Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1876/2024 31.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1149/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin həmin ərazidən çıxarılması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin keçdiyini nəzərə alaraq xx.xx.2022-ci il tarixdən hesablanmaqla həmin işıq dirəklərinin çıxarılacağı günədək hər ay ona 150 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1149/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim M.Nəiftəliyev) iddia qismən təmin edilmiş, Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin həmin ərazidən çıxarılması öhdəliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, iddianın Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin keçdiyini nəzərə alaraq xx.xx.2022-ci il tarixdən hesablanmaqla həmin işıq dirəklərinin çıxarılacağı günədək hər ay ona 150 manat kompensasiyanın ödənilməsi öhdəliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması tələbinə dair hissəsinin rədd edilməsi qıt edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1149/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, müvafiq sənədlərdən görünür ki, iddiaçının sonradan həyətyanı sahəsinə salınmış və həmin sahədən keçən elektrik xətti 1969-cu ildə çəkilmişdir. Həmçinin iddiaçının mübahisələndirdiyi həmin sahə gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonasıdır. Həmin ərazidə, yəni, elektrik şəbəkəsinin yerini dəyişmək mülkiyyətçi və yaxud istismarçı ilə razılaşdırılmalıdır. Bu əsasda layihə-smeta sənədləri hazırlanmış və həmin sənədlər iddiaçıya təqdim olunmuşdur. Həm də, bu iş üzrə ərazi aidiyyəti qaydaları pozulmuşdur. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirakı etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun dəlilləri ilə eyni məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, iddiaçıya torpaq sahəsi verilərkən, həmin elektrik dirəyi mövcud idi və torpaq sahəsinin qərb tərəfindən keçən 10 kv-luq elektrik hava xəttinin qorunma zolağına mülkiyyətdə olan torpaq sahəsinin 653,3 kv.metr hissəsinə düşür. İddiaçı özü torpaq sahəsini alarkən, bu şəkildə qəbul etmişdir. İddiaçının torpaq sahəsinin barısı elektrik xəttinin altında olduğundan, yaxın məsafədə əkdiyi ağacın budaqları elektrik xəttinə maneəçilik yaradır. Apellyasiya şikayətinin təmin edilməsini, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1149/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1149/2024 nömrəli qətnaməsi qismən, iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, "xxxx" ASC apellyasiya şikayətinin dəlillərində Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1149/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində apellyasiya şikayətinin dəlillərində qətnaməsini iddianın qismən təmin olunmuş hissəsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Torpağın mülkiyyətə verilməsinə dair JN 217 A kod 60909058 olan şəhadətnamənin və texniki pasportun surətindən görünür ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı, X4, X5, X7 və X2 mülkiyyətinə Ağdam rayonunu Mahrızlı kəndində 0,33 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin qərb tərəfindən keçən 10 kv-luq elektrik hava xəttinin qorunma zolağına mülkiyyətdə olan torpaq sahəsinin 653,3 kv.metr hissəsinə düşür. "xxxx" ASC-nin İddiaçı və digərlərinə ünvanladığı xx.xx.2023-cü il tarixli 13-13/2-2/16-Kol- 6629-5/2023 saylı və xx.xx.2023-cü il tarixli 13-13/2-2/06-V-1669-5/2023 saylı məktubların surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 17-ci bəndinə əsasən, elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq öz vəsaiti hesabına görməlidirlər. «ASAN Kommunal» Mərkəzi vasitəsi ilə "xxxx" ASC-yə ünvanlanan ərizədə iddiaçılara məxsus torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsini iddiaçılar tərəfindən etiraf edilmiş və həmin dayaqların iddiaçıların şəxsi hesabına ərazidən çıxarılması ilə bağlı müraciətinin icra edilməsi məqsədi ilə yekun dəyəri 1759,66 manat olan smeta dəyəri tərtib edilərək iddiaçılara təqdim edilmişdir. Yekun smeta dəyəri ödənildikdən sonra iddiaçıların müraciətinin icrasının təmin ediləcəyi bildirilmişdir. X12 Təchizatı və Satışı idarəsi X3 məhkəmə kollegiyasına ünvanlanmış 25 sentyabr 2024-cü il tarixli, 21/744 saylı arayışından görünür ki, Ağdam rayon Mahrızlı kənd sakini İddiaçı Kamaal oğlunun həyətyanı sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, həyətdən keçən elektrik xətti 1969-cu ildə çəkilmişdir.Həmin elektrik xətti vətəndaş tərəfindən həyətyanı sahəsinə salınmışdır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı, X4, X5, X7 və X2 mülkiyyətinə Ağdam rayonunu Mahrızlı kəndində 0,33 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus iki ədəd elektrik dirəyi basdırılmışdır. Torpaq sahəsinin qərb tərəfindən keçən 10 kv-luq elektrik hava xəttinin qorunma zolağına mülkiyyətdə olan torpaq sahəsinin 653,3 kv.metr hissəsinə düşür. Göründüyü kimi, iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdeh heç bir hüquqi əsas olmadan istifadə edir. Belə olan halda iddianın torpaq mübahisəsinə aid hissəsi təmin edilməlidir. Məhkəmə kollegiyası məhkəmənin həmin nəticəsi ilə razılaşmır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə görə, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin maddənin 3-cü bəndinə görə, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan hökumətinin "Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" qaydalarına əsasən, hava xətlərinin mühafizə zonaları 35 kV-luq hava xətləri üçün hər iki tərəfə 15 metr, 110 kV-luq hava xətləri üçün - 20 metr, 220 kV-luq hava xətləri üçün - 25 metr, 330 kV-dan yuxarı gərginlikli hava xətləri üçün - 30 metr qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci hissəsinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; Məhkəmə kollegiyasında müəyyən edildi ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı, X4, X5, X7 və X2 mülkiyyətinə Ağdam rayonunu Mahrızlı kəndində 0,33 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin qərb tərəfindən keçən 10 kv-luq elektrik hava xəttinin qorunma zolağına mülkiyyətdə olan torpaq sahəsinin 653,3 kv.metr hissəsinə düşür. Həmin elektrik xətti 1969-cu ildə, yəni torpaq sahəsinin iddiaçıya verilməsindən əvvəl çəkilmişdir. Qanunericiliyin yuxarıda qeyd edilə tələblərindən görünüdüyü kimi, iddiaçının mübahisələndirdiyi ərazi rabitə təyinatlı torpaq sahəsi olmaqla, elektrik ötürücü xətlərinin mühafizə zonası sayılır. Həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan isə, mühafizə zolağında ağac əkmək qadağandır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, "xxxx" ASC-nin İddiaçı və digərlərinə ünvanladığı xx.xx.2023-cü il tarixli 13-13/2-2/16-Kol-6629-5/2023 saylı və xx.xx.2023-cü il tarixli 13-13/2-2/06-V-1669-5/2023 saylı məktubları ilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 17-ci bəndinə əsasən, izah edilmişdir ki, elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq öz vəsaiti hesabına görməlidirlər. «ASAN Kommunal» Mərkəzi vasitəsi ilə "xxxx" ASC-yə ünvanlanan ərizədə iddiaçılara məxsus torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsini iddiaçılar tərəfindən etiraf edilmiş və həmin dayaqların iddiaçıların şəxsi hesabına ərazidən çıxarılması ilə bağlı müraciətinin icra edilməsi məqsədi ilə yekun dəyəri 1759,66 manat olan smeta dəyəri tərtib edilərək iddiaçılara təqdim edilmişdir. Yekun smeta dəyəri ödənildikdən sonra iddiaçıların müraciətinin icrasının təmin ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin: 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hallar isə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1149/2024 nömrəli qətnaməsi qismən, iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1149/2024 nömrəli qətnaməsi qismən, iddianın qismən təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin həmin ərazidən çıxarılması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1876/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1876/2024
31.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver