Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1811/2024 12.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Mustafayev Mustafa Əli oğlunun sədrliyi və məruzəsi, Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı «işə bərpa» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2263 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X1 İdarəsinə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2263/2024 saylı qərardadı ilə (hakim Fərid Əliyev) ərizənin ərazi aidiyyatı qaydalarına riayət edilmədən verildiyi üçün geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, uzun illər Tovuz şəhəri X6 adına Uşaq Musiqi Məktəbinin direktoru kimi fəaliyyət göstərmiş, xx.xx.2022 -ci il tarixdə Tovuz şəhər Mədəniyyət Şöbəsində çalışan X3 ondan tələb etdiyi 5000 manat pulu vermədiyi üçün işdən qərəzli olaraq çıxarılmışdır. Yəni iş yeri və onu işdən çıxaran şəxs Tovuz şəhərindədir. Hesab edir ki, iddiaya Tovuz Rayon Məhkəməsində baxılmalıdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2263/2024 saylı qərardadı şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2263/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(062)- 2263/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, əmr X2 İdarəsinin rəisi tərəfindən verilmişdir. Həmin orqanın hüquqi ünvanı isə Ağstafa şəhəridir. İddia ərizəsi ərazi aidiyyəti baxımından düzgün verilməmişdir. İddia ərizəsində cavabdeh olan X1 İdarəsinin hüquqi ünvanı da, Ağstafa şəhəri H.Arif küçəsidir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. AR Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2263/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(062)-2263/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1.-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 263, 264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq qə r a r a a l d ı : Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2263/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(062)-2263/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1811/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1811/2024
12.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver