Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1861/2023 29.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə və Daşkəsən rayonu Bayan Kənd ümumi orta məktəbinə qarşı mülki iş üzrə Açar söz: işə bərpa və məcburi iş buraxdığı iş günləri üzrə əmək haqqı tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1861/2*23 saylı mülki iş üzrə 28 aprel 2*23-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 avqust 2*23cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mülki işin materiallarında olan Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində tarix müəllimi vəzifəsinə qəbul edilmişdir.
2. İşdə olan İddiaçı məxsus **19539 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15 avqust 2**1-ci ildə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində tarix müəllimi və *1.*9.2**6-cı il tarixdə ehtiyaca görə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində direktor müavini vəzifəsinə təyin edilmiş, 15.*9.2*16-cı il tarixdə sinif komplektlərinin sayı azaldığı üçün direktor müavini vəzifəsindən azad edilmişdir.
3. İşdə olan Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinin əmr kitabından çıxarışdan görünür ki, ilə İddiaçı arasında bağlanmış *1 sentyabr 2**1-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Qurbanov X2 rayonu Bayan kənd ümumi orta məktəbinin 15 sentyabr 2*16-cı il tarixli *3 nömrəli əmrinə əsasən həmin məktəbin dərs hissə müdiri vəzifəsindən azad edilmişdir.
4. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 noyabr 2*21-ci il tarixli *9*9-1648/1* nömrəli məktubunun surətindən görünür ki, 2*15-2*16-cı tədris ili üzrə İddiaçı *,5 ştat vahidi ilə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2*16-2*17-cı tədris ili üzrə sinif komplektlərinin sayı azaldığı üçün ştat ixtisara düşmüş, sinif komplekti artmadığı üçün 2*18-2*19-cu tədris ili üçün tədris işləri üzrə direktor müavini ştatı olmamışdır. 2*19-2*2*-ci tədris ilində sinif komplektlərinin sayı artdığından *,5 ştat vahidi tədris işləri üzrə direktor müavini ştatı açılmış və X3 həmin vəzifəyə təyin edilmişdir. Məktəb direktorunun *3.*2.2*2*-ci il tarixli 1** nömrəli əmrinə əsasən O.Hüseynov tutduğu vəzifədən azad edilmişdir. 12.*2.2*2*-ci il tarixindən etibarən məktəbin ibtidai sinif müəllimi X1 tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.
5. İşdə olan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış *1 iyul 2*22-ci il tarixli D-6367/*1 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə daxil olmuş, Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində direktor müavini vəzifəsinə bərpa edilməsi ilə bağlı İddiaçı müraciətinə baxılmışdır. Hazırda Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində direktor müavini vəzifəsi üzrə vakansiya mövcud deyildir.
6. İşdə olan Gəncə İnzibati Məhkəməsinin 24 may 2*22-ci il tarixli 2-1(114)- 1752/2*22 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxs Daşkəsən rayon Təhsil Şöbəsi) qarşı «tədris işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması» tələbinə dair iddiası mümkün sayılmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinə və Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinə qarşı Daşkəsən rayon Bayan kənd ümumi məktəbində təlim tərbiyə və tədris işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxdığı iş saatları üzrə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2**4-cü ildən 2*16-cı ilədək Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə *,5 vahid olmaqla, direktor müavini vəzifəsini icra etmişdir. 2*16-cı ildə sinif komplektinin sayının azalması səbəbindən həmin ştat vahidi ləğv edilmiş və icra etdiyi vəzifə ixtisara düşmüşdür. Bundan sonra o, həmin məktəbdə tarix müəllimi kimi çalışmağa davam etmişdir. 2*19-cu ildə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsi bərpa edilmiş, lakin o, əvvəllər icra etdiyi həmin vəzifəyə qaytarılmamışdır. Buna görə də o, vəzifəyə qaytarılması ilə bağlı qanunla müəyyən olunmuş müddətdə və qaydada həmin vaxt fəaliyyət göstərmiş Daşkəsən rayon Təhsil Şöbəsinə, daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinə və nəhayət məhkəməyə müraciət etmişdir. O, ilk dəfə *5 may 2*22-ci il tarixdə işə bərpa tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, lakin onun iddiası mümkün hesab edilməmişdir. 2*16-cı ildə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə *,5 vahidin istixara düşməsi ilə əlaqədar vəzifədən azad edilməsinə dair əmr qəbul edilərkən qanunun tələbi pozulmamışdır. Lakin o, hesab edir ki, yenidən bərpa edilmiş *,5 ştat vahidi olan Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməli və məcburi buraxılmış iş müddəti üzrə əmək haqqı ona ödənilməlidir.
9. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Bayan kənd ümumi məktəbində tədris və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxdığı iş saatları üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1*. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1861/2*23 saylı mülki iş üzrə 28 aprel 2*23-cü il tarixli qətnaməsi ilə (hakim C.Quliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1861/2*23 saylı mülki iş üzrə 28 aprel 2*23-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəməyə işin hallarını düzgün araşdırmadan, onun pozulmuş hüquqlarını bərpa etməmiş və natamam qətnamə çıxarımışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. .
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 2(125)-1861/2*23 saylı mülki iş üzrə 28 aprel 2*23-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
16. Maddə 11. 1-ci və 2-ci bəndləri. İşəgötürənin aşağıdakı hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; 2-ci bənd. işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.
17. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
18. Maddə.288. Əmək mübahisəsi dedikdə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; məzuniyyət hüququnun həyata keçirilməsi; intizam tənbehi verilməsi; əməyin mühafizəsinin təşkili və təmin edilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi başa düşülür. ; Ümumi təhsil haqqında Azərbaycan Respublikası Qanunu
19. Maddə.1. 1.*.1. ümumi təhsil-təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsidir. -1.*.2. ümumi təhsil müəssisəsi– ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu təhsil müəssisəsidir. -1.*.31 pedaqoji fəaliyyət–təhsilalanların bilik və bacarıqlara yiyələnməsinə, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər ruhunda tərbiyəsinə, şəxsiyyət kimi formalaşmasına yönəlmiş fəaliyyətdir. 2*. Maddə.13. ümumi təhsilin mahiyyəti və məqsədlərindən biri kimi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, xalqının adət və ənənələrinə, insan hüquqları və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək nəzərdə tutulmuşdur. 21 Maddə 2*.2. Dövlət ümumi təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilmiş dövlət ümumi təhsil müəssisəsinin rəhbəri həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 24 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
26. Maddə 384.*.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 27.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 3*. Birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində 2*16-2*17-ci tədris ili üzrə sinif komplektlərinin sayı azaldığı üçün həmin məktəbdə direktor müavini ştatı ixtisara düşmüş, bununla əlaqədar İddiaçı ilə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbi arasında direktor müavini vəzifəsinə dair əmək münasibətləri 15.*9.2*16-cı il tarixdə başa çatmış və sinif komplekti artmadığı üçün 2*18-2*19-cu tədris ili üçün həmin ştat olmamışdır. 2*19- 2*2*-ci tədris ilində sinif komplektlərinin sayı artdığından *,5 ştat vahidi tədris işləri üzrə direktor müavini ştatı açılmış və həmin vəzifəyə yenidən qəbul həyata keçirilmişdir. Hazırki iddia ərizəsində isə İddiaçı oğlu sinif komplektlərinin sayı azaldığı üçün direktor müavini vəzifəsindən azad edilməsi barədə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinin 15.*9.2*16-cı il tarixli *3 nömrəli əmrinin qanuniliyini mübahisələndirməmiş və həmçinin onun ləğv olunmasını deyil, yalnız əvvəlki vəzifəsinə bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Halbuki, bərpa olunma əvvəlki münasibətlərin kəsildiyi yerdən (hazırki halda 15.*9.2*16-cı ildən) davamı, işə qəbul və ya vəzifəyə qəbul isə artıq yeni əmək münasibətlərin yaranmasıdır. Belə olan halda isə İddiaçı iddia tələbi özünün göstərdiyi kimi «işə bərpa tələbi» adlandırılsa da, əsas məzmunu «işə bərpa» deyil, «işə qəbul», yaxud «vəzifəyə qəbul»dur. «İşə qəbul» və ya «vəzifəyə qəbul» isə qanunla müəyyənləşdirillən, qanunda müəyyənləşdirilmədiyi halda isə işəgötürənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər iki halda, yəni qeyd olunanlardan hansı subyektin (qanunverici, yaxud işəgötürən) işə qəbul (vəzifəyə qəbul) tələblərini müəyyənləşdirilməsindən asılı olmayaraq, işəgötürənin işə (vəzifəyə) qəbuldan imtinaya dair qərarını qanunsuz hesab etdiyi halda işə (vəzifəyə) iddia edən şəxs həmin qərarın qanuniliyini bu və ya digər qaydada mübahisələndirə bilər. Hazırki halda isə İddiaçı Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində direktor müavini vəzifəsinə qəbul olunmasına dair işəgötürənə müraciət etməmiş və bununla əlaqədar onun işə (vəzifəyə) qəbul tələbindən imtina olunmamış, habelə İddiaçı işəgötürənin həmin hərəkətlərini məhkəmədə mübahisələndirməmişdir 31.Kollegiya hesab edir ki, irəli sürülən iddianı təmin etməyərkən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
32. Belə ki, işə apellyasiya instansiyasında baxılarkən müəyyən edilmişdir ki, İddiaçı 2**4-cü ildən Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra etmiş və 2*16-cı ildə sinif komplektinin sayının azalması səbəbindən həmin ştat vahidi ləğv edilmiş və icra etdiyi vəzifə ixtisara düşmüşdür. Hazırda İddiaçı əvvəlki- direktor müavini vəzifəsinə bərpa olunmasını məhkəmədən xahiş edir.
33. Artıq yuxarıda qeyd edildiyi kimi, Ümumi təhsil haqqında Azərbaycan Respublikası Qanunun 2*.2-ci maddəsinə əsasən Dövlət ümumi təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilmiş dövlət ümumi təhsil müəssisəsinin rəhbəri həyata keçirir.
34. Qeyd edilən Qanun normasının mətn və məzmunundan müəyyən edildiyi kimi, məktəbin fəaliyyətinə rəhbərlik Məktəbin direktoru tərəfindən həyata keçirilir və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə görə məktəbin işəgötürəni səlahiyyətləri məktəbin direktoruna aiddir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək və bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır
35. Göründüyü kimi, İddiaçı Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində direktor müavini vəzifəsinə təyin edilib edilməməsi məsələləri həmin məktəbin direktorunun səlahiyyətlərinə aid olan bir məsələdir və Əmək Məcəlləsinin 11-ci maddəsinin tələblərinə əsasən, işəgötürənin qnunla nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə və qanunla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir.
36. Bütün yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.*.1, 392, 393, 4*2, 4*3, 4*4 və 4*5-4*6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1861/2*23 saylı mülki iş üzrə 28 aprel 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.