Məhkəmə qərarları › İş №2(104)-1779/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1779/2024

07.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1779/2024 07.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Bakı şəhər 24 saylı notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(061)-129/2024 tarixli qətnaməsindən maraqlarına toxunan şəxslər X4 və X5 tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏNETDİ Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək mərhum X1 miras qalmış əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 vəkili, vəkalətli nümayəndəsi Bakı şəhəri, 20 saylı vəkil bürosunun vəkili Vəkil dəqiqləşdirmə barədə ərizə təqdim edərək hazırda mərhum X1 miras qalmış əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(061)-129/2024 saylı qətnaməsi ilə (hakim Kamil Rzayev ) ərizə təmin edilərək, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 01 sentyabr 2023-cü il tarixdə vəfat etmiş qardaşları mərhum X1 miras qalmış əmlakların Ərizəçi2 və Ərizəçi1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. Tərtər Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(061)-129/2024 saylı qətnaməsindən narazı qalan maraqlarına toxunan şəxslər X4 və X2 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-129/2024 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılmasını və işə yenidən ümumi icraat qaydasında baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti X4 və X2 tərəfindən verilsə də, apellyasiya şikayəti yalnız X4 tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən isə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin 361-ci maddənin tələbinə uyğun verilməsini yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir ki, bununla da, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır. Buna görə də, Tərtər Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(061)- 129/2024 saylı qətnaməsindən maraqlarına toxunan şəxslər X4 və X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Tərtər Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-ci naddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Tərtər Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(061)-129/2024 qətnaməsindən maraqlarına toxunan şəxslər X4 və X6 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Tərtər Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar