünün səhhəti ilə bağlı xəstəlik vərəqəsində (bülleten) olacağını bildirmişdir. TTİÜDM Tufan Allahverdiyeva da öz növbəsində məktəb rəhbərliyinə bu barədə şifahi məlumat vermişdir. Ona görə qanunuvericiliyə uyğun olaraq onun tədris etdiyi 2* saat dərs yükü məktəbin riyaziyyat müəllimləri arasında bölünərək əvəzetməyə verilmişdir. Lakin 2*.12.2*23-cü il tarixdə müəllim işə başlamalı olduğu halda o, işə gəlməmişdir. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmamışdır. 22.12.2*23-cü il tarixdə Goranboy Rayon Polis İdarəsinin əməkdaşları başda Şahin müəllim olmaqla saat 16:14 radələrində məktəbə gələrək Rahib müəllim adam oğurluğu maddəsi ilə təqsirli olduğunu bildirərək axtarışda olduğunu və onun gizlənə biləcəyi yer barədə məktəb rəhbərliyindən məlumat istəmişdir. Bundan sonra rəhbərlik onun xəstəlik vərəqəsində olub-olmamağı barədə X32 xəstəxanasına rəsmi sorğu yollamışdır. Oradan müəllimin portalda adına heç bir xəstəlik vərəqəsinin açılmaması barədə məlumat verilmişdir və müəllim heç bir qanuni əsası olmadan uzunmüddətli dərs buraxmışdır. Araşdırmanın nəticəsindən sonra onun məktəb rəhbərliyini aldatması və əməlində cinayət tərkibinin olması (Cinayət məcəlləsinin 144.2.3 maddəsi) ortaya çıxmışdır. Xahiş etmişdir ki, bu məsələ ilə bağlı öz münasibətini bildirsin. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X16 öz çıxışında qeyd etmişdir ki, 14.12.2*23-cü il tarixdən müəllim dərsə gəlmir və onun dərsləri əvəzetməyə verilmişdir. Lakin axtarışda olduğuna, məktəb rəhbərliyini aldatdığına və həmçinin müəllim adına xələl gətirdiyinə görə onun bir pedaqoq kimi fəaliyyətini pisləyir və onun işdən azad olmasını təklif etmişdir. Məktəbin müəllimlərindən X12, X13, X17, X3 və bir çox başqaları yuxarıda göstərilən səbəblərin tutarlı əsas kimi hesab etdiklərinə, rəhbərliyi aldatdığı və törətdiyi xoşagəlməz əməlinə görə onun müəllim kimi müqaviləsinə xitam verilməsi təklifini etdilər. Məktəbin riyaziyyat müəllimi İddiaçı törətdiyi əmələ görə 14.12.2*23-cü il tarixdən *7.*1.2*24-cü il tarixədək heç bir əsaslı səbəb olmadan işə gəlmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini Həmkarlar İttifaqı Komitəsinin sədr əvəzi Ülviyyə İsmayılova qərara almışdır. İddiaçı barəsində əmək qanunvericiliyinə uyğun tədbirlər görülmüş və qanunamüvafiq olaraq işinə xitam verilmişdir. Gəncə şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi hüquq normasının pozulması nəticəsində qəbul olunduğundan ləğv olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 2*. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbinin direktoru X14 apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin *6 iyun 2*24-cü il tarixli, 2(125)-2757/2*24 saylı qətnaməsinin ləğv edərək, iddianın rədd edilməsi xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, 2*23-cü ilin dekabr ayının 18-ci günü Goranboy rayonu ərazisində X4 ilə ailə qurmaq məqsədi ilə sonuncunu avtomobilinə mindirib aparmış, bundan sonra ona məlum olmuşdur ki, Aygün Nəbiyevanın valideynləri polis orqanlarına şikayət edib və polis tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və axtarışa verilmiş, o, qorxduğu üçün bir neçə gün polisdən gizlənmiş və 21 dekabr 2*23-cü il tarixdə tutulmuşdur. Goranboy Rayon Məhkəməsinin 25.12.2*23-cü il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və onu Gəncə 2 saylı istintaq Təcridxanasına yerləşdirmişlər. 22 fevral 2*24-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə barəsində olan cinayət işi CM-nin 128-ci maddəsinə tövsif olunmuş və o, həmin tarixdən həbsdən azad olunmuşdur. O, istintaq təcridxanasından çıxdıqdan sonra ona məlum olmuşdur ki, işlədiyi məktəb direktoru vəzifəsini müvəqqəti icra edən Rəmzi Əhmədovun *8.*1.2*24-cü il tarixli, *4 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Müqaviləyə xitam verilməsinə əsas isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi olmuşdur. Guya o, əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyasını və ya öhdəliyini yerinə yetirməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin *6 iyun 2*24-cü il tarixli, 2(125)-2757/2*24 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

22. Maddə 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir:[165] işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

23. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

24. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

25. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

26. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

27. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

28. Maddə 169.2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 3*. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

35. Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

36. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

4*. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin *6 iyun 2*24-cü il tarixli, 2(125)-2757/2*24 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmalıdır.

41. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdən azad edilmə barədə əmrdə İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsiylə əsaslandırılsa da, bu hal(lar)ı təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məktəbin müəllimləri İddiaçı müəllim adına xələl gətirdiyinə görə onun bir pedaqoq kimi fəaliyyətini pisləməsi, qeyd edilən səbəbləri tutarlı əsas hesab edərək, rəhbərliyi aldatdığı və törətdiyi xoşagəlməz əməlinə görə onun müəllim kimi müqaviləsinə xitam verilməsi təklifi əmək qanunvericiliyiylə nəzərdə tutulmuş əmək münasibətinə xitam əsası kimi çıxış edə bilməz. Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir, şəxsi mülahizələr əmək münasibətlərinin yaranması, dəyişməsi və xitam verilməsi əsası kimi çıxış edə bilməz. Şəxsi mülahizələrə istinad edən, qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun əsaslandırılmamış qərar əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsası ola bilməz.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən əmrin verilməsinə əsas olan protokolun çıxarışından görünür ki, məktəbin müəllimləri İddiaçı müəllim adına xələl gətirdiyinə görə onun bir pedaqoq kimi fəaliyyətini pisləmiş, qeyd edilən səbəbləri tutarlı əsas hesab edərək, rəhbərliyi aldatdığı və törətdiyi xoşagəlməz əməlinə görə onun müəllim kimi müqaviləsinə xitam verilməsi təklifini etmişlər. Halbuki, məktəb rəhbərliyi və həmkarlar komitəsinin üzvləri İddiaçı cinayətin törədilməsində ittiham olunduğunu bilmiş, lakin buna baxmayaraq onun cinayətdə ittiham olunmasını “törətdiyi xoşagəlməz əməl” kimi qiymətləndirərək onun müəllim kimi müqaviləsinə xitam verilməsi təklifini etmişlər. Həmin vaxt İddiaçı barəsində həbs qətimkan tədbiri seçildiyindən və o, özündən asılı olmayaq işə çıxa bilməməsinə və qeyd edilən halın məktəb rəhbərliyinə məlum olmasına baxmayaraq onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç“ bəndinin tələbini pozduğuna görə *8.*1.2*24-cü il tarixdən 4 nömrəli əmrlə xitam verilmişdir. Digər tərəfdən, şəxsin cinayətin törədilməsində ittiham olunması, məhkəmənin qnuni qüvvəyə minmiş hökmü olmadan onun işdən azad edilməsi üçün əsas ola bilməz.

43. Kollegiya apellyasiya şikayətinin İddiaçı 14.12.2*23-cü il tarixdən məktəb rəhbərliyini aldadaraq heç bir səbəb olmadan uzunmüddətli dərslərdə iştirak etməməsi, həmçinin İddiaçı 2*.12.2*23-cü il tarixdə işə başlamalı olduğu halda işə gəlməməsi, barəsində xəstəlik vərəqəsinin açılmaması, məktəb rəhbərliyini aldatması və əməlində cinayət tərkibinin olması barədə dəlilləri ilə bağlı bir daha qeyd edir ki, qeyd edilən tarixdən iddiaçının işdə olmaması iş materialları ilə təsdiqini tapmışdır. Lakin işəgötürən iddiaçının işdən azad edərkən *8.*1.2*24-cü il tarixli 4 nömrəli əmrində yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç“ bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini qeyd etmiş, əmrin məzmununda iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası qeyd edilməmişdir. 14.12.2*23-cü il tarixdən məktəb rəhbərliyini aldadaraq heç bir səbəb olmadan uzunmüddətli dərslərdə iştirak etməməsi, həmçinin İddiaçı 2*.12.2*23-cü il tarixdə işə başlamalı olduğu halda işə gəlməməsi, barəsində xəstəlik vərəqəsinin açılmaması, məktəb rəhbərliyini aldatması və əməlində cinayət tərkibinin olması barədə apelyyasiya şikayətində qeyd edilsə də, göstərilən əsaslardan hansı ilə iddiaçının işdən azad edilməsi işdən çıxarma barədə əmrdən görünmür. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

44. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin *6 iyun 2*24-cü il tarixli, 2(125)-2757/2*24 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.*.2, 385.1.1, 392, 393, 4*2, 4*3, 4*4, 4*5 və 4*6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin *6 iyun 2*24-cü il tarixli, 2(125)-2757/2*24 saylı qətnaməsindən cavabdehin nümayəndəsi X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *6 iyun 2*24-cü il tarixli, 2(125)-2757/2*24 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar