Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-192/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(021)-1185/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y yə n e t d i : İddiaçı1 cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasına və “Atəşgah Həyat“ Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sənəddə düzəliş edilməsi və sığorta ödənişinin həyata keçirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(022)-1185/2022 nömrəli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia tələbi rədd edilmişdir. Bərdə Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(022)-1185/2022 nömrəli qətnaməsindən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləvğ edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 4 ilə yaxındır ki, “Yarasa LTD» Məhdud Məsuliyyətli Cəmiyyətində texnik vəzifəsində işləyir. 30 mart 2021-ci il tarixdə "xxxx" MMC-nin X3 Məntəqəsinin mühəndisi X2 Ağdam rayonu Quzanlı qəsəbəsində olan obyektləri yoxlamaq və əlavə obyekt tapmaq barədə tapşırıq almışdır. Verilmiş iş tapşırığının icrası ilə əlaqədar olaraq Ağdam rayonu Quzanlı qəsəbəsinə getmiş və qəsəbənin girişində idarə etdiyi şəxsi avtomobilini saxlayıb yolun əks tərəfində yerləşən «Avromed» şirkətinə məxsus aptekdə əvvəlcədən quraşdırdığı və xidmət göstərdiyi siqnalizasiya avadanlığına baxış keçirtmək, eyni zamanda yeni PİN kod vermək istəmişdir. O, saat 12:20 radələrində piyada keçidində yolu keçmək istəyən vaxt Ağdam-Bərdə yolunda Bərdə istiqamətində hərəkətdə olan, vətəndaş X5 idarə etdiyi «VAZ-2107» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtombili tərəfindən vurulmuş və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həmin vaxt yaxınlıqda olan vətəndaşlar və aptek işçisi ona ilk yardım göstərmiş, sürücü S.Cəfərov isə qəsəbədə yerləşən poliklinikaya aparmışdır. İlk yardımdan sonra Bərdə rayon Mərkəzi xəstəxanasına köçürülmüş və «sağ bud sümüyü boynunun qapalı, yerdəyişmiş sınığı və sağ-sol oturacağının sınığı» diaqnozu ilə Bərdə rayon Mərkəzi xəstəxanasında və Bakı Sağlamlıq mərkəzində stasionar və ambulator müalicə almışdır. 03 noyabr 2021-ci il tarixində Bərdə rayon Mərkəzi xəstəxanasının həkim komissiyasından keçərkən X4 aktının surətini də təqdim edərək istehsalat qəzası olduğu bildirilmişdir. Ona verilən sənəddə onun istehsalat qəzası keçirtməyi nəzərə alınmamış və «ümumi xəstəlik» kimi qeyd olunaraq üçüncü dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Cavabdeh2 Həyat Sığorta Şirkəti ASC ilə "xxxx" MMC arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi əsasında o, sığorta olunmuşdur. Ona görə də bütün sənədlərini Cavabdeh2 Sığorta Şirkətinə təqdim etmişdir. Lakin Cavabdeh2 Sığorta Şirkəti ƏƏSMN-nin Tibbi Sosial Ekspert komissiyasının arayışına əsaslanaraq «ümumi xəstəlik» əsasında üçüncü dərəcəli əlillik dərəcəsi təyin edilməsini bəhanə edib, ona sığorta ödənişini ödəməkdən imtina etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsini baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası cavadehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(021)-1185/2022 saylı qətnaməsi iddiaçının cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı1 "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı iddia qaldıraraq, iddia ərizəsini "xxxx" Sığorta Şirkəti ASC-nin Bərdə rayon ofisinin yerləşdiyi yerə görə Bərdə Rayon Məhkəməsinə vermiş, birinci instansiya məhkəməsi isə iddianın ərazi aidiyyəti üzrə düzgün verilməsini yoxlamadan işə mahiyyəti üzrə baxmışdır. Halbuki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına dair Çıxarışından görünür ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: 15**327241) hüquqi ünvanı ünvan 1n Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Buna görə də Bərdə Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(021)-1185/2022 saylı qətnaməsi iddiaçının cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-266, 385, 384.0.4 və 402.5-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bərdə Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(021)-1185/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(021)-1185/2022 saylı qətnaməsi iddiaçının cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-192/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-192/2023
24.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver