Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1772/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, iddiаçı İddiaçı və Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “evə köçmə” tələbinə dair mülkü iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3291/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə ünvan 1 ünvanında yaşayır.
2. İş materiallarında olan AA ******* sriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur.
3. İş materiallarında olan Bərdə Regioanl “Asan-Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ 579603 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X6 arasında xx.xx.2023-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarix, 576 nömrə ilə qeydə alınmışdır.
4. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 054142 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarix, 187 nömrə ilə qeydə alınmışdır.
5. İş materiallarında olan Asan-Bərdə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə ünvan 1 ünvanında yaşayır və qeydiyyatdadır.
6. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21- 3-46/2-3065/2023 nömrəli sorguya cavabdan görünür ki, İddiaçı Süleyman oğlunun adına Bərdə şəhəri, H.Aslanov küçəsində fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
7. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsi tərəfindən Xanım İsayevaya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-68/2-30169 nömrəli sorğuya cavabdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh xx.xx.2019-cu il tarixdə ASAN-Bərdə tərəfindən AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, Bərdə şəhəri, H.Aslanov küçəsi, ev 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiаçı İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, onun Bərdə şəhəri, H.Aslanov küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə həyat yoldaşı və övladı ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. X1, anası isə Cavabdehdır. Atası ilə anası ailə qurduqdan sonra babası İddiaçı Süleyman oğlunun mülkiyyətində olan Bərdə şəhəri, H.Aslanov küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evində yaşayıblar. O da, həmin evdə anadan olmuş və 7 ay bundan öncəyə qədər həmin evdə yaşasalar da, fərdi yaşayış evinin rəsmi sənədi olmamışdır. Hazırda anası hazırki iş üzrə Cavabdeh onu, həyat yoldaşını və azyaşlı övladını evdən qovaraq onu nəlayiq sözlərlə təhqir edərək onların həmin evdə yaşamaqlarına maneəçilik törədir. Cavabdeh dəfələrlə onunla dalaşaraq onu evdən qovmağa cəhd etmişdir, ən son isə 7 ay bundan öncə onu ailəsi ilə birlikdə evdən qovmuşdur. Hazırda isə onun həmin evdən başqa yaşamağa yeri olmadığı üçün məcbur olub utanaraq 7 aydır ki, həyat yoldaşının atası, yəni qaynatasının yanında yaşayır. O öz evində ailə ilə birlikdə dinc şəkildə yaşamaq istəyir. Lakin anası Cavabdeh buna icazə vermədiyi üçün ondan məcbur qalıb məhkəmə mütaciət etməli oldu.
10. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3291/2023 saylı (hakim Fuad Babaşov) qətnaməsi ilə iddiаnın qismən təmin edilməsi, İddiaçı və həyat yoldaşı X2 Bərdə şəhəri, H.Aslanov küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh oğlu olmaqla cavabdeh iddiaçının doğma anası olmaqla onun ailə üzvü hesab edilir. Bundan başqa iddiaçı ünvan 3 ünvanda yerləşən evdə yaşamış və həmin yaşayış sahəsindən istifadə hüququna malikdir. Həmçinin, həmin yaşayış sahəsi dövlət reyestrində aşkar edilmədiyindən məhkəmə həmin tikilinin özbaşına tikili olması qənaətinə gəlir. Cavabdeh iddiaçını və onun ailə üzvlərini evdən qovduğundan və iddiaçının başqa yaşayış yeri olmadığından, həmçinin iddiaçının cavabdehin ailə üzvü olması və cavabdehdən özünün yaşayış sahəsi ilə təmin etməyi tələb etmək hüququna malik olması, iddiaçının X6 ilə rəsmi nikahda olması səbəbindən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə İddiaçı həyat yoldaşı (arvadı) X6 ilə birlikdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia tələbi iddiaçının övladının həmin ünvana köçürülmə hissəsində isə təmin edilməməlidir. Belə ki, iddiaçı yeni ailə həyatı qurduğundan və hazırki rəsmi nikahdan övladı olmadığından, əvvəlki qeyri-rəsmi nikahdan olan övladı barədə məhkəməyə rəsmi sənəd təqdim etmədiyindən və məhkəmə iclasında əvvəlki nikahdan olan övladının məhkəmə qətnaməsi ilə keçmiş həyat yoldaşının himayəsində saxlanılmasını qeyd etməsi səbəbindən məhkəmə qeyd edir ki, hazırkda iddiaçının əvvəlki nikahdan olan övladının yaşayış yeri anasının yaşayış yeri olduğundan və iddiaçının övladı hazırda əvvəlki həyat yoldaşı olan öz anası ilə yaşadığından iddia uşağın fərdi yaşayış evinə köçürülmə hissəsində təmin edilməməlidir.
12. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30, 30.1, 30.2-ci maddələrinə və Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
13. Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(021)-3291/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(021)-3291/2023 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh onun oğludur. Cavabdehlə bir yerdə yaşaya bilmir. Cavabdeh onu döyür, təhqir edir. Cavabdehin özü könüllü şəkildə qaynatasıgilə getmişdir və orada yaşayır. Əgər bir yerdə yaşasalar ona zərər yetirəcək. Cavabdeh öz həyatın yaşasın. Artıq o qocalmışdır, rahat yaşamaq istəyir, cavabdeh isə ona baxmağı bir yana, hər gününü məşəqqətə çevirir. Artıq cavabdehin xeyli yaşı var, özü üçün ev ala bilər, orada yaşaya bilər. O, bir ana olaraq onun hayqırtısına, çırpıntısına müsbət cavab verilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onun oğludur. İddiaçı evdə onunla yaşamasına etiraz etmir. Lakin, Çərkəzin həyat yoldaşının mübahisəli evə köçməsinə və onunla yaşamasına razı deyil. Bundan əlavə İddiaçı onunla birlikdə mübahisəli evə köçməsini istədiyi uşaq isə onun indiki həyat yoldaşının başqa nikahdan olan uşağıdır. İddiaçı ailə qurandan başqa evdə yaşayır. Ona görə də, apellyasiya şikayətimin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, şikayətin dəlilləri əsassızdır. Odur ki, şikayətin təmin edilməsini xahiş edir. Belə ki, atası rəhmətə gedəndən sonra o, mübahisəli evdə yaşamışdır. Hazırda isə həyat yoldaşı ilə yaşamağa yeri yoxdur. Həyat yoldaşının cehiz əşyaları ortalıqda qalmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (8 iyul 1982-ci il redaksiyasında):
18. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
19. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir..
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
31. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-3291/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməlidir.
36. İşə baxan birinci instansiya məhkəməsi iddiaçya münasibətdə cavabdehin ailə üzvü olması qənaətinə gəlmiş və evə köçürülməsi tələbini təmin etmişdir. Məhkəmə cavabdeh İddiaçı münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.1999-cu il tarixdə anadan olduğundan həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinni tələblərinə uyğun olaraq mübahisəli fərdi yaşayış evindən istifadə hüququ əldə etmişdir. Məhkəkə kollegiya həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı həyat yoldaşı X2 mübahisəli fərdi yaşayış evinə köçürürlməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə birinci instansiya düzgüm nəticəyə gəlməmişdir. Belə ki, MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırkı işdə İddiaçı həyat yoldaşı X6 mübahisəli fərdi yaşayış evinə köçürülməklə bağlı iddia qaldırmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi X2 belə bir iddası olmadığı halda, belə bir iddia tələbi ilə çıxış etmək üçün sübyektiv hüquqa malik olmayan İddiaçı tələbi ilə X2 mübahisəli fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti X5 münasibətdə təmin edilməli və Bərdə Rayon Məhkəməsinin 2(021)-3291/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi həmin hissədə ləğv edilməlidir.
38. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Bərdə Rayon Məhkəməsinin 2(021)-3291/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Bərdə Rayon Məhkəməsinin 2(021)-3291/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-3291/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni X2 Bərdə şəhəri, H.Aslanov küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi X2 Bərdə şəhəri, H.Aslanov küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.