Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-183/2023 31.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X17, X10, Cavabdeh6, X15, X3, Cavabdeh8 və Cavabdeh9 qarşı mülki iş üzrə Açar söz: cavabdehlərin onun icarəsində olan 600 ha torpaq sahəsinin zəbt etdikləri 0.48 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsinin sərhədləri müəyyən edilməklə ölçülüb naturada ona təhvil verilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1, X11 Cavabdeh6, onların nümayəndəsi Vəkil və X7 iştirakları ilə, Samux Rayon Məhkəməsinin 2(058)-23/2022 saylı mülki iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh6, X21 və Cavabdeh1 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Samux rayonu, Poylu kəndində yerləşən “Ceyrançöl” massivindən 600 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Samux rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 80 saylı sərəncamı və 10 saylı icarə müqaviləsinə əsasən İddiaçı 10 il müddətinə icarəyə verilmiş və onun adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-0056 KOD 50710028 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarına əsasən Samux rayonu Qarabağlı kənd sakini Cavabdeh1 və digərlərinin ümumi birgə mülkiyyətinə 4.82 hektar torpaq sahəsi verilmişdir.
3. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-101 KOD 50710028 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarına əsasən Samux rayonu Qarabağlı kənd sakini Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə 4.98 hektar torpaq sahəsi verilmişdir.
4. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-111 KOD 50710028 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarına əsasən Samux rayonu Qarabağlı kənd sakini X12 və ailə üzvlərinin mülkiyyətinə 5.14 hektar torpaq sahəsi verilmişdir.
5. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüuqi şəxsi” "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdehlər faktiki istifadə sahələrini təqdim etmədikləri üçün, İddiaçı icarəsində olan 600.0 ha torpaq sahəsinin 5.11 ha istifadə edə bilmədiyi hissəsini, kimlər tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır.
6. Mülki işin materiallarına əlavə olunan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5129 nömrəli rəyi ilə xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən İddiaçı icarəsində olan 600 ha torpaq sahəsinin 0.26 ha hissəsinin Cavabdeh1, 0.28 ha hissəsinin Musayev İlyas (Alik) Məzahir oğlunun, 0.19 ha hissəsinin Cavabdeh6, 0.33 ha hissəsinin X11, 0.20 ha hissəsinin Qarayev Qəzənfər (İntizar) Məmməd oğlunun, 0.09 ha hissəsinin X8 və 0.28 ha hissəsinin X16 faktiki istifadə sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda iddiaçının icarəsində olan torpaq sahəsinin ayrı-ayrılıqda 0.12 ha, 0.20 ha və 0.13 ha hissəsinin digər şəxs və ya şəxslərin faktiki istifadələrində olan torpaq sahəsiləri üst-üstə düşməsi aşkarlanmışdır.
7. Mülki işin materiallarına əlavə olunan, şəxsiyyət vəsiqəsinin məlumatlarından müəyyən olunur ki, iddia ərizəsində adı “Cavabdeh4” kimi qeyd edilən şəxsin əsl adı X18r.
8. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası vətəndaşının AZE №04153400 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddia ərizəsində adı “Cavabdeh7” kimi qeyd edilən şəxsin əsl adı X4r.
9. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası vətəndaşının AZE №1499161 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddia ərizəsində adı “Cavabdeh5” kimi qeyd edilən şəxsin əsl adı X13r.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər kimi Cavabdeh1 Tanrıveri oğlunu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 göstərməklə, cavabdehlərin onun icarəsində olan 600 ha torpaq sahəsinin zəbt etdikləri 2.48 ha hissəsindən çıxarılmaları və həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə ölçülüb naturada ona təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
11. Samux Rayon Məhkəməsinin 2(058)-23/2022 saylı mülki iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim: S.Zeynalova) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 Tanrıveri oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 hüquqların dövlət qeydiyyatl haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 noyabr 2020-ci iltarixli, **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin AA 553610 saylı xx.xx.2020-ci il tarixli planı və ölçüsü sənədindəki koordinatlara istinadən İddiaçı icarəsində olan, Samux rayon Poylu kənd “Ceyrançöl” massivində yerləşən 600,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.48 ha hissəsindən çıxarılmaları, torpaq sahəsinin sərhədlərinin mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən müəyyən edilməklə naturada ölçülüb iddiaçıya təhvil verilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun və 352,10 manat ekspertiza xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdehlər Cavabdeh6, X21 və Cavabdeh1 birlikdə apellyasiya şikayəti verərək, iş üzrə ekspertiza təyin edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının özününkü hesab etdiyi torpaq sahəsi əslində onlara məxsusdur. İddiaçı notarial qaydada ərizə göndərərək müvafiq ekspertizanın təyin edilməsini məhkəmədən xahiş etmiş, lakin qətnamə mütəxəssis rəyi əsasında qəbul edilmişdir. Mütəxəssis rəyindən isə belə başa düşülür ki, ya məhkəmə tərəfindən işdə olan onlara aid Dövlət Aktları mütəxəssisə təqdim edilməmiş, ya da ekspert qarşısında çıxarış əsasında iddiaçıya icarə hüquqları ilə məxsus torpaq sahəsi ilə onlara mülkiyyət hüquqları əsasında məxsus olan torpaq sahələrinin üst-üstə düşüb-düşməsi barədə sual qoyulmamışdr. Qeyd etmişlər ki, torpaq sahəsi onlara verildiyi vaxtdan mübahisəsiz və maneəsiz olaraq həmin torpaq sahəsindən istifadə etmişlər. İddiaçı isə həmin torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. Çünki, mütəxəssis rəyində də 600.00 ha torpaq sahəsinin 5.11 ha hissəsindən istifadə etmədiyi öz təsdiqini tapmışdır. Əgər məhkəmə tərəfindən ekspertiza keçirilsə idi, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə onlara məxsus olan torpaq sahəsinin üst-üstə düşüb-düşməsi aydınlaşdırılaraq iş üzrə düzgün nəticəyə gəlmiş olardı. Buradan da məlum olur ki, məhkəmə işi səthi araşdırmış, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz və hərtərəfli baxmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, X21, Cavabdeh6 və onların nümayəndəsi Vəkil, həmçinin, X19 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs X19 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
16. İş üzrə İddiaçı və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə lazımi qaydada məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (Maddə 152.3.)
20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (Maddə 157.4.) Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. (Maddə 157.5.)
21. Maddə 158. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
22. Maddə 6 7 . Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
23. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
24. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir.
28. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 106.1. İşdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Maddə 220. 220.1. Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. 220.2. Qətnamə giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. 220.3. Qətnamənin giriş hissəsində onun çıxarılma vaxtı və yeri, qətnamə çıxaran məhkəmənin adı, hakim, məhkəmə iclası katibi, tərəflər, işdə iştirak edən digər şəxslər, nümayəndələr və vəkillər, mübahisənin predmeti və ya irəli sürülən tələb göstərilməlidir. Qətnamənin təsviri hissəsində iddiaçının tələbi, cavabdehin etirazları və işdə iştirak edən digər şəxslərin izahatları göstərilməlidir.
33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
35. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri barədə MPM-in normaları
36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən ləğv edilməlidir.
39. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
40. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə işə baxarkən ekspertiza təyin etməmiş, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
41. Apellyatorların şikayətinin dəlilinə qiymət verilməsi məqsədilə məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühəndis ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5129 nömrəli rəyi ilə xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən İddiaçı icarəsində olan 600 ha torpaq sahəsinin 0.26 ha hissəsinin Cavabdeh1, 0.28 ha hissəsinin Musayev İlyas (Alik) Məzahir oğlunun, 0.19 ha hissəsinin Cavabdeh6, 0.33 ha hissəsinin X11, 0.20 ha hissəsinin Qarayev Qəzənfər (İntizar) Məmməd oğlunun, 0.09 ha hissəsinin X8 və 0.28 ha hissəsinin X16 faktiki istifadə sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda iddiaçının icarəsində olan torpaq sahəsinin ayrı-ayrılıqda 0.12 ha, 0.20 ha və 0.13 ha hissəsinin digər şəxs və ya şəxslərin faktiki istifadələrində olan torpaq sahəsiləri üst-üstə düşməsi aşkarlanmışdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5129 nömrəli rəyinin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur.
43. Göründüyü kimi, cavabdehlər Cavabdeh1, X7, Cavabdeh6, X11, X2, X8 və X16 İddiaçı icarsində olan torpaq sahəsini zəbt etmələri işin faktiki halı kimi öz təsdiqini tapmışdır. 44.Yuxarıda qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddianın qismən təmin edilməsi üçün qanuni əsaslar mövcuddur.
45. Bundan əlavə, iş materiallarından müəyyən edildiyi kimi, işə mahiyyəti üzrə baxıb yekun qərar qəbul edərkən irəli sürülən iddiaya cavab verməli olan şəxlərdən X7, X2 və X16 şəxsiyyətlərini də düzgün müəyyən etməmiş, bununla da Azərbaycan Respublikasının MPM-in 220-ci maddəsinin tələblərini pozmuşdur.
46. Azərbaycan Respublikasının MPM-in 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
47. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin 2(058)-23/2022 saylı mülki iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən İddiaçı icarəsində olan 600 ha torpaq sahəsinin 0.26 ha hissəsindən Cavabdeh1, 0.28 ha hissəsindən X19, 0.19 ha hissəsindən Cavabdeh6, 0.33 ha hissəsindən X21, 0.20 ha hissəsindən X12, 0.09 ha hissəsindən X20 və 0.28 ha hissəsindən X22 (ümumilikdə 1,63 ha torpaq sahəsindən) məcburi qaydada çıxarılmalıdırlar.
48. Göründüyü kimi, qeyd edilən ekspert rəyində işdə cavabdeh kimi göstərilmiş Cavabdeh3 və Cavabdeh8 iddiaçının icarəsində olan torpaq sahəsini zəbt etməsi öz əksini tapmamışdır. Belə olan halda kollegiya həmin cavabdehlərə qarşı iddia tələbini də əsassız hesab edir.
49. Bundan başqa həmin ekspert rəyində iddiaçının icarəsində olan torpaq sahəsinin ayrı-ayrılıqda 0.12 ha, 0.20 ha və 0.13 ha hissəsinin digər şəxs və ya şəxslərin faktiki istifadələrində olan torpaq sahəsiləri ilə üst-üstə düşməsinin aşkarlanması qeyd edilsə də, həmin şəxslərin kimlərdən ibarət olması göstərilməmiş, ona görə də iddia tələbi göstərilən hissədə qeyri-müəyyən olduğundan, kollegiya həmin hissədə də iddianı əsassız sayır.
50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli 10/5129 nömrəli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğini təşkil edir. 51.Bundan başqa, iş materiallarından müəyyən olunur ki, işə birinci insatsiya məhkəməsində baxılarkən iş üzrə mütəxəssis rəyinin alınması üçün tələb olunun 352 manat məbləğində pul İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüuqi şəxsi” "xxxx" MMC-nin hesabına ödənilmişdir.
52. Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib qaydada tərəflərə aid edilməli, İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüuqi şəxsi” "xxxx" MMC-nin hesabına ödənilmiş 352 manat məbləğində pulun 232 manat hissəsi Cavabdeh1, X5, Cavabdeh6, X9, X1, X6 və X14 birgə qaydada alınaraq, İddiaçı verilməli, .aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcinin 66 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh6 və X9 birgə qaydada, qalan 34 manat hissəsi isə İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-23/2022 saylı mülki iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarış əsasında İddiaçı icarəsinə verilmiş, Samux rayonu, Poylu kəndi ərazisində yerləşən “Ceyrançöl” massivindən 600 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.26 ha hissəsindən Cavabdeh1, 0.28 ha hissəsindən X19, 0.19 ha hissəsindən Cavabdeh6, 0.33 ha hissəsindən X21, 0.20 ha hissəsindən X12, 0.09 ha hissəsindən X20 və 0.28 ha hissəsindən X22 məcburi qaydada çıxarılsınlar, həmin torpaq sahələri (cəmi 1,63 ha torpaq sahəsi) İddiaçı təhvil verilsin. İddia tələbi Cavabdeh3 və Cavabdeh8 aid olan hissədə və İddiaçı icarəsində olan 600 ha torpaq sahəsinin 0,85 ha hissədən cavabdehlərin çıxarılması hissədə əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüuqi şəxsi” "xxxx" MMC-nin hesabına ödənilmiş 352 manat məbləğində pulun 232 (iki yüz otuz iki) manat hissəsi Cavabdeh1, X5, Cavabdeh6, X9, X1, X6 və X14 birgə qaydada alınaraq, İddiaçı verilsin. İşə apellyasiya qaydasında baxılarkən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində məhkəmə xərcinin 66 (altmış altı) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh6 və X9 birgə qaydada, qalan 34 (otuz dörd) manat hissəsi isə İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.