Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1934/2025 17.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(042)-17/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 17 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, JN-142 saylı Dövlət Aktına əsasən Gədəbəy rayonu, Novosaratovka kənd ərazisində mülkiyyətində olan 0.77 ha torpaq sahəsinin elektron məlumatlarına əsasən döngə nöqtələri yerində ölçülərək iddiaçıya tanıdılmışdır.
2. İşdə olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Gədəbəy Rayon AİK-nın 01 mart 2001-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə ümumi birgə mülkiyyətinə 1.93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
3. İşdə olan Gədəbəy RİHB-nın Novosaratovka Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh1 Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla yaşayır.
4. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən torpaq sahəsinin 0.34 hektaradək hissəsi Cavabdeh1, 0.1692 hektaradək hissəsi Cavabdeh2 və 0.031 hektaradək hissəsi Cavabdeh3 tərəfindən istifadə olunur və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir.
5. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən torpaq sahəsinin 0.34 hektaradək hissəsi Cavabdeh1, 0.1692 hektaradək hissəsi Cavabdeh2 və 0.031 hektaradək hissəsi Cavabdeh3 tərəfindən istifadə olunur, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.
6. 01 iyul 3-16-16/2-10/3745/2025 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus (Gədəbəy rayon AİK-nin 01 mart 2001-ci il tarixli 03 saylı qərarı ilə verilmis Torpağa mülkiyyət hüququna dair JN-142 seriyalı, KOD 50500038 nömrəli dövlət aktı) 0.54 ha hissəsinin torpaq sahəsindən yerin qərb tərəfindən torpaq sahəsinin 0.34 ha-dək hissasi Cavabdeh1, 0.1692 ha-dək hissəsi Cavabdeh2 və 0.031 ha-dək hissəsi Cavabdeh3 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı məxsus (Gədəbəy rayon AiK-nin 01 mart 2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş "Torpağa mülkiyyət hüququna dair " JN-142 seriyalı, KOD 50500038 nömrəli dövlət aktı) 0.54 ha hissəsinin torpaq sahəsinin qərb tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaşayış evi və yardımçı tikililər inşa edildiyi müəyyən edilmişdir. Cavabdeh3 tərəfindən inşa edilmiş tikillər İddiaçı məxsus torpaq sahəsinin sərhədləri xaricində olduğu müəyyən olunmuşdur.
7. Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Novosaratovka kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Novosaratovka kənd sakini İddiaçı həqiqətən RİH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 02 nömrəli ev təsərrüfatlarının üçot kitablarının 33-cü səhifəsinə 120 nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir, ərazidə yaşayır. 4 nəfər ailə üzvü vardır. Ailəsinin istifadəsində 0.25 ha həyətyanə torpaq sahəsində 1968-ci ildə inşa edilmiş fərdi yaşayış evi vardır və 1.93 ha pay torpaq sahəsi qeyd edilmişdir. Novosaratovka kənd sakini Cavabdeh1 həqiqətən RİH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 07 nömrəli ev təsərrüfatlarının üçot kitablarının 28-ci səhifəsinə 541 nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir, ərazidə yaşayır. 10 nəfər ailə üzvü vardır. Ailəsinin istifadəsində 1992-ci ildə inşa edilmiş 80 kv.m olan fərdi yaşayış evi və 1.80 ha pay torpaq sahəsi qeyd edilmişdir. Novosaratovka kənd sakini Cavabdeh3 həqiqətən RİH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 02 nömrəli ev təsərrüfatlarının üçot kitablarının 36-cı səhifəsinə 123 nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir, ərazidə yaşamır. 3 nəfər ailə üzvü vardır. Ailəsinin istifadəsində 2000-ci ildə inşa edilmiş fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Şəmkir rayonu, Ələsgərli kəndində qeydə alınmış Cavabdeh2 həqiqətən RİH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində ailə üzvləri ilə birgə yaşayır. Özünün deməsinə görə 2018-ci ildə 0.17 ha torpaq sahəsində 1992-ci ildə inşa edilmiş 108 kv.m olan fərdi yaşayış evini Tovuz rayonu, Bayramlı kənd sakini X3 almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Gədəbəy Rayon AİK-nın 01 mart 2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, JN-142 Kod 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında ona məxsus olan 1.93 ha torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, həmin torpaq sahəsində əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsinin ətrafına çəkdikləri metal torun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən onların öz vəsaitləri hesabına sökülməsi, həmin torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq tikilmiş iki ədəd fərdi yaşayış evinin və həmin evlərin hər birinin yardımçı sahələrinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon AİK-nin xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.93 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-142 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində adına qeydiyyata aldırmaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirmişdilər ki, ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində başqa şəxslər fərdi yaşayış evləri inşa edilmiş və tikinti işləri aparılmışdır. Bu səbəbdən onun müraciəti icra edilməmişdir. Eyni zamanda o, torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı 11 Saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti əsasında xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin 0.77 ha əkin üçün nəzərdə tutulmuş döngə nöqtələri yerində ölçülərək, ona tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsini qanunsuz olaraq zəbt etmiş və ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına fərdi yaşayış evi və yardımçı sahələr tikmişlər. Eyni zamanda cavabdehlərin hər üçü ona məxsus torpaq sahəsinin ətrafına metal tor çəkmişlər. O, cavabdehlərə müraciət edərək aralarında olan məsələnin məhkəmədən kənar qaydada həll olunmasını təklif etsə də, cavabdehlər etiraz etmiş və torpaq sahəsinin onlara məxsus olmasını bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər onun mülkiyyət hüquqlarını pomuşlar.
10. Gədəbəy Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(042)-17/2024 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddianın təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 və Həsənova X4 Vaqif İsmayıl oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1.93 ha torpaq sahəsinin zəbt etdikləri hissələrindən çıxarılması, həmin torpaq sahəsinin zəbt etdikləri hissəsinin ətrafına çəkdikləri metal tor onların öz vəsaitləri hesabına sökülməsi, həmin torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq tikilmiş fərdi yaşayış evləri və digər tikililər onların öz vəsaitləri hesabına sökülməsi və torpaq sahəsi boşaldılaraq, İddiaçı təhvil verilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1- 119.1, 216-227, 358-360 və 362-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, birincisi, iddiaçının mövcud iddia tələbini tək öz adından cavabdehlərə qarşı tam qaldırmaqda subyektiv hüququ yoxdur. Mülki iş materiallarından və iddiaçının izahatından da, görünür ki, Gədəbəy rayon AİK-nin xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.93 ha kəndtəsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-142 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Bu fakt isə onun təsdiq edir ki, mövcud iddia tələbi digər mülkiyyətçilər tərəfindən də, qaldırılmalı idi. Çünki, daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olmaqla ehtimal edilir ki, 1.93 ha torpaq sahəsinin ¼ hissəsinə 0,4825 ha iddiaçının mülkiyyət hüququ vardır. Məhkəmə isə ümumilikdə 0,5402 ha torpaq sahəsindən-yəni mülkiyyətçinin ehtimal olunan payından artıq hissədə qətnamə qəbul etmişdir. Mülki iş materiallarından və iddiaçının izahatından açıq-aşkar görünür ki, iddiaçının payı-0,4825 ha torpaq sahəsi naturada bölünməyibdir. Bu isə o deməkdir ki, iddiaçının torpaq sahəsindən çıxarmaq istədiyi şəxslərin faktiki istifadəsində olan torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsus olan 0,4825 ha sahəsi ilə üst-üstə düşə də bilər və ya əksinə düşməyə bilər. İkincisi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyini mövcud iddia tələbi üzrə sübut kimi qəbul etməkdə səhvə yol vermişdir. Çünki, iddiaçının torpaq sahəsi naturada bölünməyibdir və ona düşən torpaq sahəsi ehtimal edilir ki, 0,4825 ha-dır. Rəyisə 1.93 ha torpaq sahəsi ilə bağlı verilmişdir. Üçüncüsü, mülki iş materiallarından və iddiaçının izahatından görünür ki, iddiaçı məcburiyyət qarşısında qalaraq mövcud iddianı qaldırmışdır. İddiaçı iddia ərizəsində və məhkəmədəki izahatında göstərir ki, torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində adına qeydiyyata aldırmaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirmişdilər ki, ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində başqa şəxslər fərdi yaşayış evləri inşa edilmiş və tikinti işləri aparılmışdır. Bu səbəbdən onun müraciəti icra edilməmişdir. İddiaçının dediklərindən belə qənaətə gəlmək olur ki, əgər onun faktiki sahiblik və istifadəsində olan torpaq sahəsi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınsaydı, o heç vaxt bu iddianı qaldırmayacaqdır. Məhkəməyə yaxşı məlumdur ki, bu gün Aqrar İslahatla verilən torpaq sahələrinin böyük əksəriyyətinin faktiki istifadə ilə mövcud olan ölçüləri ilə sənəd üzrə ölçüləri arasında kəskin fərq vardır.
14. Həmin qətnamədən narazı qalan Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edir ki, məhkəmə yalnız işdə olan ekspertiza rəyinə əsaslanaraq, cavabdehin evinin iddiaçıya aid kənd təsərrüfatlı torpaq sahəsində inşa edilməsinə əsaslanmışdır. Hesab edir ki, məhkəmənin yalnız ekspert rəyinə əsalanaraq iddianı təmin etməsi düzgün deyildir. Belə ki, MPM-nin 107.1-ci maddəsində qeyd edilir ki, Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə onların ev hələ torpaq sahəsi iddiaçıya verilməmişdən, yəni 2001-ci ildən xeyli əvvəl 1992-ci ildə inşa edilməsini nəzərə almamışdır. Bunu təsərrüfatbaşı kitabından işə əlavə edilən çıxarış təstiq edir. Bundan başqa 1992-ci ildən bəri cavabdeh həmin evə və istifadə etdiyi torpaq sahəsinə dair rüsumlar ödəmişdir. Həmin ev və istifadə etdiyi torpaq sahəsi hələ 1992-ci ildən çəpərlənmiş və iddiaçı bunu görüb bilmiş, lakin buna baxmayaraq bu müddət ərzində o nə buna etiraz etmiş, nə də ki, torpaq ayrılarkən münasibət bildirmişdir. Hazırda 31 il keçəndən sonra onun əziyyətlə tikdirdiyi və özü ilə ailəsinin yeganə yaşayış yeri olan evini sökdürmək istəyir. Bir məsələni də qeyd edir ki, həmin torpaq sahəsi kənd təsərrüfatlı torpaq sahəsidir və təyinatı üzrə istifadə olunmayıb. Lakin, məhkəmə işin bu hallarına düzgün qiymət verməmiş, bununla da adıçəkilən prossesual normalarının tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Mülki iş materiallarından və iddiaçının izahatından da, görünür ki, Gədəbəy rayon AİK-nin xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.93 ha kəndtəsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə Dövlət Aktı tərtib edilmişdir. Çünki, daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olmaqla ehtimal edilir ki, 1.93 ha torpaq sahəsinin ¼ hissəsinə 0,4825 ha iddiaçının mülkiyyət hüququ vardır. Məhkəmə isə ümumilikdə 0,5402 ha torpaq sahəsindən-yəni mülkiyyətçinin ehtimal olunan payından artıq hissədə qətnamə qəbul etmişdir. Bu gün Aqrar İslahatla verilən torpaq sahələrinin böyük əksəriyyətinin faktiki istifadə ilə mövcud olan ölçüləri ilə sənəd üzrə ölçüləri arasında kəskin fərq vardır. Onun 10 nəfər ailə üzvü vardır və 1992-ci ildə inşa edilmiş evdə yaşayır. Apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, məhkəmə yalnız işdə olan ekspertiza rəyinə əsaslanaraq, onun evinin iddiaçıya aid kənd təsərrüfatlı torpaq sahəsində inşa edilməsinə əsaslanmışdır. Hesab edir ki, məhkəmənin yalnız ekspert rəyinə əsalanaraq iddianı təmin etməsi düzgün deyildir. Belə ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə onların ev hələ torpaq sahəsi iddiaçıya verilməmişdən, yəni 2001-ci ildən xeyli əvvəl 1992-ci ildə inşa edilməsini nəzərə almamışdır. Bunu təsərrüfatbaşı kitabından işə əlavə edilən çıxarış təsdiq edir. Bundan başqa 1992-ci ildən bəri o həmin evə və istifadə etdiyi torpaq sahəsinə dair rüsumlar ödəmişdir. Həmin ev və istifadə etdiyi torpaq sahəsi hələ 1992-ci ildən çəpərlənmiş və iddiaçı bunu görüb və bilmişdir. Lakin, buna baxmayaraq bu müddət ərzində o nə buna etiraz etmiş, nə də ki, torpaq ayrılarkən münasibət bildirmişdir. İndi üstündən 31 il keçdikdən sonra onun əziyyətlə tikdirdiyi və ailəsinin yeganə yaşayış yeri olan evini sökdürmək istəyir. Əlavə olaraq qeyd edir ki, həmin torpaq sahəsi kənd təsərrüfatlı torpaq sahəsidir və təyinatı üzrə istifadə olunmayıb. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, mülki iş materiallarından və iddiaçının izahatından görünür ki, iddiaçı məcburiyyət qarşısında qalaraq mövcud iddianı qaldırmışdır. İddiaçı iddia ərizəsində və məhkəmədəki izahatında göstərir ki, torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində adına qeydiyyata aldırmaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirmişdilər ki, ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində başqa şəxslər tərəfindən fərdi yaşayış evləri inşa edilmiş və tikinti işləri aparılmışdır. Bu səbəbdən onun müraciəti icra edilməmişdir. İddiaçının dediklərindən belə qənaətə gəlmək olur ki, əgər onun faktiki sahiblik və istifadəsində olan torpaq sahəsi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınsaydı, o heç vaxt bu iddianı qaldırmayacaqdır. Məhkəməyə yaxşı məlumdur ki, bu gün Aqrar İslahatla verilən torpaq sahələrinin böyük əksəriyyətinin faktiki istifadə ilə mövcud olan ölçüləri ilə sənəd üzrə ölçüləri arasında kəskin fərq vardır. Keçirilimiş ekspertiza rəyindən cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsində tikili inşa etmələri göstərilsə də, həmin tikililərin orada nə vaxt inşa edilməsi araşdırılmamışdır. Hansı ki, həmin evlər islahatdan əvvəl 1992-ci ildə inşa edilmişdir. Bunu təsərrüfatbaşı kitabından işə əlavə edilən çıxarış təsdiq edir. Bundan başqa 1992-ci ildən bəri həmin evlərə və istifadə etdiyi torpaq sahəsinə dair rüsumlar ödənilmişdir. Həmin ev və istifadə edilən torpaq sahəsi hələ 1992-ci ildən çəpərlənmiş və iddiaçı bunu görüb və bilmişdir. Lakin, buna baxmayaraq bu müddət ərzində iddiaçı buna etiraz etməmişdir. Ona görə də, apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək, göstərmişdir ki, o, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. Gədəbəy rayon AİK-nin xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.93 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN- 142 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində adına qeydiyyata aldırmaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirmişdilər ki, ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində başqa şəxslər fərdi yaşayış evləri inşa etmiş və tikinti işləri aparmışlar. Bu səbəbdən onun müraciəti icra edilməmişdir. Eyni zamanda torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı 11 Saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və müraciəti əsasında xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin 0.77 ha əkin üçün nəzərdə tutulmuş döngə nöqtələri yerində ölçülərək, tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsini qanunsuz olaraq zəbt etmiş və ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına fərdi yaşayış evi və yardımçı sahələr tikmişlər. Eyni zamanda cavabdehlərin hər üçü ona məxsus torpaq sahəsinin ətrafına metal tor çəkmişlər. O, cavabdehlərə müraciət edərək, aralarında olan məsələnin məhkəmədən kənar qaydada həll olubnmasını təklif etsə də, cavabdehlər etiraz etmiş və torpaq sahəsinin onlara məxsus olmasını bildirmişlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. İş üzrə Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
24. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
25. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
30. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
31. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
32. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
33. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
39. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
45. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
46. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
47. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
50. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
52. Beləliklə, işin halları ondan ibarətdir ki, Gədəbəy rayon AİK-nin xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.93 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-142 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində adına qeydiyyata aldırmaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirmişdilər ki, ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində başqa şəxslər fərdi yaşayış evləri inşa edilmiş və tikinti işləri aparılmışdır. Bu səbəbdən onun müraciəti icra edilməmişdir. Eyni zamanda o, torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı 11 Saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti əsasında xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin 0.77 ha əkin üçün nəzərdə tutulmuş döngə nöqtələri yerində ölçülərək, ona tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Belə olan halda iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsini qanunsuz olaraq zəbt etdiklərini və ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına fərdi yaşayış evi və yardımçı sahələr tikdiklərini, torpaq sahəsinin ətrafına metal tor çəkdiklərini iddia etmişdir.
53. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
54. İlk növbədə iddianın faktik əsaslarının təhlili, konkret olaraq iddiaçının mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olub-olmamasının araşdırılması züruridir. Belə ki, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
55. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
56. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz."
57. Bu baxımdan araşdırma aparıldıqda görünür ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin yeganə mülkiyyətçisidir və bu torpaqla bağlı iddia verməyə subyektiv hüququ vardır.
58. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
59. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
60. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
61. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
62. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).
63. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0.34 hektaradək hissəsi Cavabdeh1, 0.1692 hektaradək hissəsi Cavabdeh2 və 0.031 hektaradək hissəsi Cavabdeh3 tərəfindən istifadə olunur və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Ona görə də məhkəmə iddia tələbini təmin etmişdir.
64. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.
65. İş materialları ilə müəyyən edilir ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsi tutulmamışdır. Aparılan araşdırma zamanı, ekspert rəyi ilə İddiaçı məxsus 0.54 ha hissəsinin torpaq sahəsindən yerin qərb tərəfindən torpaq sahəsinin 0.34 ha-dək hissəsi Cavabdeh2 və 0.031 ha-dək hissəsi Cavabdeh3 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı məxsus 0.54 ha hissəsinin torpaq sahəsindən qərb tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaşayış evi və yardımçı tikililər inşa edildiyi müəyyən edilmişdir. Cavabdeh3 tərəfindən inşa edilmiş tikililər İddiaçı məxsus torpaq sahəsinin sərhədləri xaricində olduğu müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
67. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
68. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, ekspertin rəyi tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər göstərilmişdir. Habelə rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materitalları və elektron baza məlumatlarına istinad edilmişdir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis və ekspert tərəfindən rəylərdə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin istifadə edilməsi müəyyən edilsə də, konkret olaraq hazırki iş üzrə cavabdehlər tərəfindən istifadə (zəbt) edilməsi müəyyən edilməmişdir. Həmin hallar isə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
70. Lakin, iddiaçı cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edildiyini bildirsə də, bu barədə mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
72. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
73. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
74. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
75. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
77. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
78. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
79. Belə ki, məhkəmə kollegiyasında işin araşdırılması zamanı müəyyən edilişdir ki, İddiaçı məxsus olan və onun yaşadığı fərdi yaşayış evi 1968-ci ildə inşa edilmişdir. Lakin, cavabdehlərin istifadəsində və mülkiyyətin olan evin tikintisi isə 1992-ci il kimi qeyd edilmişdir. İşin bu halı iş materialları və tərəflərin özlərinin izahatları ilə öz təsdiqini tapır. Belə olan halda kollegiya qeyd edir ki, İddiaçı onun mülkiyyət hüquqlarının pozulması ilə cavabdehlər tərəfindən tikildiyini iddia etdiyi evin mövcudluğundan məlumatlı olmuş, uzun zaman kəsiyində bununla balğlı cavabdehlərə hər hansı irad bildirməmiş, xəbərdarlıq etməmişdir. Uzun müddətdən sonra iddiaçının hazırki iddianın qaldırılmasına münasibətdə məhkəmə cavabdehlərin 1992-ci ildən tikib yaşadıqları evin sökülməsini onların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəyi qənaətinə gəlir.
80. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
81. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
82. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
83. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
86. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
87. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Gədəbəy rayon AİK-nin xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.93 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-142 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Eyni zamanda iddiaçı, torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı 11 Saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti əsasında xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin 0.77 ha əkin üçün nəzərdə tutulmuş döngə nöqtələri yerində ölçülərək, ona tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Belə olan halda iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsini qanunsuz olaraq zəbt etdiklərini və ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına fərdi yaşayış evi və yardımçı sahələr tikdiklərini, torpaq sahəsinin ətrafına metal tor çəkdiklərini iddia etmişdir. Məhkəmə Kollegiyasına təqdim olunmuş, Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Novosaratovka kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Novosaratovka kənd sakini İddiaçı həqiqətən RİH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 02 nömrəli ev təsərrüfatlarının üçot kitablarının 33-cü səhifəsinə 120 nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir, ərazidə yaşayır. 4 nəfər ailə üzvü vardır. Ailəsinin istifadəsində 0.25 ha həyətyanə torpaq sahəsində 1968-ci ildə inşa edilmiş fərdi yaşayış evi vardır və 1.93 ha pay torpaq sahəsi qeyd edilmişdir. Novosaratovka kənd sakini Cavabdeh1 həqiqətən RİH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 07 nömrəli ev təsərrüfatlarının üçot kitablarının 28-ci səhifəsinə 541 nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir, ərazidə yaşayır. 10 nəfər ailə üzvü vardır. Ailəsinin istifadəsində 1992-ci ildə inşa edilmiş 80 kv.m olan fərdi yaşayış evi və 1.80 ha pay torpaq sahəsi qeyd edilmişdir. Novosaratovka kənd sakini Cavabdeh3 həqiqətən RİH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 02 nömrəli ev təsərrüfatlarının üçot kitablarının 36-cı səhifəsinə 123 nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir, ərazidə yaşamır. 3 nəfər ailə üzvü vardır. Ailəsinin istifadəsində 2000-ci ildə inşa edilmiş fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Şəmkir rayonu, Ələsgərli kəndində qeydə alınmış Cavabdeh2 həqiqətən RİH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində ailə üzvləri ilə birgə yaşayır. Özünün deməsinə görə 2018-ci ildə 0.17 ha torpaq sahəsində 1992-ci ildə inşa edilmiş 108 kv.m olan fərdi yaşayış evini Tovuz rayonu, Bayramlı kənd sakini X3 almışdır.
88. Göründüyü kimi iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Həmçinin nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Yuxarıdada qeyd olunduğu kimi cavabdehlərin sahibliyində və istifadəsində olan fərdi yaşayış evi, hələ Aqrar İslahat komissiyasi aparılmamışdan əvvəl 1992, 2000-ci illərdə inşa edilmişdir. Aqrar İslahat keçirilərkən sonuncuların inşa etdikləri fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi məhz iddiaçının mülkiyyətinə keçmişdir. Göründüyü kimi, həmin evlər inşa edilərkən iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlər evləri inşa edərkən başqasının mülkiyyət hüquqlarına müdaxilə etməmişlər. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin 0.54 ha hissəsi sonradan, yəni Gədəbəy rayon AİK-nin 01 mart 2001-ci il tarixli 03 saylı qərarı ilə verilmis Torpağa mülkiyyət hüququna dair JN-142 seriyalı, KOD 50500038 nömrəli dövlət aktı ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə düşür. Həmçinin qeyd olunmalıdır ki, islahat keçirildikdən sonra iddiaçı tikilinin sökülməsinə dair hər hansı bir tələb irəli sürməmiş, yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə 33 ildən və Cavabdeh3 münasibətdə isə 25 il müddət keçdikdən sonra belə bir iddia qaldırmışdır. İddiaçının bu cür davranışını kollegiya həmin illərə münasibətdə susmaqla razılıq kimi qiymətləndirir. Belə olan təqdirdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətinə sonradan verilmiş torpaqda inşa edilmiş tikillər özbaşına tikili hesab olunmur və İddiaçı yalnız cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kompensasiya ödəməklə tikilinin sökülməsini tələb edə bilər.
89. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
90. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, 100 manat ekspertiza xərci iddiaçıdan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 392, 393, 402, 403 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(042)-17/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rusumu iddiaçıya aid edilsin. İş üzrə ekspertiza xərci iddiaçıya aid edilməklə, 100 (yüz) manat İddiaçı tululub SAP (XİİS), X2, kod210005, VÖEN**********, m/h Az41NABZ**********0000003944, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.