Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1893/2024 24.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Ərizəçi, onun vəkili X4 və X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 03 sentyabr 20*9-cu il tarixli 2(045)-**43/20*9 nömrəli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə məhkəməyə müraciət edərək, X3 adına olan Torpağın Mülkiyyətə verilməsinə dair JN- 572A saylı KOD 50806028 şəhadətnamənin anası X6 aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 03 sentyabr 20*9-cu il tarixli 2(045)-**43/20*9 nömrəli qətnaməsi ilə (hakim İsmayıl Abdurəhmanlı) iddia təmin edilərək, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi barədə JN572A KOD 50806028 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 məxsus olması faktının təsdiq edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2* avqust 2024-cü il tarixli 2(*04)-*893/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X5 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, şəhadətnamə saxta sənəddir, heç kimin imzası və möhür yoxdur. X* məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi vəkili X4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, X2 bu mübahisəyə hər hansı aidiyyəti yoxdur. Ümumiyyətlə, bu qətnamə həmin şəxsin hüquqlarına toxunmur. Ona görə də hesab edir ki, verilmiş apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.*-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-*.*ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 364.*-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Hazırkı işə birinci instansiya məhkəməsi tərəfindən xüsusi icraat qaydasında baxılmışdır. İş üzrə tərəflər Ərizəçi və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi olmuşlar. Başqa sözlə, X5 işdə iştirak edən şəxs olmamışdır. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin onun hüquq və mənafelərinə toxunduğuna əsaslaslanmaqla qətnamədən apellyasiya şikayəti vermişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin həqiqətən də Füzuli Hüseynovun hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsi araşdırılmamış və buna dair müvafiq qərardad qəbul edilməmişdir. Yəni, işə baxan birinci instansiya məhkəməsi MPM-nin 364.2-ci maddəsinin tələblərini yerinə yetirmədən apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 384.0.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 357, 363-364, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Goranboy Rayon Məhkəməsinin 03 sentyabr 20*9-cu il tarixli 2(045)-**43/20*9 nömrəli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2* avqust 2024-cü il tarixli 2(*04)-*893/2024 nömrəli qərardadı ləğv edilsin. Goranboy Rayon Məhkəməsinin 03 sentyabr 20*9-cu il tarixli 2(045)-**43/20*9 nömrəli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün edilsin və iş apellyasiya baxışından çıxarılsın. Apellyasiya şikayətinin MPM-nin 364.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla mümkünlüyünün yoxlanılması üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə *0 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1893/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1893/2024
24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver