Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1911/2025 04.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X6 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi (əri) Nümayəndə3, eləcədə digər nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs1nə qarşı atalıq faktının müəyyən edilməsi, ata qrafasında X16, ana qrafasında isə X9 yazılmasına dair iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(021)-4271/2023 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı Maraqlı şəxs1nə qarşı Bərdə Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx xxx 1957-ci il tarixdə Bərdə şəhərində anadan olmasi, atasının X16, anasının isə X22 olması və 09 iyul 1957-ci il tarixli, 271 saylı akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxx 1957-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. X5, anası X14r. Anadan olduğu zaman valideynləri ona doğum haqqında şəhadətnamə almışlar. Şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi almışdır. Valideynləri ona doğum haqqında şəhadətnamə alan zaman Maraqlı şəxs1ndə 09 iyul 1957-ci il tarixdə 271 aylı akt qeydi aparılmışdır. Şəhadətnamədə ata qrafasında ata adı X16, ana qrafasında isə X17 yazılmışdır. Lakin Maraqlı şəxs1ndə olan doğum akt qeydinin kötüyündə onun soyadı anasının soyadı ilə Qazıev, ata qrafası isə boş qalmışdır. Atası ilə anasının rəsmi nikahları olmadığı üçün onun soyadı doğum akt qeydində "Qazıev" yazılmışdır. Doğum akt qeydində soyadının Qazıyev, ata qrafasının isə boş olduğunu bilməmişdir. Qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnamədən çıxarış aldığı zaman ona məlum olmuşdur ki, ona verilmiş doğum haqqında şəhadətnaməsində soyadı "Hümbətov" ata qrafasında ata adı X16 olaraq yazılmasına baxmayaraq doğum akt qeydində soyadının "Qazıev" kimi, ata qrafasının isə boş olduğunu bilmişdir. Bir çox sənədlərin hazırlanmasında ona verilmiş olan 09 iyul 1957-ci il tarixli 271 saylı akt qeydinin Maraqlı şəxs1ndə olmaması ona bir çox problemlər yaradır. Bununla bağlı Maraqlı şəxs1nə müraciət etmiş¸ lakin ona bildirilmişdir ki, doğum akt qeydi ilə əlaqədar Qeydiyyat şöbəsində heç bir məlumat yoxdu. Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu faktı X26 və X12 da təsdiq edə bilərlər. Ərizəçi İddiaçı tələbinin dəyişdirilməsi barədə ərizə verərək atalıq faktı müəyyən edilərək ata qrafasında X16, ana qrafasında isə X9 yazılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(021)-4271/2023 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) ərizə qismən təmin edilərək, İddiaçı xx xxx 1957-ci il tarixdə Bərdə şəhərində doğulması, doğum aktında atasının X16, anasının isə Qazıeva (Həziyeva) Səriyyə İbad qızı kimi qeyd olunmaqla atalıq faktı müəyyən edilməsi; Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Bərdə Rayon Məhkəməsinin icraatında 2(021)-4271/2025 nömrəli mülki iş olmuşdur. Həmin mülki iş üzrə 20 dekabr 2023-cü il tarixdə çıxarılmış qətnamə onun hüquq və mənafelərinə, yəni mülkiyyət və vərəsəlik hüquqlarına toxunmuşdur. Qeyd olunan mülki işd ərizəçi kimi çıxış edən Xalid və onun bacısı Dürdanə adlı şəxslər müxtəlif yollarla miras qalmış əmlakları ələ keçirtmək məqsədi ilə saxta sənədlər əldə edib məhkəmələri yanıldaraq guya onun məhrum bibisi X7 nikahdan kənar ata bir ögey bacı və qardaşları olması kimi hüquqi faktların müəyyən edilməsinə dair məhkəmələrə bir neçə dəfə müraciət etmişlər. Bu barədə qanuni qüvvəyə minmiş Bərdə rayon Məhkəməsinin, Gəncə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin bir neçə qətnamə və qərarları vardır. Buna baxmayaraq Xalid adlı şəxs yenidən 2023-cü ildə başqa formada hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair Bərdə Rayon Məhkəməsinə xüsusi icraat qaydasında müraciət etmişdir. Məhkəmə onu işə maraqlı şəxs qismində cəlb etmədən şahid ifadələri əsasında həmin faktı müəyyən etmişdir. Şahidlər isə Xalidin bacısı Dürdanə və dayısı X26 olmuşdur. Halbu ki, həmin şahidlərin, xüsusilə də bacısı Dürdanənin işdə marağı olan şəxslərdir. Belə ki, Dürdanənin özü də bir neçə dəfə bu barədə məhkəməyə ərizə vermişdir. Həmin ərəfədə, yəni 2023-cü il tarixdə Xalid adlı şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində “miras əmlakda payın müəyyən edilməsinə və çıxarışın ləğv edilməsı”nə dair iddia qaldırmışlar. Lakin Binəqədi Rayon Məhkəməsi iddianı rədd etmişdir. Bundan sonra Bərdə Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(103)-5557/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılaraq iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi məhz öz qətnaməsində Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(021)-4271/2025 nömrəli qətnaməsini rəhbər tutaraq ona əsalanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(103)-5557/2024 nömrəli qətnaməsi ona rəsmi qaydada verilməmişdir. Müraciəti əsasında rəsmi qaydada 29 iyul 2025-ci il tarixdə qətnamə ona verilmişdir. Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023cü il tarixli, 2(021)-4271/2025 nömrəli qətnaməsinin hüquqi nəticəsidir ki, onun bibisindən miras qalmış və qanun üzrə vərəsəlik qaydasında keçmiş əmlaklardan məhrum olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi (əri) Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, miras qoyan Enfira Hümbətova arvadı Kəmalənin bibisidır. Kəmalənin atası isə Valeh Hümbətovdur. Ərizəçi İddiaçı hazırkı fakti müəyyən etməkdə niyyəti Kəmalənin bibisi Enfiradan qalmış mirasdan pay almağa yönəlib. Halbu ki Enfira Hümbətova ilə ərizəçinin qohumluğu yaxdur. Bu faktın təsdiqinin nəticəsi olaraq ərizəçi İddiaçı miras qoyan Enfira Hümbətovadan qalan mirasın 2/3 hissəsini ələ keçirmişdir. qalmış Enfira Hümbətovadan qalmış mirası arvadı Kəmalə qəbul etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, hüquq haqqında mübahisə olduğu üçün qətnamənin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 da apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra hüquq haqqında mübahisə olduğu üçün qətnamənin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ərizəçi İddiaçı X5 olmuşdur. Miras qoyan X1r, yəni atası Xalidin bacısıdır. Enfira onlarla birlikdə yaşamış, hətta vəfat etdikdən sonra yas mərasimlərini də onlar təşkil etmişlər. Hatasının doğum haqqında şəhadətnaməsində atası kimi X16 göstərilsədə, lakin doğum akt qeydinin kötüyündə ata qrafası boş saxlanılmışdır. Ona görədə hazırkı faktın təsdiqi barədə məhkəməyə ərizə verilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi İddiaçı və qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmişlər. Hər iki tərəf nümayəndə vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Maraqlı şəxs1 tərəfindən verilmiş 20 may 1957-ci il tarixli, İ-ИЕ 421522 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 20 may 1957-ci il tarixdə anadan olmuşdur. X5, anası isə X18r; Maraqlı şəxs1 tərəfindən verilmiş 28 aprel 2000-ci il tarixli, AZ-066131 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X23 18 mart 1990-cı ildə Bərdə şəhərində mədə xərçəngi səbəbindən vəfat etmişdir; Maraqlı şəxs1 tərəfindən verilmiş 28 aprel 2000-ci il tarixli, AZ-066132 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 28 fevral 1998-ci ildə Bərdə şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 fevral 1998-ci il tarixdə 36 nömrə ilə qeydə alınmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2(102)-2623/2021 nömrəli qərarın surətindən görünür ki, iddiaçı X8 cavabdeh İddiaçı və maraqlı şəxs Bərdə regional "ASAN Xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı qohumluq faktının təsdiq edilməsi və qeyri-qanuni hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(021)-825/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı X4 mərhum X10 bacısı olması faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs2 qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli, 2(104)- 2041/2020 nömrəli qətnaməsi ilə Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli 2(021)-825/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, ikinci iddia tələbinin qohumluq faktının təsdiq edilməsinə dair hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı X8 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli, 2(104)-2041/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, ərizəçi X2 Rayon Məhkəməsinə müraciət edərək X7 onun bacısı olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-2371/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 iyul 2022-ci il tarixli, 2(104)-1526/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 verdiyi kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1526/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2023-cü il tarixli 2(102)-60/2023 nömrəli qərarın surətindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs1nə və Bərdə “Asan xidmət” Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək 28 may 1948-ci ildə Bərdə şəhərində anadan olmuş X7 onun bacısı olmasına dair qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(1021)-1594/2020 nömrəli qətnaməsi ilə ilə ərizə təmin edilmiş, 28 may 1948-ci ildə anadan olmuş X7 İddiaçı bacısı olması faktının müəyyən edilməsi qət olunmuş, həmin qətnamədən Maraqlı şəxs2 apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2022-ci il tarixli 2(104)-1525/2022-nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(1021)-1594/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Maraqlı şəxs2 vermiş olduğu kasassaiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2022-ci il tarixli 2(104)-1525/2022-nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(001)- 4630/2023 nömrəli qətnamənin surətindən görünür ki, İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Dövlət notariat kontoru, Maraqlı şəxs2, X8 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "miras payının müəyyən olunması” tələbinə dair iddiası rədd edilmişdir; 20 may 2021-ci il tarixli, 2V-103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki Maraqlı şəxs2 mərhum X7 vərəsəsi tanınmış və X11 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə Maraqlı şəxs2 payı müəyyən edilmişdir. 27 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Maraqlı şəxs2 xüsusi mülkiyyətindədir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, xüsusi icraat qaydasında baxılan iş üzrə hüquq haqqında mübahisə olduğundan qətnamə tamamilə ləğv edilməli və ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 3.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçi İddiaçı xüsusi icraat qaydasında verdiyi ərizədən görünür ki, ərizəçi atalıq faktının müəyyən edilərək, ata qrafasında X16, ana qrafasında isə X9 yazılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Kollegiya qeyd edir ki, atanın sağ olduğu dövrdə atalığın müəyyən olunmasına dair işlərə Ailə Məcəlləsinin 45.1. maddəsinə əsasən iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10. maddəsində nəzərdə tutulan atalığın etiraf olunması faktına isə xüsusi icraat qaydasında baxılır. X25 vermiş olduğu ərizədə atalıq faktını müəyyən edərək ata qrafasında X16, ana qrafasında isə X9 yazılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Göründüyü kimi ərizəçinin niyyəti əslində ölmüş şəxs X13 onun atası olması faktının etirafına yönəlmişdir. Bu faktın etirafı isə özlüyündə ərizəçiyə Enfira Hümbətovadan (fakt təsdiq olarsa bacısı hesab ediləcək) miras qalmış əmlakdan pay almaq hüququ verəcək. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 da qətnamədən verdiyi apellyasiya şikayətində Enfira Hümbətovanın onun bibisi olmasını, ərizəçi İddiaçıla Enfiranın qohumlğunun olmamasını bildirmişdir. Göründüyü kimi ərizəçi İddiaçı ərizəsinin təmin olunacağı, yəni atasının X13 olması təsdiq olunarsa, bu halda onunla qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 arasında Enfira Hümbətovadan miras qalmış əmlakla bağlı mübhisə yaranacaqdır. Sonuncuda vermiş olduğu apellyasiya şikayətində məhz işin qeyd olunan bu halına istinad etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.5-ci bəndində qeyd olunmuşdur ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.1.10. maddəsində qeyd olunmuşdur ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 306.4. maddəsində isə qeyd olunmuşdur ki, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə hüquq haqqında mübahisə olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 391-ci maddəsində göstərilir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsində deyilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ərizəçi İddiaçı izah olunur ki, ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 306, 384 385 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(021)-4271/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Ərizəçi İddiaçı atalıq faktının müəyyən edilməsi, ata qrafasında X16, ana qrafasında isə X9 yazılmasına dair ərizə baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, həmin tələblə bağlı ümumi əsaslarla iddia verə bilər. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1911/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1911/2025
04.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver