Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-190/2024 21.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-1112/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-1112/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 5349 kv.m hissəsindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 2(062)-1112/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona və ailə üzvlərinə məxsus Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsinə, dövlət rüsumu hesabına ödənilmiş 100 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1998-ci il tarixli 26 saylı qərarına əsasən ona və ailə üzvlərinə Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh ilə həmkəndlidirlər və bu günədək aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Son bir neçə ildir ki, cavabdeh ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin bir hissəsini zəbt edərək, orada üzüm tingləri əkmiş, beton dirəklər basdırmışdır. Bir neçə ildir ki, cavabdeh onlara həmin torpaq sahəsindən istifadə etməyinə imkan vermir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ekspert rəyinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, mütəxəssislər tərəfindən torpaqlar (tarlalar) arası yollar nəzərə alınmamışdır. Eyni zamanda cavabdeh tərəfin iştirakı təmin edilmədiyinə görə yerdəki vəziyyət barədə düzgün məlumat verilməmişdir. Bu hal reallıqdan kənar rəy verilməsinə səbəb olmuşdur. Belə ki, ekspert rəyində mübahisəli torpaq sahəsinin X2 mülkiyyətində olduğu bildirilsə də, ekspertiza tədqiqatı zamanı Torpaq sahəsinin iddiaçıya məxsus olması, planı və ölçüsü sənədindən istifadə olması məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üs-üstə düşməsini müəyyən etmək üçün ilk növbədə çıxarışla iddiaçının adına reyestrdə qeydə alınmış torpaq sahəsinin koordinatlarını (döngə nöqtəlrini) özündə əks etdirən plan ölçü sənədi ekspertiza tədqiqatına təqdim olunmalı idi. Məhkəmə qətnaməsində o da qeyd olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 5349 kv.metr hissəsi mübahisəli torpaq sahəsində deyil, ərazidə olan mövcud tarlalar arası yola ilə üst-üstə düşə bilər. Buradan da belə nəticəyə gəlmək olar ki, Reyestr xidməti tərəfindən iddiaçıya məxsus çıxarış səhvən, həm mübahisəli torpaq sahəsinə, həm də yolun üzərinə işlənmişdir. Belə olan halda iddiaçıya məxsus torpaq sahəsinə dair çıxarışın verilmsinə əsas olmuş ilkin torpaqayırma sənədləri məhkəməyə təqdim olunmalı və ekspertiza tədqiqatı məhz həmin sənədlər əsasında aparılmalı idi. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən başdansovdu araşdırma aparılmış, ilk növbədə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə əsasən harada yerləşməsi və mübahisəli torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli idi. Eyni zamanda cavabdehə məxsus JN 820 nömrəli torpaq mülkiyyətə verilməsi haqqında dövlət aktından göründüyü kimi qonşu torpaqlar sağ tərəfdən 819 nömrəli akt üzrə torpaq sahəsi, sol tərəfdən isə 821 nömrəli akta əsasən torpaq sahəsi yerləşir və iddiaçı həmin torpaq sahələrinin mülkiyyətçisi deyil. Göründüyü kimi iddiaçının torpaq sahəsi mübahisəli torpaq sahəsi ilə birbaşa qonşu ola bilməz. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi işə baxan məhkəmə kimi ekspertiza təyin edərkən, yerli baxış keçirərkən Cavabdeh iştirakını təmin etməmişdir. Məhkəmə ümumiyyətlə iddiaçının təşəbbüsü ilə keçirilən ekspert və mütəxəssis rəylərində onun tərəfindən faktiki göstərilən sahə ilə cavabdeh tərəfindən hansı hissədə zəbt olunan torpaq hissəsini koordinaatlara uyğun təsbit etməmişdir. Bundan əlavə, birinci instansiyası məhkəməsi Cavabdeh adına olan JN-820 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktındakı fərqi də nəzərə almamışdır. Lakin birinci instansiyası məhkəməsi işdə olan ekspertiza rəylərini, mütəxəssis rəylərini, həmçinin dövlət aktlarındakı sürüşmələri, yeni Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** seriya nömrəli, xx.xx.2022-cü il tarixli çıxarış arasında olan ziddiyyətə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81 və 88-ci maddələrinin tələbləri baxımından hərtərəfli şəkildə qiymət verməli olduğu halda, bunu etməyərək, sadəcə olaraq rəyləri tutmaqla mötəbər sübut kimi qəbul etməklə, prosessual qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur. Göründüyü kimi, birinci instansiyası məhkəməsi mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edən qanunları deyil, rəylərin üstünlüyünə istinad etməklə səhvə yol vermişdir. Halbuki, məhkəmənin istinad etdiyi ekspertin rəyi nəzəri mülahizələrə istinad olunur, Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin konfiqurasiyası, ölçüləri döngə nöqtələrini, koordinatlarını əks etdirən sxem-xəritə iş materiallarında olan rəydə görünmür. Göstərilən torpaq sahəsinin hansı hissəsində zəbt olunması iş materiallarında öz əksini tapmır. İddiaçı tərəfindən naturada hansı torpaq sahəsinin mütəxəssisə təqdim etdiyi bilinmir, faktiki cavabdeh tərəfindən istifadə olunmayan və ya iddiaçının mülkiyyətində olan torpaq sahəsinin guya onun tərəfindən istifadə olunmuş kimi təqdim edilməsi anlamına gəlir. Buna görə də ekspert rəyi əsaslı hesab edilə bilməz. Bundan əlavə, torpaq sahəsi ilə bağlı mübahisələr olduqda ekspertin əraziyə baxış keçirməsi mütləqdir və tərəflərin iştirakını təmin etmək barədə məhkəməyə vəsatət təqdim etməlidir. Lakin ekspert rəyindən görünür ki, ekspert əraziyə baxış keçirmədən, mülki işin materiallarında olan hüquqmüəyyənedici sənədlərə, yəni mütəxəssis rəyinə əsasən müəyyən etmişdir ki, bu da AR Mülki Prosessual Məcəlləsinin 99-cu maddəsininvə “Ekspertiza fəaliyyəti haqqqında” AR Qanunun tələblərinin kobudcasına pozulması deməkdir. Beləliklə, birinci İnstansiya Məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları nəzərə almayaraq, Azərbaycan Respublikası MPM-nin 9.3, 88, 217, 220-ci maddələrinin tələblərini kobud surətdə pozmuş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq edilmiş normanı isə düzgün təfsir etməmişdir. Qətnamənin qanuni olması dedikdə, onun maddi və prosessual hüquq normalarına əsasən qəbul edilməsi başa düşülür. Bununla bağlı qeyd edirik ki, işə baxan Tovuz rayon məhkəməsinin qətnaməsində cavabdehin mülkiyyətində olmayan hansı torpaqdan çıxarılması barədə sxem-xəritədə göstərilməmişdir Qətnamənin əsaslı olması dedikdə, məhkəmənin işə aid olan faktlara əsaslanması, faktların mötəbər sübutlarla təsdiq edilməsi, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi başa düşülür. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehin çıxarılması nəzərdə tutulan torpaq sahəsinə aidiyyəti yoxdur və cavabdeh həmin torpaq sahəsini zəbt etməmişdir. Bu eyni zamanda üst-üstə düşməyən mütəxəssis rəylərində də öz əksini tapmışdır. Hesab edir ki, bu hallar iş üçün vacib amillər olduğundan həmin qətnamənin əsassızlığına dəlalət edir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə nümayəndəsi iştirak etdiyinə görə cavabdehin özünün iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdil Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəfləri dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan JN-823 kod 50300078 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 noyabr tarixli 26 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Tovuz rayonu Aşağı Quşçu kənd sakinləri İddiaçı və onun ailə üzvlərinin adına 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan JN-820 kod 50300078 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 1998ci il 26 noyabr tarixli 26 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Tovuz rayonu Aşağı Quşçu kənd sakinləri Cavabdeh və onun ailə üzvlərinin adına 0,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2654 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********28 saylı mütəxəssis rəyində göstərilənlərlə əsasən Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 5349 kv.m-ə qədər hissəsi elektron məlumat bazasına əsasən JN823 nömrəli Dövlət Aktında olan 823B hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsində çoxillik əkin olan üzüm bağı və beton dirəklər olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin adına ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası bundan əvvəl müvafiq ekspertiza təyin edilərkən cavabdeh tərəfindən məhkəmə iclasında təqdim olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış araşdırma predmeti olmadığına görə iş üzrə obyektiv qərarın qəbul edilməsi üçün ekspertizanın keçirilməsini zəruri hesab etmiş və xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə tikinti-texniki ekspertizası təyin edərək Ekspertizanın aparılmasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2-21- 3-37/2-1422/2024 saylı mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı və Cavabdeh faktiki istifadələri kimi təqdim edilən torpaq sahələrinin koordinatları təyin edildi. İddiaçı və cavabdehin faktiki istifadələri dövlət aktındakı verilmiş cizgilərdən fərqlidir. Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 5063 kv.m-ə qədər hissəsi Elektron məlumat bazasına əsasən JN-823 nömrəli Dövlət Aktında olan 823B hissəsi ilə üst-üstə düşür. Məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/9680 saylı rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********28 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 5349 kv.m-ə qədər hissəsinin Elektron məlumat bazasına əsasən JN-823 nömrəli Dövlət Aktına olan 823B hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1998-ci il tarixli 26 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən JN-823 kod 50300078 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktında göstərilmiş 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, Tovuz rayonu Aşağı Quşçu kənd sakinləri Cavabdeh və onun ailə üzvlərinə isə JN-820 kod 50300078 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktında göstərilmiş 0,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edərək faktiki istifadə etdiyi torpaq sahəsi ilə bağlı həmin torpaq sahəsinin sahəsinin 5349 kv.m-ə qədər hissəsinin Elektron məlumat bazasına əsasən JN- 823 nömrəli Dövlət Aktına olan 823B hissəsi ilə üst-üstə düşməsinə baxmayaraq mülkiyyət hüququna dair çıxarış almış və hazırda onun istifadə etdiyi torpaq sahəsi Elektron məlumat bazasına əsasən mülkiyyəti kimi təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, mübahisəli Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla həmin torpaq sahəsinin 5349 kv.m-ə qədər hissəsi cavabdehin qanunsuz sahibliyindədir və cavabdeh uzun müddətdir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozur.Cavabdeh torpaq sahəsinin həmin hissəsinə hər hansı hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Cavabdehin qeyd olunan torpaq sahəsindən istifadə etməsi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozduğundan o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindəki 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 5349 kv.m hissəsindən çıxarılmalıdır. İddianın çıxarılması hissəsi təmin edildiyindən, həmin hissə icra ediləcəyi təqdirdə torpaq sahəsi də boşaldılmış olacaqdır. Ona görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikasının Tоrpаq Мəcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında tоrpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir - “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ümumi birgə mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sonuncunun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü sənədi hazırda hüquqi qüvvədə olduğundan, iddiaçı və cavabdehin faktiki istifadəsində olan torpaq sahələri dövlət aktındakı cizgilərdən fərqli olduğundan, çıxarışda göstərilənlər əsas götürülməklə hazırda Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinə hər hansı müdaxilənin edilməsi təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə də, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, şikayətin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalı, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.2, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-1112/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ekspertiza xərci 200 manat İddiaçı tulularaq SAP (XİİS), X1, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE**********000 ******* saylı hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-190/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-190/2024
21.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver