Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1890/2023 19.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Tərtər Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(061)-688/2023 saylı qərardadından verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Ümidvar oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Tərtər rayonu Bəyimsarov kəndi ərazisində yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus “Torpağa mülkiyyət hüququna” dair Dövlət Aktı əsasında verilmiş 2,06 ha pay torpaq sahəsinin adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(061)-688/2023 saylı qərardadı ilə (K.Rzayev) iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələbləri pozulmaqla verilməsi əsası ilə geri qaytarılmışdır. Tərtər Rayon Məhkəməsinin 28 may 2023-cü il tarixli 2(061)-688/2023 qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(061)-688/2023 saylı qərardadında yol verilmiş yanlışlığın düzəldilməsi və həmin qərardadın giriş hissəsində “10 may 2023-cü ildə” sözlərinin “25 aprel 2023-cü ildə” kimi oxunması qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(061)-688/2023 saylı qərardadından narazı qalan İddiaçı Ümidvar oğlu şikayət vermiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda göstərilmiş nöqsanların aradan qaldırılması üçün müəyyən addımlar atılmış, lakin torpağın sənədində bəzi problem olduğu üçün sənədləşdirə bilməmiş, cavabdehin şəxsiyyətini təsdiq edən sənədi işə əlavə etmişdir. Odur ki, Tərtər Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(061)-688/2023 saylı qərardadının ləğv edilməsi və yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli il tarixli, 2(061)-688/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilərək Tərtər Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(061)-688/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli, 2(061)- 688/2023 saylı qərardadı ləğv edilməli, iş materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işdən göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etmiş, məhkəmə isə 10 may 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsini icraata qəbul edilməsindən imtina etmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. İşdə olan Tərtər Rayon Məhkəməsinin 28 may 2023-cü il tarixli 2(061)-688/2023 qərardadı ilə bağlı qeyd edilməlidir ki, Tərtər Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(061)-688/2023 saylı qərardadı 10 may 2023-cü il tarixdə qəbul edilmişdir və 25 aprel 2023-cü il tarixdə qəbul edilmiş qərardadın tarixinin 10 may 2023-cü il tarixli kimi göstərilməklə elektron sistemə yerləşdirilməsi qeyri-mümkündür. Ona görə də hesab edir ki, məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixdə verdiyi iddia ərizəsini xx.xx.2023-cü il tarixli qərardadla, yəni iddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan, 22 gün sonra qaytarmaqda haqlı olmamışdır. Ona görə də kollegiya hesab edir ki, Tərtər Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(061)-688/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli il tarixli, 2(061)-688/2023 saylı qərardadı ləğv edilməli, iş materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(061)-688/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli, 2(061)-688/2023 saylı qərardadı ləğv edilsin, iş materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov İslam Həsənov
Məhkəmə qərarları › İş №2(104)-1890/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1890/2023
19.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver