Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1807/2023 28.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil1 Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023-cü il tarixli 2(104)-1807/2023 saylı qərardadından və qətnaməsindən verdiyi kassasiya şikayətlərinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Göygöl rayon notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışların ləğv edilməsi, torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mərhum atası X1 mülkiyyətində olan, Göygöl rayon Üçtəpə ərazisində yerləşən 0,09 ha torpaq sahəsinə dair həmin kənd icra nümayəndəliyinin xx.xx.2018-ci il tarixli, 427 saylı arayışı əsasında X2 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışın, Göygöl rayon Notariat ofisinin 14.06.2V-125 saylı vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında Cavabdeh adına mübahisəli 0,09 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(066)-41/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Göygöl rayon notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışların ləğv edilməsi, torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş və şikayət baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərimişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-791/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(066)- 41/2023 saylı qərardadı tam ləğv edilərək mülki işin baxılmasının davam etdirilməsi üçün Göygöl Rayon Məhkəməsinə qaytarılmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-41/2023 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) İddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Göygöl rayon notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışların ləğv edilməsi, torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-41/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 1807/2023 saylı qərardadı ilə qətnamə Göygöl rayonu Üçtəpə ərazisində yerləşən 0,09 ha torpaq sahəsinə dair həmin kənd icra nümayəndəliyinin xx.xx.2018-ci il tarixli, 427 saylı arayışı əsasında X2 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 1807/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Göygöl Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(066)-41/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş Göygöl rayon Notariat ofisinin 14.06.21-ci il tarixli 2V-125 saylı vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında Cavabdeh adına Göygöl rayon Üçtəpə ərazisində yerləşən 0,09 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətə qaytarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı nümayəndəsi Vəkil1 Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2.08.2023-cü il tarixli 2(104)-1807/2023 saylı qərardadından kassasiya şikayəti vermişdir. Halbuki məhkəmə kollegiyasının 2(104)-1807/2023 saylı iş üzrə 2.08.2023-cü il tarixli yekun məhkəmə aktı olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli 2(104)-1807/2023 saylı qərardadı ilə İddiaçı nümayəndəsi - Vəkil1 Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2.08.2023-cü il tarixli 2(104)-1807/2023 saylı qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı nümayəndəsi Vəkil1 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə və kassasiya şikayəti vermiş, lakin kassasiya şikayəti elektron qaydada imzalanmadığından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli 2(104)- 1807/2023 saylı qərardadı ilə İddiaçı nümayəndəsi Vəkil1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1807/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizəsi baxılmadan geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 yenidən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1807/2023 saylı qərardadından kassasiya şikayəti vermiş, eyni zamanda iddiaçının özü ərizə verərək kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2023-cü il tarixli 2(104)-1807/2023 nömrəli qərardadı ilə İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1807/2023 saylı qərardadından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsi, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1807/2023 saylı qərardadından İddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün prosessual müddət bərpa edilməsi, işin Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1807/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ilə birlikdə kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi (vəkil) Vəkil1 xx.xx.2023-cü il tarixdə həm də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1807/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hər iki kassasiya şikayətini və ona əlavə edilmiş sənədləri araşdıraraq və məruzəçi hakimi dinləyərək hesab edir ki, kassasiya şikayətləri geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Kassasiya şikayətindən görünür ki, İddiaçı nümayəndəsi kimi Vəkil1 tərəfindən kassasiya şikayəti imzalanmış, lakin sonuncunun cavabdehin təmsilçisi kimi həmin kassasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Belə ki, ona İddiaçı “adından şikayəti imzalamaq səlahiyyəti verən etibarnamə şikayətə əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-in 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında təsdiq edilir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 408.5-ci maddəsinə görə, bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi kimi Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılmalı, iddiaçıya nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1, 73, 263-264, 405, 407-408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı nümüyəndəsi kimi (vəkil) Vəkil1 Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023-cü il tarixli 2(104)-1807/2023 saylı qərardadından və qətnaməsindən verdiyi kassasiya şikayətləri geri qaytarılsın. İddiaçı izah edilsin ki, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1807/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1807/2023
28.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver