Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1790/2023 14.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Ərizəçi İddiaçı prosessual hüquq varisi X12, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X4 və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan maraqlı şəxs X5 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli 2(043)-1055/2014 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan maraqlı şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı ərizə ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, “Qartal” şərikli tan ortaqlı kiçik müəssisəsinin təsisçiliyindən X5 çıxarılması faktının və hüquqi şəxsdə iştirak payının 100 faiznin ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli 2(043)- 1055/2014 nömrəli (hakim A.Hüseynzadə) qətnaməsi ilə ərizə təmin edilərək, X5 “Qartal” şərikli tam ortaqlı çox sahəli kiçik müəssisənin təsisçiliyindən çıxması və həmin müəssisədə İddiaçı iştirak payının 100 faiz olması faktı müəyyən edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan maraqlı şəxs X9 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı 14 dekabr 2020-ci il tarixdə öldüyü üçün arvadı X12 apellyasiya icraatı zamanı onun prosessual hüquq varisi qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan maraqlı şəxs X5 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, X9 Azərbaycan Respublikasının vətəndaşıdır və 1991-ci ildən 1999-cu ilədək hüquqi şəxsə rəhbərlik etmiş, eləcədə təsis payından imtina etməmişdir. Lakin məhkəımə qətnaməsi əsasında o, əsassız olaraq payından mərhum olunmuşdur. Vəkil sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı prosessual hüquq varisi X12 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, ailə qurduqdan sonra “Qartal” şərikli tam ortaqlı çox sahəli kiçik müəssisənin ərinə məxsus olduğundan məlumatı olmuşdur. X15 müəssə ilə heç bir əlaqəsi olmamış, o Rusiya Federasiyasında yaşamışdır. Eləcə də qətnamədən xəbəri olmuş və şikayət verməmişdir. Əri öldükdən sonra müəssə onun vərəsələrinə keçmişdir. X3 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı prosessual hüquq varisi X7 etibarnamə üzrə nümayəndəsi (vəkil) X4 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə yoxlayıb, toplanmış sübutları məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, “Qartal” çox sahəli kiçik müəssisəsinin nizamnaməsi Gəncə şəhər XD İK-nin 06 sentyabr 1991-ci il tarixli qərarı ilə nizamnamə kapitalında paylar bərabər olmaqla İddiaçı, X10 və X5 adına qeydə alınmışdır. X1 ölümündən sonra onun nizamnamə kapitalındakı payı 29 avqust 2013-cü il tarixdə X2, sonuncu həmin payı İddiaçı bağışlamışdır. X5 payına münasibətdə isə ərizəçi müəssisənin fəaliyyətindən Pənah Namazovun xəbərinin olmamasını, Rusiya Federasiyasında yaşamasını, eləcədə müəssisənin bütün fəaliyyətinin onun tərəfindən həyata keçirilməsini əsas gətirərək 27 fevral 2014-cü ildə ərizə ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 305.1.1. maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1. maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10. maddəsinə görə, hüquqi əhəmiyyəti faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarının 1.2ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Eləcədə həmin Qərarın 1.5. bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 387.2.8. maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa ləğv edilməlidir. Yuxarıda da qeyd olunduğu kimi X5 “Qartal” çox sahəli kiçik müəssisəsinin nizamnamə kapitalında payı var. Belə olan təqdirda Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli 2(043)-1055/2014 nömrəli qətnaməsi onun hüquq və vəzifələrinə toxunur. Buda onu deməyə əsas verir ki ərizə əsasında X5 “Qartal” şərikli tam ortaqlı çox sahəli kiçik müəssisənin təsisçiliyindən çıxması və həmin müəssisədə İddiaçı iştirak payının 100 faiz olmasına dair birinci instansiya məhkəməsinin təsdiq etdiyi hüquqi əhəmiyyəti fakt üzrə hüquq haqqında mübahisə mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli 2(043)-1055/2014 nömrəli qətnaməsi ləğv edilməli, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 384, 387, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan maraqlı şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli 2(043)- 1055/2014 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1790/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1790/2023
14.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver