Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1781/2024 24.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlunun sədrliyi və məruzəsi ilə, Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(066)-254/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq mülkiyyətində olan Göygöl şəhəri H.Əliyev prospekti ev 86, mənzil 3-ün giriş-çıxışın qarşısında, Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin yerləşdiyi mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsində və dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh inşa etdiyi qanunsuz,özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunaraq Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin bütün mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsinə qaytarılması, cavabdehin həmin torpaq sahəsindən ümumi istifadəyə yaradılan maneələrə son qoymasının ona həvalə olunması barədə qətnamə çıxarılmasını və eləcə də cavabdehin qanunsuz hərəkətlərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri baxımından qiymət verilməsi məqsədilə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(066)-254/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Göygöl şəhəri, H.Əliyev prospekti ev 86, mənzil 3-ün giriş-çıxışının qarşısında, Göygöl şəhəri, H.Əliyev prospektindəki 86 saylı evin yerləşdiyi mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsində və dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh inşa etdiyi qanunsuz, özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi və həmin torpaq sahəsinin əvvəlki vəziyyətində bərpa olunması, Göygöl şəhəri, H.Əliyev prospektindəki 86 saylı evin bütün mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifasdəsinə qaytarılması və cavabdehin həmin torpaq sahəsindən ümumi istifadəyə yaradılan maneələrə son qoymasının Cavabdeh həvalə olunması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2024-cü il tarixli 2(104)-1781/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Göygöl Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 07 avqust 2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Göygöl Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(066)-254/2023 nömrəli qərardadından İddiaçı şikayət vermişdir. Ona görə də həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Göygöl Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil mülki işin apellyasiya baxışından çıxarılaraq Göygöl Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2024-cü il tarixli 2(104)-1781/2024 nömrəli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və Göygöl Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(066)-254/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267-268-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması, habelə bundan sonra digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 267-268, 384 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2024-cü il tarixli 2(104)-1781/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(066)-254/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(104)-1781/2024 nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın. Göygöl Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(066)-254/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267-268-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması, habelə bundan sonra digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1781/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1781/2024
24.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver