Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-18/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli 2(066)-537/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin 13 fevral 2018-cu il tarixli 2(066)-537/2018 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan mənzildən Cavabdeh çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və zərərin əvəzinin ödənilməsi tələbi ilə Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehin Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 36 a nömrəli mənzildən çıxarılması və cavabdehdən dağıdılmış dirvarların bərpası üçün 200 manat alınıb ona verilməsi, eləcə də cavabdehin ona və ailə üzvlərinə zəng edərək təhqiramiz sözlər işlətməsinə və hədələrinə son qoyulmasına dair xəbərdarlıq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun bacısıdır. ünvan 2 ünvanda yerləşən 24.8 kv.m-dən ibarət olan 1 otaqlı mənzil onun qanuni mülkiyyətindədir. Cavabdeh onun qonşuluğunda yaşayır və mənzilləri bir-birindən divar ayırır. Cavabdehin yaşadığı mənzilin mülkiyyətçisi mərhum bibiləri X12 olmuş, bibilərinin sağlığında cavabdeh həmin mənzilə qeydiyyata götürülmüş və bibisi ilə birlikdə yaşamışdır. Özü ailə üzvləri ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan, Göygöl şəhərinin R.Nəsibov küçəsindəki 11 saylı binanın 13 saylı mənzilində yaşayır və arada Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 36 saylı mənzilə də baş çəkir. Cavabdeh onun həmin mənzildə yaşamamasından istifadə edərək mənzilləri bir-birindən ayıran divarı söküb onun otağına qapı açdırmış, onun mənzilini zəbt etmiş və ona müraciət edib törətdiyi qanunsuz hərəkətinin səbəbini soruşduqda barəsində şər xarakterli ərizələrlə inzibati orqanlara müraciət etmişdir. Divarın bərpa olunması üçün ustaya müraciət etmiş, usta isə qapını çıxarıb yerinə yenidən divar hörmək üçün 200 manat vəsait lazım olduğunu bildirmişdir. Cavabdehin məqsədi zorakılıq yolu ilə mənzili ələ keçirməkdir. Anası cavabdehdən qorxduğu üçün onun özbaşınalıqlarının qarşısını ala bilmir. Həmçinin cavabdeh onun arvadı X3 telefonla zəng edib onu təhqir etmiş, eləcə də onun ünvanına təhqiramiz sözlər işlətmişdir. Cavabdeh apellyasiya baxışında vəsatət verərək İddiaçı mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olmuş Xanlar rayon X14 xx.xx.1991-ci il tarixli orderin etibarsız hesab edilməsi barədə Göygöl Rayon Məhkəməsində iddia qaldırdığını qeyd edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)- 2082/2018 saylı qərardadı ilə Cavabdeh İddiaçı qarşı mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olmuş Xanlar rayon X14 xx.xx.1991-ci il tarixli orderin etibarsız hesab edilməsinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. Həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə mindiyindən iş üzrə icraata təzələnmişdir. İddiaçı Cavabdeh yenidən vəsatət verərək cavabdehlər İddiaçı, X1, X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə qarşı ünvan 3 ünvanda yerləşən mülkə dair İddiaçı adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, digər hüquqverici sənədlərin, xx.xx.2005-ci il tarixli 4Ə/3/499 saylı 53.3 kv.m əl damının satılmasına dair alqı-satqı müqaviləsinin, Xanlar Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 139 saylı tikintiyə dair sərəncamının, cavabdeh X2 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2009-cu il tarixli 4Ə/3/545 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh X8 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsinə dair Göygöl Rayon Məhkəməsində iddia qaldırdığını bildirərək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 10/2023 saylı qərardadı ilə iş üzrə icraat iddiaçı Cavabdehlər İddiaçı, X1, X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 4 ünvanda yerləşən mülkə dair İddiaçı adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, digər hüquqverici sənədlərin, xx.xx.2005-ci il tarixli 4Ə/3/499 saylı 53.3 kv.m əl damının satılmasına dair alqı-satqı müqaviləsinin, Xanlar Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 139 saylı tikintiyə dair sərəncamının, cavabdeh X2 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2009-cu il tarixli 4Ə/3/545 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh X8 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Yuxarıda göstərilən tələb üzrə yekun məhkəmə aktı qəbul edildiyindən hazırkı iş üzrə icraat təzələnmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır kı, qətnamə qanunsuzdur. Belə ki, 1989-cu ildən həmin evdə yaşayır və bu evi atası erməni vətəndaş ilə Vardenis rayonu, Zod kəndində yerləşən evlə dəyişdirmişdir. Evdə onun da haqqı vardır. Lakin iddiaçı hər hansı yol ilə evi adına keçirmişdir. Bu barədə artıq iddia da qaldırmışdır. Məhkəmə iddiaçının mülkiyyətçi olmasına istinad etsə də, iddiaçının mülkiyyət hüququnu hansı yolla əldə etməsini araşdırmamışdır. Bundan başqa məhkəmə onun 28 il həmin evdə daimi yaşadığını, nəzərə almamışdır. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiacı İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanmasını xahis etdi. Hüquqi məsələlər və əsslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsinə dair izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Texniki və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Xanlar rayon X6 və Mülkiyyət Hüquqlannın Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən göriinür ki, Göygöl (keçmiş Xanlar) şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 36a nömrəli yaşayış evinin yaşayış sahəsi 24.8 kvm. olan 1 yaşayış otağı şəxsi mülkiyyət hüququ əsasında keçmiş Xanlar rayon notariusunun 4ə-3-499 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X11 adına qeydə alınmışdır. İş materiallarında olan Xanlar rayon DTİ və MHQ İdarəsi tərəfındən verilmiş dekabr 2005-ci il tarixli inventar nömrəsi 159, qeyd nömrəsi 6/1192 olan texniki pasportun surətindən görünür ki Göygöl (keçmiş Xanlar) şəhəri, M.Ə.Rəsulzadə küçəsi 36a saylı mənzil keçmiş Xanlar rayon notariusunun xx.xx.2005-ci il tarıxlı, 4ə-3-499 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkıyyətinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 20563 nömrəli rəyındən görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanda yerləsən bir otaqlı, sahəsi 24,8 kv.m olan mənzilə qonşuluqda yaşayan Cavabdeh istifadəsində olan yaşayış evindən qapı boşluğunun açıldığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1592/2023 saylı qərarından görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X3, Göygöl rayon İcra Hakimiyyətinə, Göygöl rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı etibarnamənin və evlərin dəyişdirilməsi, orderin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli 2(066)-122/2018 saylı (hakim R.Məmmədov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X24 tərəfindən İddiaçı ev dəyişmə üçün verilmiş 04 iyul 1989-cu il tarixli etibarnamə və həmin etibarnamənin müddəti keçikdən sonra Göygöl şəhəri, X22 küçəsi, 36A ünvanında yerləşən mənzilə Xanlar rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən İddiaçı adına verilmiş 06 iyul 1991-ci il tarixli mənzil dəyişmə orderinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur; - Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X19 və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli 2(066)-122/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Həmin qətnamədən cavabdeh İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 18 mart 2019-cu il tarixli 2(102)-2019/2019 saylı qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi S.F.Hacıyev, Q.A.Əsgərov və E.R.Vəliyevadan ibarət tərkibdə), cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(104)-3420/2018 saylı qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır; -Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-506/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Rəşad Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-122/2018 saylı, 07 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində kassasiya şikayəti verilmədiyinə görə qətnamə icraya yönəldilmişdir. Qətnamədən 22 iyun 2021-ci il tarixdə cavabdeh İddiaçı kassasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpası barədə ərizə vermişdir. - Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-506/2020 saylı, 26 iyul 2021-ci il tarixli qərardadı ilə (hakimlər – Rəhman Muradov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Ədil Məmmədov) cavabdeh İddiaçı ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-506/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qeyri-mümkün hesab edilərək, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır; - Qərardaddan cavabdeh İddiaçı (vəkil X13) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilərək müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5934/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Zaur Əliyev (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və İlqar Xələfov) kasasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Mülki Kollegiyasının 2(104)-506/2020 saylı, 26 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-506/2020 saylı, 26 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər-Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Rəşad Mamedov) cavabdeh İddiaçı kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, cavabdeh İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-506/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır; - Qərardaddan cavabdeh İddiaçı (vəkil X13) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-506/2020 saylı, 23 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər-Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Rəşad Mamedov) cavabdeh İddiaçı kassasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır; - Qərardaddan cavabdeh İddiaçı (vəkil X13) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3130/2022 saylı, 17 may 2022-ci il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (sədrlik edən və məruzəçi), Mehparə Əhmədova və İsmayıl Xəlilov) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-506/2020 saylı, 23 fevral 2022ci il tarixli qərardadı ləğv edilərək, mülki iş Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti ilə bağlı sonraki prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alinmışdır; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-506/2020 saylı, 29 iyul 2022-ci il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərardadından cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5200/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov (məruzəçi), İspəndiyar Şəfiyev və Əhməd Əhmədov) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-506/2020 saylı, 26 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilərək, iş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 506/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin bərpa olunması barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-506/2020 saylı, 27 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Aygül İsgəndərova) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin bərpa olunması barədə cavabdeh İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş və onun tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır; - Qərardaddan cavabdeh İddiaçı kassasiya şikayəti verərək (vəkil X13) qərardadın ləğv edilərək müddəti bərpa ərizəsini təmin etməklə kassasiya şikayətinə baxılması üçün şikayətin Ali Məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1592/2023 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-506/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1103/2024 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh (bundan sonra – iddiaçı) cavabdehlər İddiaçı, X4, X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 saylı ünvanda yerləşən mülkə dair İddiaçı adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, digər hüquqverici sənədlərin, xx.xx.2005-ci il tarixli 4Ə/3/499 saylı 53.3 kv.m əl damının satılmasına dair alqı-satqı müqaviləsinin, Xanlar Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 139 saylı tikintiyə dair sərəncamının, cavabdeh X2 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2009-cu il tarixli 4Ə/3/545 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh X8 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək Xanlar rayon İcra hakimiyyəti başçısının 22 yanvar 1993-cü il tarixli, 42 saylı sərəncamının və ünvan 7 ünvanda yerləşən mülkə dair İddiaçı adına verilmiş xx.xx.2005-ci il tarixli, 6/1192 saylı qeydiyyat vəsiqəsinin və texniki pasportun etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir; - Göygöl Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(066)-258/2021 saylı qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddia tələbi qismən təmin edilmiş, Xanlar Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 42 nömrəli sərəncamı, həmin sərəncam əsasında ünvan 8 ünvanda yerləşən İddiaçı adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, həmin qeydiyyat vəsiqəsi əsasında verilmiş xx.xx.2005-ci il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilərək ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mülki iş üzrə iddianın təmini tədbiri barəsində X7 məxsus olan Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 ünvanında yerləşən mağaza tikilisi (xx.xx.2009-cu il tarixli, ********** saylı çıxarış) üzərinə qoyulmuş həbsin qətnamə qanuni qüvvəsini aldıqdan sonra götürülməsi qət edilmişdir; - İddiaçı apellyasiya şikayəti verərək qətnaməsinin iddianın təmin edilməyən hissəsində dəyişdirilməsi və ya iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir; - Cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilərək, iddianın ümumilikdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli 2(104)-68/2023 saylı qərardadı ilə iddiaçı Cavabdehlər İddiaçı, X9, X10, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə qarşı iddia tələbinin Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 saylı ünvanda yerləşən mülkə dair İddiaçı adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, digər hüquqverici sənədlərin, Xanlar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 139 saylı tikintiyə icazə verilməsinə dair sərəncamının ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-68/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Aygül İsgəndərova) iddiaçı Cavabdeh və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(066)-258/2021 saylı qətnaməsi iddiaçı Cavabdehlər İddiaçı, X9, X10, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 4 ünvanda yerləşən 53.3 kv.m əl damının satılmasına dair İddiaçı ilə X9 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/3/499 saylı alqı-satqı müqaviləsinin, cavabdeh X2 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2009-cu il tarixli 4Ə/3/545 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh X8 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi hissəsində ləğv edilmiş və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılaraq iddiaçı Cavabdehlər İddiaçı, X9, X10, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə qarşı iddia tələbi Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 saylı ünvanda yerləşən 53.3 kv.m əl damının satılmasına dair İddiaçı ilə X9 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/3/499 saylı alqı-satqı müqaviləsinin, cavabdeh X2 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2009-cu il tarixli 4Ə/3/545 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh X8 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi hissəsində təmin edilməmişdir. - İddiaçı Cavabdeh (vəkil X20) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və apellyasiya şikayətimin təmin edilərək iddianın tam həcmdə təmin edilməsi barədə birbaşa qərar qəbul edilməsini və əgər bu mümkün olmazsa, qətnaməsinin tamamilə ləğv edilərək, apellyasiya şikayətində göstərilən dəlil, arqumentlərin və pozuntuların yenidən araşdırılması üçün işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1103/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-68/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçıya konkret olaraq vurulmuş zərərin əsaslandırılması və mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə sübut təqdim etmədiyindən iddianın cavabdehdən 200 manat pulun tutulması, həmçinin Cavabdeh arvadına, eləcə də ona və ailə üzvlərinə zəng edib təhqiramiz sözlər işlətməsinə və hədələrinə son son qoyulmasına dair xəbərdarlıq edilməsi hissəsi təmin oluna bilməz. İddiaçı mülkiyyətçi olduğundan cavabdeh iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi ünvan 1 ünvanda yerləşən bir otaqlı mənzilin iş üzrə iddiaçıya məxsusdur və həmin cavabdehin həmin bir otağa köçərək (ara divarda yerləşdirdiyi qapı vasitəsi ilə) həmin otaqdan istifadə etməsi mübahisəsizdir, halbuki həmin yaşayış otağının ona heç bir aidiyyəti yoxdur. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 152.1-ci mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya məxsus mənzilə aid ilkin sənədləri mübahisələndirsə də, məhkəmə aktları ilə həmin sənədlər ləğv edilmədiyindən, hazırkı halda cavabdehin mənzilə aid hər hansı hüququ olmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir. İddiaçı iddia ərizəsi ilə Cavabdeh ona və ailə üzvlərinə zəng edərək təhqiramiz sözlər işlətməsinə və hədələrinə son qoyulmasına dair xəbərdarlıq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı iddia ərizəsində cavabdehin onu ağır təhqiredici söyüşlərlə və sözlərlə təhqir etdiyini göstərsə də məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmiş, birinci instansiya məhkəməsində iştirak etmiş cavabdeh həmin xüsusatı etiraf etməmişdir, beləliklə də iddiaçı həmin məlumatın yayıldığını sübut edə bilməmişdir. Beləliklə də başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşsə də, həmin məlumatın yayıldığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı cavabdeh tərəfindən divarın dağıdıldığını bildirsə də, bu barədə hər hansı sübutu təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi həmin hissədə də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, qətnamə qanunsuzdur. Belə ki, 1989cu ildən həmin evdə yaşayır və bu evi atası erməni vətəndaş ilə Vardenis rayonu, Zod kəndində yerləşən evlə dəyişdirmişdir. Evdə onun da haqqı vardır. Lakin iddiaçı hər hansı yol ilə evi adına keçirmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, iddiaçı mübahisəli ünvandakı mənzilin atası tərəfindən 1989cu ildə Vardenis rayonu Zod kəndində yerləşən evlə dəyişdirildiyini göstərsə də həmin xüsusat iş materialları ilə təsdiq olunmur. Əksinə iş materialları ilə həmin mübahisəli bir yaşayış otağından ibarət mənzilin cavabdeh İddiaçı məxsus olduğu təsdiq olunur. Mülkiyyətçinin razılığı olmadan ona məxsus əmlakdan digər şəxsin qanunsuz istifadə etməsi həmin şəxs üçün mülkiyyətçiyə məxsus əmlakdan istifadə hüququ yaratmır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 13 fevral 2019-ci il tarixli 2(066)-537/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-18/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-18/2024
21.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver