Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-19/2023 27.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)- 335/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-335/2019 saylı qətnaməsi ilə (hakim N.Paşayev) iddia tələbi qismən təmin edilmiş, seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0.9791 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.666 hissəsindən Cavabdeh çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv olunması və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər X4 və X3 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, RX seriyalı ******* nömrəli çıxarış əsasında Şəmkir rayonun Dəllər-Cəyir kəndi ərazisində yerləşən 0,9791 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətindədir. Lakin həmin torpaq sahəsinin 0,15 ha hissəsi cavabdeh X5 tərəfindən, qalan 0,8291 ha hissəsi isə cavabdeh X6 tərəfindən zəbt edilmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə, təyinatına uyğun istifadə edə bilmir. Dəfələrlə cavabdehlərə zəbt etdikləri torpaq sahəsindən könüllü çıxamalarını təklif etsə də, onlar buna məhəl qoymamış və torpaq sahəsindən çıxmaqdan imtina etmişlər. Sonradan İddiaçı məhkəməyə notarial qaydada yazılmış ərizə ünvanlayaraq, iddia tələbini X3 münasibətdə azaltdığını, bu səbəbdən X1 cavabdehlikdən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, cavabdeh X6 vəfat etdiyi və sağlığında özünə məxsus torpaq sahəsini Şəmkir rayonu, Dəllər-Cəyir kənd sakini Cavabdeh satdığı üçün Cavabdeh iddiaçının razılığı ilə xx.xx.2018-ci il tarixli qərardadla iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddianın təmin edilmiş hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mübahisəli ərazi uzun müddətdir onun istifadəsində və sahibliyindədir. İddiaçının iddia etdiyi torpaq sahəsi 0,9791 hektardır. Onun mülkiyyətində olan torpaq sahəsi isə 0,666 hektardır. İş üzrə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin rəy verilməsi mümkün olmamışdır. Daha sonra "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli 146 nömrəli mütəxəssis rəyi ilə torpaq sahəsinin zəbt edilməsi göstərilmiş, ekspert də həmin rəyə uyğun rəy vermişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, RX seriyalı ******* saylı çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.9791 ha torpaq sahəsi cavabdehlərin qonşuluğunda yerləşir və qonşu torpaqlar arasında zəbt yoxdur. Göründüyü kimi iş üzrə ziddiyyətli ekspert rəyləri vardır. Bundan başqa "xxxx" MMC-nin mütəxəssisi məhkəmədə verdiyi izahatında göstərmişdir ki, rəydə texniki yanlışlığa yol verilmişdir. Lakin bunun nədən ibarət olmasını və bunu təsdiq edən sənədi təqdim etməmişdir. Prosessual məsələlər: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-335/2019 saylı qətnaməsi dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respubilkasının MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* saylı ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışdan görünür ki, Şəmkir rayonun Dəllər-Cəyir kəndində yerləşən 0.9791 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli A 121322 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin surətindən görünür ki, Şəmkir rayonun Dəllər-Cəyir kəndində yerləşən 0.9791 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, X6 mülkiyyətində olan, Şəmkir rayonun Dəllər-Cəyir kəndində yerləşən 0.6664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh satmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışdan görünür ki, Şəmkir rayonun Dəllər-Cəyir kəndində yerləşən 0.6664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin mütəxəssisi X7 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli rəydə göstərilir ki, X5 və X6 mülkiyyətlərinə verilmiş torpaq sahələrindən qanuna müvafiq istifadə edir və İddiaçı RX seriyalı ******* saylı çıxarışla mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli mütəxəssis rəyində (mühəndislər Adil İbrahimli və İlqar Məmmədov) göstərilir ki, RX seriyalı ******* saylı çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.9791 ha torpaq sahəsi cavabdehlərin qonşuluğunda yerləşir və qonşu torpaqlar arasında zəbt yoxdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli 23 nömrəli mütəxəssis rəyindən görünür ki, RX seriyalı ******* saylı çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonun Dəllər-Cəyir kəndində yerləşən 0.9791 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam olaraq X6 tərəfindən zəbt edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli 6694 nömrəli rəyindən görünür ki, RX seriyalı ******* saylı çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonun Dəllər-Cəyir kəndində yerləşən 0.9791 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam olaraq X6 tərəfindən zəbt edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli 146 nömrəli mütəxəssis rəyindən görünür ki, RX seriyalı ******* saylı çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonun Dəllər-Cəyir kəndində yerləşən 0.9791 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam olaraq Cavabdeh tərəfindən zəbt edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 31956 nömrəli rəyindən görünür ki, RX seriyalı ******* saylı çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonun Dəllər-Cəyir kəndində yerləşən 0.9791 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam olaraq Cavabdeh tərəfindən istifadə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində (mühəndis İlqar Məmmədov) göstərilir ki, mütəxəssis tərəfindən mübahisəli ərazidə çöl ölçmə işləri aparılmamış, lakin kameral şəraitdə dəqiqləşdirmə aparılarkən faktiki vəziyyətlə Dəllər-Cəyir kəndinin kompleks yerquruluşu xəritəsi arasında uyğunsuzluqlar aşkar olunduğu üçün rəy vermək mümkün olmamışdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 27878 nömrəli rəyindən görünür ki, mütəxəssis İlqar Məmmədovun rəyinə istinad edilərək kameral şəraitdə dəqiqləşdirmə aparılarkən faktiki vəziyyətlə Dəllər-Cəyir kəndinin kompleks yerquruluşu xəritəsi arasında uyğunsuzluqlar aşkar olunduğu üçün rəy verilməsinin mümkün olmadığı göstərilmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilir ki, işin icrası ilə əlaqədar olaraq kameral şəraitdə araşdırma aparılarkən istifadəçilərin faktiki istifadəsində olan torpaq sahələri ilə Dəllər-Cəyir kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi arasında uyğunsuzluq olduğundan qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Məhkəəmə kollegiyasının qərardadına əsasən təkrar məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/7845 №-li rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi İlqar Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, qeydiyyat nömrəli ********** olan, xx.xx.2016-ci il tarixli çıxarış (JN378) Tekuis məlumat bazasına əsasən iki hissədən ibarət olmaqla 0,88 ha təşkil edir. İddiaçı sənəd üzrə torpaq sahəsi həmin hissədə 0.49 ha qeyd olunmuşdur. Həmin torpaq sahəsinin 0.4173 ha hissəsi İddiaçı öz istifadəsində oian torpaq sahəsi ilə, 0.0759 ha hissəsi isə Tekuis məiumat bazasına əsasən Cavabdeh istifadəsi ilə üst-üstə düşür. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2017-ci il tarixli şıxarış (JN377) Tekuis məlumat bazasına əsasən Cavabdeh mülkiyyətində olan, Şəmkir rayonunun Dəllər Cəyir kəndində yerləşən 0.6723 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi öz istifadəsindədir və həmin torpaq sahəsinin hüdudları İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2016-ci il tarixli çıxarış (JN378) Tekuis məlumat bazasına əsasən İddiaçı mülkiyyətində olan, Şəmkir rayonunun Dəllər Cəyir kəndində yerləşən 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin koordinatları hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı şıxarış üzrə (JN377) Tekuis məlumat bazasına əsasən Cavabdeh mülkiyyətində olan, Şəmkir rayonunun Dəllər Cəyir kəndində yerləşən 0.6723 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz emlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı şıxarış (JN378) Tekuis məlumat bazasına əsasən İddiaçı mülkiyyətində olan, Şəmkir rayonunun Dəllər Cəyir kəndində yerləşən 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0759 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İşdə olan mütəxəssis rəyinin tıqdim olunması ilə bağlıxidmət haqqının ödənilməsinə dair xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, mütəxəssis rəyinin təqdim olunması üçün iddiaçı Kəmalıə Bayramova tərəfindən 95 (doxsan beş) manat xidmət haqqı ödənilmişdir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, həqiqətən də Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan 0,88 ha torpaq sahəsinin 0,0759 ha hissəsini zəbt etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. Orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəmkir rayonun Dəllər-Cəyir kəndi ərazisində yerləşən 0,9791 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa görə xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 0.0759 ha hissəsini özbaşına zəbt edərək oradan istifadə edir. İddiaçı cavabdehdən mülkiyyətində olan torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh ona məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Hesab edir ki, cavabdehin mübahisəli torpağa sahibliyi qanunsuzdur. Ona görə də cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi və ona məxsus olan, Şəmkir rayonun Dəllər-Cəyir kəndi ərazisində yerləşən 0,9791 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,8291 ha hissəsindən Cavabdeh çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmiş, lakin ekspert rəyi ilə Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan 0,49 ha torpaq sahəsinin 0,0759 ha hissəsini zəbt etməsi müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməli və Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan 0,49 ha torpaq sahəsinin 0,0759 ha hissəsindən çıxarılmalı, 100 manat ekspertiza xərci və 95 manat mütəxəssis xərci Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-335/2019 saylı qətnaməsi RX seriyalı ******* saylı, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Dəllər- Cəyir kəndində yerləşən 0.9791 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.666 ha hissəsindən Cavabdeh çıxarılması hissəsində dəyişdirilsin. RX seriyalı ******* saylı, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Dəllər- Cəyir kəndində yerləşən 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0759 ha hissəsindən Cavabdeh çıxarılsın. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ**********0000003944 SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-19/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-19/2023
27.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver