Məhkəmə qərarları › İş №2(104)-1901/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1901/2025

17.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1901/2025 17.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Göygöl Rayonu Üçtəpə bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili X3 iştirakı ilə, İddiaçı Göygöl Rayonu Üçtəpə bələdiyyəsinin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(066)-39/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(066)-39/2025 nömrəli qətnaməsi ilə (hakim L.Hüseynzadə) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Göygöl Rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş (tikintitexniki obyektlərinin tədqiqi ekspertizasının xx.xx.2025-cü il tarixli, 10/1949 nömrəli ekspert rəyinə uyğun şəkildə) hissəsində inşa edilmiş dəmir hasar, qoydurduğu darvazanın Cavabdeh vəsaiti hesabına sökülməsi, həmin hissədə ağacların çıxarılması və torpaq sahəsinin boşaldılması, Cavabdeh tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 (yüz) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Göygöl Rayonu Üçtəpə kənd Bələdiyyəsinin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Göygöl rayonu Üçtəpə kənd bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsinə düşən hissədəki qanunsuz çəkdiyi dəmir hasarın və qoydurduğu darvazanın sökülməsi, ağacların çıxarılması, ərazinin onun öz hesabına boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göygöl rayon Üçtəpə kənd bələdiyyəsinə aid torpaq sahələri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanunu əsasında idarə olunur. Bu Qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir. Göygöl rayon Üçtəpə Bələdiyyəsinin inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusiyyətlərinə görə müəyyən edilmiş məqsədli təyinatına və hüquqi rejiminə görə istifadə olunur, öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçinin hüquqlarını müdafiə edir. Göygöl Bələdiyyəsininn mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizə olunması müstəsna hüququdur. Göygöl rayonu Üçtəpə kənd mülkiyyətinə məxsus torpaq sahəsinin istifadəçiləri, icarəçiləri səlahiyyətlər daxilində təyinatına daima nəzarət olunur. Göstərilənlərə baxmayaraq Cavabdeh Göygöl rayon Üçtəpə bələdiyyəsinin mülkiyyətinə aid olan meşəyə gedən yolun üzərində yerləşən təxminən 7-8 sot örüş torpaq sahəsini qanunsuz zəbt edərək, həmin torpaq sahəsində dəmir hasar çəkmiş, darvaza qoydurmuş və ağaclar əkmişdir. Cavabdeh dəfələrlə rəsmi məlumat verilərək, qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsindən könüllü olaraq çıxmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən heç bir hərəkət olmamışdır. 2 dəfə Göygöl rayon polis şöbəsinə də müraciət etmələrinə baxmayaraq heç bir tədbir görülməmişdir. Cavabdehin polisə verdiyi izahatda bildirir ki, həmin torpaq sahəsi guya Gəncə şəhərinə aiddir. Cavabdeh Göygöl rayon Üçtəpə kənd bələdiyyəsinin mülkiyyətindən maneəsiz istifadə və sahiblik hüquqlarını tam məhdudlaşdırır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin həqiqi haları ondan ibarətdir ki, Göygöl rayonu Üçtəpə kəndində yerləșən 0,08 sot torpaq sahəsi Göygöl rayonunun Aşıqlı Bələdiyyəsinin ərazisində olmasını və Aşıqlı Bələdiyyəsinin 02 dekabr 2000-ci il tarixli 10 nömrəli qərarına əsasən X1 Aşıqlı bələdiyyəsinin Mirzə Kərim adlanan sahədə fərdi yaşayış evi tikintisi üçün 1 nömrəli yerdə daimi isifadə üçün təhvil verilmişdir. Bu barədə DT və XK-nın Xanlar rayon şöbəsininin müdir vəzifəsinin icraçısı M. C.Rzayev, Xanlar rayon Aşıqlı Bələdiyyəsinin sədri R.S.Əliyev və Xanlar rayon Aşıqlı kənd sakini R.F.Verdiyev akt tərtib edib möhürləyərək imzalamışlar. Göründüyü bu torpaq sahəsi Göygöl rayonun Aşıqlı ərazisindədir. Məhkəmə bu halı aydınlaşdırmamış, Aşıqlı Bələdiyyəsinin nümayəndəsini çağırıb obyektiv araşdırma aparmamışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-39/2025 nömrəli, 21 avqust 2025-ci il tarixli qətnaməsi qanunsuzdur. Həmçinin o, məcburi köçkün kimi həmin evdə müvəqqəti yaşadığından onu cavabdeh kimi işə cəlb edilməyi də əsassız olmuşdur. O, 5 nəfər ilə üzvülərilə məcburi köçkündür. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndə vasitəsi ilə təmsil olunsa da, özü məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X4 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Göygöl Rayonu Üçtəpə bələdiyyəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, mübahisəli ünvandakı torpaq sahəsi Göygöl Rayonu Üçtəpə bələdiyyəsinin ərazisidir. Cavabdeh uzun müddətdir ki, həmin torpaq sahəsində olan tikilidə məskunlaşmışdır. Lakin həmin tikiliyə aid torpaq sahəsi hazırkı ölçüdə olmamışdır. Cavabdeh mərhələli şəkildə hasarını genişləndirməklə kənd sakinlərinin gediş-gəliş yolunu da zəbt etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh hasarını əvvəlki yerinə qaytarmaqdan imtina edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə kollegiyasının iclasında iştirak etmiş tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respubilkası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 88/24 qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kənd bələdiyyəsinin ərazisində nəzərdə tutulan torpaq sahəsinin bir hissəsi bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatlı örüş torpağına düşür. Elektron baza məlumatlarına əsasən torpaq sahəsinin 467.44 kv.m hissəsi bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatlı təyinat biçənək torpağına düşür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixli, 3- 21-3-33/2-1913/2025 nömrəli məktub ilə təqdim edilən mütəxəssis rəyində qeyd edilir ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. Göygöl rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətinə verilmiş 1-55(kod-********) nömrəli olan 6.34 ha torpaq sahəsi, Xanlar (indiki Göygöl) rayonu Üçtəpə bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində öz əksini tapmış 1-55 (kod ********) nömrəli olan 6.34 ha torpaq sahəsinin sərhəd hüdudlarının döngə nöqtələrinin koordinatları yerində (naturada) müəyyən edildi. Göygöl rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətinə verilmiş 1- 55(kod-********) nömrəli olan 6.34 ha torpaq sahəsi, Xanlar (indiki Göygöl) rayonu Üçtəpə bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində öz əksini tapmış 1-55 (kod-********) nömrəli olan 6.34 ha torpaq sahəsinin 220.0 kv.m hissəsi Cavabdeh tərəfindən faktiki olaraq istifadə edildiyi müəyyən olundu. Həmin torpaq sahəsi ilə üst-üstə düşən 220.0 kv.m hissəsi üzərində quraşdırılmış dəmir hasar müəyyən edildi. Qeyd edilir ki, mübahisəli əraziyə baxış keçirilərkən Cavabdeh naturada təqdim etdiyi faktiki istifadəsində olan 1696.0 kv.m torpaq sahəsinin 340.0 kv.m hissəsi Xanlar (indiki Göygöl) rayonu Üçtəpə bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə (kod-********) əsasən bələdiyyə mülkiyyətində olan örüş sahəsi olaraq müəyyən olundu və həmin 340.0 kv.m torpaq sahəsi üzərində dəmir darvaza müşahidə edildi. Cavabdeh naturada təqdim etidiyi faktiki istifadəsində olan 1696.0 kv.m torpaq sahəsinin 340.0 kv.m hissəsi Xanlar (indiki Göygöl) rayonu Üçtəpə kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələrinin kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsi 1356.0 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş sahəsi kimi göstərilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh naturada təqdim etidiyi faktiki istifadəsində olan 1696.0 kv.m torpaq sahəsinin 1204.0 kv.m hissəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi 492.0 kv.m hissəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid biçənək sahəsi olaraq göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertizasının 29 may 2025-ci il tarixli ekspert rəyinə əsasən qeyd edilir: qərardadın birinci sualı üzrə- Göygöl rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətinə verilmiş 1-55(kod- ********) nömrəli olan 6.34 ha torpaq sahəsi, Xanlar (indiki Göygöl) rayonu Üçtəpə bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində öz əksini tapmış 1-55(kod-********) nömrəli olan 6.34 ha torpaq sahəsinin sərhəd hüdudlarının döngə nöqtələrinin koordinatları yerində (naturada) müəyyən edildi. Qərardadın ikinci sualı üzrə: Göygöl rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətinə verilmiş 1- 55(kod-********) nömrəli olan 6.34 ha torpaq sahəsi, Xanlar (indiki Göygöl) rayonu Üçtəpə bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində öz əksini tapmış 1-55 (kod-********) nömrəli olan 6.34 ha torpaq sahəsinin 220.0 kv.m hissəsi Cavabdeh tərəfindən faktiki olaraq istifadə edildiyi müəyyən olundu. Qərardaın üçüncü sualı üzrə: Həmin torpaq sahəsi ilə üst-üstə düşən 220.0 kv.m hissəsi üzərində quraşdırılmış dəmir hasar müəyyən edildi. Qeyd edilir ki, mübahisəli əraziyə baxış keçirilərkən Cavabdeh naturada təqdim etdiyi faktiki istifadəsində olan 1696.0 kv.m torpaq sahəsinin 340.0 kv.m hissəsi Xanlar (indiki Göygöl) rayonu Üçtəpə bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə (kod- ********) əsasən bələdiyyə mülkiyyətində olan örüş sahəsi olaraq müəyyən olundu və həmin 340.0 kv.m torpaq sahəsi üzərində dəmir darvaza müşahidə edildi. Cavabdeh naturada təqdim etidiyi faktiki istifadəsində olan 1696.0 kv.m torpaq sahəsinin 340.0 kv.m hissəsi Xanlar (indiki Göygöl) rayonu Üçtəpə kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 2002ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələrinin kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsi 1356.0 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş sahəsi kimi göstərilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh naturada təqdim etidiyi faktiki istifadəsində olan 1696.0 kv.m torpaq sahəsinin 1204.0 kv.m hissəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi 492.0 kv.m hissəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid biçənək sahəsi olaraq göstərilmişdir. Məkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh Göygöl rayon Üçtəpə bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsini zəbt edərək, həmin torpaq sahəsində dəmir hasar çəkmiş, darvaza qoydurmuş və ağaclar əkmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq zəbt etdiyi torpaq sahəsindən könüllü olaraq çıxmaqdan, daha doğrusu hasarını əvvəlki yerinə qaytarmaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 1696.0 kv.m torpaq sahəsi ekspertiza və mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Göygöl Rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətində olmasını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən, ekspert rəyi ilə müəyyən edilən 1696 kv. m torpaq sahəsinin Cavabdeh qanuni əsas olmadan istifadəsində olmasını, nəticədə iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə edə bilməməsi, bununla da onun mülkiyyət və istifadə hüququnun pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsinin zəbt edilmiş hissəsində inşa edilmiş dəmir hasar, qoyulmuş darvaza Cavabdeh vəsaiti hesabına sökülməli, ağaclar çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. Orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. Kollegiya qeyd edir ki, iş materialları və ekspert rəyi ilə Cavabdeh Göygöl rayon Üçtəpə bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsini qanunsuz zəbt edərək, həmin torpaq sahəsində dəmir hasar çəkməsi, darvaza qoydurması və ağaclar əkməsi müəyyən olunmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, o, iddiaçıya verilmiş torpaq sahəsinin heç bir hissəsini tutmamışdır. Həmçinin həmin tikilinin iddiaçının istifadəsində olan torpaq sahəsində mövcud olması dəqiq müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, şikayətin iddiaçıya məxsus torpaq sahəsinin heç bir hissəsini tutmamasına dair dəlili iş materiallarında olan məhkəmə ekspertizasının rəyi ilə təkzib olunur. Belə ki, ekspert rəyi ilə cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi təsdiq olunur. Şikayətin mübahisəli torpaq sahəsinin Üctəpə bələdiyyəsinin yox, Aşıqlı bələdiyyəsinin ərazisində yerləşməsinə dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin torpaq sahəsinin Göygöl rayonu Üctəpə bələdiyyəsinin ərazisi olmaqla mülkiyyətində olması ekspertiza rəyi ilə təsdiq olunduğuna, həmçinin, iddiaçının həmin torpaq sahəsinə hüququnun olması torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına əsasən müəyyən edildiyinə görə kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini iddiaçının formal mülahizəsi kimi qiymətləndirir və hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri məhkəmənin şikayətlə mübahisələndirilən qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(066)-39/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar