Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1823/2023 02.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ərizəçi cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsinə, vərəsəlik qaydasında payların naturada bölünməsi və vərəsəlik hüququnun tanınması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsi, vərəsəlik qaydasında payların naturada bölünməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(02*)-562/2023 nömrəli qətnaməsindən iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 02 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. MA ******* nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, X*0 mülkiyyətinə Bərdə şəhəri H.Aslanov küçəsində 0.0243 ha torpaq sahəsi və onun üzərində 85.50 kv.m-dən ibarət olan iki otaqlı ev qeydiyyata alınmışdır.
2. *7 noyabr 2022-ci il tarixli, *549-05/69 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2* 28 aprel 2022-ci ildə ölmüşdür.
3. İX-JQ 4*0720 doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 xx xxxxxxxx *983-cü ildə doğulmuşdur, atası X*6, anası X6r.
4. Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *454 nömrəli, 22 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Gərənə kəndində yaşayır.
5. 22 noyabr 2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, X28 ilə X23 *4 iyun *988-ci ildı 44 nömrəli akt qeydi ilə evlənmişlər.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş *6 yanvar 2023-cü il tarixli, 3-2*—3-46/2-*43/2023 saylı məktubdan müəyyən olunur ki, Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır.
7. Bərdə regional “Asan Xidmət” X2 tərəfindən verilmiş ərizədə X*0 vərəsəsi olmasına dair vərəsəlik şəhadətnaməsi açılmasını xahiş etmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, X*0 mülkiyyətinə Bərdə şəhəri H.Aslanov küçəsində 85.50 kv.m ev qeydiyyata alınmışdır.
9. “Elektron notariat” X* vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışın surətindən müəyyən olunur ki, X3 şəhəri, H.Aslanov küçəsi ev 8-də qeydiyyatdadır.
10. “X9” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X2* 02 yanvar *960-cı ildə doğulmuşdur.
11. “X9” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X29 *2 avqust *964-cü ildə doğulmuuşdur.
12. “X9” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X*3 24 dekabr *993-cü ildə doğulmuşdur.
13. “X9” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X2* 08 mart 2022-ci ildə ölmüşdür, son yaşayış yeri Bərdə şəhəri, H.Aslanov küçəsi ev 8 olmuşdur.
14. “X9” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X29 ilə X23 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir.
15. “X9” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X29 07 iyul 20*6-cı ildə ölmüşdür, son yaşayış yeri Tərtər rayonu, Mamırlı kəndi olmuşdur.
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli, **********96 saylı məktubunda göstərilmişdir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Bərdə şəhərindəki bir sıra küçə adları dəyişdirilmişdir. Ünvan Reyestri İnformasiya Sistemində sözügedən Həzi Aslanov küçəsi döngə *8 ev 8 ilə ünvan 1 ünvandır.
17. Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 3309/2022 saylı, 27dekabr 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, X*0 birinci növbədə vərəsəsi X7r.
18. Reyestrdə 2V-6* nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş *6 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*0 vərəsəsi X7r. X*0 miras əmlak Bərdə şəhəri H.Aslanov küçəsində *8 nömrəli döngədə 0.0243 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 85.5 kv.m, yaşayış sahəsi 39.6 kv.m, yardımçı sahəsi 45.9 kv.m, 2 otaqlı olan fərdi yaşayış evidir.
19. 24 oktyabr *98*-ci il tarixli, 207 nömrəli nikahın bağlanması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X28 ilə X23 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər.
20. *4 iyul *988-ci il tarixli, 44 nömrəli boşanma haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X28 ilə X23 arasında olan nikah pozulmuşdur.
21. *0 oktyabr *993-cü il tarixli, 268 nömrəli nikahın bağlanması aqqında akt qeydinin surətindən müəyyən olunur ki, X30 ilə X23 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Səfərova soyadı verilmişdir.
22. 03 yanvar *994-cü il tarixli, * saylı doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X*3 24 dekabr *993-cü ildə doğulmuşdur, atası X29, anası X*4r.
23. 26 may 952-ci il tarixli, 23 saylı Evlənmə haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X36 ilə X32 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, nikahdan sonra arvada Qasımova soyadı verilmişdir.
24. 67 nömrəli, 23 fevral *954-cü il tarixli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X37 0* fevral *954-cü ildə doğulmuşdur, atası X43, anası X*7r.
25. *4 yanvar *960-cı il tarixli, 23 nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X23 09 yanvar *960-cı ildə doğulmuşdur, atası X38, anası X*7r.
26. 24 noyabr *983-cü il tarixli, 654 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X22 xx xxxxxxxx *983-cü ildə doğulmuşdur, atası X28, anası X*5r.
27. avqust *959-cu il tarixli, *8* nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X*8 20 iyul *959-cu ildə doğulmuşdur, atası X36, anası X*7r.
28. 25 iyul *95*-ci il tarixli, 30* nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X39 2* iyul *957-ci ildə doğulmuşdur, atası X44, anası X24r.
29. *2 iyul *962-ci il tarixli, 379 saylı doğum akt qeydinin surətindən müəyyən olunur ki, X3* 22 iyun *962-ci ildə doğulmuşdur, atası X36, anası X*7r.
30. mart *967-ci il tarixli, *3* nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X25 9 mart *967-ci ildə doğulmuşdur, atası X44, anası X24r.
31. X60 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3* mart 2023-cü il tarixli, 3-*6-5/8 2*6/2023-cü il tarixli məktubda göstərilmişdir ki, X*0 ailə üzvləri əri X29, oğlu X5 ibarət olmuşdur.
32. X60 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən veilmiş- Ərizəçi ünvanlanmış 2924/2022 saylı, 22 noyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
33. İddiaçı Ərizəçi cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsi, vərəsəlik qaydasında payların naturada bölünməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X8 ona miras qalmış Bərdə şəhəri, H.Aslanov küçəsi 8, döngə *8də yerləşən evə vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsinə, vərəsəlik qaydasında payların naturada bölünməsinə və vərəsəlik hüququnun tanınması tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
34. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X26 08 mart 2022-ci ildə vəfat etmişdir. X*0 yeganə vərəsəsi qardaşı X*3 və odur. Mərhum anası X8 onlara Bərdə şəhər Həzi Aslanov küçəsi 8-də yerləşən ev miras qalmışdır. O, savadsız olduğundan anası vəfat etdikdən sonra vaxtında vərəsəlik şəhadətnaməsi almamışdır. Mərhum anası vəfat etdikdən sora o, vərəsəlik şəhadətnaməsinin alınması barədə notariat kontoruna müraciət etməmişdir. Mərhum anası X** miras qalmış əmlaklı öz adlarına rəsmiləşdirə bilmirlər. Belə ki, anasından miras qalmış evi qardaşı Səfərov Şəhriyar və o, faktiki olaraq qəbul etmişdir və istifadəsindədir. Lakin həmin evi mülkiyyətlərinə qeydə aldıra bilmir. O, vərəsəlik şəhadətnaməsinin alınması üçün Bərdə rayon X42 Notariat ofisinə müraciət edib, lakin onlara bildiriblər ki, uzun müddət keçdikdən sonra vərəsəlik məhmkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.
35. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(02*)-562/2023 nömrəli qətnaməsi (hakim Elsun Əhmədov) ilə iddianın təmin edilməməsi qət edilmişdir.
36. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *52.*, *52.2, *52.3, *52.4, **33.*, **33.2, *243, *246 və **59.*.*-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *4.2, 76.*, 77.*, 88, *06.*, **9.*, 2*6-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
37. İddiaçı Ərizəçi apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(02*)-562/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, anası vəfat etdikdən sonra notariat konturuna müraciət etməmişdir və miras əmlaka dair vərəsəlik şəhadətnaməsini ala bilməsi üçün notariat konturuna müraciət etsələr də, üzərindən uzun müddət keçdiyindən mümkün olmamışdır. Məhkəmə qardaşını vərəsə kimi tanısa da onu tanımamışdır. Buna görə də hesab edir ki, qətnamə ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ərizəçi apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o, əvvəllər həmin evdə yaşamış, 2007-ci ildə isə ailə qurub həmin evdən köşmüş, iki uşağı olmuşdur. Həmin evdə anası ilə qardaşı Şəhriyar yaşamışlar. Anası Kifayət 08 mart 2022-də vəfat etmişdir. Ona görə də şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
41. İş üzrə cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontorunun nümayəndəsi və 3-cü şəxs X*3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontorunun nümayəndəsi məktub göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
43. Maddə **45. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
44. Maddə **46. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
45. Maddə **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
46. Maddə *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
47. Maddə *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
48. Maddə *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
49. Maddə *246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
50. Maddə *248.*. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
51. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
53. Maddə 2*8.*. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
54. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 2*8.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
57. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.*. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
59. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
60. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 20**-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
62. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
64. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(02*)-562/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
66. Beləliklə, işin halları ondan ibarətdir ki, mərhum X2* ilə X28 24 oktyabr *98*-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından X22 adlı uşaqları olmuşdur. Bundan sonra onların nikahları *4 iyul *988-ci ildə pozulmuşdur. Daha sonra mərhum X4 Cümşüd Raqub oğlu ilə *0 oktyabr *993-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Nikahdan sonra isə arvada “Səfərova” soyadı verilmişdir. Onların birgə nikahından isə X*3 adlı uşaqları olmuşdur. İddiaçı əvvəllər həmin evdə yaşamış, 2007-ci ildə ailə qurub həmin evdən köşmüşdür. Həmin evdə anası ilə iddiaçının qardaşı Şəhriyar yaşamışlar. Kifayət Səfərova xx.xx.2022-cı il tarixdə vəfat etmişdir. Vərəsələrdən miras əmlakı mərhum Kifayət Səfərovanın ikinci nikahından olan uşağı Şəhriyar Səfərov qəbul etmişdir. Lakin, iddiaçı miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulu barədə ərizə ilə notaiat konturuna müraciət etməklə müddəti ötürmüşdür.
67. İş materialları ilə təsdiq edilir ki, Ərizəçi miras əmlakı qəbul etməmişdir. Çünki, mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *8 oktyabr 20*3-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» *8 iyul 20*4-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
69. İşin faktiki hallarından görünür ki, iddiaçı Ərizəçi 22.**.2022-ci il tarixli miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat Kontoruna müraciət etmişdir. Bununla miras əmlakı qeyri-formal üsulla, yəni miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla qəbul etməmişdir. Çünki, mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bununla bağlı işdə hər hansı sübut yoxdur.
70. Lakin bununla yanaşı iddiaçı 22.**.2022-ci il tarixli notariat kontoruna ərizə ünvanlamış və xx.xx.2022-ci il tarixdə vəfat etmiş anaları X*2 miras qalmış əmlaka vərəsə kimi tanınmasını xahiş etmişdir. Əirzə isə 22.**.2022-ci il tarixdə notariat kontoruna daxil olmuşdur. Lakin, bu mirası qəbulu sayıla bilməz.
71. Çünki, Mülki Məcəllənin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
72. İddiaçı Ərizəçi ötürülümüş müddətin üzrlü hesab edilməsini xahiş etsə də, bu halların üzrlü hesab edilməsi üçün hər hansı əsaslı dəlil göstərə bilməmişdir. Halbuki, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafıq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın.
73. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.*-ci maddəsinə əsasən bu hal iddiaçının üzərinə düşür. Çünki həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
74. Azərbaycan Respublikasının MPM-in 76.*-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
75. Azərbaycan Respublikasının MPM-in *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
76. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
77. Lakin, iddiaçı tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və anasından qalmış mirası qəbul etməsi üçün ötürülümüş müddətin üzrlü hesab edilməsini təsdiq edən halları sübuta yetirə bilməmişdir.
78. Azərbaycan Respublikasının Konstitusiyasının *25-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.*2.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 3* may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
81. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” *9 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin *-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
82. Bundan başqa iddiaçı vərəsəlik hüquqlarına dair iddiasını həmin tələbə cavab verməli olan vərəsələrə qarşı qaldıra bilər. Baxılan işdə isə iddia ona cavab verməli olmayan şəxsə - Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı qaldırılmışdır. Halbuki, həmin qurum mübahisəli hüquq münasibətinin tərəfi deyil.
83. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in *0-*, 372.*, 382, 384.0.*, 385.2, 392, 393, 403.*, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(02*)-562/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.