Məhkəmə qərarları › İş №2(104)-1769/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1769/2025

16.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1769/2025 16.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1909/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçıya məxsus olan Gəncə şəhəri, Sürəyya Qaçar (keçmiş Pavlov) küçəsi, döngə 1-də yerləşən 9 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh iddiaçıya məxsus olan Gəncə şəhəri, Sürəyya Qaçar (keçmiş Pavlov) küçəsi, döngə 1-də yerləşən 9 nömrəli fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1909/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Gəncə şəhəri, Sürəyya Qaçar (keçmiş Pavlov) küçəsi, 1-ci döngədə yerləşən 9 nömrəli fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)- 1909/2024 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1909/2024 nömrəli qərardadına əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)- 1909/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Cavabdeh apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1909/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasını üzrlü hesab edib, buraxılmış müddəti bərpa edərək apellyasiya şikayətinə baxılması üçün şikayətlə birlikdə iş materiallarının Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1909/2024 nömrəli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilməmiş, şikayət geri qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1909/2024 nömrəli qərardadından Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini, əks halda şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə almamışdır ki, bir ildən çox müddətdir ki, o, xərçəng xəstəliyindən əziyyət çəkir, mütəmadi olaraq müalicə və müayinə olunur, son dövrdə vəziyyəti daha da ağırlaşdığından onun barəsində çıxarılmış məhkəmə qətnaməsindən məlumatsız olmuşdur. Belə ki həmin müddətdə hər hansı bir şəxslə danışmaq və telefon əlaqəsi saxlamaq saglamlıq imkan xaricində olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1909/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1909/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1909/2024 nömrəli qərardadından verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verilməmişdir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1909/2024 nömrəli qərardadı xx.xx.2025-ci il tarixlu qərardadı tərəflərin, eləcə də, Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Lakin, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)- 1909/2024 nömrəli qərardadından cavabdeh tərəfindən şikayət “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabineti vasitəsi ilə 21 avqust 2025-ci il tarixdə verməklə qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi isə şikayətin qanunla müəyyən edilmiş müddətdə verilməsini aydınlaşdırmadan və Mülki Prosessual Məcəlləsinin 360 və 363-cü maddəllərinin tələblərinə uyğun olaraq yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasənapellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1909/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Gəncə Şəhər Məhkəməsinə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar