Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1775/2024 06.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Qazax rayon Məhkəməsinin 2(023)-1114/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi 18 noyabr 2023-cü ildə vəfat etmiş əri X1 mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsini üzrlü hesab edərək müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-1114/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərardadı ilə Ərizəçi torpaq mirasın qəbul edilməsi barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmuşdur. Həmin qərardaddan narazı qalan Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Qazax Rayon Məhkəməsinə müraciət edərək 18 noyabr 2023-cü il tarixdə vəfat etmiş əri X1 mirasının qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsini üzrlü hesab edərək müddətinin uzadılması barədə barədə qətnamə qəbul edəsini xahiş etmişdir. Məhkəmə 09 iyul 2024cü il tarixli qərardadı ilə ərizəni yolverilməz hesab edərək icraata qəbul etməkdən imtina etmişdir. Məhkəmə qərardadını Azərbaycan Respublikası MPM-nin 305-cimaddəsi ilə əsaslandırmağa çalışmışdır ki, ərizəçinin verdiyi tələb xüsusi icrat qaydasında baxıla bilməz və iddia icratı qaydasında müraciət edilməlidir. Hansı ki, ərizədən də, görünür ki, burada mübahisə yoxdur və eləcədə miras kütləsi yalnız mərhum ərinin əmək haqqının ödənilməmiş hissəsidir. Qazax rayon notariat ofisi isə mirasın qəbulu müəddəti buraxıldığı üçün faktiki qəbulla bağlı sənəd tələb etmişdir. Bundan sonra məktub verərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə isə əsassız olaraq bu ərizəni qaytarmaqla işinin uzanmasına səbəb olur. Gəncə Şəhər Məhkəməsinin 2(023)-1114/2024 saylı, 19 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 2(023)-1114/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 2(023)-1114/2024 saylı, 19 iyul 2024-cü il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul qəbul məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Ərizəçi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin xüsusi icraat qaydasında baxılmalı işlər sırasında olmadığını əsas gətirərək iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Ərizəçi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə ərizəsinin Azərbaycan Respublikası MPM-nin xüsusi icraat qaydasında baxılmalı işlərə aid olmadığını qeyd etməkdə haqlı olsa da, ərizənin icraata qəbul edilməsindən imtina edilməli olması ilə nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə ərizənin Azərbaycan Respublikası MPMnin xüsusi icraat qaydasında baxılmalı işlərə aid olmadığını qeyd etmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinat eməklə, yəni ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Halbuki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə ərizənin Azərbaycan Respublikası MPMnin xüsusi icraat qaydasında baxılmalı işlərə aid olmaması ərizəyə iddia icraatı qaydasında baxılmasını istisna etmir. Bu mənada, kollegiya hesab edir ki, ərizəçinin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddia ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan əsaslarla iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməsi əsassız olmuşdur. Buna görə də, şikayət qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 2(023)-1114/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərardadı və həmin qəaradadla bağlı 2(023)-1114/2024 saylı, 19 iyul 2024-cü il tarixli ləğv edilməli və iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-1114/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 2(023)-1114/2024 saylı, 19 iyul 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul qəbul məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1775/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1775/2024
06.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver