Məhkəmə qərarları › İş №2(104)-1780/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1780/2024

02.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1780/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi, əsassız varlanma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-836/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 02 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vətəndaş Cavabdeh dəvət edilib izahatını almaq məqsədi ilə PŞ-nin müvafiq əməkdaşına əməliyyat tapşırığının verilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təhqıqat araşdırması müddətində aparılan araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı, xx.xx.2023-cü il tarixində sözügedən mülki mübahisə ilə bağlı vətəndaş Cavabdeh barəsində 29-cu PŞ-nə ərizə ilə müraciət etmişdir, izahatı alınmış vətəndaş Cavabdeh, qarşı tərəfə (İddiaçı) ümumilikdə 102.390 (yüz iki min üç yüz doxsan) manat məbləğində borcu olmasını izahatında səmimi etiraf etmiş, eləcə də borcu hissə-hissə qaytaracağına söz vermişdir. Vətəndaş izahatında 10 gün aralıq olmaqla qarşı tərəfə 2000 (iki min) manat odəniş edəcəyini qeyd etmişdir. Sözügedən ərizə və izahatlara dair sənədlər toplanmış materiala əlavə edilmişdir. Beləliklə, təhqiqat araşdırması müddətində vətəndaş Cavabdeh qarşı tərəf yəni, vətəndaş İddiaçı ümumilikdə 102.390 (yüz iki min üç yüz doxsan) manat borcu olması müəyyən edilmiş, sözügedən borcdan 6500 (altı min beş yüz) manatı qaytarılmışdır. Vətəndaş Cavabdeh vətəndaş İddiaçı ümumilikdə 95890 (doxsan beş min səkkiz yüz doxsan) manat borcu olması müəyyən edilmişdir.

2. Həmin materiala əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, İddiaçı 3 il ərzində 30.000 manat qazanc verdiyini, sonuncuya olan 102.390 manat borcunun hissə-hissə olaraq ödəyəcəyini bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 94.990 (doxsan dörd min doqquz yüz doxsan) manat və ödənilmiş dövlət rüsumu əvəzində 375 manat alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh Bakı şəhərində qonşu olmuşlar. 2019-cu ilin yanvar ayından başlayaraq Ayşən Qadirə müxtəlif məbləğlərdə borc vermiş, Qadir isə əsas məbləğdən əlavə qazancından hər ay 1000 manat Ayşənə ödəyəcəyinə söz vermişdir. 2019-cu ildən başlayaraq 2023-cü ilə qədər Ayşən Qadirə 68400 manat borc vermişdir. 2023-cü ilin fevral ayına qədər Qadir 37 ay ərzində Ayşənə hər ay 1000 manat ödəməli olmuşdur. X3 105400 manat borcu qalmışdır. Qadir 2023-cü ilin mart ayında Ayşənə 2000 manat ödəmiş, sonra xırda-xırda 2000 manat ödəmiş və xx.xx.2023-cü ilə qədər Ayşənə 102390 manat borclu qalmışdır. Tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Tərəflər xx.xx.2023-cü ildə notariat orqanında borc müqaviləsi bağlamaq istəmiş, lakin depozitə pul qoyulmadığından müqavilənin bağlanması mümkün olmamışdır. Bundan sonra Ayşənlə Qadir arasında sonuncunun hər ay iddiaçıya 6000 manat ödəyəcəyi barədə şifahi razılaşma olmuşdur. xx.xx.2024-cü il tarixə qədər Qadir Ayşənə 7400 manat ödəyərək 94990 manat borclu qalmışdır.

5. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-836/2024 nömrəli qətnaməsi (hakim Mahir Niftəliyev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 58400 manat və iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 265,20 manat - cəmi 58665 (əlli səkkiz min altı yüz altmış beş) manat 20 (iyirmi) qəpik alınaraq İddiaçı verilməsi, İddiaçı Cavabdeh qarşı iddiasının qalan 36500 (otuz altı min beş yüz) manat və ödənimiş dövlət rüsumu əvəzində 109 (yüz doqquz) manat 80 (sksən) qəpik tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, istər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf İddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər.

7. İddia ərizəsində İddiaçı Cavabdeh 68400 manat borc verməsi, cavabdehin iddiaçıya 10300 manat qaytarması göstərilmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçıdan hissə-hissə olaraq cəmi 43000 manat borc aldığını etiraf etmiş və 15936 manat qaytardığını bildirmişdir. İş materiallarında olan Cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə verdiyi izahatın surətindən görünür ki, o, İddiaçı 102390 manat borcunun olduğunu etiraf etsə də sonuncudan 55000 manat borc aldığını, qalan məbləğin isə qazancdan İddiaçı düşən pay olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə iddiaçının cavabdehə 55000 manat borc verməsi qənaətinə gəlmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 529.1, 529.3, 739.1 və 739.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124, 216-220, 227, 233 və 357-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-836/2024 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə - Cavabdeh 94.990 AZN (doxsan dörd min doqquz yüz doxsan manat) məbləğində pul vəsaitinin, o cümlədən iddiaçı tərəfindən ödənilmiş 375 (üç yüz yetmiş beş) AZN və 188 (yüz səksən səkkiz) AZN məbləğində dövlət rüsumlarının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən tərəflərin təqdim etdiyi sənədlərə, istinad etdiyi dəlillərə və izahatlara heç bir əhəmiyyət verməmişdir. Cavabdeh məhkəmə iclaslarında yalnız bir-birinə zidd olan izahatlar verməklə məhkəmənin diqqətini işə obyektiv baxılmasından yayınmasına nail olmuşdur. Belə ki, ilk iclasda cavabdeh 55.900 AZN borcunun olduğunu, 32.000 AZN ödədiyini, növbəti iclasda borcundan 15.936 AZN məbləğində pul vəsaitinin ödənildiyini və 43.000 AZN məbləğində borclu olduğunu bildirməsinə baxmayaraq, sonuncu məhkəmə baxışında məhkəmədə sədrlik edənin hakim öz mülahizəsinə və heç bir dəlillə təsdiq olunmayan öz mövqeyinə əsaslanaraq, cavabdehə 58.400 (əlli səkkiz min dörd yüz) AZN məbləğində borclu olması barədə məhkəməyə ərizə təqdim etməsi ilə bağlı göstəriş vermişdir. Və necə də bir “təsadüfdür” ki, məhkəmə qətnamə qəbul edərkən məhz həmin ərizədə göstərilən məbləği rəhbər tutmuşdur. Sonuncu məhkəmə baxışının audio və videoyazısına nəzər yetirsək qeyd olunanların təsdiqini tapmış olarıq. Cavabdeh tərəfindən verilən izahatların və təqdim olunan həmin ərizənin hər hansı dəlillə sübuta yetirilməməsinə, bundan əvvəlki məhkəmə iclaslarında tamamilə fərqli və bir-biri ilə ziddiyyətli izahatların verilməsinə, bundan əlavə məhkəmədə guya iddiaçıya 15.936 AZN ödəniş olunması ilə bağlı banka sorğu verilməsi zərurəti və həmin sorğuya cavab olaraq qeyd olunan məbləğin heç qismən də ödənildiyinin müəyyən olunmamasına baxmayaraq, qeyd olunan hallara məhkəmə tərəfindən lazımi qaydada nəzər yetirilməmiş, həmin ziddiyyətlərə hər hansı əhəmiyyət verilməmiş və qərəzli olaraq iddiaçının ziyanına qərar qəbul olunmuşdur Tərəflərindən təqdim olunmuş bir sıra sübutlara birinci instansiya məhkəməsi tərəfindən əhəmiyyət verilməmişdir – Yasamal RPİ-nin 29 PŞ-nin “Cinayət işinin başlanmasının rədd olunması barədə” qərarı, cavabdehin həmin polis şöbəsində verdiyi izahatı, Yasamal RPİ-nin 29-cu PŞ-nin məktubu və CD disk. Həmin sübutların heç biri, tələb etmələrinə baxmayaraq, məhkəmə baxışında tədqiq olunmamışdır. Həmin sübutlara nəzər yetirdikdə məlum olur ki, Cavabdeh Yasamal RPİ-nin 29-cu PŞ-də izahat verərkən, eləcə də iddiaçı ilə telefon danışığında xx.xx.2023-cü il tarixinə 102.390 AZN məbləğində borclu olduğunu etiraf edir, polis şöbəsində araşdırma zamanı isə həmin xüsusatlar öz təsdiqini tapır. Həmin vaxtdan etibarən cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda 7.400 AZN məbləğində ödənişlərin edilməsini təsdiq edən sənədlərdə tərəflərindən məhkəməyə təqdim olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi göstərilən sübutları məhkəmə baxışında tədqiq etməmiş, yazılı sübutlarla tanış olmamış, video yazıya baxmamış və öz qətnaməsini tədqiq olunmuş sübutlarla əsaslandırmamışdır. Beləliklə, məhkəmə işə baxarkən göstərilən prosessual normaları kobud şəkildə pozmuşdur. İş üzrə qətnamə qəbul edilərkən qüvvədə olmayan və işin mahiyyətinə aidiyyatı olmayan hüquq normalarına istinad olunmuş (Mülki Məcəllənin əvvəlki redaksiyada olan 739.1 və 739.2-ci maddələri, MM-nin 529.1 və 529.3-cü maddələrində göstərilənlər isə ümumiyyətlə mübahisə predmeti olmamışdır), müəyyən olunmuş hallara isə – cavabdehin xx.xx.2023-cü il tarixinə 102.390 AZN məbləğində borclu olması, həmin tarixdən etibarən 7.400 AZN məbləğində ödənişlər etməsi və qeyd olunan halların məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunması, eyni zamanda tərəflərin qarşılıqlı münasibətləri – cavabdehin həqiqətən iddiaçıdan öz sahibkarlıq fəaliyyəti ilə əlaqədar pul vəsaitlərini borca alması və aldığı məbləğlərdən iddiaçıya əlavə olaraq gəlir verəcəyi öhdəliyini üzərinə götürməsini etiraf etməsinə istinad olunmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlara deyil, yalnız cavabdehin təqdim etdiyi etiraf ərizəsinə və öz şəxsi mövqeyinə əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, İddiaçı Cavabdeh təklifi ilə, cavabdehin kommersiya fəaliyyəti ilə məşğul olması üçün iddiaçının ona pul vəsaitlərinin verilməsi, əvəzində isə iddiaçıya ana məbləğin, o cümlədən həmin fəaliyyətdən əldə etdiyi gəlirlərdən iddiaçının xeyrinə əlavə məbləğin hesablanaraq verilməsi barədə razılaşmışlar. Belə ki, İddiaçı Cavabdeh dövriyyəsinin artırılması üçün vaxtaşırı ona pul vəsaitləri vermiş, cavabdeh isə həmin pul vəsaitlərini qəbul edərək, mövsümə uyğun yeni mallar idxal edib satışını həyata keçirərək, iddiaçının verdiyi əsas məbləğlərlə birlikdə əlavə olaraq satış dövriyyəsindən əldə olunan gəlirdən hər ay 1000 (bir min) manat verməyi öhdəsinə götürmüşdür. Həmin vəsaitlərin iddiaçıya nə zaman veriləcəyi barədə tərəflər arasında razılıq əldə olunmamışdır, iddiaçı da verdiyi pul vəsaitlərini və özünə çatası qazancı əvvəllər tələb etməmişdir. Əldə olunmuş razılığa müvafiq olaraq, iddiaçının ilk tələbi ilə cavabdeh bütün pul vəsaitlərini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, həmin razılaşmaya müvafiq olaraq, iddiaçı tərəfindən 2019-cu ilin yanvar ayından etibarən 2023-cü ilin fevral ayınadək müxtəlif zaman kəsiklərində cavabdehə ümümilikdə 68.400 (altmış səkkiz min dörd yüz manat) manat məbləğində pul vəsaitləri verilmişdir. Həmin pul vəsaitlərinin müqabilində cavadeh Cavabdeh tərəfindən həyata keçirdiyi satış dövriyyəsindən İddiaçı xeyrinə 37 ay ərzində (2020-ci ilin yanvar ayından 2023-cü ilin fevral ayınadək) aralarında əldə olunmuş razılığa müvafiq olaraq, hər ay 1000 (min manat) olmaqla, ümumilikdə 37.000 (otuz yeddi min) manat məbləğində pul vəsaitinin verilməsi öhdəliyi yaranmışdır. Beləliklə, İddiaçı 2023-cü ilin fevral ayı üçün Cavabdeh qarşı 105.400 (yüz beş min dörd yüz) manat məbləğində tələbi yaranmışdır. Cavabdeh tərəfindən bu günədək iddiaçıya sözügedən məbləğlərdən 10.410 manat məbləğində pul vəsaiti qaytarılmışdır. Qalan məbləği təşkil edən 94.990 AZN məbləğində pul vəsaiti isə cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Lakin, Ağdam Rayon Məhkəməsi tərəfindən iddia tələbinin qismən – 58.400 manat məbləğində təmin olunması barədə qətnamə qəbul edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddiaçı ilə qonşu olmuşdur. Yaxın müddətlərə qədər “Sədərək” ticarət mərkəzində alver etmiş, lakin sonradan müflic olmuş və alveri dayandırmışdır. Ayşən 10000 manat pulunun olduğunu və banka qoymaq istədiyini, lakin bankın hər ay 110 manat faiz ödədiyini ona demişdir. Ayşən həmin 10.000 manat məbləği alverdən əldə etdiyi gəlirdən 10 faiz götürmək şərti ilə ona verməsi barədə razılaşmışlar. Ayşən 2020-ci ilin fevral ayında sözügedən 10000 manat məbləği ona təqdim edərkən 3500 manatı geri götürmüş və ona 6500 manat verərək 10000 manat hesablamışdır. Həmin 10000 manatı bir ilə Ayşənə qaytarmağı üzərinə götürmüşdür. Ayşən ona 2020-ci ilin may ayında 5000 manat, yay aylarında 7000 manat, 5000 manat, yenidən 5000 manat və 11000 manat vermişdir. Ayşəndən cəmi 43000 manat almışdır. Hər aldığı məbləğə görə hər ay Ayşənə 10 faiz ödəməyi üzərinə götürmüşdür. Ayşənin qardaşı X2 məxsus "xxxx" ASC tərəfindən verilmiş **********651805 nömrəli karta xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2023-cü ildə 1500 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2024-cü ildə 500 manat, xx.xx.2024-cü ildə 400 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 500 manat, xx.xx.2024-cü ildə 500 manat ödəniş etmişdir. Bundan başqa Ayşənə məxsus "xxxx" ASC tərəfindən verilmiş **********905953 nömrəli leokarta xx.xx.2024-cü ildə 120 manat, xx.xx.2024-cü ildə 121 manat, xx.xx.2024-cü ildə 120 manat, xx.xx.2024-cü ildə 25 manat, xx.xx.2023-cü ildə 25 manat, xx.xx.2024-cü ildə 25 manat ödəniş etmişdir. Daha sonra iddiaçı onun barəsində polisə şikayət etmiş, iddiaçı özünü öldürəcəyi ilə onu hədələdiyindən o, qorxaraq İddiaçı 102.390 manat borclu olması barədə izahat yazaraq vermişdir. xx.xx.2023-cü ildə Ayşənin dayısı oğlu ilə 68400 manat məbləği ödəyəcəyi barədə razılaşma əldə etmişlər. Odur ki, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

14. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

17. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

18. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

19. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

26. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (Münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada)

28. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

30. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

31. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar

32. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.“

“R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar

33. “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı

34. “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

35. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.

36. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.

37. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

38. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

39. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.

40. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.”

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

50. Maddə 201.1. Maddi sübutlar məhkəmə tərəfindən müayinə edilir və işdə iştirak edən şəxslərə, nümayəndələrə, zəruri hallarda isə ekspertlər, mütəxəssislər və şahidlərə təqdim olunur.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

53. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

54. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

55. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

56. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

57. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

58. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

59. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

61. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

62. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

63. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

64. Bənd 7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

66. Mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.

67. İlk olaraq, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.

68. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).

69. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.

70. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur.

71. Bu kontekstdə, apellyasiya şikayətində Mülki Məcəllənin 740.2-ci maddəsinə istinad olunaraq qeyd edilmişdir ki, mübahisəli borc məbləği üç min manatdan çox olduğundan və aralarında heç bir yazılı müqavilə bağlanmadığından, borc münasibəti araşdırılmamalı idi.

72. Belə ki, məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilmiş hallarından məlum olur ki, 2019-cu il tarixdən 2023-cü ilin may ayına qədər iddiaçı tərəfindən cavabdehə borc kimi 102.390,00 manat vermiş, lakin sonuncu həmin məbləği tam şəkildə qaytarmamışdır.

73. Nəzərə alınsa ki, Mülki Məcəllənin 740.2-ci maddəsi ilə fiziki şəxslər arasında üç min manatdan çox məbləğli borc müqaviləsinin yazılı formada bağlanması tələb edilmişdir, habelə, eyni Məcəllənin 337.1-ci maddəsi həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız olduğunu təsbit etmişdir, o halda iddiaçı ilə cavabdeh arasında 2019-cu il tarixdən 2023-cü ilin may ayına qədər 102.390,00 manat mədləğində borcun verilməsinə dair müqavilənin bağlandığı anda etibarlı olmadığı (əhəmiyyətsiz olduğu) sual doğurmur.

74. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

75. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

76. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir illik iddia müddəti ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 375-ci maddəsi isə məhkəmələrdən tələb edir ki, onlar hüququn müdafiəsi haqqında tələbi iddia müddətinin keçməsindən asılı olmayaraq baxılmağa qəbul etsinlər, iddia müddətini isə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq etsinlər. Lakin, cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə birinci instansiya məhkəməsində verilməmişdir.

77. Göründüyü kimi, 102.390,00 manat məbləğin iddiaçı tərəfindən cavabdehə borc kimi verilməsi halında şifahi qaydada bağlanmış bu cür müqavilə qanunun müəyyən etdiyi formada bağlanmadığından etibarsız hesab olunur. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

78. Lakin, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında 102.390,00 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsız sayılsa belə, cavabdehin iddiaçının şikayəti əsasında ibtidai istintaq orqanına verdiyi izahatı ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur.

79. Belə olan vəziyyətdə məhkəmə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq qeyd edir ki, tərəflər arasında 102.390,00 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdehin iddiaçının şikayəti əsasında ibtidai istintaq orqanına verdiyi izahatı həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq etdiyindən, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçıların tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır.

80. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

81. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

82. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

83. Hazırda məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə verdiyi 105.400,00 manat borcdan 10.410 manat hissəsinin qaytarıldığını, hazırda isə 94.990 manat borcunun qaldığını bildirmişdir.

84. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

85. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

86. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

87. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

88. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

89. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

90. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

91. Belə ki, hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

92. Bu baxımdan hazırki mübahisə araşdırılan zaman İddiaçı iddiasının əsası kimi, polis orqanının qərarını, hesablamalar apardığı dəftər və şahidləri birinci instansiya məhkəməsinə təqdim etmişdir.

93. Nəzərə alınmalıdır ki, əgər tərəflərdən biri sübut qismində məhkəməyə polis orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.

94. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan, həmçinin Cavabdeh izahatından görünür ki, vətəndaş Cavabdeh qarşı tərəf yəni, vətəndaş İddiaçı ümumilikdə 102.390 (yüz iki min üç yüz doxsan) manat borcu olması müəyyən edilmiş, sözügedən borcdan 6500 (altı min beş yüz) manatı qaytarılmışdır. Vətəndaş Cavabdeh vətəndaş İddiaçı ümumilikdə 95.890 (doxsan beş min səkkiz yüz doxsan) manat borcu olması müəyyən edilmişdir.

95. Göründüyü kimi, polas orqanlarında aparılmış araşdırma materialları zamanı Cavabdeh izahatında İddiaçı ümumilikdə 102.390 manat borcunun olduğunu və hissəhissə olaraq qaytaracağını bildirmişdir. Lakin, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirə bilməmişdir.

96. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçının qeyd etdiyi yekun məbləğdən, yəni 94.900 manat puldan cəmi 52.900 manat borcunun qalması ilə bağlı hərhansı sübut təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

97. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

98. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

99. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

100. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi)

101. Eyni zamanda qeyd olunmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.

102. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarına və məhkəmə kollegiyasının iclasında tədqiq edilən subatlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə ümumilikdə 102.390,00 manat məbləğində borc verməsi, iddiaçının özünün bildirməsinə əsasən həmin borcdan 10.410 manatının qaytarılması nəzərə alınmaqla hazırda cavabdehin iddiaçıya 94.990 manat məbləğində borcunun olması öz əksini tapmışdır.

103. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

104. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

105. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

106. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

107. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

108. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

109. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur.

110. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

111. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən ödənilmiş 375 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

112. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 382, 386, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-836/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh qızından 94.900 (doxsan dörd min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 375 (üç yüz yetmiş beş) manat, cəmi 95.275 (doxsan beş min iki yüz yetmiş beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar