Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1897/2023 12.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(125)-18/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşn evin 0,05 ha torpaq sahəsinin alğı satqısına dair xx.xx.2020-ci il tarixli 4Ə-110 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanda, 0,05 ha torpaq sahəsində yerləşən evi 1970-ci illərdə alğı-satqı müqaviləsi əsasında almış, lakin hüquqverici sənədləri olmadığından müqaviləni şifahi bağlamağa məcbur olub, ailəsini həmin evə köçürmüşdür. 1984-cü ildə həmin küçədə inventarlaşdırma aparılan zaman həmin evi hazırda mərhum arvadı X5 adına yazdırmışdır. Onlar xx.xx.1959-cu il tarixdən rəsmi nikahda olmuşdur. Doğma yeri olan Daşkəsən rayonunda qış sərt keçdiyindən, eləcə də orda normal dolanışıq üçün şərait olmadığından xüsusən kolxoz və sovxozların ləğvindən sonra rayon əhalisi qış aylarını bir qayda olaraq əsasən Gəncə şəhərində keçirdiyindən Gəncə şəhərində ev əldə etməyə məcbur olmuşdur. Onun ailəsinin pulu bu evin alınmasına ancaq çatmış, ona görə də aldığı evin sənədsiz olmasına əhəmiyyət verməmişdir. Qeyd edir ki, indiyə kimi Daşkəsən rayonunun əhalisinin azı 90 faizinin Gəncə şəhərində və şəhər yaxınlığındakı kəndlərdə özlərinə məxsus yaşayış evləri var. O, bir neçə il bundan əvvəl evini daşınmaz əmlakın dövlət reyestində qeydiyyata aldırmaq üçün təşəbbüs göstərmiş, lakin heç nəyə nail olmamış və ona evi dövlət reyestrində qeydiyyata aldırmaq üçün həyətyanı torpaq sahəsini özəlləşdirilməli olduğunu bildirmişlər. Göstərilən qayda qızı Cavabdeh1 məlum olmuş, onun evini ələ keçirmək üçün gizli şəkildə Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin rəhbərliyi ilə sövdələşərək, xx.xx.2020-ci il tarixdə 4Ə-110 reyestrli alqısatqı müqaviləsi ilə evinin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Bu müqavilənin bağlanmasını mümkün etmək üçün Kəpəz Bələdiyyəsi ondan xəbərsiz, özü də tələsik olaraq Daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət edib, evimin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış alıb, evini 103 nömrə altında Ülviyyəyə satmışdır. Notarius isə notariat işinə Ülviyyənin Kəsəmənli küçəsi, 97 B №-li ünvanda yaşamasına dair arayış qoymuşdur. Halbuki bu arayış faktiki yaşayışa görə deyil, şəxsiyyət vəsiqəsindəki yalan qeydiyyata görə verilmişdir. Ülviyyə xx.xx.1993-cü ildə, yəni 28 ildir ki, ər evinə köçmüş, onun evində heç bir əşyası qalmamışdır. O, bu gün də ailəsi ilə Göygöl rayonunun Yeni Qızılca kəndində yaşayır, onunla ildə bir neçə dəfə görüşür, ya görüşmür. Beləliklə, Ülviyyə uzun illər ərzində əri və uşaqları ilə bir ailədə yaşadığı halda, onun ünvanında qeydiyyatda qalmaqdadır. O, bunu bilməmişdir. Cavabdeh Ülviyyə onun sahiblik hüququnu pozmuş, özü də bu hərəkəti evindən istifadə hüququnu ərə gedən gündən itirdiyi halda etmişdir. Beləliklə, Kəpəz Bələdiyyəsi həmin evin faktiki olaraq ona məxsus olmasını bildiyi halda maddi və sair şəxsi mənafeyi naminə mülki qanunveiciliyi pozmuşdur. Gəncə Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(125)-18/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən T.Qocayev) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(125)-18/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən arqumentlərlə əsaslandırılmışdır. Cavabdehlər Cavabdeh1, Gəncə şəhəri Kəpəz Bələdiyyəsi və Gəncə şəhəri 5 saylı Notariat Ofisinin notariusu X17 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Gəncə şəhəri Kəpəz Bələdiyyəsi ilə Cavabdeh1 arasında 0,05 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli 4Ə-110 reyestr nömrəli alğısatqı müqaviləsi tam qanuni əsaslarla bağlanmış, alğı-satqı müqaviləsinin etibarsızlığına səbəb olacaq heç bir pozuntuya yol verilməmişdir. Məhkəmənin qətnaməsini tam qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(125)-18/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(125)-18/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. Daşkəsən rayon Qeydiyyat Şöbəsinin 04 dekabr 2008-ci il tarixli çıxarışından görünür ki, X18 ilə X15 arasında 24 iyul 1959-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. Yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, Gəncə şəhəri, Səmədağa Kəsəmənli (keçmiş Volodarski) küçəsi, 97 B saylı ev X6 adına qeydiyyata alınmışdır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X4 arasında 06 mart 1993-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Allahverdiyeva soyadı verilmişdir. 25 aprel 2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, İddiaçı bütün əmlakını qızı Cavabdeh1 vəsiyyət etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 24 yanvar 2019-cu il tarixdə Gəncə şəhərində vəfat etmişdir. 03 oktyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X5 vərəsəsi X11r. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X8 verilmiş **********18-10301 reyestr nömrəli **********83 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 kəndi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri Səmədağa Kəsəmənli küçəsi 103 saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsi Gəncə şəhəri Kəpəz rayon Kəpəz Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Daşınmaz əmlak 24 dekabr 2019-cu il tarixdə********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh1 Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin sədrinə ünvanlandığı ərizədən görünür ki, o, istifadəsində olan ünvan 6 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin uzun illər istifadəsində olduğunu, torpaq sahəsini geri ala bilmədiyini, torpaq sahəsinin alğı-satqı qaydasında mülkiyyətinə verilməsi üçün bələdiyyə tərəfindən qanunamüvfiq qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin 30 dekabr 2019-cu il tarixli 18 saylı protokolundan çıxarışdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonunda 5 ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq Gəncə şəhəri, S.Kəsəmənli küçəsi ev 97B-də qeydiyyatda olan Cavabdeh1 ünvan 7 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, 5-ci zonaya aid ərazidən fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə alğı-satqı yolu ilə 500 kvm və ya 0,05 ha torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. 27 yanvar 2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsindən görünür ki, Gəncə şəhəri X25 şəhəri Səmədağa Kəsəmənli küçəsi 103 saylı ünvanda yerləşən sahəsi 0,05 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,05 ha torpaq sahəsini Cavabdeh1 1080 manata satmışdır (ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********52 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,05 ha). Gəncə şəhəri Kəpəz RİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 31 mart 2021-ci il tarixli 463 nömrəli arayışından görünür ki, nümayəndəliyin əməkdaşları tərəfindən ünvan 9 ünvanına baxış keçirilərkən qonşuların dediklərindən həmin ünvanda 1932-ci il təvəllüdlü İddiaçı tək yaşayır. Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Yeni Qızılca kənd İnibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 01 aprel 2021-ci il tarixli 158 nömrəli arayışından görünür ki, Allahverdiyeva X26 şəhərində qeydiyyatda olmasına baxmayaraq ailəsi ilə birgə uzun müddətdir ki, Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyatsız olaraq yaşayır və ailə tərkibi-əri X4, qızları X9, X7 və oğlu X1 ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 27 aprel 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 11 ünvan ərazidə yerləşən və X2 mülkiyyətində olan fərdi yaşayış evinə verilmişdir. ünvan 12 ünvanı isə X3 məxsus fərdi yaşayış evi ilə həmsərhəddir və sərbəst torpaq sahəsi kimi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Səmədağa Kəsəmənli küçəsi, 103 ünvanında yerləşən torpaq sahəsi ilk öncə Kəpəz rayon Kəpəz bələdiyyəsinin adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları qeydiyyata alınması üçün ilkin sənədlər Ərazi idarəsinə daxil olmuş, ayrılmış torpaq sahəsinin ünvanı bütün sənədlərdə ünvan 14q sahəsinin Bələdiyyənin adına qeydiyyata alınması zamanı Səmədağa Kəsəmənli küçəsi, 97B ünvanı artıq elektron kadastr məlumat bazasında mövcud olduğu üçün, Bələdiyyənin adına işlənilmiş torpaq sahəsinə yeni ünvan verilmişdir. Yeni ünvan Ərazi İdarəsinin xidməti istifadəsinə verilmiş ÜRİS proqramına əsasən təyin edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(102)-3464/2023 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinə (üçüncü şəxslər Cavabdeh1) qarşı iddia ərizəsi daha sonra isə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Kəpəz Rayon Bələdiyyəsinin 30 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1 (114)-1017/2021 sayli qərarı ilə iddia təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Bələdiyyəsinin 30 dekabr 2019-cu il tarixli, 18 saylı iclas protokolu-qərarı ləğv edilmişdir. Cavabdeh Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsi və üçüncü şəxs Cavabdeh1 apellyasiya şikayəti verərək Gəncə inzibati Məhkəməsinin 23 iyul 2021 -ci il tarixli, 2-1(114)-1017/2021 sayli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 16 dekabr 2021-ci il tarixli 2-1(104)-667/2021 saylı qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2- 1 (114)-1017/2021 saylı qərarı ləğv edilmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı Kəpəz rayon Bələdiyyəsinə (üçüncü şəxs Cavabdeh1) qarşı 30 dekabr 2019-cu il tarixli, 18 saylı protokolqərarının ləğv olunması barədə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli 2-1(104)- 667/2021 saylı iş üzrə qərarının ləğv olunmasını və mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 656/2022 saylı iş üzrə 19 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 16 dekabr 2021-ci il tarixli 2-1(104)-667/2021 nömrəli qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2- 1(104)-367/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1 (114)-1017/2021 sayli qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs Cavabdeh1 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(104)- 367/2022 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(102)-3464/2023 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin təmin olunması, Gəncə Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli 2-1(104)-367/2022 nömrəli qərarının ləğv edilməsi və İddiaçı cavabdeh Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinə qarşı 30 dekabr 2019-cu il tarixli, 18 saylı protokol-qərarının ləğv olunması tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. Ali Məhkəmənin mövqeyi belə olmuşdur ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. İddiaçının mübahisə açdığı torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı sübuta yetmir, onun həmin torpaq sahəsinə əşya hüququ öz təsdiqini tapmır. İddiaçının hazırkı iddianı qaldırmaqda hər hansı subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324.4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; Həmin Məcəllənin 567-ci maddəsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, gəldiyi nəticəsini yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etməklə, onunla əsaslandırmışdır ki, ünvan 15 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin mülkiyyətində olmuş, daha sonra Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin 30 dekabr 2019-cu il tarixli, 18 saylı iclas protokolu-qərarı ilə Gəncə şəhəri, Kəpəz rayonunda 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Gəncə şəhəri, S.Kəsəmənli küçəsi, ev 97B-də qeydiyyatda olan Cavabdeh1 ünvan 15 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, 5-ci zonaya aid ərazidən fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə alğı-satqı yolu ilə 500 kv.m və ya 0,05 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmış, bundan sonra Gəncə şəhəri Kəpəz Bələdiyyəsi ilə Cavabdeh1 arasında ünvan 15 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə dair 27 yanvar 2020- ci il tarixli, AN- İ ******* nömrəli alğı-satqı müqaviləsi bağlanmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 fevral 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 15 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsi ilə bağlı alğı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürsə də, həmin torpaq sahəsi ilə bağlı müvafiq bələdiyyə qərarının etibarsızlığını inzibati qaydada mübahisələndirmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası öz qərarında iddiaçının həmin qərarı mübahisələndirməyə subyektiv hüququnun olmadığını göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 15 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin mülkiyyətində olmuş, daha sonra Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin 30 dekabr 2019-cu il tarixli, 18 saylı iclas protokoluqərarı ilə Gəncə şəhəri, Kəpəz rayonunda 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Gəncə şəhəri, S.Kəsəmənli küçəsi, ev 97B-də qeydiyyatda olan Cavabdeh1 ünvan 15 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, 5ci zonaya aid ərazidən fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə alğı-satqı yolu ilə 500 kv.m və ya 0,05 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmış, bundan sonra Gəncə şəhəri Kəpəz Bələdiyyəsi ilə Cavabdeh1 arasında ünvan 15 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə dair 27 yanvar 2020- ci il tarixli, AN- İ ******* nömrəli alğı-satqı müqaviləsi bağlanmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 fevral 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 15 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı cavabdeh Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinə (üçüncü şəxslər Cavabdeh1) qarşı iddia ərizəsi daha sonra isə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Kəpəz Rayon Bələdiyyəsinin 30 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1 (114)-1017/2021 sayli qərarı ilə iddia təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Bələdiyyəsinin 30 dekabr 2019-cu il tarixli, 18 saylı iclas protokolu-qərarı ləğv edilmişdir. Cavabdeh Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsi və üçüncü şəxs Cavabdeh1 apellyasiya şikayəti verərək Gəncə inzibati Məhkəməsinin 23 iyul 2021 -ci il tarixli, 2-1(114)-1017/2021 sayli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 16 dekabr 2021-ci il tarixli 2-1(104)- 667/2021 saylı qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2- 1 (114)- 1017/2021 saylı qərarı ləğv edilmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı Kəpəz rayon Bələdiyyəsinə (üçüncü şəxs Cavabdeh1) qarşı 30 dekabr 2019-cu il tarixli, 18 saylı protokol qərarının ləğv olunması barədə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli 2-1(104)- 667/2021 saylı iş üzrə qərarının ləğv olunmasını və mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 656/2022 saylı iş üzrə 19 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 16 dekabr 2021-ci il tarixli 2-1(104)-667/2021 nömrəli qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(104)-367/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1 (114)-1017/2021 sayli qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs Cavabdeh1 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(104)- 367/2022 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(102)- 3464/2023 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin təmin olunması, Gəncə Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli 2-1(104)- 367/2022 nömrəli qərarının ləğv edilməsi və İddiaçı cavabdeh Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinə qarşı 30 dekabr 2019-cu il tarixli, 18 saylı protokol-qərarının ləğv olunması tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir kİ, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı Gəncə şəhəri Kəpəz Rayon Bələdiyyəsinin 30 dekabr 2019-cu il tarixli qərarının mübahisələndirməyə subyektiv hüququ yoxdur. Belə olan halda, iddiaçının hazırkı iddianı qaldırmağa da subyektiv hüququ yaranmır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(125)-18/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(125)-18/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1897/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1897/2023
12.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver