Məhkəmə qərarları › İş №2(104)-193/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-193/2023

21.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-193/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (əri) X2 iştirakları ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-16/2022 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin paylara uyğun naturada ayrılaraq, bölünüb verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin payına düşən hissəsində natura qaydasında ayrılması və bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-16/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zamiq Rəsulov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin paylara uyğun naturada ayrılaraq, bölünüb verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına keçirilməsi, iş üzrə ödənilmiş 10,40 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(015)-16/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun və digər mülkiyyətçilərin mülkiyyətində adlarına Ağstafa rayonu Köçəsgər kəndində JN-1347A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.08 ha torpaq sahəsi, həmçinin 0.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmiş, lakin həmin torpaq sahəsindən digər mülkiyyətçilər onun istifadə etməsinə imkan vermirlər. Belə olan halda, onun iddiasının rədd edilməsi qanuni deyil. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı, onun nümayəndəsi olan əri X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-16/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-16/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Torpağa mülkiyyət hüququna dair 658 nömrəli Dövlət Aktından görünür ki, İddiaçı ( Dövlət Aktında adı Səidə kimi yazılmışdır) ilə birlikdə cəmi 5 mülkiyyətçinin adına 0,98 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi qeydiyyata alınmışdır. Torpağa mülkiyyət hüququna dair JN-1347A saylı şəhadətnamədən görünür ki, İddiaçı ( Şəhadətnamədə adı Səidə kimi yazılmışdır) ilə birlikdə cəmi 5 mülkiyyətçinin adına 0,08 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi idarəsinin **********10 saylı 16 iyun 2021ci il tarixli məktubundan görünür ki, ləğv olunmuş DT və XK-i tərəfindən tərtib edilmiş və Reyestr Xidmətinə verilmiş elektron məlumatlarda İddiaçı ailə üzvləri ilə mülkiyyətində adlarına Ağstafa rayonu Köçəsgər kəndində JN-1347A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.08 ha torpaq sahəsi qeyd edilmiş, lakin arxiv məlumatlarında vətəndaşın təvəllüdlü göstərilməmişdir. İddiaçı ailə üzvləri ilə mülkiyyətində adlarına **********19 reyestr nömrəsi ilə xx.xx.2019-cu il tarixində Ağstafa rayonu Köçəsgər kəndində yerləşən 0.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə məhdudlaşdırılmaya dair (forma1) almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2022-ci il tarixli 10/5307 №-li rəyi ilə müəyyən edilir ki, Ağstafa rayonu Köçəsgər kəndində yerləşən 0.08 ha torpaq sahəsində şəhadətnamədə göstərilən evə bitişik vəziyyətdə, eləcə də torpaq sahəsinin uzunu istiqamətində əlavə tikililərin inşa olunduğu, üç tərəfdən qonu sahələrlə əhatə olunduğu, torpaq sahəsinin yalnız ev hissəsi tərəfdən yola çıxışının olduğu və bölgü zamanı tikililərin payçılardan birinin sahəsinə düşəcəyi və torpaq sahəsinin yerləşmə vəziyyəti nəzərə alındıqda, torpaq sahəsinin və fərdi yaşayış evinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq 0.08 ha torpaq sahəsinin İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında bərabər istifadə etmə hüquqları baxımından real-naturada bölgünün aparılmasının mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair KOD50200048, JN-658 nömrəli Dövlət Aktında qeyd olunan 0.98 ha torpaq sahəsi baxış iştirakçılarına təqdim edilmədiyi üçün və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş sənəd üzrə və faktiki yerləşmə vəziyyətini əks etdirən sxem təqdim olunmadığı üçün sualın bu hissəsi üzrə tədqiqat aparılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında 10/7534 nömrəli məlumatda qeyd olunan qərardad icrasız saxlanılmaqla, mülki iş materialları geri qaytarılmışdır. Əsas isə qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi barədə məhkəməyə vəsatət göndərilməsi, lakin hər hansı sənədin (mütəxəssis rəyinin) ekspertə təqdim olunmaması olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Köçəsgər kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən X3 və ailə üzvlərinə JN-658 saylı Dövlət Aktı ilə üç hissədən ibarət olmaqla 0.9751 ha torpaq sahəsi verilmişdir. X3 və ailə üzvlərinə verilmiş pay torpaq sahəsi Torpaq İslahatı zamanı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə xüsusi mülkiyyətə verilmiş və kiçik ailə təsərrüfatı yaradılması üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4cü maddəsinin 5-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə və konfiqurasiyasına uyğun olaraq torpaqdan öz məqsədinə və təsərrüfatı təyinatına görə səmərəli istifadəsinin mümkün olmayacağı, torpaq sahəsinin yararsız hala düşəcəyi səbəbindən texniki cəhətdən naturada bölgüsü mümkün deyildir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında 10/2624 nömrəli məlumatda qeyd olunan qərardad icrasız saxlanılmaqla, mülki iş materialları geri qaytarılmışdır. Əsas isə qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi barədə məhkəməyə vəsatət göndərilməsi, lakin hər hansı sənədin (mütəxəssis rəyinin) ekspertə təqdim olunmaması olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2023-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Köçəsgər kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən X3 və ailə üzvlərinə JN-658 saylı Dövlət Aktı ilə üç hissədən ibarət olmaqla 0.9751 ha torpaq sahəsi verilmişdir. X3 və ailə üzvlərinə verilmiş pay torpaq sahəsi Torpaq İslahatı zamanı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə xüsusi mülkiyyətə verilmiş və kiçik ailə təsərrüfatı yaradılması üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4cü maddəsinin 5-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə və konfiqurasiyasına uyğun olaraq torpaqdan öz məqsədinə və təsərrüfatı təyinatına görə səmərəli istifadəsinin mümkün olmayacağı, torpaq sahəsinin yararsız hala düşəcəyi səbəbindən texniki cəhətdən naturada bölgüsü mümkün deyildir. Azərbaycan Respublikasının MM-nin: 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 220.3-cü maddəsinin mənasına görə, ümumi əşyanın bölünməsində ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir ki, bu zaman da xüsusi biliyə malik mütəxəssis-ekspert rəyinin olması vacibdir. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz əmlakın kadastr və ünvan reyestri xidmətinin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli mütəxəssis rəylərinə əsasən Köçəsgər kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən X3 və ailə üzvlərinə JN-658 saylı Dövlət Aktı ilə üç hissədən ibarət olmaqla 0.9751 ha torpaq sahəsi verilmişdir. X3 və ailə üzvlərinə verilmiş pay torpaq sahəsi Torpaq İslahatı zamanı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə xüsusi mülkiyyətə verilmiş və kiçik ailə təsərrüfatı yaradılması üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 5-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə və konfiqurasiyasına uyğun olaraq torpaqdan öz məqsədinə və təsərrüfatı təyinatına görə səmərəli istifadəsinin mümkün olmayacağı, torpaq sahəsinin yararsız hala düşəcəyi səbəbindən texniki cəhətdən naturada bölgüsü mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin paylı mülkiyyətçilər arasında paylarının real olaraq naturada bölünməsinin mümkün olmaması barədə mütəxəssis və ekspertiza rəylərini nəzərə alaraq, qeyd edir ki, iddianın qanuni əsasları mövcud deyildir və birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyən edilmşdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-16/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-16/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar