Məhkəmə qərarları › İş №2(104)-1912/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1912/2025

27.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1912/2025 27.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(021)-1887/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Bərdə rayon Alpoud kəndində yerləşən mərhum həyat yoldaşına məxsus 0,30 ha həyətyanı torpaq sahəsindən və 0,46 ha pay torpaq sahəsindən 26 avqust 2006-cı il təvəllüdlü övladı X2 payının vərəsələr arasında bölünməsi və naturada tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1887/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilərək, mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilməklə bərpa edilməsi və miras əmlakın bölünməklə mərhum X4 miras qalan Bərdə rayonu Alpoud kəndində yerləşən 0,3 ha torpaq sahəsinin 1/3 pay hissəsinə, (0,1 ha hissəsinə) 1/9 hissədə Cavabdeh2, 1/9 hissədə Cavabdeh1, 1/9 hissədə X2, Bərdə rayonu, Alpoud kəndində yerləşən 0,46 ha torpaq sahəsinin 1/3 hissəsinə (0,153 ha) Cavabdeh2, 1/3 hissəsinə (0,153 ha) Cavabdeh1, 1/3 hissəsinə (0,153 ha) isə Cavabdeh2 miras (vərəsəlik) paylarının tanınması qət edilmişdir. Bundan sonra İddiaçı məhkəmə qətnaməsində yol verilmiş yalnışlığın düzəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1887/2023 saylı qətnaməsində onun övladının adının səhvən Sabir yazılmasını, əslində isə oğlunun adının Məhəmməd olmasını bildirərək məhkəmə qətnaməsində yol verilmiş yalnışlığın düzəldilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1887/2023 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Bərdə rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(021)-1887/2023 nömrəli qətnaməsinin nəticə hissəsində “Mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilməklə bərpa edilsin və miras əmlak bölünməklə mərhum X4 miras qalan Bərdə rayonu Alpoud kəndində yerləşən 0,3 ha torpaq sahəsinin 1/3 pay hissəsinə, (0,1 ha hissəsinə) 1/9 hissədə Cavabdeh2, 1/9 hissədə Cavabdeh1, 1/9 hissədə X2, Bərdə rayonu, Alpoud kəndində yerləşən 0,46 ha torpaq sahəsinin 1/3 hissəsinə (0,153 ha) Cavabdeh2, 1/3 hissəsinə (0,153 ha) Cavabdeh1, 1/3 hissəsinə (0,153 ha) isə Cavabdeh2 miras (vərəsəlik) payları tanınsın.” cümləsindəki “Cavabdeh2” sözünün “X2” kimi oxunması qərara alınmışdır. Daha sonra İddiaçı yenidən məhkəmə qətnaməsində yol verilmiş yalnışlığın düzəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onlarda vərəsə 3 nəfər olduqları təqdirdə səhvən 9 nəfər yazılmış, torpaq sahəsi 0.30 ha olduğunu 0.3 ha yazılmış, 3 nəfərin arasında bölündükdə isə 0.1 ha düşdüyü üçün onun övladına düşən pay 0.1 ha olur. Odur ki, qətnamədə yol verilmiş yalnışlığın aradan qaldırılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1887/2023 nömrəli qərardadı ilə (hakim Ziya Abdullayev) Bərdə Rayon Məhkəməsinin 2(021)-1887/2023 saylı 01 avqust 2023-cü il tarixli qətnaməsində olan yalnışlıq iddiaçının məhkəməyə daxil olmuş ərizəsinə əsasən xx.xx.2024-cü il tarixli 2(02)-1887/2023 saylı qərardadına əsasən düzəldildiyindən ərizə təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı şikayət vermiş, şikayət onunla əsaslandırılmışdır ki, onun övladının adı Məhəmməd yazılmaq əvəzinə texniki səhvlik edərək övladının adı Sabir yazılmış, onlarda mirasçılar 3 nəfər olduğu halda səhvən 9 nəfər kimi yazılmış, torpaq sahəsi 0.30 ha olduğu halda 0.3 ha yazılmış, 3 nəfərin arasında bölündükdə isə 0.1 ha düşdüyü üçün bütün sənədlərdə övladına düşən pay 0.1 ha olur. Bu isə yanlışdır. Qətnaməyə düzəliş edilərək qətnamənin qət etdi hissəsində tam olaraq “ Mirasın qəbulunun müddətinin ötürülməsi üzrlü hesab edilməklə bərpa edilsin və miras əmlak bölünməklə mərhum X4 miras qalan Bərdə rayonu Alpoud kəndində yerləşən 0.30 ha torpaq sahəsinin 1/3 pay hissəsinə, (0,10 ha hissəsinə) 1/3 hissədə Cavabdeh2, 1/3 hissədə Cavabdeh1, 1/3 hissədə X3, Bərdə rayonu Alpoud kəndində yerləşən 0.46 ha torpaq sahəsinin 1/3 hissəsinə (0.153 ha) Cavabdeh2, 1/3 hissəsinə (0.153 ha) Cavabdeh1, 1/3 hissəsinə (0.153 ha) isə X2 miras (vərəsəlik) payları tanınması” kimi yazılmalı idi. Bunun üçündə qətnaməyə düzəliş olunmasını istəy. Lakin, ərizəyə baxan hakim əsassız qərar qəbul edərək ərizəni təmin etməyərək qətnamədə heç bir düzəlişlər etməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1887/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(021)-1887/2023 nömrəli qərardadı ləğv edilməli, İddiaçı tərəfindən verilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1887/2023 saylı qətnaməsində yol verilmiş yanlışlıqların aradan qaldırılması barədə ərizəyə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1887/2023 saylı 01 avqust 2023-cü il tarixli qətnaməsində olan yalnışlıq iddiaçının məhkəməyə daxil olmuş ərizəsinə əsasən xx.xx.2024-cü il tarixli 2(02)- 1887/2023 saylı qərardadına əsasən düzəldilmişdir. Həmin qərardada əsasən Cavabdeh2 sözünün X1 oxunması göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmim nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, iş hallarında görünür ki, iddiaçı Pərvanə Qədirova ilk dəfə qətnamədəki yol verilmiş yalnışlığın qaldırılması ilə bağlı məhkəməyə müraciət edərkən övladının adının səhvən Sabir yazılmasını, əslində isə oğlunun adının Məhəmməd olmasını bildirərək məhkəmə qətnaməsində yol verilmiş yalnışlığın düzəldilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1887/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Daha sonra isə iddiaçı yenidən ərizə ilə məhkəməyə müraciət edərək bu dəfə vərəsə 3 nəfər olduqları təqdirdə qətnamədə səhvən 9 nəfər yazıldığını, torpaq sahəsi 0.30 ha olduğunu 0.3 ha qeyd olunduğunu, mirs əmlakın 3 nəfərin arasında bölündükdə isə 0.1 ha düşdüyü üçün onun övladına düşən pay 0.1 ha olmasını qeyd edərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1887/2023 saylı qətnaməsində yol verilmiş yalnışlığın düzəldilməsini xahiş etmişdir. Ərizələrdən də göründüyü kimi iddiaçı ərizələrində Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1887/2023 saylı qətnaməsində yol verilmiş ayrı-ayrı yalnışlıqların düzəldilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi qeyd olunan halı araşdırmadan, Bərdə Rayon Məhkəməsinin 2(021)- 1887/2023 saylı 01 avqust 2023-cü il tarixli qətnaməsində olan yalnışlığın xx.xx.2024-cü il tarixli 2(02)-1887/2023 saylı qərardadı ilə düzəldilməsini əsas gətirərək ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1887/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilərək, mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilməklə bərpa edilməsi və miras əmlakın bölünməklə mərhum X4 miras qalan Bərdə rayonu Alpoud kəndində yerləşən 0,3 ha torpaq sahəsinin 1/3 pay hissəsinə, (0,1 ha hissəsinə) 1/9 hissədə Cavabdeh2, 1/9 hissədə Cavabdeh1, 1/9 hissədə X2, Bərdə rayonu, Alpoud kəndində yerləşən 0,46 ha torpaq sahəsinin 1/3 hissəsinə (0,153 ha) Cavabdeh2, 1/3 hissəsinə (0,153 ha) Cavabdeh1, 1/3 hissəsinə (0,153 ha) isə Cavabdeh2 miras (vərəsəlik) paylarının tanınması qət edilmişdir. Halbu ki, qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə Bərdə rayonu Alpoud kəndində yerləşən 0,3 ha torpaq sahəsinin 1/3 pay hissəsinə, Cavabdeh2, Cavabdeh1 və X2 payı bərabər hissədə müəyyən olunmuşdur. Qətnamədə Bərdə rayonu Alpoud kəndində yerləşən 0,3 ha torpaq sahəsinin 1/3 pay hissəsinə, (0,1 ha hissəsinə) 1/3 hissədə Cavabdeh2, 1/3 hissədə Cavabdeh1, 1/3 hissədə X2 payı olmaqla, ümumilikdə Bərdə rayonu Alpoud kəndində yerləşən 0,3 ha torpaq sahəsində payları 1/9 hissədə Cavabdeh2, 1/9 hissədə Cavabdeh1, 1/9 hissədə X2 payı kimi göstərilməli olduğu halda, hesab səhvi nəticəsində Bərdə rayonu Alpoud kəndində yerləşən 0,3 ha torpaq sahəsinin 1/3 pay hissəsinə, (0,1 ha hissəsinə) 1/9 hissədə Cavabdeh2, 1/9 hissədə Cavabdeh1, 1/9 hissədə X2 payı kimi göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(021)- 1887/2023 nömrəli qərardadı ləğv edilməli, İddiaçı tərəfindən Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1887/2023 saylı qətnaməsində yol verilmiş yalnışlığın aradan qaldırılması barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(021)-1887/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(021)-1887/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 1887/2023 saylı qətnaməsində yol verilmiş yalnışlığın aradan qaldırılması barədə ərizəyə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar