Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1923/2024 26.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(023)-117/2013 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququnun verilməsi barədə ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Qazax rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(023)-117/2013 saylı qətnaməsi ilə, Ərizəçi ərizəsi təmin edilmiş, X3 miras qalmış, onun təsisçisi olduğu,”Göy-Göl” kiçik müəssisəsinə məxsus, tikintialtı sahəsi 138,0 kvm, ümumi sahəsi 111,2 kvm, tikintialtı sahəsi 406,0 kvm, ümumi sahəsi 357,8 kvm, tikintialtı sahəsi 37,5 kv, ümumi sahəsi 28,3 kvm və tikintialtı sahəsi 67,2 kvm, ümumi sahəsi 67,2 kvm olan qeyri-yaşayış binalarına dair mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə, göstərilən qeyriyaşayış binalarının yerləşdiyi Qazax-Hüseynbəyli şosse yolunun solundakı 0,75 ha torpaq sahəsi daimi istifadədə saxlanılmaqla, həmin torpaq sahəsində yerləşən göstərilən qeyriyaşayış binalarının mülkiyyət hüququnun Ərizəçi verilməsi barədə qərar qəbul edilmiş, qətnamənin icra edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti vərərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qazax rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(023)-117/2013 saylı qətnaməsi 2013-cü ildə ərazi idarəsini daxil olmuşdur. Ərizəçi isə, qətnamənin icrası ilə bağlı xx.xx.2023-cü ildə ərizə ilə müraciət etmişdir. Qətnamənin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün Ərazi idarəsinin nümayəndələri tərəfindən daşınmaz əmlaka baxış keçirilmiş və müəyyən edilmişdir ki, miras kütləsinə aid olan əmlakın çox hissəsi sökülmüş və yeni tikilmiş tiklilərin sahələri isə qətnaməyə uyğun gəlmir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün sahələrin uğun olmaması və əlavə tiklilərin inşa edilməsi mövcud tiklilərin isə söküldüyündən məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır. X1 miras qalmış, onun təsisçisi olduğu,”Göy-Göl” kiçik müəssisəsinə məxsus miras qalmış Qazax- Hüseynbəyli şosse yolunun solundakı qeydiyyat vəsiqəsi və texniki pasporta əsasən binanın ümumi sahəsi 127 kv.m hissəsi qeydiyyata alınmış və qeydiyyat kitabında “Göy- Göl” kiçik müəssəsi kimi qeyd yazılmaqla, təsisçisi kimi X2 göstərilmişdir. Məhkəmə qərar qəbul edilərkən qeydiyyatdan kecməyən əlavə qanunsuz tiklilridə miras kütləsinə aid edərək ümumi sahəni coxaldaraq dövlət reyestrində qeydiyyatın aparılması öhtəliyi Ərazi İdarəsinə havalə edilmişdir. Lakin, məhkəmə nəzərə alamamışdır ki, hüquqi şəxsin təsiscilik üzərində vərərəlik payının müəyyən edilməsi və hüquqi şəxsin nizamnamə payı üzərində q e yd i yya t ın aparılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata kecirilir. 15 saylı Tovuz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın d ö vlə t reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli Qərarının 10.2.- ci bəndinə əsasən, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. İş üzrə Ərizəçi işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, qətnamə 2013-cü ildə ərazi idarəsini daxil olmuşdur. Ərizəçi isə, qətnamənin icrası ilə bağlı xx.xx.2023-cü ildə ərizə ilə müraciət etmişdir. Qətnamənin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün Ərazi idarəsinin nümayəndələri tərəfindən daşınmaz əmlaka baxış keçirilmiş və müəyyən edilmişdir ki, miras kütləsinə aid olan əmlakın çox hissəsi sökülmüş və yeni tikilmiş tiklilərin sahələri isə qətnaməyə uyğun gəlmir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün sahələrin uğun olmaması və əlavə tiklilərin inşa edilməsi mövcud tiklilərin isə söküldüyündən məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır. Məhkəmə nəzərə alamamışdır ki, hüquqi şəxsin təsiscilik üzərində vərərəlik payının müəyyən edilməsi və hüquqi şəxsin nizamnamə payı üzərində qeydiyyatının aparılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata kecirilir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)-1923/2024 saylı qərardadı ləğv edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin Qazax rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(023)-117/2013 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in: 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə. 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Marayevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). İşdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onun iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Bununla yanaşı birinci instansiya məhkəməsi həmin dəlilləri yoxlamalı, çıxarılmış qətnamənin həqiqətən də onun qanunla qorunan hüquq və mənafelərinə toxunub toxunmadığını təsbit etməli, müsbət cavab alındığı halda apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə əməl olunmasını da arşdırıb müvafiq qərardad çıxarmalıdır. Nəzərə alınmalıdır ki, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir. Bu baxımdan baxılan iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin işə cəlb olunmadığı halda çıxarılmış qətnamənin onun hüquqlarına toxunduğu birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmalı idi. Lakin birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğun hesab etməsinə baxmayaraq, həmin qərardadda çıxarılmış qətnamənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmasını ümumiyyətlə araşdırmamışdır. Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasının xx.xx.2024-cü il tarixli, 29104)-1439/2024 saylı qərardadı ilə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-117/2023 nömrəli qərardadı tam və xx.xx.2024-cü il tarixli, 2(023)-117/2023 nömrəli qərardadının isə qismən - şikayətin təmin edilməməsi - hissəsində ləğv edilməsi, mülki iş qətnamə qəbul edilən zaman hüquq və maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPMin 361-364-cü maddələrinin tələblərinə riayət edilməsinin yoxlanılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmiş, lakin işə baxan birinci instansiya məhkəməsi apellyasiya məhkəməsinin yuxarıda qeyd edilən göstərişlərini nəzərə almamış, çıxarılmış qətnamənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunması məsələsini araşdırmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)- 1923/2024 saylı qərardadı ləğv edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin Qazax Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(023)-117/2013 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin Qazax rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(023)-117/2013 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunun işin yuxarıda qeyd edilən tələblərinə əməl etməklə yoxlamalı və qanuni qərar qəbul etməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)-1923/2024 saylı qərardadı ləğv edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin Qazax rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(023)-117/2013 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1923/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1923/2024
26.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver