Məhkəmə qərarları › İş №2(104)-1846/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1846/2025

25.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1846/2025 25.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X23 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı1 və onun, həmçinin digər iddiaçılar İddiaçı4, X19, İddiaçı3 və üçüncü şəxs X19 nümayəndəsi vəkil Nümayəndə2, cavabdehlər Cavabdeh3 və X7 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Səttar qızının və İddiaçı3 cavabdehlər Cavabdeh3, X12 və Cavabdeh1 qarşı miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin e-2(076)-1912/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Səttar qızı və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X25 xx.xx.1997–ci ildə, X13 xx.xx.2001–ci ildə vəfat etmişlər.

2. Şəmkir RİH Başçısının Çinarlı qəsəbə İƏD üzrə nümayəndəsinin 649 nömrəli xx.xx.2022–ci il tarixli arayışından görünür ki, X13 ölən günədək Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşamışdır. Vəfat etdikdən sonra təsərrüfatında ailə üzvləri– gəlini Cavabdeh3 Mehti qızı, nəvəsi X26, nəvəsi X14, nəticəsi X31, nəticəsi X27, nəticəsi X20 qalmışdır. Mərhumun hal–hazırda yaşayan övladları aşağıdakılardır: 1. Qızı– İddiaçı4 (Sumqayıt şəhər qeydiyyatı), 2.Qızı– İddiaçı2 Səttar qızı (Gəncə şəhər qeydiyyatı), 3. Qızı– X21 (Gəncə şəhər qeydiyyatı), 4. Oğlu–X32 (Qazaxıstan Respublikası qeydiyyatı),

5. Oğlu– İddiaçı1 (Şəmkir rayonu Çinarlı qəsəbə qeydiyyatı).

3. 11 saylı Şəmkir Ərazi İdarəsinin arayışından görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 103 ünvanında yerləşən ümumi sahəsi 119.7 kv.m, 3 yaşayış otağından ibarət, 1959–cu ildə inşa edilmiş fərdi yaşayış evinə dair X15 adına 02 noyabr 1987–ci il tarixli 468 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Göstərilən əmlakın özgəninkiləşdirilməsi ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsində məlumat yoxdur.

4. ********** qeydiyyat nömrəli, xx.xx.2023–cü il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh3, X7 və X16 ümumi birgə payı olaraq xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. A seriyalı 936405 nömrəli xx.xx.2023–cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN–222F, xx.xx.2006–cı il tarixli şəhadətnaməyə əsasən Cavabdeh3 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

6. Torpağın mülkiyyətə verilməsinə dair JN–222F, KOD 50402016 olan şəhadətnamədən görünür ki, Şəmkir rayonu AİK–nın xx.xx.1999–cu il tarixli qərarına əsasən 0.06 ha torpaq sahəsi X16, Cavabdeh3 və X7 mülkiyyətinə verilmişdir.

7. X7 adına verilmiş, **********49 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2025–ci il, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 4/9 hissəsi Cavabdeh3, 4/9 hissəsi X7, 1/9 hissəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

8. xx.xx.2025–ci il tarixdə tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2025–ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X24 və başqalarının xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

9. "xxxx" MMC–nin təqdim etdiyi arxiv sənədlərinin təqdim edilməsi barədə arayışdan görünür ki, Şəmkir rayonu, Çinarlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 222–ci sıra nömrəsi ilə 0.06 ha həyətyanı torpaq sahəsi X16, Cavabdeh3, X7 mülkiyyətinə verilmişdir.

10. 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami Gəncəvi küçəsi, 103 ünvanında yerləşən 151.81 kv.m–dək fərdi yaşayış evinin 50.42 kv.m–dək hissəsi xx.xx.2023–cü il qeydiyyat tarixli **********49 reyestr nömrəli çıxarışla Cavabdeh3 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin hüdudları daxilindədir. Qeyd olunan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi faktiki olaraq Cavabdeh3 istifadəsindədir.

11. X7 adına verilmiş, **********49– 10301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2025–ci il, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, yeni qaydalarla: AZ5713, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 179.60 kv.m olan fərdi yaşayış evi X7 qızının adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

12. Torpağın mülkiyyətə verilməsinə dair JN–388E, KOD 50402016 olan şəhadətnamədən görünür ki, Şəmkir rayonu AİK–nın xx.xx.1999–cu il tarixli qərarına əsasən Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

13. AZ-İ seriyalı 556013 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2012-ci ildə ölmüşdür.

Birinci instansiya məhkəməsində icraat

14. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Səttar qızı və İddiaçı3 cavabdehlər Cavabdeh3, X12 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qardaşları X8 miras qalmış ünvan 3 ünvanda yerləşən, xx.xx.2023–cü ildə qeydə alınmış ********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə onların mərhum valideynlərinə düşəcək paylarının müəyyən olunması, mərhum X3 və mərhum anaları X4 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşəcək miras paylarının müəyyən olunması və 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

15. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X3 ilə anaları X13 1953–cü ildə faktiki ailə qurmuşlar. xx.xx.1961–ci ildə aralarındakı nikah Çinarlı qəsəbə nümayəndəliyində rəsmi qeydə alınmışdır. Onların nikahından 6 uşaq doğulmuşdur: Kifayət Səttar qızı–xx.xx.1954, Dilarə Səttar qızı–xx.xx.1956, Sənubər Səttar qızı– xx.xx.1959, İlqar Səttar oğlu–xx.xx.1961, Şahlar Səttar oğlu–xx.xx.1965, Qoşqar Səttar oğlu–xx.xx.1967. X3 xx.xx.1997–ci ildə, anaları X13 xx.xx.2001–ci ildə vəfat etmişdir. Onlardan Şəmkir rayonu, Çinarlı qəsəbəsində fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi miras qalmışdır. X17 xx.xx.2012–ci ildə vəfat etmişdir. Cavabdehlər İlhamə, onun həyat yoldaşı, Jalə və Zərqələm qızlarıdır. Valideynlərinin və qardaşlarının vəfatından sonra onlar miras mülkdə yaşamaqla, miras mülki idarə etməklə mərhum valideynlərindən və qardaşlarından qalan mirası cavabdehlərlə birlikdə qəbul etmişlər. Onlar da, mərhum valideynlərindən qalan miras əmlakı həm faktiki, həm də, rəsmi qaydada qəbul etməklə miras əmlaka qanun üzrə vərəsə tanınmışlar. Mərhum qardaşlarından ünvan 4 ünvanda həyətyanı torpaq sahəsi, mərhum ata və analarından isə həm ev, həm də evin yerləşdiyi həyətyanı torpaq sahəsi qalmışdır. Bu səbəbdən onlar mərhum valideynlərindən qalan miras əmlakla bağlı mülkiyyət hüququna dair çıxarış əldə etmək istəyirlər, lakin üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi miras əmlakla bağlı mərhum valideynlərinin adına çıxarış verməkdən imtina edir. Əsas olaraq göstərir ki, təqdim etdikləri 468 inventar nömrəli texniki pasportda qeyd edilən fərdi yaşayış evinin bir hissəsinin də yerləşdiyi 0.06 ha torpaq sahəsi cavabdehlərin və məhrum qardaşları Qoşqarın mülkiyyətinə verilmişdir. Eyni zamanda qeyd olunan torpaq sahəsinin giriş və çıxışı Cavabdeh3 məxsus çıxışa aid hissədədir. Onlar hesab edirlər ki, cavabdehlərin qanunsuz və əsassız hərəkətlərinə görə mərhum valideynlərindən və qardaşlarından miras qalmış əmlakla bağlı mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırıb həmin əmlakla bağlı sərəncam verə bilmirlər. Belə ki, valideynləri birgə nikah müddətində Şəmkir rayonunda fəaliyyət göstərmiş sabiq Həzi Aslanov adına sovxoz tərəfindən ayrılmış 0.15 ha həyətyanı torpaq sahəsində 1959–cu ildə fərdi yaşayış evi inşa etmişlər. Texniki pasportda evin yerləşdiyi həyətyanı torpaq sahəsi faktiki olaraq 2280 ha göstərilmişdir. DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin arayışına əsasən, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 103 ünvanında yerləşən ümumi sahəsi 119.7 kv.m, 3 yaşayış otağından ibarət, 1959–cu ildə inşa edilmiş fərdi yaşayış evinə dair X15 adına 02 noyabr 1987–ci il tarixli 468 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Dəfələrlə DƏDRX– nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edib mərhum valideynlərindən qalan miras əmlakın dövlət qeydiyyatına alınmasını xahiş etmişlər, lakin DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi bir neçə dəfə miras mülkdə ölçmə işləri aparsa da, həmin ölçmə işlərinin nəticəsi barədə onlara məlumat verməkdən imtina etmişdir. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinə müraciət etmişlər və məhkəmə vasitəsilə müvafiq ekspertiza təyin olunmuş, araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, iddiaçının (yəni İddiaçı1) X9 miras qaldığını iddia etdiyi Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami Gəncəvi küçəsi, 103 ünvanında yerləşən 151.81 kv.m–dək fərdi yaşayış evinin 50.42 kv.m–dək hissəsi xx.xx.2023–cü il qeydiyyat tarixli **********49 reyestr nömrəli çıxarışla Cavabdeh3, X16 və X7 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin hüdudları daxilindədir. Dəfələrlə cavabdehlərə təklif etmişlər ki, öz aralarında razılaşsınlar və notariat kontoruna birlikdə ərizə verərək qanun üzrə vərəsəlik hüquqlarını dövlət qeydiyyatına aldırsınlar. Lakin cavabdehlər razılıq verməmişlər. Bu səbəbdən də məcbur olub hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. İstəyirlər ki, məhkəmə onları mərhum qardaşları Qoşqardan qalan miras əmlaka – Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 103 ünvanında yerləşən 0.02 ha həyətyanı torpaq sahəsinə görə mərhum valideynlərinə düşən paya və mərhum valideynlərindən miras qalan, həmin ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşən miras payına qanun üzrə miras paylarını müəyyən etsin. Valideynləri sağ olmadığı üçün hesab edirlər ki, mərhum qardaşları Qoşqardan qalan miras əmlaka görə mərhum valideynlərinə düşəcək mirasdan pay almalıdırlar. Cavabdehlərlə aralarında belə bir razılıq olmadığı üçün məhkəməyə müraciət etmişlər. Odur ki, mərhum qardaşları X8 miras qalmış ünvan 3 ünvanda yerləşən, xx.xx.2023–cü ildə qeydə alınmış ********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə onların mərhum valideynlərinə düşəcək paylarının müəyyən olunması, mərhum X3 və mərhum anaları X4 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşəcək miras paylarının müəyyən olunması və 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-1912/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Allahyarov) iddia tələbi təmin edilməmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145–ci maddəsi). Mülki Məcəllənin 1146–cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Hazırkı mübahisədə evə münasibətdə miras qoyan valideynlər 1997–ci ildə və 2001–ci ildə vəfat etmişlər. Bununla da miras həmin tarixlərdən açılmış hesab olunur. İddiaçıların valideynləri 1997 və 2001–ci illərdə vəfat etdiyindən qətnamə Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 217.2–ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçıların ataları vəfat edən dövrdə Azərbaycan SSR–in 1964–cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, “valideynlərimizin və qardaşımızın vəfatından sonra biz iddiaçılar miras mülkdə yaşamaqla, miras mülki idarə etməklə mərhum valideynlərimizdən və qardaşımızdan qalan mirası cavabdehlərlə birlikdə qəbul etmişik. Biz də mərhum valideynlərimizdən qalan miras əmlakı həm faktiki, həm də rəsmi qaydada qəbul etməklə miras əmlaka qanun üzrə vərəsə tanınmışıq”. İddiaçılar mirasın açıldığı gündən ən gec 6 ay ərzində müvafiq notariat ofisinə miras əmlakı qəbul etməsi barədə ərizə ünvanlamalı idi (formal üsul) və ya miras əmlaka faktiki sahiblik edərək onu idarə etməli idi (qeyri–formal üsul). İşin mübahisəsiz halı odur ki, mirasın açıldığı tarixdən 6 aylıq müddət ərzində iddiaçılar tərəfindən miras əmlakı qəbul etməsinə dair hər hansı bir ərizə müvafiq notariat ofisinə ünvanlanmamışdır, yəni mirası qəbul etmək üçün müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfdən formal üsulla miras qəbul edilməmişdir. Qeyri–formal üsula nəzər saldıqda isə, iddiaçı tərəf hər nə qədər iddia ərizəsində faktiki olaraq miras əmlakları qəbul etdiklərini, idarə etdiklərini iddia etsə də, faktiki olaraq miras əmlakı qəbul etdiklərinə dair və ümumiyyətlə, öz iddialarını təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, hər iki Mülki Məcəllənin və qeyd olunan Təlimatın tələbinə görə iddiaçılar tərəfindən mirasın hansısa formada qəbul edilməsi hər hansı bir sübutla təsdiq edilmir. Baxmayaraq ki, bu halları sübut etmək yükü iddiaçıların üzərinə düşür, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı da, müəyyən olunmuşdur ki, iddiaçılardan İddiaçı4 daimi olaraq Sumqayıt şəhərində, İddiaçı2 Səttar qızı və X2 şəhərində, üçüncü şəxs X1 Respublikasında daimi qeydiyyatda olmaqla, yaşayırlar. İddiaçı1 isə Şəmkir rayonu Çinarlı qəsəbəsində qeydiyyatda olsa da Şəmkir rayonu AİK– nın xx.xx.1999–cu il tarixli qərarına əsasən onun və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsindəki evində yaşayır. Cavabdehlər isə mirası qəbul etmişlər. İddiaçılar və üçüncü şəxs İlqar Qarayev ailə qurduqları üçün başqa ünvana köçmüş, miras əmlakla əlaqələri kəsilmiş, həmçinin mirası faktiki qəbul edəcək hərəkətlər etməmiş, notariat orqanına ərizə verməmişlər. Bununla da, öz subyektiv vərəsəlik hüquqlarını həyata keçirməmişlər. İddiaçıların 28 ildən artıq bir müddətdə susmaları, yəni miras əmlakların cavabdehlərin və onların mərhum atasının mülkiyyətində olmasını bildikləri halda bu vaxta qədər vərəsəliyə dair hansısa mübahisə açmamaları da, hazırkı iddianın xoş niyyətlə irəli sürülmədiyinə dəlalət edir. Belə ki, iddiaçılar valideynlərinin, onlarla bir evdə yaşamış mərhum qardaşları Qoşqarın vəfat etdiyi tarixləri (mirasın açılmasını) bilmiş, lakin həmin vaxtdan sonra da miras əmlaka dair iddiaları olmamışdır.

18. Məhkəmə həmin nəticəyə gələrkən Mülki Məcəllənin 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1159.1.3, 1160, 1243.2, 1243.2, 1243.3, 1246, 1255, 1272, maddələrinə, 1964cü ildə qəbul edilmiş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 552-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

19. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-1912/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Səttar qızının və İddiaçı3 apellyasiya şikayəti verərək, Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-1912/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum X3 ilə anaları X13 1953-cü ildə faktiki ailə qurublar. Onların arasında olan nikah 24 mart 1961-ci ildə Çinarlı qəsəbə İcra Nümayəndəliyində rəsmi qeydə alınıb. Onların nikahından xx.xx.1954-cü il təvəllüdlü Kifayət, xx.xx.1956-cı il təvəllüdlü Dilarə, xx.xx.1959-cu il təvəllüdlü Sənubər, xx.xx.1961-ci il təvəllüdlü İlqar, xx.xx.1965-ci il təvəllüdlü Şahlar, xx.xx.1967-ci il təvəllüdlü Qoşqar adlı uşaqları doğulmuşdur. X5 xx.xx.1997-ciildə, anamız Hacıyeva (Qarayeva) Zərqələm Teymur qızı isə xx.xx.2001-ci ildə vəfat edib. Onlardan Şəmkir rayonun Çinarlı qəsəbəsində fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi miras qalmışdır. Qardaşları Qoşqar xx.xx.2012-ci ildə vəfat etmişdir. Cavabdehlər İlhamə onun həyat yoldaşı, Jalə və Zərqələm mərhum qardaşları Qoşqarın qızlarıdır. Valideynlərinin və qardaşlarının vəfatından sonra onlar miras mülkdə yaşamaqla, miras mülkü idarə etməklə mərhum valideynlərindən və qardaşlarından qalan mirası cavabdehlərlə birlikdə qəbul etmişlər. Onlar da mərhum valideynlərindən qalan miras əmlakı həm faktiki, həm də rəsmi qaydada qəbul etməklə miras əmlaka qanun üzrə vərəsə tanınmışlar. Mərhum qardaşlarından ünvan 5 ünvanda həyətyanı torpaq sahəsi, mərhum atalarından və analarından isə həm ev, həm də evin yerlədiyi həyətyanı torpaq sahəsi miras qalmışdır. Mərhum valideynlərimizdən qalan miras əmlakla bağlı mülkiyyət hüququna dair çıxarış əldə etmək üçün DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişlər, lakin DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsi miras əmlakla bağlı mərhum valideynlərinin adına çıxarış verməkdən imtina emişdir. Əsas olaraq göstərmişdir ki, təqdim etdikləri 468 inventar nömrəli texniki pasportda qeyd edilən fərdi yaşayış evinin bir hissəsinin də yerləşdiyi 0.06 ha torpaq sahəsi cavabdehlərin və mərhum qardaşları Qoşqarın mülkiyyətinə verilmişdir. Eyni zamanda qeyd olunan torpaq sahəsinin girişi və çıxışı Cavabdeh3 məxsus çıxışa aid hissədədir. Cavadehlərin qanunsuz hərəkətləri nəticəsində onlar mərhum valideynlərindən və mərhum qardaşlarından miras qalmış əmlakla bağlı mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırıb həmin əmlakla bağlı sərəncam verə bilmirlər. Məhkəmə isə iddialarını rədd etmişdir. Mərhum X3 və mərhum anaları X13 birgə nikah müddətində Şəmkir rayonunda fəaliyyət göstərmiş sabiq H.Aslanov adına sovxoz tərəfindən ayrılmış 0.27 ha həyətyan torpaq sahəsində 1959-cu ildə fərdi yaşayış evi inşa etmişdirlər. Texniki pasportda evin yerləşdiyi həyətyanı torpaq sahəsi faktiki olaraq 2280 ha göstərilmişdir. DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinin arayışında göstərilir ki, ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 119.7 kv.m olan, üç yaşayış otağından ibarət 1959-cu ildə inşa edilmiş fərdi yaşayış evinə dair X15 adına 02 noyabr 1987-cil tarixli, 468 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Onlar dəfələrlə DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edib mərhum valideynlərindən qalan miras əmlakın dövlət qeydiyyatına alınmasını xahiş etmişlər. DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsi miras mülkdə ölçmə işlərini aparsa da, həmin ölçmə işlərinin nəticəsi barədə onlara məlumat verməkdən imtina etmişdir. Bu səbəbdən də Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və onlara məlum olmuşdur ki, X9 miras qalan ünvan 6 ünvanda yerləşən 151.81 kv.mdək fərdi yaşayış evinin 50.42 kv.m-dək hissəsi xx.xx.2023-cü il qeydiyyat tarixli **********49 reyestr nömrəli çıxarışla Cavabdeh3, X16 və Cavabdeh2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin hüdudları daxilindədir. Bu isə onların hüquq və qanuni mənafelərinin pozulması deməkdir. Belə ki, ünvan 7 ünvanda yerləşən 0.02 ha həyətyanı torpaq sahəsinə görə mərhum valideynlərinə düşən paya və eyni zamanda məhrum valideynlərindən miras qalan, həmin ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşən miras paya qanun üzrə miras payı müəyyən edilməli idi. Həmçinin mərhum qardaşları Qoşqardan qalan miras əmlaka görə onlar mərhum valideynlərinə düşəcək mirasdan pay almalıdırlar. Lakin, məhkəmənin sözü gedən qətnaməsi onları bu hüquqlarından məhrum etmişdir. Eyni zamanda mərhum atalarının adına tərtib olunmuş texniki pasportda göstərilən fərdi yaşayış evi heç bir hüquqi əsas olmadan, tam olaraq cavabdeh X7 adına qeydə alınmışdır. Halbuki, həmin ev onların iddiaçıların valideynləri tərəfindən 1953-cü inşa olunmuşdur. Həmin vaxt Qoşqar heç anadan doğulmamışdır. Belə olan halda Səttar Qarayevin adına olan ev, Səttar Qarayevin birinci növbə vərəsələri olduğu halda necə Jalə Səttarzadənin adına qeydə alına bilərdi? Qeyd oluan xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış cavabdehlərin adına necə tərtib oluna bilərdi? Onlar iddia tələbində - Gəncə İnzibati Məhkəmədə və Şəmkir rayon Məhkəməsində olan iddia tələblərində 11 saylı Şəmkir Ərazi İdarəsi həmişə tərəf olmuş və cavabdehlərlə aralarında olan mübahisədən məlumatlı olmuşdur. Eyni zamanda dəfələrlə onlar 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və mərhum valideylərindən qalmış miras mülkün hüquqi qeydiyyata alınmasını xahiş etmişdik. Onlar da bizə hər dəfə rəsmi məktubla cavab vermişdilər ki, əmlakla bağlı mübahisə var. Buna görə də hüquqi qeydiyyata ala bilmirlər. Cavabdehlərin adına tərtib olunmuş Çıxarış məhkəmə iclasından bir neçə saat sistemə vurulduğundan, təbii ki, onlar məlumatlı olmamışdıq. Bu səbəbdən də, iddiaçılar məhkəmədən xahiş etmişlər ki, hazırkı məhkəmə prosesini təxirə salsın və onlar cavabdelər tərəfindən təqdim olunmuş çıxarışa münasibət bildirsinlər. Lakin, məhkəmə onlar haqlı vəsatətimizi təmin etmədi. Odur ki, məhkəmə qətnaməsindən narazıdırlar. Qətnamə həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişlər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyasında icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı4, X19, İddiaçı3 və üçüncü şəxs X19 nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda onlar iddia qaldırmışlar. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh Jalə Səttarzadənin adına olan çıxarışa istinad etmişdir. Əvvəlcə torpaq sahəsinə dair çıxarışı olmuşdur, daha sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri fərdi yaşayış evinə dair Cavabdeh2 çıxarış vermişdir. Fərdi yaşayış evi 1987-ci ildə texniki pasport əsasında Səttar Qarayevə verilmişdir. Həmin dövrdə torpaq islahatı gedən vaxt torpaq şəhadətnaməsi cavabdehlərin ailəsinə verilmişdir. Həmin torpaq şəhadətnaməsində torpağın üzərində ev qeyd olunmamışdır. Daha sonra həmin şəhadətnamə əsasında çıxarış alınmışdır. Qoşqarın ailəsi vərəsəlik yolu ilə onun payını ələ keçirmişdir və 2023-cü ildə 6 sot torpaq sahəsinə dair çıxarış verilmişdir. 2025-ci ildə, məhkəmə icraatı zamanı artıq fərdi yaşayış evinə də cavabdehlər üçün çıxarış verilmişdir. Hansı ki, o fərdi yaşayış evi texniki pasportla Səttar Qarayevə məxsusdur. Onlar torpaq sahəsini deyil, cavabdeh Jalə Səttarzadənin adına olan çıxarışı mübahisələndirmişlər. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin vergisi İddiaçı1in öhdəliyində olmuşdur. Çünki həmin torpaq sahəsini İddiaçı1 idarə etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir, mərhum qardaşı Qoşqara və onun ailəsinə o, baxmışdır.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X24 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, bibiləri, xüsusilə də Kifayət bibisi onlarla daimi yaşamamışdır. Bibiləri sadəcə onlara gəlib getmişlər. Nənəsinin xəstə olduğu zamanlarda Kifayət bibisi bir müddət onlarla yaşayaraq, anası ilə bərabər nənəsinə baxmışdır. Sonra Kifayət bibisi öz evində yaşamışdır. Kifayət bibisinin nənəsinin xəstə olduğu vaxtlarda onlarda olması yadındadır. Kifayət bibisinin təxminən 1 il onlarla yaşamışdır. Babası öldükdən dərhal sonra nənəsi xəstələnməmişdir. Nənəsi həm şəkər xəstəsi idi, həm də mədəsində problem olmuşdur. Nənəsi ölməmişdən əvvəl 6-7 ay xəstə olaraq yatmışdır. Kifayət bibisi həmin ərəfədə gəlib nənəsinin yanında qalmışdır.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.

26. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı4 izahat verib bildirmişdir ki, atası X22r. O, xx.xx.1997-ci ildə vəfat etmişdir. Anası isə X10r. Anası xx.xx.2001-ci ildə vəfat etmişdir. Qardaşı Qoşqar isə 2012-ci ildə rəhmətə getmişdir. Atasının oğulları-İddiaçı1, Qoşqar Qarayev, İlqar Qarayev, qız övladları isə İddiaçı4, İddiaçı3 və İddiaçı2 olmuşdur. Atası Səttar rəhmətə getdikdən sonra ondan fərdi yaşayış evi qalmışdır. İddiaçı1 1965-ci ildə anadan olmuşdur. İlqar 1963-cü il, Kİfayət 1953-cü il, Sənubər 1959-cu il, Dilarə 1956cı il, Qoşqar isə 1967-ci il təvəllüddür. 1997-ci ildə, yəni atası rəhmətə getdikdən sonra həmin evdə balaca qardaşı Qoşqar ailəsi ilə birgə yaşayırdı. O isə anası xəstə olduğu üçün yanında qalmışdır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, 1974-cü ildə ailə həyatı qurmuş, ailə qurduqdan sonra Sumqayıt şəhərinə köçmüşdür. Amma anası xəstə olduğu üçün daimi onun evində yaşamışdır. Şahlar Çinarlı qəsəbəsində özünə məxsus evdə yaşamışdır. İlqar Gəncə şəhərində öz evində yaşamışdır. Sənubər və Dilarə də, Gəncədə yaşamışdır. O, mübahisəli fərdi yaşayış evində 1997-ci ildən uzun müddət yaşamışdır. 1975-ci ildən Sumqayıt şəhərində fabrikdə işləmişdır. İşdən nə vaxt çıxmasını dəqiq xatırlamır, lakin, atası ölməmişdən əvvəl işdən çıxmışdır. Qızı Könül 1975-ci ildə, oğulları Musa 1978-ci ildə, Anar isə 1981-ci ildə anadan olmuşdur. Atası öləndə o, öz evində deyil, mübahisəli fərdi yaşayış evində olmuşdur. Həmin vaxt qardaşının uşağı hələ anadan olmamışdır. O, atası ölməmişdən əvvəl orada olmuşdur. Qardaşı 1992-ci ildə evlənmişdir. Qayınanası və baldızı Sumqayıtda onlarla qalmışdır. Ona görə də uşaqlarını onların yanında qoyub, 1992-ci ildə ata evinə gəlmişdir. Şəmkirdə xəstəxanada o, yalnız müalicə olunmuşdur. O, 2009-cu ilə qədər mübahisəli fərdi yaşayış evində yaşamışdır. Bəzən isə qızının evində də qalmışdır. Qızı 1995-ci ildə evlənib, Çinarlı kəndinin yaxınlığında yerləşən kəndə köçmüşdür. O, həyat yoldaşı ilə ayrılmamışdır. O, 1995-ci ildə qızı ilə bərabər Şəmkirə, ata evinə gəlmişdir. O, dəqiq olaraq 1997-ci ilin may ayında qayıdıb ata evinə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

27. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı3 izahat verib bildirmişdir ki, onlar ailə siyahısına yalnız qardaşının ailəsinin daxil edildiyi barədə məlumat alandan sonra məhkəməyə müraciət etmişlər. O, Gəncə şəhərində yaşayır. Onlar dəfələrlə ata evlərinə gedib gəlmişlər. Qarşı tərəf saxta sənədlər tərtib edərək, öz adlarına çıxarış almışlar. O, təxminən 40 ildir ki, Gəncə şəhərində yaşayır. Ata evlərinə öz evləri kimi gedib-gəmişlər. Ona görə, həmin vaxt iddia qaldırmamışlar. Qardaşının bütün yas mərasimlərində iştirak etmişdir. Qardaşı öldükdən sonra da, həmin evə gedib gəlmişlər. Daha sonra onların saxta sənəd hazırladıqlarını biləndə narazlıqları olmuşdur. Mübahisəli evə tez-tez, ildə təxminən 5-6 dəfə gedib gəlirmişlər. Təxminən son 5-6 ildir ki, o, artıq həmin evə getmir. Həmin evdə hazırda qardaşının həyat yoldaşı və qızı yaşayır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

28. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəflərə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən məhkəməyə gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsi:

29. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

30. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.

31. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

32. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

33. Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər. Bundan başqa, qanunvericilik vərəsənin üzürlü səbəblərdən mirası vaxtında qəbul etməməsi halında müddətin uzadılmasına yol verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

34. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

35. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

36. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

37. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

38. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

39. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

40. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar

41. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

42. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

43. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

44. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

45. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

51. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

52. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

53. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin e-2(076)-1912/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Səttar qızı və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin e-2(076)-1912/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. İşin halları ilə müəyyən olunur ki, X25 ilə X13 1953–cü ildə faktiki ailə qurmuş, xx.xx.1961–ci ildə aralarındakı nikahı Çinarlı qəsəbə nümayəndəliyində rəsmi qeydə aldırmışlar. Onların nikahından 6 uşaqları İddiaçı4–xx.xx.1954, İddiaçı2 Səttar qızı– xx.xx.1956, X21–xx.xx.1959, X32–xx.xx.1961, İddiaçı1–xx.xx.1965, X28–xx.xx.1967 doğulmuşdur. X25 xx.xx.1997–ci ildə, X13 xx.xx.2001–ci ildə vəfat etmişdir. Onlardan Şəmkir rayonu, Çinarlı qəsəbəsində fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Onların vəfatından sonra miras əmlaka Qoşqar Qarayev sahiblik etməklə mirası faktiki qəbul etmişdir. X29 xx.xx.2012–ci ildə vəfat etmiş, onun vəfatından sonra isə miras əmlakı onun arvadı İlhamə Qaraeyva və qızları Səttarzadə Jalə və Cavabdeh1 idarə və sahiblik etməklə faktiki qəbul etmişdir. Bundan sonra ********** qeydiyyat nömrəli, xx.xx.2023–cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh3, X7 və X16 ümumi birgə payı olaraq xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X7 adına verilmiş, **********49 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2025–ci il, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 4/9 hissəsi Cavabdeh3, 4/9 hissəsi X7, 1/9 hissəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İddiaçılar isə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

58. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçıların tələbi iki hisəsədən ibarətdir. Birincisi mərhum valideynləri X25 və X4 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşəcək miras paylarının müəyyən olunması, ikincisi mərhum qardaşları X9 miras qalmış ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin 1/3 hissəsinə onların mərhum valideynlərinə düşəcək paylarının müəyyən olunmasından.

59. Qeyd olunmalıdır ki, vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəlik miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə açılır. Miras qoyan X25 xx.xx.1997–ci ildə, X13 xx.xx.2001–ci ildə vəfat etmişdir. Buna görə də, X9 miras qalmış əmlaka münasibətdə 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin normaları, X4 və X11 miras qalmış əmlaka münasibətdə isə 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.

60. Məhkəmə kollegiyası iddia tələbinin iddiaçıların mərhum valideynləri X25 və X4 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşəcək miras paylarının müəyyən olunması hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 məhkəmə iclasında iştirak edən zaman verdiyi izahatında 40 ildir Gəncə şəhərində yaşadığını, ildə təxmini 5-6 dəfə mübahisəli evə gedib gəldiyini bildirmişdir. İddiaçı4 isə atası ölməmişdən əvvəl mübahisəli 2009-cu ilə qədər mübahisəli fərdi yaşayış evində yaşadığını bildirmişdir. İddiaçı1 qardaşı Qoşqarın imkanı olmadığını, onun, həmçinin atasından və anasından miras qalmış evlə və həyatyanı torpaq sahəsi ilə bağlı bütün xərcləri onun çəkdiyini bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Lakin, iş materialları ilə İddiaçı3 valideynlərindən miras əmlakı nə formal üsulla, nə də faktiki olaraq qəbul etməsi öz təsdiqini tapmamışdır. Bir il ərzində 5-6 dəfə mübahisəli evə gedib gəlmək miras əmlakın faktiki qəbulu kimi qiymətləndirilə bilməz. İddiaçı1 qardaşı Qoşqarın imkanı olmadığını, onun, həmçinin atasından və anasından miras qalmış evlə və həyatyanı torpaq sahəsi ilə bağlı bütün xərcləri onun çəkdiyini, İddiaçı4 isə atası ölməmişdən əvvəl mübahisəli fərdi yaşayış evə qayıtdığını və 2009-cu ilə qədər yaşadığını, bununla da, mirası qəbul etdiyini bildirsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər.

61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları).

62. Göründüyü kimi mirasın qəbul edilməsi vərəsənin iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.

63. Məhkəmə kollegiyası nəzərə alır ki, əgər iddiaçıların mirası qəbul etmək kimi niyyəti var idisə, notariat ofisinə mirasın qəbulu barədə ərizə vermək imkanına da sahib olmuşdur. Lakin, işdən göründüyü kimi iddiaçılar bu hərəkəti də yerinə yetirməmişlər. Həmçinin, iddiaçıların vərəsə qismində əmlaka sahiblik etməklə və (ya) əmlakı idarə etməklə mirası qəbul etməsi, yəni miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün hərəkətlərin icra edilərək bariz şəkildə nümayiş etdirilməsi, dolayısıyla onun miras aktivini və miras passivini qəbul etməsi, yaxud mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməsi və ya həmin müddət ərzində vərəsəlik hüququnun realizəsi üçün notariat ofisinə üzrlü səbəblərdən müraciət edə bilməməsi müəyyən edilmir.

64. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıların miras qoyan Səttar Qarayev və Zərqələm Hacıyevanın vəfatından sonra onların qanun üzrə vərəsəsi miras əmlaka sahiblənməklə və notariat orqanına müraciət etməklə həmin qanuni, həm də faktiki yolla qəbul etmişdir. İddiaçıları isə miras əmlakı nə qanuni əsaslarla, nə də faktiki sahiblik etməklə qəbul etmələri müəyyən olunmamışdır.

65. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, miras qoyan X15 və X6 qanun üzrə birinci növbəli vərəsəsi Qoşqar Qarayev mərhum valideynlərinin ölümündən sonra mirasa həm faktiki sahiblik edib idarə etməklə mirası qəbul etdiyini nümayiş etdirmişdir.

66. Məhkəmə kollegiyası iddiaçıların mərhum qardaşları Qoşqardan qalan miras əmlaka görə onlar mərhum valideynlərinə düşəcək mirasdan pay almalı olmaları ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X25 xx.xx.1997–ci ildə, X13 xx.xx.2001–ci ildə, Qoşqar Qaryev isə xx.xx.2012-ci ildə vəfat etmişdir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən, düzünə xətt üzrə qohumluq bağı olan nəvə, nəticə və uşaqların mirasqoyandan əvvəl ölmüş vərəsə - valideynin yerinə keçməsi qaydası birinci dərəcə vərəsələrə münasibətdə bütün hallara şamil edilə bilməz, çünki, qanunverici 1159.1.3-cü maddədə “sonuncular”, habelə, “mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” ifadəsi işlədərkən “sonuncular” və “valideyn” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutmuşdur. Digər birinci dərəcəli vərəsələrin (arvad, ata, ana) mirasqoyandan əvvəl öldüyü hallar bu qaydada istisnalıq təşkil etmişdir. Belə ki, mirasqoyanın arvadının (ərinin) başqa nikahdan olan övladının mirasqoyanla qohumluğu olmadığı halda, həmin övlad 1159.1-ci maddədə nəzərdə tutulan “valideynin” yerinə keçə bilməz. O cümlədən, mirasqoyanın yüksələn xətt üzrə qohumlarına - valideynlərinə münasibətdə də bu qayda tətbiq edilə bilməz, bu zaman qanun üzrə vərəsəliyin qohumluq dərəcələri ilə müəyyən edilmiş ardıcıllığı pozula bilər, çünki qanun, miras qoyanın bacı-qardaşlarını ikinci dərəcə vərəsəlik qrupunda müəyyənləşdirmişdir. Göstərilənlərin əksi qanun üzrə vərəsəlik hüququnun təməl prinsiplərinə zidd olmaqla, qanun üzrə vərəsələrin dairəsinin qeyri-məhdud olması ilə nəticələnə, vərəsələrin və vərəsəlik paylarının müəyyən edilməsi, miras qoyanın öhdəliklərinə görə məsuliyyət, sonrakı növbəyə aid olan qohumların ardıcıllığının müəyyən edilməsi və s. hallar baxımından ciddi qarışıqlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb ola bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, 1159.1.3-cü maddədə “sonuncular”, habelə, “mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” ifadəsi işlədərkən “sonuncular” və “valideyn” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutduğundan X11 miras qalmış əmlaka münasibətdə iddiaçılar miras açılan vaxt ölmüş olan valideymlərinin yerinə mirasa dəvət edilə bilməzlər və bu baxımdan iddia tələbinin həmin hissəsi əsassız olduğundan təmin edilməməlidir.

67. Digər tərəfdən iddiaçılar apellyasiya şikayətində həmçinin mərhum qardaşları Qoşqar Qarayevdən miras qalmış əmlaka faktiki sahiblik etməklə miras əmlaka vərəsə kimi tanındıqlarını bildirsələr də bununla bağlı kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanun üzrə vərəsəliklə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Qanun üzrə vərəsələr vərəsəliyə müəyyən olunmuş növbə qaydasında ardıcıllıqla çağırılırlar. Bu zaman vərəsənin miras qoyanla yaxın qohumluq faktı əsas meyar kimi nəzərdə tutulmuş və vərəsələrin ayrı-ayrı qruplarının miras qoyana yaxınlıq dərəcəsi ilə uyğunlaşdırılmışdır. Belə ki, bu dairə müəyyən edilərkən, ilk növbədə, ailə üzvlüyü, sonra yaxın qohumluq, daha sonra isə qohumluq amilləri ardıcıllıqla nəzərə alınmışdır. Beləliklə, qanunda miras qoyana yaxınlığı baxımından qohumlar arasında beş növbə üzrə vərəsəliyin təsbiti yalnız əvvəlki növbənin vərəsələrinin olmaması halında sonrakı növbənin vərəsələrinin mirası qəbul etmək imkanını, başqa sözlə qohumlar arasında mirasa yiyələnməkdə miras qoyana yaxınlığı baxımından ardıcıllığı tənzimləyir. Hazırki iş üzrə isə mərhum Qoşqar Qarayevin birinci növbə vərəsələri, yəni övladları Jalə Qarayeva, Cavabdeh1 və arvadı Cavabdeh3 olmuşdur ki, bununla da sonrakı növbənin vərəsəliyi istisna edilmişdir.

68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin e-2(076)-1912/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Səttar qızı və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-1912/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar