Məhkəmə qərarları › İş №2(104)-1898/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1898/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1898/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (əri) (həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs) Nümayəndə1, habelə vəkili Nümayəndə3, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) X1 və digər etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(021)-386/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1 saylı CD diskdəki audio yazı məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, səs yazısı İddiaçı və Cavabdeh arasında 2023-cü ilin avqust ayında qeydə alınmışdır. Səs yazısının 16-19-cu dəqiqələrində qızıl-zinət əşyalarına dair tərəflər arasındakı nisyə alqı-satqıdan, borcun qaytarılmasından, cavabdehin anasının Cavabdeh borcu ilə bağlı etdiyi hərəkətlərdən və.s bəhs edilir. Səs yazısının həmin dəqiqələrində İddiaçı Cavabdeh ünvanına bildirir ki «Bəhruzla danış mamana desin ki, beş min neçə yüz manatı versin qalan səkkiz min neçə yüz manat da mənim üstümə düşür, bankdan kredit götürüb borcu bağlayaram sonra da köməkləşib banka olan borcu ödəyərik» Bundan əlavə, səs yazısında İddiaçı Cavabdeh ünvanına bildirir ki, «ərim Vüqar deyir ki, 13000 manat borcun qabağında 5000 manat nədir? Vüqar deyir ki, heç olmasa 10000 manat gətirsin». Cavabdeh da İddiaçı dedikləri ilə bağlı hər hansı arqument irəli sürmür. Əksinə, Cavabdeh borcun bu qaydada ödənilməsi barədə iddiaçının təklifi ilə razılaşır;

2. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2 saylı CD diskdəki audio yazı məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, səs yazısı Cavabdeh ilə onu, həmçinin İddiaçı ortaq tanıyan X2 arasında qeydə alınmışdır. Səs yazısında gedən danışıqlardan müəyyən etmək olur ki, həmin danışıq hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra qeydə alınmışdır. Səs yazısında İddiaçı ilə Cavabdeh arasında olan qızıl-zinət əşyalarının nisyə alqı-satqısından, buna görə cavabdehin iddiaçıya yaranmış borc problemindən, məhkəmə mübahisələrindən, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayəti verilməsindən və.s bəhs edilir. Səs yazısının 1:25-ci dəqiqəsində Aygün İsgəndərova Cavabdeh ünvanına bildirir ki, «maman istəsə borcu verərdi, özü vermədi» Cavabdeh da bu deyilənlə bağlı hər hansı arqument irəli sürmür. əksinə, bu deyilənlə razılaşaraq bildirir ki, «ay sağol, ara qarışdı, məssəb itdi, mamamı cırnatdılar». Daha sonra Aygün İsgəndərova Cavabdeh ünvanına bildirir ki, «Şəbnəm, mən bildiyim sizin (iş üzrə tərəfləri nəzərdə tutur) lap siftə Nərgizə verdiyiniz 4000 manat pul olmuşdu ey, 14000 manat da qalmışdı. Nərgiz deyir ki, 14000 manat borc qalanda Şəbnəmə borcundan 10000 manat ödəməsini, qalan 4160 manatı isə keçməsini (güzəşt etməsini) təklif etmişdir, ancaq Şəbnəm bununla razılaşmamış gətirib borcundan 4000 manat pul ödəyəcəyini bildirmişdir». Cavabdeh da bu deyilənlərə cavab olaraq bildirir ki, «o axırda oldu ey, o oldu oktyabr ayında, sən dediyin ən sonda oldu. İyul ayında mamam borcu ödədi, avqust ayında onu cırnatdılar. Ona görə də arvad (öz anasını nəzərdə tutur) başladı verəcəyi pulun məbləğini aşağı salmağa. Oktyabr ayında da sən dediyin təklifi etdi Nərgizə».

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14160 manat məbləğində pulun və ödənilmiş 132,50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, R.N.Musayev adına X3 Tipli Gimnaziya məktəbdə müəllimə işləyir. Əri Nümayəndə1 ********** saylı VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyatdadır və qızıl-ziynət əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabadeh Cavabdeh onunla birgə işləyən Jalə müəllimin vasitəsi ilə 2021-ci ildən tanımışdır. Belə ki, Şəbnəm həmkarı Jalə müəllimin bacısıdır. 2022-ci ilin əvvəlləri Şəbnəm əri Vüqarın qızılziynət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu bildiyi üçün ona qızıl-ziynət əşyaları almaq istəyini və Nümayəndə1 xoşladığı qızıl-ziynət əşyalarını dəyərini hissə-hissə ödəmək şərti ilə alaraq ona nisyə satmağını xahiş etmişdir. Bu barədə əri Nümayəndə1 bildirmiş, Vüqar tanıdıqları insanlar olduğu üçün etiraz etməmişdir. Həmin vaxtdan da Cavabdeh ondan Nümayəndə1 məxsus müxtəlif çəkilərdə qızıl-zinət əşyaları almış və dəyərini hissə-hissə ödəmişdir. Bundan başqa o, müəllim yoldaşları ilə lotoreya oynamış və Şəbnəm də həmin lotoreya oyununun iştirakçısı olmuşdur. Həmin qızıl-ziynət əşyalarının bəzilərinin dəyərini də Şəbnəm lotoreya oyununda ödəmişdir. Cavabdeh ondan xx.xx.2022-ci il tarixdə 20 qram çəkidə 2120 manat dəyərində qızıl sep almış, 1920 manat ödəmiş, 200 manat borclu qalmış, xx.xx.2022-ci il tarixdə 20 qram çəkidə 2000 manat dəyərində qızıl sep almış, 1600 manat ödəmiş, 400 manat borclu qalmış, xx.xx.2022-ci il tarixdə 10 qram çəkidə 1000 manat dəyərində qızıl bilərzik almış, 800 manat ödəmiş, 200 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 20 qram çəkidə 2100 manat dəyərində qızıl sep almış, 1800 manat ödəmiş, 300 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 20,3 qram çəkidə 2130 manat dəyərində qızıl sep almış, 1830 manat ödəmiş, 300 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 44.7 qram çəkidə, 750 əyyarlı 5360 manat dəyərində qızıl zəncir sep almış, 2760 manat ödəmiş, 2600 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 15.12 qram çəkidə 1600 manat dəyərində qızıl sep almış, 1500 manat ödəmiş, 100 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 10 qram çəkidə 1100 manat dəyərində qızıl sep almış, 500 manat ödəmiş, 600 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 10.4 qram çəkidə 1140 manat dəyərində qızıl reket sep almış, 540 manat ödəmiş, 600 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 10.1 qram çəkidə 1130 manat dəyərində qızıl bilərzik almış, 930 manat ödəmiş, 200 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 10 qram çəkidə 1000 manat dəyərində qızıl sep almış, 300 manat ödəmiş, 700 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 10.4 qram çəkidə 1140 manat dəyərində qızıl sep almış, 500 manat ödəmiş, 640 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 19.1 qram çəkidə 750 əyyarlı 2380 manat dəyərində qızıl zəncir sep almış, 1500 manat ödəmiş, 880 manat borclu qalmış, xx.xx.2022-ci il tarixdə 11.5 qram çəkidə 1170 manat dəyərində qızıl bilərzik almış, 900 manat ödəmiş, 270 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 50 qram çəkidə 5000 manat dəyərində qızıl tros sep almış, 1800 manat ödəmiş, 3200 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 15.1 qram çəkidə 1520 manat dəyərində qızıl sep almış, 750 manat ödəmiş, 770 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 20 qram çəkidə 2020 manat dəyərində qızıl sep və bilərzik almış, 820 manat ödəmiş, 1200 manat borclu qalmışdır. Bundan başqa Cavabdeh onun tərəfindən lotareya oyununa qoşulmuş, yerdə 2000 manat götürmüş, 1800 manat ödəmiş 200 manat borclu qalmışdır. Həmçinin Cavabdeh lotareya oyununun digər iştirakçıları Xatirə və Ləman tərəfindən verilməsi üçün ona verilmiş, Xatirə tərəfindən İİİ və Vİİİ yer üçün hər biri 200 manat olmaqla cəmi 400 manat pulu, Ləman tərəfindən İV və V yer üçün hər biri 200 manat olmaqla cəmi 400 manat pulu qəbul etmiş, lakin ona verməmişdir. Cavabdeh qızıl-ziynət əşyalarının dəyəri olan . 13360 manat pulu və lotareya oynundan borclu qaldığı 800 manat pulu ona ödəməsi barədə öhdəlik götürmüşdür. Lakin söz verdiyi tarixdən xeyli müddət keçməsinə baxmayaraq ödəməmişdir. Dəfələrlə borclu olduğu pulu tələb etsə də, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh ondan qeyd edilən qızıl-ziynət əşyalarını almasını şahidləri X2 və X4 da təsdiq edə bilər. Ona görə ki, həmin əmlaklardan bəzilərini şahidləri olan həmin şəxslərdən satın alaraq və onların iştirakı ilə Cavabdeh satmışdır.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə1 onun qohumlarıdır. Onların, yəni ailə üzvlərinin və onun qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı hər hansı bir işləri olarsa həmişə Nümayəndə1 müraciət edirlər. Həyətində tikinti işləri apardığından pul lazım olmuş, qızıl satmaq üçün Vüqara müraciət etmiş, Vüqar ona bildirmişdir ki, tanıdıqları adam var, qızılları həmin tanışının qızı Şəbnəmə satacaq. Özü də bildirmişdir ki, ona pul lazımdır, qızılları kimə satırsa satsın. Razılaşmış və Vüqar qızılları ondan almışdır. Cavabdeh şəxsən tanımamışdır. Qızıllar 2 ədəd sep, 1 ədəd bilərzik və bilərzik kimi xırda sepdən ibarət olmuşdur. Qızılları Nümayəndə1 vermiş, sonuncu bildirmişdir ki, hər ay 200- 300 manat olmaqla pulunu qaytaracaq. Nümayəndə1 onun qızıllarını satanda bildirmişdir ki, qızılları tanışı Rəsul müəllimin qızı Şəbnəm xanıma satmışdır. Vüqar qızılları Şəbnəm xanıma onun yanında verməmişdir. Qızılların qiyməti 9600 manat təşkil etmiş, həmin 9600 manatdan Nümayəndə1 bir hissəsini qaytarmış, 5440 manat borclu qalmışdır.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Cavabdeh baldızıdır. Cavabdehin iddiaçıya 350 manat borcu olmuş, pulu aparıb iddiaçının ərinə vermişdir. Cavabdehin valideynləri iddiaçıya və onun ərinə olan borcunu ödəmişlər. Bir müddət sonra bilmişdir ki, iddiaçının deməsinə görə baldızının xeyli miqdarda borcu qalmışdır. Qayınanası Sədiqə ilə birlikdə iddiaçının yaşadığı ünvana getmişlər. Qayınanası Sədiqə xanım iddiaçıya və ərinə ümumilikdə 5600 manat borc ödəmiş və bildiyi qədər 750 manat borcları qalmışdır. O, iddiaçının əri Nümayəndə1 ilə maşın yuma yerində söhbət etmiş, cavabdehin anası Sədiqə xanımın 750 manat pul verəcəyini demişdir. Bir xeyli danışdıqdan sonra demişdir ki, 1000 manat verər və bununla da borcları bağlanmış olar. Cavabdehin valideynləri ilə məsləhət etmiş və qərara gəlmişlər ki, iddiaçıya 1000 manat pul versinlər. Lakin Nümayəndə1 2000 manat pul istəmişdir.

7. Bərdə Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(021)-386/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov) İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiasının qismən təmin edilməsi; Cavabdeh 13160 (on üç min bir yüz altmış) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi; Cavabdeh 129,48 (bir yüz iyirmi doqquz manat 48 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 329.2, 329.3, 385, 425.1, 427.1, 427.2, 427.3, 427.4, 442, 445.2.1, 739.1, 739.2 və 739.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tərəflərin izahatı və şahidlərin ifadələri təhrif edilmişdir. Qətnamədə iddiaçının öz tələbinin əsası kimi istinad etməli olduğu hallar göstərilməmişdir. Məhkəmə iclası zamanı iddiaçının hansı sübutla 14160 manat ziyana məruz qalması aydınlaşdırılmamışdır. Halbuki, iddiaçı məhkəmə iclası zamanı izahatında son 2-3 aya qədər, yəni 2023-cü ilin aprel ayına qədər onun qızılının və lotereyanın pulunu mütəmadi ödədiyini və aralarında heç bir borc olmadığını bildirmişdir. Məhkəmə isə bunu iddiacinin izahatında qeyd etməmiş və işin tədqiqi zamanı bu halı nəzərə almamışdır. Bundan başqa, valideynləri 26 iyul 2023-cü il tarixdə iddiaçıya olan 4800 manat borcu ödəyib qurtarmışlar və həmin tarixdən sonra iddiaçı ilə alqı-satqıları olmamışdır. 950 manata aldığı bir ədəd qızıl üzüyə görə iddiaçıya 750 manat borcu qalıbdır və başqa da borcu yoxdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı öz iddiasını sübut edə bilməmişdir. Cavabdeh iddiaçıdan qızıl aldığını etiraf etdiyinə, lakin dəyərinin öənilməsi barədə sübut təqdim etmədiyinə görə məhkəmə iddianı təmin etmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə cavabdehin valideynləri tərəfindən iddiaçıya 4800 manat ödənilmişdir. İddiaçının özü də etiraf edib ki, mart-aprel ayında borc bağlanıb. Cavabdeh hansı qızılları nisyə aldığını birinci instansiya məhkəməsində verdiyi ərizədə qeyd edib. 2023-cü ilin mart ayına qədər cavabdehin özü borcunu mütəmadi ödəyib, ondan sonra ödəniş olmayıb. xx.xx.2023-cü il tarixdə cavabdehin valideynləri qalan borcu, yəni 4800 manatı ödəyiblər.

13. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2023-cü ilin iyun ayında Cavabdeh ilə əlaqəsi kəsilmiş və onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra cavabdehin bacısı ilə, sonra anası ilə danışmışdır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, əvvəllər cavabdeh qızılları nisyə alıb dəyərini də hissə-hissə ödəmişdir. Cavabdehin valideynləri tərəfindən ödənilən 4800 manat pul 1 aylıq məbləğ idi. 2023-cü ilin iyul ayından sonra nə cavabdeh, nə də ki, sonuncunun valideynləri tərəfindən ona pul ödənilməmişdir.

14. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) X1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, qızı Cavabdeh iddiaçıya olan borcunu ödəmişdir. Həmin vaxt qızı ona demişdir ki, lotoreyanın siyahısını verəcəklər, orada nəsə kələk var başa düşmür. İddiaçı ilə görüşəndə həqiqətən ona bir dəftər vermişlər. Hansı ki, orada 2 hissədə hər tərəfdə 1000 manat olmaqla cəmi 2000 manatlıq lotoreyanın siyahısı yazılmışdır.

15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehin anası 4800 manat ödədikdən sonra cavabdehin bacısının əri olan Bəhruz adlı şəxs 5000 manat pulla onların evinə gəlmiş və 14000 manat əvəzinə 5000 manat pul verib, borcu bağlamağı təklif etmişdir. Lakin, onlar bu təkliflə razılaşmamışlar. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, CD diskə əlavə edilmiş qızı Cavabdeh ilə aralarındakı səs yazısı 2023-cü ilin avqust ayında qeydə alınmışdır. Həmçinin bildirmişdir ki, iddia ərizəsində Cavabdeh xx.xx.2023-cü il tarixdə nisiyə qızıl satmasının qeyd olunması yanlışlıqla göstərilmiş, əslində onıar arasında sonuncu alqı-satqı 2023-cü ilin iyun ayından əvvəl olmuşdur.

16. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 1 saylı CD diskə əlavə edilmiş səs yazısı Cavabdeh məxsus deyildir, həmin səs yazısı montaj edilmişdir. Bu səbəbdən də iş üzrə fonoskopik ekspertiza təyin edilməlidir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) X1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, CD diskə əlavə edilmiş qızı Cavabdeh ilə İddiaçı arasındakı səs yazısının əvvəlində olan səs qızına aid olsa da, həmin söhbətdə üçüncü şəxs də var. Qızı həmin səs yazısında ancaq “hə, heç nə” sözləri işlədir, başqa söz demir. Yəni, qızı Cavabdeh həmin səs yazısında borc etiraf etmir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, CD diskə əlavə edilmiş audio yazıdakı səs qızı Cavabdeh səsi olsa da, həmin səs yazısında söhbət 13000 manat deyil, 5000 manat məbləğində borcdan gedir. Qızı həmin danışıqda heç söhbətin nədən getdiyini bilmir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki məhkəmə iclaslarında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən verilən vəsatət əsassız olmaqla işə baxılmasını ləngitmək məqsədi daşıyır. Ona görə də vəsatət təmin edilməməlidir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və İddiaçı etibarnamə üzrə nümayəndəsi (əri) Nümayəndə1 və vəkili Nümayəndə3 apellyasiya şikayətini qəbul etmədiklərini və əvvəlki məhkəmə iclaslarında verdikləri izahata əlavələri olmadığını bildirmişlər. Onlar sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. O, məhkəmə iclasında vəkil və nümayəndə vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni «Cavabdeh 13160 (on üç min bir yüz altmış) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh 13160 manat pul alınaraq İddiaçı ödənilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

39. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair razılığa gəlmişlər. Cavabdeh İddiaçı müxtəlif vaxtlarda, müxtəlif növ qızıl-zinət əşyalarını nisyə almışdır. Cavabdeh İddiaçı nisyə aldığı qızıl-zinət əşyalarının dəyərinin bir hissəsini ödəmiş, qalan məbləği isə ödəməmişdir. Beləliklə, cavabdehin iddiaçıya borcu yaranmışdır. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

40. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, yuxarıda da göstərildiyi kimi tərəflər qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair razılığa gəlmişlər və cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan nisyə qızıl-zinət əşyaları almışdır. Tərəflər arasında yaranmış hazırkı mübahisə də məhz nisyə satılmış əşyaların dəyərinin ödənilməsi ilə bağlıdır.

41. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

42. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə iddiaçının tələbi cavabdehə nisiyə satılmış qızıl əşyaslarının dəyərinin tutularaq ona qaytarılmasından ibarətdir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

44. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin nisiyə alqı satqı ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 600.1-cu maddəsinə əsasən, “alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

45. Bu baxımdan kollegiya hesab edir ki, yoxlanılan hissədə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, tərəflər arasında nisiyə alqı satqı münasibətlərinin yaranmış olduğu mübahisəli deyildir və işin qeyd edilən faktiki halı iş materialları ilə də təsdiq olunur; tərəflər arasındakı anlaşmazlıq cavabdehin istinad etməkdə olduğu arqumentlərlə bağlıdır və bu baxımdan kollegiya, mübahisənin obyektiv həlli üçün yuxarıda qeyd edilən həmin arqumentlərə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir.

46. İşin müəyyən olunmuş faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxtlarda, müxtəlif növ qızıl-zinət əşyaları nisyə satılmışdır. Həmçinin, nisyə satılmış qızıl-zinət əşyalarına görə cavabdeh tərəfindən də iddiaçıya müxtəlif vaxtlarda, müxtəlif məbləğdə ödənişlər edilmişdir. Müxtəlif vaxtlarda nisyə alınmış əşyaların dəyəri də hər əşyaya görə ayrı-ayrılıqda hesablanmış və ödənilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə tərəflər arasındakı son alqı-satqı zamanı nisyə satılmış əşyalara görə nə qədər borc qaldığı müəyyən edilməli, daha sonra isə həmin borc məbləği üzrə ödəniş edilib-edilməməsi araşdırılmalıdır. Kollegiyanın bu qənaətə gəlməsinə səbəb həm də onunla bağlıdır ki, iddiaçı cavabdehin 4800 manat ödəniş etdikdən sonda qalıq borcunun 13160 manat olduğunu iddia etmiş, cavabdeh isə iddiaçıya aldığı qızıllara görə borcunun 13160 manat olmadığını bildirməklə borcundan sonuncu dəfə 4800 manat ödəniş etdiyini və qalıq borcunun 750 manat təşkil etdiyini bildirmişdir.

47. Tərəflər arasında nisyə qızıl alqı-satqısı sonuncu dəfə 2023-cü ilin aprel ayında olmuşdur. İddiaçı iddia ərizəsində, cavabdeh isə birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ərizəsində (bax mülki işin 49-cu səhifəsi) bu halı qeyd etmişdir. 2023-cü ilin aprel ayından sonra artıq tərəflər arasındakı alqı-satqı münasibətləri dayanmış, lakin həmin vaxtdan sonra cavabdeh iddiaçıya olan borcundan ödəniş etmişdir. Belə ki, cavabdeh tərəf xx.xx.2023-cü il tarixdə iddiaçıya olan borcdan 4800 manat ödənildiyini bildirmiş, iddiaçı tərəf də bunu qəbul etmişdir. Bununla belə mülki iş materiallarındakı CD diskdə olan səs yazılarında tərəflər arasındakı nisyə alqı-satqı münasibətləri üzrə nə qədər qalıq borc məbləği olduğu, ondan nə qədər vəsait ödənilməsi barədə məlumatlar qeydə alınmışdır.

48. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş üzərində 1 rəqəmi yazılmış CD diskdəki audio yazı məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, səs yazısı İddiaçı və Cavabdeh arasında 2023-cü ilin avqust ayında qeydə alınmışdır. Səs yazısının 16-19-cu dəqiqələrində qızıl-zinət əşyalarına dair tərəflər arasındakı nisyə alqı-satqıdan, borcun qaytarılmasından, cavabdehin anasının Cavabdeh borcu ilə bağlı etdiyi hərəkətlərdən və.s bəhs edilir. Səs yazısının həmin dəqiqələrində İddiaçı Cavabdeh ünvanına bildirir ki «Bəhruzla danış mamana desin ki, beş min neçə yüz manatı versin, qalan səkkiz min neçə yüz manat da mənim üstümə düşür, bankdan kredit götürüb borcu bağlayaram sonra da köməkləşib banka olan borcu ödəyərik» Bundan əlavə, səs yazısında İddiaçı Cavabdeh ünvanına bildirir ki, «ərim Vüqar deyir ki, 13000 min neçə yüz manat borcun qabağında 5000 manat nədir? Vüqar deyir ki, heç olmasa 10000 manat gətirsin». Cavabdeh da İddiaçı dedikləri ilə bağlı hər hansı arqument irəli sürmür. Əksinə, Cavabdeh borcun bu qaydada ödənilməsi barədə iddiaçının təklifi ilə razılaşır.

49. Beləliklə, həmin audio yazının sistemli tədqiqi nəticəsində müəyyən edilmişdir ki, danışıq qeydə alınan zaman, yəni 2023-cü ilin avqust ayında Cavabdeh İddiaçı 13000 manatdan çox (on üç min neçə yüz) borcu olmuşdur.

50. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 hazırkı məhkəmə iclasında həmin audio yazıdakı səsin cavabdehə məxsus olmaması və audio yazının fonoqram olması barədə arqument irəli sürsə də, məhkəmə kollegiyası bu arqumenti əsassız saymışdır. Ona görə ki, cavabdehin etibarnamə üzrə nümayəndəsi (anası) Sədiqə Ağamalıyeva iş materiallarına əlavə edilmiş üzərində 1 rəqəmi yazılmış CD diskdə qeydə alınmış audio yazıdakı səsin qızı Cavabdeh aid olduğunu bildirmişdir (bax bu qətnamənin 17-ci bəndi). Bundan əlavə, diqqət yetirilməli haldır ki, həmin səs yazısı əvvəlki məhkəmə iclasında tədqiq edildiyi halda, həmin iclas zamanı (vəkil) Nümayəndə2 sözügedən səs yazısının cavabdehə məxsus olmaması barədə hər hansı arqument irəli sürməmişdir. Əksinə, nümayəndə (vəkil) Nümayəndə2 məhkəmə kollegiyasına şifahi vəsatət verərək iddiaçı tərəflə razılıq əldə edilməsinə görə işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən də cavabdeh tərəfin arqumenti əsassız sayılmışdır.

51. «Qızı həmin səs yazısında ancaq “hə, heç nə” sözləri işlədir, başqa söz demir. Yəni, qızı Cavabdeh həmin səs yazısında borc etiraf etmir. səs yazısında söhbət 13000 manat deyil, 5000 manat məbləğində borcdan gedir. qızı həmin danışıqda heç söhbətin nədən getdiyini bilmir» barədə cavabdehin etibarnamə üzrə nümayəndəsi (anası) Sədiqə Ağamalıyevanın dəlilləri də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Çünki, yuxarıda da göstərildiyi kimi həmin səs yazısı məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilən zaman səs yazısının 16-19-cu dəqiqələrində qızıl-zinət əşyalarına dair tərəflər arasındakı nisyə alqı-satqıdan, borcun qaytarılmasından, cavabdehin anasının Cavabdeh borcu ilə bağlı etdiyi hərəkətlərdən və.s bəhs edildiyi aydın olmuşdur. Tərəflər həmin danışıqda bir-biri ilə əlaqəli olan məsələlər barədə ardıcıllıqla danışıb öz fikirlərini bildirirlər. Digər tərəfdən, səs yazısının tədqiqi zamanı tərəflərin bir-birinə ünvanladıqları ifadələrin manesiz olaraq danışığın digər iştirakçısı tərəfindən eşidildiyi, deyilən fikrə uyğun cavab verildiyi müəyyən edilir ki, bu hallar da səs yazısında gedən danışığın iddiaçı və cavabdeh tərəfə aydın olduğuna dəlalət edir.

52. Bu səbəbdən də, məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş üzərində 1 rəqəmi yazılmış diskdəki audio yazını mötəbər sübut olaraq qiymətləndirir və hesab edir ki, həmin yazıda qeydə alınmış məlumatlar tərəflər arasındakı hazırkı mübahisənin həqiqi və faktiki hallarını özündə əks etdirir.

53. Bu qənaətinə uyğun olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, yuxarıda da göstərildiyi kimi işin faktiki halları ilə xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfin (valideyninin) iddiaçıya olan borcdan 4800 manat ödədiyi müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş üzərində 1 rəqəmi yazılmış diskdəki audio yazının 2023-cü ilin avqust ayında, yəni borcdan 4800 manat ödənilməsindən sonra qeydə alınmasını və həmin zaman Cavabdeh İddiaçı 13000 manatdan çox (on üç min neçə yüz) borcu qalması barədə işin hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlir. Çünki, həqiqətən də cavabdeh iddiaçıya 4800 manat ödəniş etdikdən sonra onun qalıq borcu 13160 manat təşkil etmişdir.

54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəf iddiaçıya olan borcunun 13160 manat olmadığını bildirməklə borcdan sonuncu dəfə 4800 manat ödəniş edildiyini və qalıq borcunun 750 manat təşkil etdiyini bildirsə də, lakin bu hal öz təsdiqini tapmamış, əksinə işin müəyyən edilmiş və faktiki halları ilə cavabdeh tərəfin bu dəlili təkzib edilmişdir.

55. Belə ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iş materiallarına əlavə edilmiş üzərində 2 rəqəmi yazılmış CD diskdəki audio yazı məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, səs yazısı Cavabdeh ilə onu, həmçinin İddiaçı ortaq tanışları olan X2 arasında qeydə alınmışdır. Səs yazısında gedən danışıqlardan müəyyən etmək olur ki, həmin danışıq hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra qeydə alınmışdır. Səs yazısında İddiaçı ilə Cavabdeh arasında olan qızıl-zinət əşyalarının nisyə alqı-satqısından, buna görə cavabdehin iddiaçıya yaranmış borc problemindən, məhkəmə mübahisələrindən, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayəti verilməsindən və.s bəhs edilir. Səs yazısının 1:25-ci dəqiqəsində Aygün İsgəndərova Cavabdeh ünvanına bildirir ki, «maman istəsə borcu verərdi, özü vermədi» Cavabdeh da bu deyilənlə bağlı hər hansı arqument irəli sürmür. əksinə, bu deyilənlə razılaşaraq bildirir ki, «ay sağol, ara qarışdı, məssəb itdi, mamamı cırnatdılar». Daha sonra Aygün İsgəndərova Cavabdeh ünvanına bildirir ki, «Şəbnəm, mən bildiyim sizin (iş üzrə tərəfləri nəzərdə tutur) lap siftə Nərgizə verdiyiniz 4000 manat pul olmuşdu ey, 14000 manat da qalmışdı. Nərgiz deyir ki, 14160 manat borc qalanda Şəbnəmə borcundan 10000 manat ödəməsini, qalan 4160 manatı isə keçməsini (güzəşt etməsini) təklif etmişdir, ancaq Şəbnəm bununla razılaşmamış gətirib borcundan 4000 manat pul ödəyəcəyini bildirmişdir». Cavabdeh da bu deyilənlərə cavab olaraq bildirir ki, «o axırda oldu ey, o oldu oktyabr ayında, sən dediyin ən sonda oldu. İyul ayında mamam borcu ödədi, avqust ayında onu cırnatdılar. Ona görə də arvad (öz anasını nəzərdə tutur) başladı verəcəyi pulun məbləğini aşağı salmağa. Oktyabr ayında da sən dediyin təklifi etdi Nərgizə».

56. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş üzərində 2 rəqəmi yazılmış CD diskdəki audio yazının tədqiqi nəticəsində də müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə qızılların alqı-satqısına görə 4800 manat ödənildikdən sonra Cavabdeh İddiaçı 14160 manat borcu qalmışdır. Daha sonra isə tərəflər arasındakı hazırkı məhkəmə mübahisəsi başlamışdır.

57. Beləliklə, cavabdehin qızıl-zinət əşyalarının nisyə alqı-satqısına görə sonuncu dəfə iddiaçıya 13160 manat dəyərində (yoxlanılan hissə həddində) borcu qalması işdəki sübutlarla öz təsdiqini tapır; həmin borcdan hər hansı məbləğin geri qaytarılmasını sübut etmək yükü isə cavabdehin üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır.

58. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

59. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

60. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

61. Lakin, cavabdeh bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü dəlili sübuta yetirə bilməmişdir.

62. İşin yuxarıda şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə iddia tələbi təmin edilməli və Cavabdeh 13160 manat pul alınaraq İddiaçı ödənilməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(021)-386/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni «Cavabdeh 13160 (on üç min bir yüz altmış) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh 13160 (on üç min bir yüz altmış) manat pul alınaraq İddiaçı ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar