Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1845/2024 05.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisi, Gəncə şəhər 1 saylı notariat ofisi və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı; miras əmlakda payların müəyyən edilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisi, Gəncə şəhər 1 saylı notariat ofisi və Cavabdeh3 qarşı vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbuluna dair müddətin bərpa edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2(125)- 400/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 05 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2013-cü il tarixli 2V-1-185 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, X24 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı, eləcə də gələcəkdə ona məxsus olacaq bütün daşınar və daşınmaz əmlakı qızı Cavabdeh3 vəsiyyət etmişdir;
2. AZ-İİ seriyalı 224963 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2022-ci ildə «durğunluq ürək çatmamazlığı» səbəbindən ölmüşdür;
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, mərhum X13 ödənilməmiş qalıq məbləği 319 manat 20 qəpikdir;
4. xx.xx.2022-ci il tarixli 2V-253 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubuna əsasən X10 miras qalmış 319 manat 20 qəpik məbləğində vəsait üzərində Cavabdeh3 tam payı müəyyən edilmişdir;
5. Azərbaycan Respublikası Ədliyyə sahəsində xidmətlər baş idarəsi Notariat idarəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/2-A-120/3-6/2023 nömrəli məktubunun, ona əlavə edilmiş zərfin və poçt xəbərnaməsinin surətindən görünür ki, Gəncə şəhəri 1 saylı notariat ofisinin sabit notariusu Elşən Əliyev tərəfindən İddiaçı məlumatı olmadan X13 barəsində vərəsəlik işi açılmasına dair müraciətə baxılmış, aparılmış notariat əməliyyatları barədə İddiaçı məlumat verilmiışdir;
6. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)- 962/2019 nömrəli qətnamədən görünür ki, X24 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir;
7. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 45/2023 nömrəli qətnaməsindən görünür ki, X13 qanuni nümayəndəsi (vərəsəsi) Cavabdeh3 X30, İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir;
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 6(012)-58/2023 nömrəli qərarından görünür ki, Abşeron rayon prokurorunun köməkçisi Ramin Almazov tərəfindən 37-C-22 saylı material üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, İddiaçı şikayəti üzrə qərar iş materialları ilə birlikdə araşdırma aparılması üçün Abşeron rayon Prokurorluğuna göndərilmişdir;
9. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamının surətindən görünür ki, Cavabdeh3 anası X14 qəyyum təyin edilmişdir;
10. 195248 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh3 uşaqlıqdan 2-ci dərəcəli əlildir;
11. xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü və xx.xx.2014-cü il tarixli laboratoriya nəticələrinin surətindən görünür ki, X24 həmin tarixlərdə laboratoriya müayinələrindən keçmişdir;
12. X32 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışın surətindən görünür ki, X24 xx.xx.2014-cü il tarixdə X32 adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçmişdir;
13. X44 X9 ambulator müayinəyə dair xx.xx.2008-ci il tarixli arayışın surətindən görünür ki, X13 ağ ciyərlərində patalogiya aşkar edilməmişdir;
14. İcbari Tibbi Sığorta üzrə X37 Ərazi Bölmələrini İdarəetmə Birliyinin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, X24 haqqında tərtib olunmuş xx.xx.2022-ci il tarixli 7962 nömrəli TTY vərəqəsində çağırışın qəbul saatının 12:38, verilmə saatının 13:34, çağırışa getmə saatının 13:34, çağırışdan qayıtma saatının 14:06 olduğu müəyyənləşdirilmişdir. Əlavə olaraq, çağırışı yerinə yetirən TTTYS-nin həkimi X28 «xəbərdarlıq vərəqəsi»nin tərtibində yol verdiyi nöqsana görə müəssisə rəhbərliyi tərəfindən ciddi xəbərdarlıq almışdır;
15. «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə RMX-nin Təcili və X22 stansiyasına müraciət daxil olmadığı aşkarlanmamışdır. X4 xx.xx.2021-ci il tarixdə RMXnin poliklinika şöbəsinə müraciət etmiş və nevropatoloq, kordioloq, travmatoloq, cərrahın müayinəsində olmuşdur. X18 «serebral ateroskleroz və stenokardiyanın digər növləri» diaqnozları qoyulmuşdur
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisi, Gəncə şəhər 1 saylı notariat ofisi və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2013-cü il tarixdə təsdiq edilən, reyestrdə 2V1-185 nömrəsi ilə qeyd edilən vəsiyyətnamənin etibarsız hesab edilməsinə, Gəncə şəhər 1 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli 2V-253 reyestrlə qeydə alınmış vərəsəlik işi üzrə şəhadətnaməsinin etibarsız hesab edilməsinə, mirasın qəbuluna dair üzürlü səbəbdən ötürülmüş müddətin bərpasına, miras əmlak hesab edilən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubuna əsasən 319.20 manat məbləğində vəsaitin, onun və bacısı Cavabdeh3 mirasın qəbul edilməsi faktının və miras vəsaiti üzrə paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını ahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri 1 saylı notariat ofisinin sabiq xüsusi notariusu X35 xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açarkən, araşdırma aparmadan xüsusi notariusun vəzifə səlahiyyətlərinə aid olan vəzifə borcunu yerinə yetirmədən, vəsiyyətnamə qüvvəyə minən zaman vəfat edən şəxsin adına əmlakın olmamasını araşdırmadan, vəsaiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi tərtib etmiş və mərhumun yalnız bir övladının – Cavabdeh3 adına şəhadətnamə vermişdir. Eyni zamanda, notarius vahid mərkəzləşdirilmiş informasiya sistemindən mərhumun digər övladının olmasını, mərhumun vəsaiyyətnamədə göstərdiyi əmlakın, vəfat edərkən şəxsi mülkiyyətinin olub-olmamasını araşdırmamışdır. Vərəsəlik açılması üçün müraciət edən şəxs anasını ondan gizlədən, özünün fəaliyyət qabiliyyəti olmadığı halda, fəaliyyət qabiliyyəti olmayan anası X19 ondan gizlədən, özü həm ortopedik xəstə, həm də hepsatit olan, lakin özünü fəaliyyət qabiliyyəti olmayan anası X5 yolla qəyyum təyin etdirən, qəyyumluğu müddətində anasını pis rəftara, isgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan pis rəftara məruz qoyan, anasının çanağının qırılmasına, ayaqlarına yetirilən xəsarətlərdən yaranan yaralara məruz qoyan Cavabdeh3dır. X13 şübhəli ölümündə, ölməmişdən əvvəl X18 işgəncə verilməkdə, çanağının qırılması faktının ortaya çıxmaması üçün X18 tibbi xidmət göstərilməsini təmin etməməkdə şübhəli bilinən şəxslərlə bərabər Cavabdeh3, şübhəli ölümü, işgəncə faktını və s. prokurorluq orqanında izahat verərkən, X13 çanağının qırılmasını, çanağın qırılması faktınn ortaya çıxmaması üçün X18 heç bir tibbi yardım, təcili yardım çağırmamalarını və tibbi xidmət göstərməmələrini etiraf etmişlər. Həmçinin Cavabdeh3 və digər şəxslərin prokurorluğa verdikləri izahatlarında etiraf etdikləri, anasının çanağının qırıldığı gün və ondan sonrakı tarixlərdə anasına tibbi xidmət, təcili tibbi yardım çağırmamalarını, tibb müəssisələrinə aparmamalarını təsdiq edən TƏBİB-in cavab məktubu da var. Özünün fəaliyyət qabiliyyəti məhdud olduğu halda, saxta yollarla özünü X18 qəyyum təyin eddirib, onu anası X10 uzaqda saxlamağa çalışan Cavabdeh3 Ş.M.Nəcəfovaya və ona qarşı göstərdiyi hörmətsizliyi bununla bitmir. Belə ki, Ş.M.Nəcəfova şübhəli şəkildə vəfat edəndə də 2 gün cənazəni evdə saxlamış, nə anasının sağ olarkən çanağı qırılanda, nə anası vəfat edəndə, nə sağlıq vəziyyəti pisləşəndə, heç bir zaman ona deməmiş, Ş.M.Nəcəfovanı ondan gizlətmişdir. O, hesab edir ki, Cavabdeh3 əvvəllər adam öldürmə cinayətində məhkum olunmuş kürəkəninin və oğlunun təsiri altında qalaraq bu hərəkətləri etmişdir. O anası Ş.M.Nəcəfovanı prokurorluq orqanlarının köməkliyi ilə onların müdaxiləsi ilə görmüşdür. Bu barədə prokurorluğun və polis orqanlarının qərarları vardır. Gəncə şəhəri 1 saylı notariat ofisinin sabiq xüsusi notariusu Elşən Əliyevin vərəsə tanıdığı, fəaliyyət qabiliyyəti olmadığı halda özünü fəaliyyət qabiliyyəti olmayan X5 yollarla qəyyum təyin etdirən, Ş.M.Nəcəfovanın «saxta qəyyumu» Cavabdeh3 və ətrafındakı digər şəxslərin şübhəli ölümlə bağlı prokurorluğa verdiyi izahatlarında qeyd etdikləri, həmçinin Ş.M.Nəcəfovanın çanağının qırıldığı 2021-ci ilin yanvar ayının 21-də və ondan sonrakı tarixlərdə, aylarda Ş.M.Nəcəfovaya nə kimi tibbi xidmət göstərilməsi barədə onun TƏBİB-ə müraciəti mövcuddur. TƏBİB-dən verilən cavab məktubları ilə müəyyən olunmuşdur ki, hadisə olan gün və ondan sonrakı tarixlərdə həmin mənzilə, anasının qəyyumu, Cavabdeh3 X18 nə təcili tibbi yardım çağrılmış, nə də hansısa tibb müəssisəsinə müraciət edilməmişdir. Şübhəli ölümlə bağlı prokurorluğa izahat verən Cavabdeh3 kürəkəni və qızı həmin mənzildə olduqlarını etiraf etmiş, onlar da Ş.M.Nəcəfovanın çanağı qırılan gün və ondan sonrakı tarixlərdə də təcili tibbi yardım çağırmamışlar. Bu barədə bütün hüquqi və tibbi sənədləri o, iddia ərizəsinə əlavə etmişdir. O, şübhələnir ki, X7 və onun yanında olan şəxslər güclü yuxu dərmanları ilə Ş.M.Nəcəfovaya özbaşına müdaxilə etmişlər. X15 ölümündən bir neçə gün sonra Ş.M.Nəcəfovanın öülm xəbərini zəng edib, bildirərkən, Cavabdeh3 Ş.M.Nəcəfovaya meyitin iylənməməsi üçün iynə vurduğunu farmalin adlı iynə vurdurduğunu, Qəzənfərlə birlikdə dəfn üçün Ş.M.Nəcəfova ilə birlikdə Gəncə şəhərinə dəfn etdirmək üçün apardıqlarını demişdir. Halbuki, Ş.M.Nəcəfovanın ölüm fatkı təsdiq olunmadan özbaşına kimyəvi maddələrlə cənazəyə müdaxilə edilməsi, ölüm faktı təsdiq olunmadan və ölüm sənədini almadan dəfn edilməsinə və s.-ə görə prokurorluq araşdırma aparmışdır. Ş.M.Nəcəfovanın ölümündən əvvəl çanağının qırılması, ona tibbi xidmət göstərilməməsi, şübhəli ölümü və s. onu göstərir ki, Ş.M.Nəcəfovanın ölümü həyata keçirilməli idi ki, Cavabdeh3, həmin şəxsin oğlu, kürəkəni, qızı və s. hüquqi işləri həyata keçirə bilsinlər. Bununla da, Ş.M.Nəcəfovanın çanağının qırılması və sonra da şübhəli ölümünün araşdırılması barədə prokurorluq, məhkəmə orqanlarına, barələrində araşdırma aparılan Cavabdeh3 və digərlərinin təsiri altına düşən Gəncə şəhəri 1 saylı notariat ofisinin sabiq xüsusi notariusu Elşən Əliyev, Əmək Nazirliyinin məktubu ilə müəyyən olunan miras əmlaka olan vərəsəlik hüququndan onu məjrum etmiş, qanunla müəyyən olunan və qorunan hüquqlarını pozmuş, qanunvericiliyin tələblərini, Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarını pozmuşdur. Sabiq xüsusi notarius Elşən Əliyev vərəsəlik şəhadətnaməsini, qanunvericiliyin tələblərinə uyğun, doğru-düzgün araşdırma aparmadan tərtib etmişdir. Vəsiyyətnamə üzrə vəfat edən şəxs X13 adına əmlakın olmamasını araşdırmalı, bunun üçün elektron hökumət portalına daxil olmalı olduğu, vəsiyyətnamədə göstərilən əmlakın mərhum X13 adına olub-olmadığını yoxlamalı olduğu halda bunları etməmişdir. Notariat fəaliyyətini tənzimləyən hüquqi qaydalara əsasən, xüsusi notariusların səlahiyyətinə daxildir ki, vəsiyyətnamə üzrə vərəsəlik işi açarkən, vəsiyyətnamədə göstərilən əmlakla bağlı vahid hökumət portalından araşdırma aparsın, əgər vəsiyyətnamədə qeyd olunan əmlak həbsdə, hər hansısa bir qadağadadırsa və s. bu zaman vəsiyyətnamə üzrə deyil, qanun üzrə vərəsəlik işi açmalı, digər vərəsə kimi mərhumun digər övladını prosesə cəlb etməlidir. X24 şübhəli şəkildə vəfat edəndən sonra adına vərəsəlik şəhadətnaməsi açılmış Cavabdeh3 Ş.M.Nəcəfova sağ olarkən, fəaliyyət qabiliyyəti olmayan, 2-ci dərəcəli əlil olduğunu, hepatit xəstəliyinin olmasını icra hakimiyyəti orqanından gizlədərək, məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan olunan Ş.M.Nəcəfovaya özünü qəyyum təyin etdirmiş və ona qarşı şəxsi mülkiyyətində olan əmlakla bağlı iddia qaldırmışdır. Uşaqlıqdan əlil, sağlamlıq imkanları məhdud olan şəxslər qəyyum təyin olunmur, qəyyum təyin olunan şəxslər sağlamlıq haqqında tibbi sənədi əldə edib, aidiyyəti orqana təqdim edir. Cavabdeh3 sağlamlığı barədə saxta sənəd əldə edib, özünü Ş.M.Nəcəfovaya qəyyum təyin etdirmiş, sonra da guya Ş.M.Nəcəfovanın nümayəndəsi kimi ona qarşı şəxsi mülkiyyətində olan əmlakı ələ keçirtmək üçün məhkəmə mübahisəsi amışdır. Həmin əmlakı 19 il əvvəl Ş.M.Nəcəfova o, anasının adına almış, sonra da Ş.M.Nəcəfova ona notariat qaydasında həmin əmlakı əvəzsiz şəkildə ona bağışlamışdır. Cavabdeh3, oğlu Qəzənfər Məmmədovun, kürəkəni Murad Əliyevin və s. məqsədləri saxta yolla qəyyumluq statusu əldə edib, şəxsi mülkiyyətində olan əmlak ələ keçirtmək idi. Məhkəmə isə «faəliyyət qabiliyyəti olmayan əlil adam fəaliyyət qabiliyyəti olmayan adama qəyyum təyin oluna bilməz?» səbəbi ilə bu işə baxmamışdır. Buna görə də o, Ş.M.Nəcəfova sağ olarkən qəyyumluğun etibarsız hesab olunmasına dair məhkəmədə iddia qaldırmış, Cavabdeh3 əlil olduğu üçün Ş.M.Nəcəfovaya baxa bilmədiyindən Ş.M.Nəcəfova özü-özünə baxmaq üçün mübarizə aparmışdır. Bu barədə məhkəmə qərarları vardır. Əvvəla Cavabdeh3 2019-cu ildə özünün fəaliyyət qabiliyyətinin olmamasını gizlədərək, özünü fəaliyyət qabiliyyəti olmayan anasına qəyyum təyin etdirdikdən sonra ona qarşı məhkəmə mübahisəsi açmamışdan əvvəl, Cavabdeh3 kürəkəni və qızı, danışan və yeriyən X11 danışmaq qabiliyyətinin və yeriməsinin qarşısını almaq üçün çanağını qırıb, danışmaq qabiliyyətini itirmiş hala gətizdirib, əlil arabasına zorla otuzdurub, məhkəmədə hakim qarşısına çıxartmaqda şübhəli şəxslərdir. Çünki danışan və fikrini ifadə etməyi bacaran, orta məktəbi və pedaqoji universtiteti fərqlənmə və nümunəvi qaydada bitirən, uzun müddət pedaqoq işləmiş, savadlı X13 məhkəmə zalında ona Cavabdeh3, onun qızından, kürəkənindən həkimə aparmamalarına, yaxşı baxmamalarına görə şikayət edəcək, onun yanına gəlmək arzusunu deyəcəkdi. Bunun qarşısını almaq üçün Ş.M.Nəcəfovaya əzab-əziyyət verib, məhkəmə qarşısına bu şəkildə çıxartmağa nail oldular. Buna da Ş.M.Nəcəfovanın qəyyumu Cavabdeh3 şərait yaratmışdır. Cavabdeh3 Ş.M.Nəcəfovaya qarşı pis rəftara, şərəf və ləyaqətinin alçaldılmasına şərait yaratmış, bütün bu əməlləri törətməkdə şübhəli bilinən isə Cavabdeh3 kürəkəni, özünün deməsinə görə əvvəllər adamöldürmə cinayətində məhkum olunmuş Murad Əliyevdir. Çünki Cavabdeh3 saxta qəyyumluq alaraq, ona qarşı Ş.M.Nəcəfovanın adından açdığı məhkəmə iclasında kürəkəni Murad Əliyevin, onun özünün və Muradın Əliyevin avadı, qızı Leyla Məmmədovanın, gəlini Günelin Ş.M.Nəcəfovaya baxdıqları görüntüsü yaratmışlar. Cavabdeh3 ona bağıraraq, «əlil adamam götür bax da anana» deyə qışqırarkən, o, «sən əlil və fəaliyyət qabiliyyəti olmayan adamsan, necə olub, səni fəaliyyət qabiliyyəti olmayan anama qəyyum təyin ediblər?» demiş və məhkəmə iclas zalında Ş.M.Nəcəfovanı götürüb, evinə gətirmək istəmiş, amma onun bacısı Cavabdeh3 oğlu Qəzənfər Məmmədov anasını özü ilə aparmağa imkan verməmişdir. Əlil, fəaliyyət qabiliyyəti olmayan bacısı fəaliyyət qabiliyyəti olmayan Cavabdeh3 qəyyum təyin edən, saxta sərəncama imza atan Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının qanunsuz hərəkətləri Baş Prokurorluqda araşdırılır. Abşero rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksi, bina 2, mənzil 12-də vəfat edən X1 Sevinc İsmayıl qızı haqqında Cavabdeh3 ona Ş.M.Nəcəfovanın ölümünü xx.xx.2022-ci il tarixdə zəng edib, demişdir. Cavabdeh3 X18 farmalin adlı meyitin iynə iylənməməsi üçün iynə vurdurub, Qəzənfərlə birlikdə dəfn olunması üçün Ş.M.Nəcəfovanı Gəncə şəhərinə aparmalarını deməsi özbaşına kimyəvi maddələrlə cənazəyə müdaxilə etməsi, ölüm faktı təsdiq olunmadan, ölüm faktına dair sənəd almadan dəfn etməsi və s. görə o, Baş Prokurorluğun Qaynar xəttinə, DİN-nin 102 zəng mərkəzinə təcili zəng edib, ölüm barədə məlumat vermişdir. Təcili və X22 Stansiyasının Xəbərdarlıq vərəqəsinə və TƏBİN-in xx.xx.2022-ci il tarixli PHŞ/11-2-2022- 1428 nömrəli məktubuna əsasən xx.xx.2022-ci ildə həkim getmiş və X24 barəsində «həkiməqədər ölüm» faktını təsdiq etmişdir. Bu da onu göstərir ki, X3 vəziyyəti pisləşəndə, 2 gün əvvəl vəfat edəndə nə ona, nə də X41 məlumat verilməmişdir. Cavabdeh3 özünün əlil olduğunu, sağlıq vəziyyətinin məhdud olduğunu gizlədərək, dövlət orqanını aldadaraq, Ş.M.Nəcəfovaya özünü qəyyum təyin etdirdiyi müddətdə Ş.M.Nəcəfova sağ olarkən xx.xx.2021-ci il tarixdə Ş.M.Nəcəfovanın çanağını qırmaqda, ayaqlarına ağır xəsarətlər yetirməklə ağır yaralara məruz qoymaqda, anasını çanağı qırılanda xəstəxanaya aparmamaqla əməlini gizlətməklə şübhəli bilinən, anası Ş.M.Nəcəfovanın pensiyalarını əlindən alıb, xərlməsində və s. qanunsuz hərəkətləri törətməkdə şübhəli bilinən kürəkəni Murad Əliyevin hərəkətlərinə göz yummuşdur. Bu həmin Murad Əliyevdir ki, özünün deməsinə görə əvvəllər adamöldürmə cinayəti ilə haqqında hökm çıxarılan zaman özünün vəhabi, radikal dindar olduğunu ifadə edən, vaxtilə Cavabdeh3ı qızını və nəvələrini Suriyaya İŞİD terror qruplaşmasına aparmaqda şübhələndiyi üçün Cavabdeh3 özü Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət etmişdir. Cavabdeh3 şikayəti əsasında DTXnin Radikal Dindarlarla iş üzrə şöbəsinə aparılan Murad Əliyev Cavabdeh3 əmlak vermədiyi halda qızını boşayacağını deyərək, Cavabdeh3 saxta yollarla qəyyumluq, saxta yollarla vərəsəlik şəhadətnaməsi almağa məcbur etmişdir. Cavabdeh3 Dövlət Təhlükəsizliyi Xidmətinə yazdığı şikayətində qeyd etmişdir ki, qızı Leylanın birinci nikahdan olan 2 azyaşlı qızlarını kürəkəni X39, İŞİD terror qruplaşmasına aparıb, satmaq niyyətindədir. Buna görə də DTXnin Radikal Dindarlarla iş üzrə şöbəsinin əməkdaşlarının köməkliyi ilə Cavabdeh3 2 körpə uşağın ölkədən çıxarılmasına məhdudiyyət qoydurmuşdur. X13 şübhəli ölümündə şübhəli bilinən şəxslər Cavabdeh3 adına 3.600 ABŞ dolları pul çəkdirib, mənimsəmə faktında da şübhəlidirlər. Fəaliyyət qabiliyyəti olmayan, əlil Cavabdeh3 fəaliyyəti qabiliyyəti olmayan X18 özünü qəyyum təyin etdirəndən sonra X16 və Cavabdeh3 yaşadığı mənzildən uzaqlaşdıran, özü həmin mənzildə yaşayan, lakin X13 şübhəli ölümü bağlı prokurorluqda izah verdiyi üçün hazırda həmin mənzildən guya çıxan, X12 şübhəli ölümü bağlı izahat verəndən sonra hamıya guya Cavabdeh3 boşandığını deyən Cavabdeh3 kürəkəni və qızıdır. Cavabdeh3 özünü X14 qəyyum təyin etdirərək, Ş.M.Nəcəfovaya qarşı məhkəmə mübahisəsi açarkən məhkəmənin «əlil adam qəyyum təyin oluna bilməz» səbəbi üzündən icraatı dayandırdığına görə ona qarşı açılan məhkəmə mübahisəsindən bir şey çıxmadığını görən X11 çanağını qırmaqla ölümünü tezləşdirməsinə, X13 şübhəli şəkildə ölməsinə şərait yaradan Cavabdeh3dır. Bütün bu hallar Cavabdeh3 və digər şübhəli şəxslərin əməlləri prokurorluqda araşdırılır. X24 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi məhkəmə qərarı ilə tanınsa da, Ş.M.Nəcəfova danışan, yeriyən, ünsiyyət quran adam olsa da, Cavabdeh3 anadangəlmə əlil olduğu üçün Ş.M.Nəcəfova yaşlı olsa da Cavabdeh3 baxmış, ona qulluq etmişdir. Bu cür qıvraq, qoçaq Ş.M.Nəcəfovanın çanağının qırılması, ayağında yaralar açılmaqla Ş.M.Nəcəfovaya əzablar verilməsi, nevroloji baxımdan Ş.M.Nəcəfovaya iztirablar çəkdirilməsi, Ş.M.Nəcəfovanın danışıq qabiliyyətinin itirilməsinə səbəb olmuş, həmçinin ortopedik arabaya otuzdurulmuş vəziyyətdə gətirilməsinə səbəb olmuşdur. X13 ayaqlarına xəsarət yetirilməsinə, xəsarətlərdən yaralar yaranmasına dair, həmçinin çanağının qırılıb əlil arabasına qoyulmasına dair fotoşəkillər iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdeh3 qəyyum olaraq, Ş.M.Nəcəfovanı ağrılardan, əzablardan danışıq qabiliyyətini itirmiş formada, ortopedik arabada otuzdurulmuş vəziyyətdə 2021-ci ilin may aylarında məhkəmə qarşısına çıxartmaqla, onun adına olan əmlakını ələ keçirtmək niyyətindədir. Cavabdeh3 qızının boşanması ilə hədələyən kürəkəni Murad Əliyevin maraqlarına uyğun ona qarşı məhkəmələrdə iddialar qaldırır. Prokurorluq orqanında izahat verən Cavabdeh3 müraciəti əsasında Gəncə şəhəri 1 saylı notariat ofisinin notariusu vərəsə kimi onun iştirakı olmadan, qanunun tələbini pozmaqla vərəsəlik işi açmış, bununla da vəzifə səlahiyyətlərini vicdanla yerinə yetirməmişdir. O, elektron sistem vasitəsi ilə araşdırma aparmış, məlum olmuşdur ki, Gəncə şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu qanunun tələbini pozaraq, onun xəbəri olmadan vəfat edən Ş.M.Nəcəfovanın adına xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açmışdır. Həmin vərəsəlik işinin məhkəmədə mübahisələndirdiyi üçün həmin notariusa ərizə yazıb göndərsə də, ona açdığı vərəsəlik şəhadətnaməsini göndərməmişdir. Buna görə xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinə şikayət ərizəsi yazıb bildirmişdir ki, dəfələrlə Gəncə şəhəri 1 saylı notariat ofisinə göndərdiyi ərizəyə cavab verilmir. Həmçinin o, şəhadətnamənin surətinin ona verilməsi və notarius barəsində intizam tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. Onun ərizəsi əsasında Ədliyyə Nazirliyinin Xidmətlər Baş İdarəsinin Notariat Baş İdarəsinin əməkdaşı Vidadi Mayıl, Gəncə şəhəri 1 saylı notariat ofisində aparılan notariat əməliyyatının nəticəsi barədə sənədi xx.xx.2023-cü il tarixdə ona göndərilməsini təmin etmişdir. Eyni zamanda Ədliyyə Nazirliyinin Xidmətlər Baş İdarəsi Notariat İdarəsinin rəisi – baş idarə rəisinin müavini vəzifəsini icra edən Mirağa Abbasov 3-16-5/2-A-120/3-6/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla ona cavab vermişdir. Həmin məktubda qeyd edilmişdir ki, notariat əməliyyatını icra edən xüsusi notariusun şəhadətnaməsinə xitam verildiyi üçün hazırda işləmir, yəni baş idarədə notarius haqqında tədbir görülməsi mümkün olmamışdır. Ədliyyə Nazirliyinin Xidmətlər Baş İdarəsinə müraciət edəndən sonra həmin idarənin köməkliyi ilə Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2013-cü il tarixdə təsdiq edilən və reyestrdə 2V-1-185 nömrəsi ilə qeyd edilən vəsiyyətnamənin ona verilməsi mümkün olmuşdur. Gəncə şhəri 5 saylı notariat ofisində xx.xx.2013-cü il tarixdə təsdiq edilən, reyestrdə 2V-1-185 nömrəsi ilə qeyd edilən vəsiyyətnamədən onun xəbəri olmamışdır. Cavabdeh3 Ş.M.Nəcəfovanı «mən dediyimi eləməsən üzümü bir daha görməyəcəksən», «mən dediyimi eləməsən özümə xəsarət yetirəcəm» hədələri ilə vəsiyyətnaməni imzalamağa məcbur etmişdir. Cavabdeh3 Ş.M.Nəcəfovaya, onun atasına çox əzab, əziyyət, iztirab vermişdir. Ş.M.Nəcəfovanın bu əməllərini təsdiq edən istintaq materialları vardır, hansı ki həmin cinayət işi üzrə hökm çıxarılmışdır. Belə ki, 2009-cu ildə Cavabdeh3 14 yaşlı qızı ilə cinsi əlaqədə olan şəxs Musa Musayevin barəsində Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə aparılan məhkəmə araşdırması zamanı Ş.M.Nəcəfovaya məlum olmuşdur ki, 2008-ci ildə Cavabdeh3 onun atası İsmayıl Allahverdiyevin 4.000 ABŞ dolları kəfən pulunu əlindən alıb, sələm adı ilə 14 yaşlı qızı ilə cinsi əlaqədə olan şəxsin anasına – Taliyə adlı qadının anasına vermişdir. Cavabdeh3 atası İsmayıl Allahverdiyevdən pulun alınmasına mane yaradacğını bildiyi üçün Ş.M.Nəcəfovanı müvəqqəti olaraq yaşamaq üçün Bakı şəhərində onun yanında yaşamaq üçün göndərmişdir. Ş.M.Nəcəfova onun da şahidi olmuşdur ki, İsmayıl Allahverdiyev öz pulunu Cavabdeh3, onun 14 yaşlı qızı ilə cinsi əlaqədə olan şəxsin anasından ala bilməmiş, əzab-iztirab çəkmiş və ürəyi qəflətən dayanıb, vəfat etmişdir. İsmayıl Allahverdiyevin ölüm səbəbi kimi qəfləti ölüm yazılmışdır. Cavabdeh3 14 yaşlı qızına qarşı Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət əməli törətmiş şəxsin cinayət işinin istintaqı zamanı o, müstəntiqdən vəfat edən atasının 1.600 ABŞ dolları pulunu qarşı tərəfdən alıb, Ş.M.Nəcəfovaya verməsini xahiş etmişdir. Həmin istintaq tərkibində Ş.M.Nəcəfovanın bu barədə ərizəsi var ki, həmin məbləği qəbul etdi. Müstəntiqin Ş.M.Nəcəfovaya verdiyi həmin pulu da Cavabdeh3 Ş.M.Nəcəfovanın əlindən almış, Ş.M.Nəcəfovanın həmin vəsaiti öz dişlərinin müalicəsinə sərf etməyə imkan verməmişdir. Ş.M.Nəcəfova onun da şahid oldu ki, Cavabdeh3 sonuncunun oğlu Qəzənfər Məmmədov döyür, qızı Leyla Məmmədova istintaq zamanı anasına qarşı izahat verir və s.. Həmçinin Ş.M.Nəcəfova onun da şahidi oldi ki, Cavabdeh3 Ş.M.Nəcəfovanı hədələyir ki, dediyini eləməsə, bir də onu görməyəcək. Ş.M.Nəcəfova Cavabdeh3 qorxurdu. Buna baxmayaraq, Cavabdeh3 əlil olduğu üçün Cavabdeh3 əlillər evinə qoymamışdır. Ş.M.Nəcəfovanın vəsiyyətnamə verməsi üçün Cavabdeh3 Ş.M.Nəcəfovanı hədələmiş, onun da vəsiyyətnamədən xəbəri olmamış, vəsiyyətnamə üzrə vərəsəlik işi açılarkən da bu barədə xüsusi notarius ona xəbər verməmişdir. Ədliyyə Nazirliyinin müdaxiləsi ilə Gəncə şəhəri 1` saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə qeydə alınmış vərəsəlik işi üzrə şəhadətnaməni alandan sonra həmin şəhadətnamənin tərkibində qeyd edilən Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2013-cü il tarixli vəsiyyətnamənin olduğundan məlumatı olmuş və bundan sonra hazırki iddianı qaldırmışdır. Buna görə də vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq, uzadılması təmin edilməli, miras əmlakın qəbul edilməsi barədə qətnamə çıxarılmalıdır. Onun öhdəsində «Ehlers Danlos» sindromundan əziyyət çəkən, genetik, nadir xəstəliklərdən əziyyət çəkən, dünyada heç bir müalicəsi və müayinəsi aparılmayan əlil övladı vardır. Buna baxmayaraq, o, Ş.M.Nəcəfovanı Bakı şəhərində öz mənzilində qeydiyyata saldırıb, öz yaşadığı poliklinikalar üzrə göndəriş götürüb, daha da ixtisaslaşmış tibb müəssisələrində müalicəyə aparmışdır. O, Ş.M.Nəcəfovanı öz evində saxlamış, Ş.M.Nəcəfova onun yaşadığı mənzildə yaşamış, Cavabdeh3 əlil olduğu üçün Ş.M.Nəcəfovanın müalicəsini o, özü təmin etmişdir. Cavabdeh3 övladları baxmadığı hətta o, Cavabdeh3 da xəstəxanaya, müalicəyə aparmışdır. Lakin fiziki qüsurlu Cavabdeh3 özünün birinci ərdən 2 uşaqla boşanmış qızı X34 Əliyev adlı radikal, dindar, əvvəllər adamöldürmə cinayətində məhkum olunmuş şəxsə ərə verəndən sonra Muradın təsiri altına düşüb, Ş.M.Nəcəfovanı ondan almış, onun Ş.M.Nəcəfova ilə ünsiyyətinə məhdudiyyət qoymuşdur. Murad Əliyev Cavabdeh3 «Sevil müşrükdü, bizim islamdan deyil, biz vəhabiyik. Sevil kafirdi, onu mənzilə qoyma gəlsin» bu kimi dini duyğulardan istifadə edərək, Ş.M.Nəcəfovanın aldığı pensiyalar mənsimsəmiş, Ş.M.Nəcəfova ilə ünsiyyətinə Cavabdeh3 vasitəsi ilə mane olmuşdur. Qohumlarının, polis orqanlarının, prokurorluğun köməkliyi ilə o, Ş.M.Nəcəfovanı görə, öz əli ilə həkimə aparmışdır. Onun öhdəsində atasız böyütdüyü, sağlamlıq imkanları məhdud, dünyaya gələn gündən anadangəlmə xəstə olan, dünyada müayinə və müalicəsi aparılmayan «Ehlers Danlos» sindromundan əziyyət çəkən əlil övladı vardır, həmin uşağa kənar xidmət, xüsusi qulluq tələb olunur. O, sosial müdafiəyə ehtiyacı olan, həm maddi, həm də mənəvi çətinliklərlə tək-tənha mübarizə aparan tək anadır. Eyni zamanda onun təqdim etdiyi sənədlərdən də görünür ki, Cavabdeh3 öz qızını «vəhabi» təriqətindən olan şəxsə ərə verəndən sonra həmin kürəkənin Cavabdeh3 «Sevil müşrükdü, bizim islamdan deyil, onu qapıya buraxma, anası ilə görüşdürmə, əks halda sənin 1-ci ərindən 2 uşaqla boşanan qızını mən də boşayaram» hədəsi ilə məhdudiyyət qoyduğu gündən o, anasını görmək, Ş.M.Nəcəfovanı görmək, Ş.M.Nəcəfovanı müalicələrə aparmaq üçün həm Cavabdeh3 ilə, həm sonuncunun kürəkəni ilə, həm də Cavabdeh3 ailə üzvləri ilə mübarizə aparmışdır. Cavabdeh3 Ş.M.Nəcəfovanı qaçırdıb gizlətdiyi üçün o, öhdəsində olan əlil uşaqla Bakı şəhərinin küçələrində, mikrorayonlarında günlərlə, aylarla Ş.M.Nəcəfovanı hansı mənzilə aparıb, onu axtarmaqla məşğul olmuşdur. Onun bütün yaşayışı Cavabdeh3 Ş.M.Nəcəfovanı ondan uzaqlaşdırması ilə mübarizələrdə, mübahisələrdə keçdiyi üçün onun günləri, ayları, polisprokurorluq orqanlarına şikayətlər etməkdə keçdiyi üçün bu üzrlü səbəb olaraq görülməli, iddia qaldırma müddəti və s. prosessual müddətlərin ötürülməsini üzrlü səbəb olaraq, görüb, üzrlü hesab edilməsini xahiş edir. Hazırda onun özü fiziki olaraq sağlıq vəziyyətini qismən itirmişdir və yeri bilmir, yataq şəraitində müalicə alır, ağır xəsarət almışdır, buçanaq nahiyyəsində əzələ qopmasından əziyyət çəkir, uzun müddətdir ki, bu vəziyyətdədir, sağlıq vəziyyətinin fəsadlaşmasını nəzərə alan Ədliyyə Nazirliyi elə buna görə də vəsiyyətnamə və vərəsəlik şəhadətnaməsinin ona göndərilməsini təmin etmişdir. Cavabdeh3 Ş.M.Nəcəfovanın qəyyumu olsa da onu məhkəməyə verərkən Ş.M.Nəcəfovanı müalicəyə aparmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Lakin o, Ş.M.Nəcəfovanı daim müalicəyə aparmışdır. Ş.M.Nəcəfovanın «ağciyərlərində patalogiya aşkar edilmədi» yazılan X44 Ciyər institutunun sənədləri, Z.Əliyeva adına Respublika Göz İnstitutu X26, qanda şəkər olmaması barədə tibbi sənədləri, digər ixtisaslaşmıştibb müəssisələrində Ş.M.Nəcəfovanın qanında şəkərin norma daxilində olması barədə aparılan laborator müəyyinələrinin nəticələrinə dair tibbi sənədləri ərizəsinə əlavə etmişdir. Ş.M.Nəcəfova sağ olarkən ayağına yetirilən xəsarətlərdən yaranan yarasının şəkər xəstəliyindən olmamasını təsdiq edən tibbi sənədlər də vardır. Həmin tibbi sənədlərə əsasən Ş.M.Nəcəfovanın heç bir zaman şəkəri (diabeti) olmamışdır.
18. Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2(125)-400/2024 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı iddiasının qismən təmin edilməsi; Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli 2V253 reyestr nömrəli «vəsiyyətnamə üzrə vərəsəlik hüququna dair şəhadətnamə» qismən etibarsız hesab edilməsi; X10 miras qalmış 319 (üç yüz on doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaitinin ¼ hissəsi üzərində İddiaçı, ¾ hissəsi üzərində Cavabdeh3 payının müəyyən edilməsi; İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi; Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı ödənilməsi qət edilmişdir.
19. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 1133.1, 1151, 1152, 1166 və 1225.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
21. İddiaçı iddia ərizəsində qeyd olunan xüsusatlara istinad edərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Prosessual məsələlər
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə kollegiyasından işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən də məhkəməyə məlumat verilərək işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Digər proses iştirakçıları məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
25. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
26. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 71.
27. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
28. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
29. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
30. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
31. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır.
32. Maddə 1225. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
33. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
34. Maddə 60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X13 İddiaçı və Cavabdeh3 adlı övladları olmuşdur. X24 xx.xx.2013-cü il tarixli 2V-1-185 reyestr nömrəli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı, eləcə də gələcəkdə ona məxsus olacaq bütün daşınar və daşınmaz əmlakı qızı Cavabdeh3 vəsiyyət etmişdir. Şövkət Nəcəfova xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – uşaqları İddiaçı və (həm də vəsiyyət üzrə vərəsə) Cavabdeh3 olmuşdur. Adları qeyd olunan vərəsələr mirasın qəbulundan imtina etməmişlər. Miras qoyan X2 miras qalan əmlak isə 319 manat 20 qəpik məbləğində pul vəsaiti olmuşdur. Vəsiyyətnamə və qanun üzrə vərəsə Cavabdeh3 notariat ofisinə müraciət edərək mərhum anası X10 miras qalmış əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli 2V-253 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 miras əmlakından qanun və vəsiyyətnamə üzrə vərəsə Cavabdeh3 tam həcmdə pay verilmişdir. İddiaçı miras qoyanın adından tərtib edilmiş vəsiyyətnamənin mülki qanunvericiliyin tələblərinə zidd olduğunu və miras əmlakın onun tərəfindən qəbul edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilmasi barədə gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
47. Miras qoyanın ölməsi ilə (xx.xx.2022-ci il) mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından mübahisəyə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
48. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin mirasın qəbulu üçün ötürülmüş müddətin bərpası hissəsinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
49. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
50. X27 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
51. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mirasın qəbulu üçün artıq müddət nəzərdə tutulmadığından belə bir müddətin uzadılmasından da söhbət gedə bilməz.
52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, xx.xx.2013-cü il tarixli 2V-1-185 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi hissədə iddianın təmin olunması üçün hər hansı əsas mövcud deyildir.
53. Nəzərə almaq lazımdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004cü il tarixli Qərarı).
54. Mübahisələndirilən vəsiyyətnamənin tərtibində səlahiyyətli subyektlər iştirak etmiş, habelə vəsiyyətnamənin (əqdin) forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Bundan əlavə, notariat qaydasında verilmiş vəsiyyətnamədə ifadə olunan iradənin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından birinin mövcud olması da öz təsdiqini tapmır. Sözügedən vəsiyyətnamənin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
55. İddiaçı X8 xx.xx.2013-cü il tarixli 2V-1-185 reyestr nömrəli vəsiyyətnamənin məhz Cavabdeh3 özünü öldürəcəyi ilə hədələməsinə və bir daha X13 onu görməyəcəyinə dair hədələr etdiyinə görə mərhum X24 tərəfindən imzalanmasını iddia etsə də, lakin iddiaçı bu halları təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır.
56. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
57. X27 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
58. Qərarda xüsusilə vurğulanmışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
59. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
60. Daha sonra Plenum qərarda qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığı, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alınaraq, bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
61. Hazırkı iş üzrə iddia ərizəsi 31 oktyabr 2023-cü il tarixdə, yəni Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mərhum anası Şövkət Nəcəfovadan miras qalmış əmlakı qəbul edib-etməməsi məsələsi Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarındakı hüquqi mövqeyə uyğun həll edilməlidir.
62. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan Şövkət Nəcəfova xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – uşaqları İddiaçı və (həm də vəsiyyət üzrə vərəsə) Cavabdeh3 olmuşdur. Adları qeyd olunan vərəsələr mirasın qəbulundan imtina etməmişlər. Miras qoyan X2 miras qalan əmlak isə 319 manat 20 qəpik məbləğində pul vəsaiti olmuşdur. Vəsiyyətnamə və qanun üzrə vərəsə Cavabdeh3 notariat ofisinə müraciət edərək mərhum anası X10 miras qalmış əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli 2V-253 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 miras əmlakından qanun və vəsiyyətnamə üzrə vərəsə Cavabdeh3 tam həcmdə pay verilmişdir.
63. Göründüyü kimi, mərhum Şövkət Nəcəfovadan qalmış miras əmlaka dair Cavabdeh3 adına vərəsəlik işi açılarkən notariat kontoru tərəfindən miras qoyanın digər qanun üzrə birinci növbəli vərəsəsələrinin olması nəzərə alınmamış və digər vərəsələrin axtarılması üçün hər hansı tədbir görülməmiş, sadəcə Cavabdeh3 adına xx.xx.2022-ci il tarixli 2V-253 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bunun nəticəsində isə miras qoyanın qanun üzrə birinci növbəli vərəsəsi olan İddiaçı mərhum anası Şövkət Nəcəfovanın miras əmlakındakı vərəsəlik payından məhrum olmuşdur.
64. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh3 adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-253 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni qismən etibarsız saymış və miras əmlak üzərində ¼ hissədə (vəsiyyətnamə olmasaydı ona çatası ½ hissədə payın yarısı həcmində) iddiaçının payını müəyyən etmişdir.
65. Çünki, miras qoyan Şövkət Nəcəfova miras əmlakını sağlığında qızı Cavabdeh3 vəsiyyət etmiş olsa da, lakin miras qoyanın qanun üzrə birinci növbəli vərəsəsi olan qızı İddiaçı da miras əmlakda ¼ hissədə (vəsiyyətnamə olmasaydı ona çatası ½ hissədə payın yarısı həcmində) məcburi payı vardır. Adı qeyd olunan vərəsənin məcburi pay almaq hüququndan məhrum edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcudluğu təsdiq edilmir ki, bu halda vərəsə İddiaçı miras əmlakda ¼ hissə məcburi pay hüququ qalır.
66. İşin yuxarıda qeyd olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2(125)-400/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.