Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1862/2024 19.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X2 ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2981/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şəmkir Rayon Mədəniyyət Mərkəzinə (üçüncü şəxs X1 İdarəsi) qarşı “əmrin ləğvi, işə bərpası olunması və əmək haqqı tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2981/2024 saylı qərardadı ilə (hakim H.Məhəmmədi) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardadından narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2981 saylı qərardadını ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o məhkəməyə cavabdeh Şəmkir rayon Mədəniyyət Mərkəzinə qarşı xx.xx.2024–cü il tarixli 28 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma günləri üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi Şəmkir Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərardadı ilə “cavabdeh kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi göstərilməklə iddia ərizəsi ərazi aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yerləşdiyi yerin məhkəməsinə verilmədiyindən, qeyd edilərək geri qaytarılmışdır. O, məhkəmənin həmin qərardadından narazıdır. Belə ki, o, X1 İdarəsi Şəmkir Rayon Mədəniyyət Mərkəzi, Şəmkir rayonu Çinarlı qəsəbə Mədəniyyət evində 9 il metodist işləmiş və Şəmkir Rayon Mədəniyyət Mərkəzinin müdiri Turan Musayevin xx.xx.2024-cü il tarixli 28 saylı əmri ilə işdən azad etmişdir.Şəmkir Rayon Mədəniyyət Mərkəzi X1 İdarəsinin tabeliyində qurum olsa da, özü mülki prosessual fəaliyyət qabiliyyətinə malik dövlət qurumudur və bu baxımdan hazırki iddiaya cavab verməli olan şəxsdir. Lakin, onun iddia ərizəsi əsassız olaraq geri qaytarılmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2981/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Şəmkir Rayon Mədəniyyət Mərkəzinə (üçüncü şəxs X1 İdarəsi) işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında şikayətini müdafiə edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2981/2024 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2981/2024 saylı qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(076)-2981/2024 saylı qərardadından verdiyi şikayətə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində cavabdehin adını Şəmkir Rayon Mədəniyyət Mərkəzi göstərmişdir. Şəmkir Rayon Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Regional İdarəsi olan X1 İdarəsinə tabe təşkilatıdır. Bu səbəbdən də, cavabdeh kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi göstərilməklə, iddia ərizəsi ərazi aidiyyatı üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yerləşdiyi yerin məhkəməsinə verilməlidir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır. Belə ki, işin materialları ilə müəyyən olunur ki, İddiaçı Şəmkir rayon Mədəniyyıət və Turizm şöbəsinin xx.xx.2016-cı ol tarixli əmri ilə işə qəbul edilmiş və X3 müdiri Turan Musayevun 03 iyun 2024-cü il tarixli 28 saylı əmri ilə işdən azad etmişdir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh X6 işçini işə götürmək və işdən azad etmək səlahiyyətlərinə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarında qeyd edilir ki, mülki hüquq münasibətlərində hüquqi şəxs hər hansı müqavilənin bərabər hüquqlu subyekti olaraq istənilən tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən qismində çıxış edir. Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir...Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir.Lakin əmək qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxsin təsdiq etdiyi əsasnamə, habelə verdiyi etibarnamə əsasında hüquqi şəxsin struktur bölmələrinin əmək hüquq münasibətlərinin tərəfi qismində çıxış etmək imkanının olduğu nəzərə alınaraq və belə hallarda əmək hüquq münasibətlərinin faktiki tərəfləri arasında yaranmış mübahisənin daha səmərəli həlli baxımından hüquqi şəxsin struktur bölməsinin təmsilçilik (hüquqi şəxsin təsdiqlədiyi əsasnamə, verdiyi etibarnamə) əsasında məhkəmədə hüquqi şəxsin adından çıxış etməsi məqsədəmüvafiq olardı. Birinci instansiya məhkəməsi cavabdeh X3 işçini işə götürmək və işdən azad etmək səlahiyyətlərinə malik olmasını nəzərə almamış, həmçinin onun işə götürən kimi çıxış etməsini müəyyən edən hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamənin mövcud olub-olmamasını araşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsində müəyyən olunmuş səlahiyyətə və yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2981/2024 saylı qərardadı qismənşikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2981/2024 saylı qərardadından verdiyi şikayətə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə işə baxarkən, yuxarıda qeyd edilən halları araşdırmalı və qanunu qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2981/2024 saylı qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin və İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2981/2024 saylı qərardadından verdiyi şikayətə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1862/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1862/2024
19.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver