Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1825/2024 12.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 2(062)-877/2024 saylı, xx.xx.2024-cü il tarixli (icraatın dayandırılması barədə) qərardadından Cavabdeh nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu, Alakol kəndində yerləşən reyestr nömrəsi **********45 olan çıxarışda göstərilən 0,14 ha torpaq sahəsindən cavabdehin çıxarılması, orada cavabdeh tərəfindən inşa olunan tikilinin sökülməsi, həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və cavabdehin torpaq sahəsinə qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-877/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Fərid Əliyev) mülki iş üzrə rəy verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisi işə cəlb edilmiş, eyni zamanda mütəxəssisin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Cavabdeh nümayəndəsi, vəkil Nümayəndə apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılmanın davam etdirilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, işin bu halı hüquqlarını təmsil etdiyi şəxsin mülkiyyət hüquqlarını pozur. Bu əsasa görə icraat dayanmamalı idi. Həmçinin iki mülki iş olduğundan işlər birləşməməli və iş üzrə icraat davam etməli idi. Tovuz Rayon Məhkəməsinin 2(062)-877/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-877/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilik məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret halları müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının qeyri-məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsində nəzərdə tutulan məhkəmə tərəfindən ekspertiza təyin olunmasıdır. İşə baxan məhkəmə isə mülki prosessual qanunvericilikdə işə baxılması üçün nəzərdə tutulmuş proressual müddətlərə riayət edilməsi üçün qanunun verdiyi hüquqdan istifadə edərək, iş üzrə icraatın dayandırılmasını məqsədəuyğun hesab etmişdir. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 267, 395 və 398-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Tovuz Rayon Məhkəməsinin 2(062)-877/2024 saylı, xx.xx.2024-cü il tarixli (icraatın dayandırılması barədə) qərardadından Cavabdeh nümayəndəsi, vəkil Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-877/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 2(062)-877/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1825/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1825/2024
12.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver